Məhkəmə qərarları › İş №1(043)-119/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-119/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-119/2021 08.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Tərtər rayonu, İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 25.12.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 29.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda həmin günü, yəni 29 dekabr 2020-ci il tarixdə yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 2li kəndi, Tərtər rayonu Səhləabad kəndi, Tərtər rayonu Kəngərli kəndi, Tərtər rayonu Kəngərli kəndi, Tərtər rayonu Kəbirli kəndi, Tərtər rayonu Sarov kəndi, Goranboy rayonu Qızılhacılı kəndi, Goranboy rayonu Cinli-Boluslu kəndi, Goranboy şəhəri H.Əliyev küçəsi, Goranboy rayonu Borsunlu kəndi, Samux rayonu Zazalının girişi, Gəncə şəhəri Rövşən Qədirov küçəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 30.12.2020-ci il tarixdə saat 15-dən saat 21radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib Tərtər rayonu İrəvanlı kəndi, Tərtər rayonu Evoğlu kəndi, Ağdam rayonu Dördyol adlanan yerin, Ağdam rayonu Şanyataq kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 31.12.2020-ci il tarixdə saat 11 radələrindən saat 22-radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 3u kəndi, Tərtər rayonu İrəvanlı kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 01.01.2021-ci il tarixdə saat 10 radələrindən saat 23radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 4nu İrəvanlı kəndi, Ağdam rayonu Xıdırlı kəndi, Bərdə rayonu Kələntərli kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 02.01.2021-ci il tarixdə saat 01 radələrindən saat 17radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 5ğlu kəndi, Ağdam rayonu Xıdırlı kəndi, Ağdam rayonu Dördyol adlanan yerin yerləşdiyi ərazilərdə, bundan başqa 03.01.2021-ci il tarixdə saat 13 yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib Tərtər rayonu İrəvanlı kəndinin yerləşdiyi ərazilərdə,bundan başqa 04.01.2021-ci il saat 01-radələrindən saat 17-radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 7nlı kəndi, Ağdam rayonu Xıdırlı kəndi, Ağdam rayonu Dördyol adlanan yerin yerləşdiyi ərazilərdə, bundan başqa 05.01.2021-ci il tarixdə saat 17-radələrindən 21-radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 8oğlu kəndi, Ağdam rayonu Dördyol adlanan yerin yerləşdiyi ərazilərdə, bundan başqa 06.01.2021-ci il tarixdə saat 11-radələrindən saat 23-radələrinədək yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndindəki ünvanını tərk edib ünvan 9voğlu kəndi, Ağdam rayonu Şanyataq kəndi ərazisində olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Tərtər rayonu İsmayılbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2002-ci ildə X12 ilə ailə həyatı qurmuş və həmin nigahdan 2007-ci il təvəllüdlü X9 və 2008-ci il təvəllüdlü X10 adlı iki azyaşlı övladları vardır. Lakin xasiyyətləri uyğun gəlmədiyinə görə onlar 2015-ci ildə boşanmış və övladları hazırda onun himayəsindədir. O, boşandıqdan sonra atasının Tərtər rayonu İsmayılbəyli kəndində yerləşən evində anası Zəncirə, atası Zahid, qardaşları Elvin, Elçin və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 22.12.2020-ci il tarixdə anası X7 özünü yaxşı hiss etmədiyinə görə onlar anasını Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmış və həkim müayinəsindən keçirmişlər. Adını xatırlamadığı həkim ona bildirmişdir ki, anası Zəncirədə “Covid-19” virusunun əlamətləri var və analiz vermək lazımdır.Əgər analizin cavabı müsbət olarsa anasını xəstaxanaya müalicə üçün yerləşdirmək lazımdır. Ona görə də anasını Tərtər rayonuna gətirmiş və oradan da təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərində yerləşən A.Səhhət adına xəstəxanaya yerləşdirmişlər. 25.12.2020-ci il tarixdə o və bacıları Rövşanə, Arzu və ailə üzvlərinin hamısı Tərtər rayon mərkəzi xəstəxanasında “Covid-19” virusuna yoluxubyoluxmaması üçün test analizi vermişlər. 29.12.2020-ci il tarixdə, saat 12-radələrində həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxmağı ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində yaşayış yerini tərk etməməsi, əgər karantin rejimini pozarsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi qeyd edilmişdir.Həmin günü ona Tərtər rayon Mərkəzi Xəstəxanasından özünü sahə həkimi kimi təqdim edən Elman adlı şəxs saat 12-radələrində ***-***-**-** nömrəsindən onun istifadə etdiyi mobil nömrəsinə zəng edərək “Covid-19” virusuna yoluxduğunu bildirmiş və 14 gün ərzində yaşadığı yeri tərk etməməsi barədə ona təkrar-təkrar xəbərdarlıq etmiş və immunitet gücləndirən dərmanlardan istifadə etməsini ona bildirmişdir. Daha sonra anası Zəncirə “Covid-19” virusu ilə yanaşı şəkərli-diabet xəstəliyindən əziyyət çəkdiyi üçün Gəncə şəhəri A.Səhhət xəstəxanasında yeməkləri yeyə bilmədiyini ona telefon vasitəsilə bildirmişdir.Daha sonra bacıları Arzu Rövşanə ilə qərarlaşdırmışlar ki, Gəncə şəhərinə A.Səhhət adına xəstəxanaya anaları Zəncirənin yanına getsinlər. O, özünü gümrah hiss etdiyi üçün “Covid- 19” virusuna yoluxmağı ilə bağlı bacılarına məlumat verməmişdir.Daha sonra 29.12.2020ci il tarixdə saat 13 radələrində bacıları Arzu və Rövşanə ilə birlikdə Tərtər rayonundan markasını və nömrəsini xatırlamadığı taksi ilə Gəncə şəhərinə doğru hərəkət etmişlər.Gəncə şəhərinin girişində quraşdırılmış stasionar karantin postunda adlarını bilmədikləri polis əməkdaşları avtomobili icazələrinin olub-olmaması ilə bağlı saxlamışlar. Sonra onun və bacılarının ad və soyadlarını milli-axtarış portalına daxil etmişlər. Polis əməkdaşları onun ad və soyadını portala daxil etdikdən sonra onun aktiv “Covid-19” virus daşıyıcısı olduğunu bildirmiş və nə üçün yaşadığı ünvanı tərk etdiyini soruşmuşlar. Daha sonra adlarını bilmədikləri polis əməkdaşları onu avtomobildən düşürdərək insanlardan kənar yerdə dayanmasını bildirmiş və TTY-nin avtomobili onu Gəncə şəhər A.Səhhət adlanan xəstəxanaya aparmışdır. Gəncə şəhəri A.Səhhət xəstəxanasında adlarını bilmədiyi həkimlər onu müayinə etmiş və səhhətinin normal olduğunu bildirmişlər. Sonra həkimlər onu yaşadığı Tərtər rayonu İsmayılbəyli kəndinə yola salmış və ona bir daha yaşadığı ünvanı tərk etməməsini bildirmişlər. Sonra evlərinə tibbi personal gələrək dezinfeksiya da etmişdir. 11.01.2021-ci il tarixdə isə onun mobil telefonuna “İTS.GOV.AZ”dan yeni mesaj gəlmiş və həmin mesajda qeyd edilmişdir ki, qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitmişdir. Onun təhsili olmadığından bilməyərəkdən qeyd edilən cinayət əməlini törətmiş, hazırda əməlindən çox peşimandır. Himayəsində azyaşlı övladlarının olmasını nəzərə alıb məhkəmə tərəfindən ona cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, daxili işlər orqanlarında 2002-ci ildən, tutduğu vəzifədə isə 2011-ci ildən xidmət edir. Gəncə şəhəri BPİ-nin Xüsusi Təyinatlı Bölməsində manqa komandiri vəzifəsində çalışır. Funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilir. 29.12.2020-ci il tarixdə saat 16-radələrində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq Gəncə-Yevlax magistral yolunun 8-ci kilometrliyində Gəncə şəhərinin giriş hissəsində quraşdırılmış stasionar postda Gəncə şəhər BPİ-nin XTP-nin polis nəfəri Şahid1 ilə xidmət aparan zaman özünü, markası və nömrəsinı xatırlamadığı üzərində taksi şahmatı olan minik avtomobilini xidmətlərinə uyğun olaraq saxlamışlar.Saxlayan zaman xidmətlərinə uyğun olaraq hər bir şəxsin icazəsinin olub-olmaması ilə bağlı “milli-axtarışportalı“ vasitəsilə yoxlayırlar.Həmin vaxt o həmin taksidə sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs və bacıları Şahid3 və Şahid4 adlarını portala daxil etmiş və yoxlayan zamanı Təqsirləndirilən şəxs aktiv “Covid-19” virusunun daşıyıcısı olduğunu, özünütəcrid qaydalarına əməl etməyərək yaşayış yerini tərk etdiyini müəyyən etmişdir. Bundan dərhal sonra Gəncə şəhər BPİ-nin XTP-nin polis nəfəri Şahid1 “Covid-19” virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs maşından düşürərək insanlardan kənar yerdə olmasını bildirmiş və həmin yerdən hərəkət etməməsini tapşırmışdır. Aktiv “Covid-19” virus daşıyıcısı Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək TTY-nin maşınına zəng vuraraq həmin şəxsin Gəncə şəhər A.Səhhət adına xəstəxanya getməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tərtər rayonu İsmayılbəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bacısıdır. 22.12.2020-ci il tarixdə anası X2 özünü yaxşı hiss etmədiyindən onu bacıları Fazilə və Rövşanə ilə Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmış və həkim müayinəsindən keçirmişlər. Adını xatırlamadığı həkim onlara bildirmişdir ki, anasında “Covid-19” virusunun əlamətləri var və ona görə analiz vermək lazımdır. Ona görə də anası Zəncirəni Tərtər rayonuna gətirmiş və oradan da təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərində yerləşən A.Səhhət adına xəstəxanaya yerləşdirmişlər. 25.12.2020-ci il tarixdə o bacıları Fazilə, Rövşanə və ailə üzvlərinin hamısı Tərtər rayon mərkəzi xəstəxanasında “Covid-19” virusuna yoluxub-yoluxmaması üçün test analizi vermişlər.Onun və bacısı Rövşanənin “Covid-19” virusu ilə bağlı test nəticələri 30.12.2020ci il tarixdə neqativ olması barədə İTS.GOV.AZ saytından mesaj gəlmişdir. 29.12.2020-ci il tarixdə bacısı Fazilə ona və digər bacısı Rövşanəyə demişdir ki, anaları Zəncirə ona zəng etmiş və şəkərli-diabet xəstəliyindən əziyyət çəkdiyi üçün Gəncə şəhəri A.Səhhət xəstəxanasında yeməklərini yeyə bilmir. Daha sonra bacıları Rövşanə və Fazilə ilə qərarlaşdırmışlar ki, Gəncə şəhərinə A.Səhhət xəstəxanasına getsinlər. Sonra o, Tərtər rayonundan bacıları Rövşanə və Fazilə ilə Tərtər rayonunda markasını və nömrəsini xatırlamadıqları taksi ilə Gəncə şəhərinə doğru hərəkət etmişlər. Gəncə şəhərinin girişində quraşdırılmış stasionar karantin postunda polis əməkdaşları avtomobili saxlamışlar. Sonra onun və bacıları Fazilə və Rövşanənin ad və soyadlarını milli-axtarış portalına daxil etmişlər. Polis əməkdaşları bacısı Fazilənin ad və soyadını portala daxil etdikdən sonra onun aktiv “Covid-19” virus daşıyıcısı olduğunu bildirmiş və nə üçün yaşadığı ünvanı tərk etdiyini Fazilədən soruşmuşlar. O və bacısı Rövşanə digər bacıları olan Fazilənin aktiv “Covid-19” virus daşıyıcısı olduğunu orada öryənmişlər. Daha sonra bacısı Təqsirləndirilən şəxs Gəncə şəhər A.Səhhət xəstəxanasına TTY-nın avtomobili ilə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Tərtər rayonu Evoğlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 1992-ci il tarixdən Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin sahə həkimi vəzifəsində çalışır. Koronovirus pandemiyası yayıldıqdan sonra xəstələrin sayı artdığı üçün sahə həkimləri ilə bərabər o da ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən onlara göndərilir və onlar poliklinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Tərtər rayon Mərkəzi Xəstəxanasından onlara daxil olmuş məlumata əsasən,Tərtər rayonu İsmayılbəyli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına və əmək qabiliyyəti olmamaq vərəqələrinin qeydiyyatı kitabına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartasıaçılmışdır. 29 dekabrda o günorta saat 2 radələrində Təqsirləndirilən şəxs zəng edərək ona yoluxduğu virusla bağlı tibbi məsləhətlər vermişdir. O, ŞanayevaFaziləyə zəng edən zaman o İsmayılbəyli kəndində özlərinə məxsus evdə olduğunu bildirmişdir. Həmin günü axşam saat 6 radələrində xəstəxanalarının baş həkimi zəng edərək, onun nəzarət etdiyi xəstənin Gəncə şəhərində olduğunu və polislər tərəfindən tutulduğunu bildirmişdir. Həmin vaxt qohumlarından bir nəfər də ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs anasının vəziyyəti kirtikdir o səbəbdən də Gəncə şəhərinə getmək məcburiyyətində olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə Vitamin D həblərinin, Anaferon, Vitrus dərman vasitələrini qəbul etməsi tövsiyə edilmiş, eyni zamanda dəfələrlə 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmişdir. Eyni qaydada 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 11.01.2020-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxarmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 06 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tərtər rayon Mərkəzi Xəstəxanasının 01.02.2021-ci il tarixli, 57 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 25.12.2020-ci il tarixdə “Covid-19” infeksiyasına qarşı yaxma vermiş 29.12.2020-ci il tarixədə testin nəticəsi pozitiv olmuşdur. “Baxış keçirilməsi” haqqında 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, 1 ədəd “Ambulator tibbi kitabça”nın 1 baxış zamanı tibbi kitabçanın 1-ci vərəqindən görünür ki, tibbi kitabça 29.12.2020-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, 29.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 30.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, ümumi zəiflik, iştahsızlıq,dad və iyibilmə qabiliyyətlərinin itməsi şikayətləri olmasıdır. Bundan başqa Təqsirləndirilən şəxs ilə 04.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri halsızlıq. əzginlik, iştahsızlıqdır.Bundan başqa Təqsirləndirilən şəxs ilə 05.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri iybilmə və dadbilmə qabiliyyətlərinin itməsindən, iştahsızlıq və ümumi zəiflikdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 06.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 07.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri iştahsızlıq, əzginlik və ümumi zəiflikdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 08.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə şikayətləri iştahsızlıq və ümumi zəiflikdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 09.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə elə bir ciddi şikayətinin olmamasını, şikayətinin halsızlıq və əzginlikdən olmasını qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 11.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış xəstənin vəziyyəti kafi qiymətləndirilmiş, heç bir şikayətinin olmadığını qeyd etmiş və xəstəyə müvafiq məsləhətlər verilmişdir. Karantin müddətinin bitməsi ilə əlaqədar olaraq xəstəlik vərəqi bağlanır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X5 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarışdan görünür ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X18 Sindromu (X13 Syndrome Coronavirus - MERS-CoV) və X8 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. “Diskə baxış keçirilməsi” haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.12.2020-ci il tarixdə saat 13 radələrindən 16 radələrinədək olan müddət ərzində ünvan 2li kəndi, Tərtər rayonu Səhləabad kəndi, Tərtər rayonu Kəngərli kəndi, Tərtər rayonu Kəngərli kəndi, Tərtər rayonu Kəbirli kəndi, Tərtər rayonu Sarov kəndi, Goranboy rayonu Qızılhacılı kəndi, Goranboy rayonu Cinli-Boluslu kəndi, Goranboy şəhəri H.Əliyev küçəsi, Goranboy rayonu Borsunlu kəndi, Samux rayonu Zazalının girişi, Gəncə şəhəri Rövşən Qədirov küçəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 30.12.2020ci il tarixdə saat 15-dən saat 21-radələrinədək Tərtər rayonu İrəvanlı kəndi, Tərtər rayonu Evoğlu kəndi, Ağdam rayonu Dördyol adlanan yerdə, Ağdam rayonu Şanyataq kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa, 31.12.2020-ci il tarixdə saat 11 radələrindən saat 22radələrinədək ünvan 3u kəndi, Tərtər rayonu İrəvanlı kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 01.01.2021-ci il tarixdə saat 10 radələrindən saat 23-radələrinədək ünvan 4nu İrəvanlı kəndi, Ağdam rayonu Xıdırlı kəndi, Bərdə rayonu Kələntərli kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 02.01.2021-ci il tarixdə saat 01 radələrindən saat 17radələrinədək ünvan 5ğlu kəndi, Ağdam rayonu Xıdırlı kəndi, Ağdam rayonu Dördyol adlanan yerin yerləşdiyi ərazilərdə, bundan başqa 03.01.2021-ci il tarixdə saat 13 radələrində Tərtər rayonu İrəvanlı kəndinin yerləşdiyi ərazilərdə,bundan başqa 04.01.2021-ci il saat 01-radələrindən saat 17-radələrinədək ünvan 7nlı kəndi, Ağdam rayonu Xıdırlı kəndi, Ağdam rayonu Dördyol adlanan yerin yerləşdiyi ərazilərdə, bundan başqa 05.01.2021-ci il tarixdə saat 17-radələrindən 21-radələrinədək ünvan 8oğlu kəndi, Ağdam rayonu Dördyol adlanan yerin yerləşdiyi ərazilərdə, bundan başqa 06.01.2021-ci il tarixdə saat 11-radələrindən saat 23-radələrinədək ünvan 9voğlu kəndi, Ağdam rayonu Şanyataq kəndinin yerləşdiyi ərazidə olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 mart 2021-ci il tarixli, 33 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında 20 mart 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Tərtər RİHB-nın İsmayılbəyli kəndi İƏD-i üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon İsmayılbəyli kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs kənddə keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir, qonşularının, tay-tuşlarının arasında dərin hörmət qazanmış, kənd əhalisi arasında və yoldaşları arasında mülayim rəftara malikdir. Tərtər RİHB-nın İsmayılbəyli kəndi İƏD-i üzrə nümayəndəliyinin 10.03.2021-ci il tarixli, 100 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon İsmayılbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı,686603 nömrəli və AZ-İİİ seriyalı, 686604 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.03.2007-ci il təvəllüdlü Ləman adlı və 08.03.2008-ci il təvəllüdlü Rəvan adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Tərtər rayon İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsininüsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyenanormativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs müalicə aldığı dövürdə digər pozuntulara yol verməməsinidə şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərinyayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarınınməhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri CM-58.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar