Məhkəmə qərarları › İş №1(043)-12/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-12/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-12/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi ev 45-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 7500 manat pul müqabilində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 3,5 sot torpaq sahəsi alacağı barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2017-ci ilin may ayında günü dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri, 1-ci mikrorayon, Zərifə Əliyeva küçəsi bina 2, mənzil 66-da vahid niyyətlə 5500 manat pulunu, 2017-ci ilin avqustsentyabr aylarında günü məlum olmayan tarixdə sonuncuya məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini etibarnamə ilə satmaqla 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 7500 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs1, qızı Şahid2 9000 manat pul müqabilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri, 1-ci mikrorayon, Zərifə Əliyeva küçəsi 2 saylı binanın qarşısında vahid niyyətlə 7000 manat pulunu, 13 avqust 2019-cu il tarixdə yaşadığı binanın qarşısında 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 9000 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs2 arvadı Şahid6 məxsus Gəncə şəhəri, Atatürk prospekti 236 və 238 ünvanları arasında yerləşən 100 kv.m olan torpaq sahəsində iki mərtəbəli obyekt tikdirəcəyi və həmin tikintiyə lahiyə və bələdiyyə sənədləri düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2019cu ilin iyul ayının sonundan 2019-cu ilin oktyabr ayının sonuna qədər olan müddət ərzində günü dəqiq məlum olmayan tarixlərdə və dəqiq məlum olmayan yerlərdə, Gəncə şəhəri ərazisində hissə-hissə 10786 manat, sonuncu dəfə isə ünvan ünvanın yaxınlığında 1400 manat pulunu, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 12186 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, fərdi əmək kimi tikinti işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Ləmanla 3 ilə yaxın müddətdə qeyri-rəsmi ər arvad münasibətində yaşamışlar, həmçinin Ləmanla uzaqdan qohumluq münasibətləri vardır. Təxminən 2017-ci ilin yaz aylarında Gəncə şəhərində, Yeni Gəncə qəsəbəsində 6.5 sot torpaq sahəsinin ucuz qiymətə satıldığını öyrənmiş, həmin vaxtlarda Ləmanın şəxsi evi olmadığından gələcəkdə ev tikdirmək üçün torpaq sahəsi almaq istəmişdir. Buna görə də o, Yeni Gəncədə olan torpaq sahəsi barədə Ləmana danışmış və Ləmanla razılaşmışlar ki, həmin torpaq sahəsini Ləmanla birlikdə alsınlar və həmin 6.5 sot torpaq sahəsinin 3 sotu onun, 3.5 sotu isə Ləmanın olsun. Bundan sonra Ləman anası Sevda ilə brlikdə həmin torpaq sahəsinə baxıb bəyənmiş, bundan sonra o, torpaq sahəsini satan Süleyman adlı şəxslə həmin 6.5 sot torpaq sahəsinin qiymətini 14000 manata razılaşmışdır. Ləmanla aralarında olan danışığa görə həmin 14000 manat pulun 7500 manatını Ləman, qalanını isə o, verəcəkmiş. Bundan sonra həmin vaxtlarda Ləman 7500 manat pulun 5500 manatını ona vermiş və o, həmin 5500 manatın 3500 manatı Süleymana vermişdir, qalan 2000 manatı isə özündə saxlamışdır, bir müddət sonra isə 7500 manatdan qalan 2000 manatı vermək lazım olmuş və o, bu barədə Ləmana bildirdikdə Ləman hal hazırda maddi vəziyyətinin yaxşı olmadığınından 2000 manatı verə bilmədiyini, lakin Məhsəti qəsəbəsində sonucuya məxsus olan 4 sot torpaq sahəsini 2000 satıb Süleymanın pulunu verməsini ondan xahiş etmişdir. Bundan sonra Ləman Gəncə şəhəri 6 saylı notariat kontorunda həmin torpaq sahəsini satmaq üçün ona etibarnamə vermişdir. Təxminən bir neçə həftə sonra 2017-ci ilin avqust-sentyabr aylarında dəqiq xatırlamadığı vaxtda o, həmin torpaq sahəsini 2000 manata satmış və həmin pulu özündə saxlamışdır. Bundan sonra onun və Ləmanın aralarında problemlər olduğu üçün onlar X14 qəsəbəsində olan torpaq sahəsini alası olmamışlar və o, Süleymana bildirmişdir ki, onun Süleymana verdiyi 3500 manat pulu ona qaytarsın. Bundan sonra isə Süleyman həmin 3500 manat pulu hissə hissə ona qaytarmışdır. Həmin ərəfələrdə o, Ləmanın özünə və atası vəfat etdiyi zaman atasının yasına və baş daşına 9000 manatdan çox pul xərclədiyi üçün Ləmanın 7500 manatını qaytarmamışdır. Ləmanla isə aralarında münasibətləri yaxşı olduğu üçün o, Ləmana Bakı şəhərindən ev almaq niyyətində olduğunu demişdir. Bundan sonra isə 2019-cu ilin yay aylarında Ləmanın qızı Şahid2 ali məktəbə qəbul olmaq üçün imtahan vermiş, lakin imtahanda az bal topladığı üçün Universitetə qəbul ola bilməmişdir. Bundan sonra o, Ləmana əmisi oğlu olan X1 Təhsil Nazirliyində işlədiyini və əmisi oğlunun vasitəsi ilə qızı Nəzrini ADNSU-nə qəbul olunmasında köməklik edəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Ləmana yalan olaraq Şövqü ilə danışdığını və Nəzrini universitetə qəbul etdirmək işini 13000 manata razılaşdığını bildirmişdir. Bundan sonra o, bu barədə Ləmanla danışmış və Ləmana bildirmişdir ki, həmin 13000 manatın 9000 manatını Ləman verər, 4000 manatını isə o, verər. Ləman isə onunla razılaşmışdır. Bundan sonra 2019-cu ilin avqust ayının 10-da Ləman Lombarddan 7000 manat pul götürmüş və yaşadığı binanın qarşısında ona vermişdir. Bundan 3 gün sonra isə 2000 manatı yaşadığı binanın yaxınlığında Ləman ona vermişdir. O, həmin pulu isə heç kimə verməmiş və heç kimlə Nəzrinin üniversitetə qəbul etdirmək məsələsini danışmamışdır. Bundan bir müddət sonra isə o, gördüyü ticarət işləri ilə bağlı xeyli ziyana düşdüyü üçün Ləmanın 9000 manat pulunu öz ehtiyaclarına xərcləmişdir. Ləmana isə qızı Nəzrinin Universitetə qəbul olmaq məsələsi alınmadığını və 9000 manat pulu öz ehtiyaclarına xərclədiyini və sonuncudan aldığı pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2lə Gəncədə Məhkəmə tibbi ekspertiza şöbəsində tanış olmuşdr. Həmin vaxt Cavanşir həkimlə aralarında tanışlıq yaranmış və o, Cavanşir həkimə tikinti işləri gördüyünü bildirmişdir. Həmin vaxt Cavanşir həkim ona Gəncə şəhəri, Atatürk prospektində torpaq sahəsi olduğunu və həmin torpaq sahəsində ticarət obyekti tikdirmək istədiyini bildirmişdir. O, isə Cavanşir həkimə qısa müddət ərzində həmin obyekti tikib başa çatdıracağını bildirmişdir. Bundan sonra o, həmin obyektin tikintisinə başlamış və 2019-cu ilin iyul-oktyabr aylarında Cavanşir həkim həmin işlərin müqabilində ona hissə-hissə 18600 manat pul vermişdir. O, isə həmin pulun təxminən yarısını obyektin tikintisinə xərcləmişdir. Bundan sonra isə 2019-cu ilin oktyabr ayının sonlarında o, Cavanşir həkimə obyektin layihəsi və bəzi sənədləşmə işləri üçün 1400 manat pul lazım olduğunu bildirmiş və Cavanşir ona Gəncə şəhəri, Atatürk prospektində tikintisi gedən obyektin yaxınlığında həmin 1400 manat pulu vermişdir. Bundan sonra isə obyektin bəzi sənədləşmə işlərində problem olduğu üçün o, sənədləşmə işlərini həll edə bilməmiş və 1400 manatı isə Zərərçəkmiş şəxs2 qaytarmayıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra isə Cavanşir onun gördüyü işlərdən narazı olduğundan ondan polisə şikayət edərək onun obyektin yarımçıq qalan işlərini başa çatdırmasına imkan verməmişdir. Təqsirləndirilən şəxs əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 7500 manat pulu sonuncuya torpaq sahəsi almaq üçün almış, lakin bundan sonra Ləmana 9000 manatdan artiq pul xərclədiyi üçün Ləmanın pulunu geri qaytarmamışdır və Ləmana torpaq sahəsi almamışdır. 2019-cu ilin avqust ayında isə qızı Şahid2 universitetə düzətmək üçün 9000 manat pul almışdır. Lakin həmin ərəfələrdə ziyana düşdüyü üçün həmin 9000 manata öz ehtiyaclarına xərcləmişdir və Ləmana geri qaytarmamışdır. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 20000 manat pul almış, həmin pulun 18600 manatını tikinti üçün, 1400 manatını isə sənədləşmə üçün almışdır, aldığı 18600 manat pulun təxminən yarısını tikinti işləri üçün alaraq obyektə xərcləmiş, sənədləşmə işlərində problem yarandığı üçün isə obyektin sənədlərini düzəldə bilməmişdir və 1400 manat pulu öz şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs2 qaytarmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 obyektin tikintisindən razı qalmadığı üçün onun orada tikinti işlərini yekunlaşdırmasına imkan verməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq isə bildirdi ki, Ləman torpaq sahəsini almaqdan imtina etdiyinə görə Süleymandan geri aldığı 3500 manat pulu Ləmanın borcuna görə lombarda ödəmişdir. Ləmanın qızı Nəzrinin universitetə düzəldilməsi üçün 9000 manat pul almış, lakin Ləmanla birlikdə ailə kimi yaşadıqlarına və bu müddətdə Ləmanın özünün və uşaqlarının ehtiyacları üçün kifayət qədər pul xərclədiyinə görə Ləmandan alınan pulları ona olan borcu kimi əvəzləşdirmişdir. Zərərçəkmiş şəxs2 isə obyektin tikintisi üçün aldığı pulları hamısını inşaat materiallarına və usta xərclərinə sərf etmişdir. Həmin okyektin tikintisi ümumilikdə 28000 manata başa gəlməli və həmin məbləğin 3500 manatı ona çatmalı idi. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə qarşı dələduzluq cinayəti törətmədiyini bildirərək, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Sübhi onun uzaqdan qohumudur. Belə ki, Sübhi onun anasının dayısı qızının əridir və onların ailəvi gediş-gəlişləri olmuş və aralarında heç bir düşmənçilik və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Onun özünə məxsus şəxsi evi olmadığından, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinən torpaq alıb yaşayış evi tikdirmək istəmişdir. Həmçinin Sübhi fərdi olaraq tikinti işləri ilə məşğul olur. Sübhi onun torpaq sahəsi alıb ev tikdirmək istədiyini öyrəndikdən sonra gəlib ona demişdir ki, Yeni Gəncə qəsəbəsində, Yarmarkanın arxasında 6.5 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsini satan Süleyman adlı makler Sübhinin tanışıdır, həmçinin Sübhi bildirmişdir ki, özü də həmin yerdən özünə torpaq alıb ev tikdirmək istəyir. Sübhi onlara demişdir ki, həmin torpaq sahəsini alsınlar və 6.5 sot torpaq sahəsinin 3.5 sotu onun olacaq və o, Sübhiyə bunun qarşılığında 7500 manat pul verəcəkdir, yerdə qalan 3 sot torpaq sahəsinin isə pulunu Sübhi ödəyəcək və həmin 3 torpaq sahəsi də Sübhinin olacaqdır. Bundan sonra o, anası Sevda və Sübhinin ailəsi ilə birlikdə həmin yerə gedib torpaq sahəsinə baxmışlar. Onlar həmin yerə baxdıqdan sonra oranı bəyənmişlər və anası ilə məsləhətləşib, həmin torpaq sahəsini 7500 manata almağa qərar vermişlər və bu barədə Sübhiyə bildirmişlər. Sübhi isə həmin 7500 manatı ona vermələrini və yerdə qalan işləri həll edib torpaq sahəsini alaraq sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra 2017-ci ilin may ayında yaşadığı evdə anası Sevdanın yanında 5500 manat pulu Sübhiyə vermişdir ki, aparıb həmin torpaq sahəsini satan makler kimi fəaliyyət göstərən Süleymana versin. Həmçinin Sübhiyə bildirmişdir ki, qalan 2000 manat pulu da tezliklə verəcəkdir ki, həmin 3.5 sot torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdırsınlar. Sübhi isə onun razılaşmış və təxminən 3 ay sonra 2017-ci ilin avqust ayında Sübhi ona bildirmişdir ki, qalan 2000 manatı vermək lazımdır. O, isə həmin vaxt imkanı yaxşı olmadığı üçün və təcili pul lazım olduğundan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən özünə məxsus 4 sot torpaq sahəsini satmaq qərarına gəlmişdir ki, 2000 manat pulu da Sübhiyə versin. Sübhi isə həmin torpaq sahəsini 2000 manat satıb həmin pulu Süleymana verə biləcəyini bildirmiş, o, isə Sübhini çoxdan tanıdığı üçün inanmış və 2017-ci ilin avqust ayında Gəncə şəhəri, 6 saylı notariat kontorunda Sübhinin ona məxsus Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsini satması üçün həmin torpaq sahəsinin bütün sənədlərini və Sübhiyə öz adından etibarnamə vermişdir. Sənədləri və etibarnaməni Sübhiyə verdikdən sonra Sübhi həmin torpaq sahəsini 2000 manata satıb, Yeni Gəncədə yerləşən torpaq sahəsinin qalan 2000 manatını Süleymana verəcəyini və həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyini bildirmişdir. Bir müddət sonra o, bu barədə Sübhidən maraqlananda Sübhi ona bildirmişdir ki, guya onun Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsini satmamışdır, özü onun əvəzindən 2000 manatı makler Süleymana vermişdir. O, isə həmin vaxt Sübhiyə bildirmişdir ki, əgər Yeni Gəncə qəsəbəsində yerləşən torpaq sahəsini almışdırsa, həmin torpaq sahəsinin və həmçinin Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsinin sənədlərini ona təqdim etsin, Sübhi isə həmin sənədləri qısa zaman ərzində ona verəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərk sənədləri ona verə bilməmişdir. Belə olduğu təqdirdə o, Sübhinin onu aldatmasından şübhələnmiş və anası ilə birlikdə makler Süleymanı axtarıb tapmışdır. O, Süleymanla telefon vasitəsi ilə əlaqə saxlayıb işlərin nə yerdə olduğunu maraqlanmış, Süleyman ona telefonda bildirmişdir ki, Sübhi Süleymana cəmi 3500 manat pul vermiş, sonra isə Sübhi Süleymanı aldatmış və guya onun Sübhiyə zəng etdiyini və torpaq sahəsini almaq istəmədiyini bildirmişdir. Bundan sonra isə Süleyman 3500 manat pulu ayda 500 manat olmaqla hissə hissə geri qaytarmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Sübhi onun ilkin olaraq Sübhiyə verdiyi 5500 manat puldan 3500 manatını Süleymana vermiş qalan 2000 manatı isə özünə götürmüş, daha sonra isə onun adından başqa bir qadına Süleymana zəng etdirib onun adı ila Süleymanla danışdırmış və 3500 manat pulu da Süleymandan geri almışdır, Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsini satsa da Süleymana verməmiş və torpaq sahəsinin pulunu da ələ keçirmişdir. Sonra isə o, bu barədə Sübhiyə bildirdikdə Sübhi ona müxtəlif bəhanələr gətirərək ona başqa yerdən torpaq sahəsi aldığını və sənədlərini tez bir zamanda təqdim edəcəyini, daha sonra isə sənədləri təqdim edə bilmədiyindən ona Bakı şəhərindən ev alacağını bildirmişdir. O, Sübhidən 7500 manat pulunu geri istəsə də, Sübhi müxtəlif bəhnələr gətirərək həmin pulu geri verməkdən imtina etmiş və yenidən ona tez bir zamanda Bakı şəhərindən ev alacağını bildirmişdir. O, isə Sübhinin yalan vədlərinə inandığı və həmçinin qohum olduqları üçün Sübhiyə inanıb gözləmişdir Sübhidən şikayət etməmişdir. 2019-cu ildə qızı Şahid2 orta məktəbi bitirmiş, lakin universitetlərə qəbul imtahanında az bal toplayaraq heç bir universitetə qəbul ola bilməmişdir. Sübhi bu barədə bildikdə ona demişdir ki, Sübhinin əmisi oğlu X5 Təhsil Nazirliyində Şöbə müdiri işləyir, Şövqünün vasitəsi ilə qızını ali məktəbə düzəldə bilər. Bir neçə gün sonra Sübhi ona bildirmişdir ki, Şövqü ilə danışıbdır və qızı Nəzrini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul etdirəcəkdir. Bunun haqqı 15000 manat olsa da Sübhi qiyməti 13000 manata endiribdir. O, isə həmin pula imkanı çatmadığını bildirmiş, həmçinin Sübhini onun pulunu qaytarmadığını və Sübhiyə narazılığını bildirmişdir. Sübhi isə onu yenidən yalan vədlərlə inandırıb həmin 13000 manatın 9000 manatını onun verəcəyini, qalan 4000 manatı isə onun əvəzindən özü verəcəyini və onun heç bir işə qarışmayacağını və özü danışıb bütün məsələləri həll edərək qızını ali məktəbə qəbul etdirəcəyini ona bildirmişdir. O, isə evdə anası və qızı ilə söhbət etmiş və qızının Universitetə qəbul olmağı çox istədiyini görüb anası ilə danışmışdır ki, qızıllarını lombarda qoyub pul götürüb Sübhiyə versin ki, qızını Universitetə qəbul olunmasını təmin etsin. Bundan sonra o, 2019-cu ilin avqust ayının 10-da Gəncə şəhəri, Atatrük prospektində yerləşən lombarddan qızıllarını qoyub 7200 manat pul götürmüş, həmin pulun 7000 manatını həmin gün yaşadığı binanın qarşısında oğlu Arifin yanında Sübhiyə vermişdir, həmin vaxt Sübhiyə bildirmişdir ki, qalan 2000 manatı da bir neçə günə tapıb verəcəkdir. Bundan sonra 2019-cu ilin avqust ayının 13-də o, yenidən başqa lombarddan 1000 götürmüş və xalası Şəhladan da 1000 manat borc almışdır və düzəltdiyi 2000 manat pulu həmin gün yaşadığı binanın qarşısında oğlu Arifin yanında Sübhi ilə görüşüb ona vermişdir. Sübhi isə ona bildirmişdir ki, narahat olmasın, tezliklə qızı Nəzrini ADNSU-nə qəbul etdirəcəkdir. Bundan sonra o, tez-tez Sübhi ilə maraqlandıqda Sübhi Şövqü ilə danışıb məsələni həll etdiyini və Nəzrinin məsələsini həll etdiyini və dərslər başlayanda Nəzrinin dərsləırə gedəcəyini bildirmişdir. Lakin sentyabr ayında dərslər başlasa da, Sübhidən heç bir xəbər çıxmamış və o, başa düşmüşdür ki, Sübhi yenədə onun etibarından istifadə edərək onun pullunu dələduzluq yolu ilə ələ keçiribdir. O, isə Sübhi ilə əlaqə saxlayan zaman Sübhi ona qızı Nəzrinin işinin alınmadığını bildirmiş və onun 9000 manat pulunu ələ keçirdiyini və öz ehtiyaclarına xərclədiyini və onun lombarda ödəyəcəyi pulu faizi ilə qaytaracağını ona bildirmişdir. O, isə artıq Sübhinin onu dələduzluq yolu ilə aldadıb ümumilikdə 16500 manat pulunu ələ keçirdiyini başa düşmüş və barəsində polisə ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 7500 manat pulu ona Yeni Gəncə qəsəbəsindən torpaq sahəsi almaq adı ilə almış, 9000 manat pulu isə qızı Şahid2 ADNSU-nə düzəltməyi vəd etməklə almışdır. O, ilkin olaraq 2017-ci ilin may ayında 5500 manat pulu Sübhiyə yaşadığı evdə anası Sevdanın yanında vermişdir. 2017-ci ilin avqust ayında isə 2000 manat dəyərində ona məxsus Məhsəti qəsəbəsində yerləşən 4 torpaq sahəsini satması üçün Sübhiyə etibarnamə vermiş və həmin torpağın sənədlərini vermişdir. 2019-cu ilin avqust ayının 10-da isə yaşadığı binanın qarşısında oğlu Arifin yanında 7000 manat, 2019-cu il avqust ayının 13-də yenidən yaşadığı binanın qarşısında oğlu Arifin yanında 2000 manat pulu Sübhiyə vermişdir. Sübhi isə verdiyi vədlərə əməl etməyərək etibarından sui istifadə etməklə onun pulunu ələ keçirərək geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona və onun ailəsinə heç bir pul xərcləməmişdir, Sübhi məsuliyyətdən qaçmaq üçün bu formada həqiqətə uyğun olmayan ifadə vermişdir. Təqsirləndirilən şəxs qızı Nəzrini universitetə qəbul etdirəcəyini əmisi oğlu Şövqü Ağayevlə danışıb həll edəcəyini bildirsə də, o, nə Şövqu Ağayevi görməmiş, nədə ki, Şövqü ilə aralarında hər hansı danışıq olmamışdır. O, 7000 manat və 2000 manat pulu Gəncə şəhərində Sübhinin özünə vermiş və Sübhi bütün işləri özü həll edəcəyini bildirmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona dəymiş zərərin ödənilmədiyini və buna görə də şikayətçi olduğunu bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, onun həyat yoldaşı Şahid6, kiçik sahibkarlıqla məşğul olmaq üçün 2018-ci ilin yaz aylarında Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 236-cı və 238-ci binaların aralıq hissəsində boş sahə olan 100 kvadrat metr sahədə qeyri-yaşayış binası tikdirib həmin binada gözəllik salonu və digər ictimai iaşə obyekti açmaq məqsədi ilə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. 30 aprel 2018-ci il tarixində Kəpəz rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə qeyd edilən 100 kvadrat metr sahədə qeyri-yaşayış binasının tikilməsi üçün torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. Həmin vaxtlar maddi imkanları yaxşı olmadığı üçün tikinti işləri apara bilməmişdilər. 2019-cu ilin iyul aylarında dəqiq tarixini xatırlamadığı vaxtda əvvəllər tanımadığı, sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs işlədiyi ekspertiza şöbəsinə gələrkən özünün tikinti işlərində iş icraçısı olduğunu, münasib qiymətə binalar və digər obyektlər tikib təhvil verməsini bildirmişdir. O, isə həmin ərəfələrdə yoldaşı Şahid6 adına olan torpaq sahəsində tikinti işləri tikdirmək istədiyi üçün Sübhinin şirin sözlərinə inanıb Sübhi ilə həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün bu barədə söhbət etmişdir. Sübhi ona bildirmişdir ki, 2 mərtəbəli obyektdə tikinti-quraşdırma işlərini tez bir müddətdə icra edə bilər, özü oturub hesablamış, bildirmişdirki, təxminən 20000 manata yaxın xərcləri çıxacaqdır. O, da Sübhinin hesablamalarının uyğun olmasını görüb Sübhinin təklifi ilə razılaşmışdır. O, bundan sonra Sübhi ilə danışıb yeri göstərmiş, özünün fikrini, tikinti sxemini bildirmişdir. 2019-cu ilin iyul ayının axırlarından 2019-cu ilin oktyabr ayınadək olan müddətdə, dəqiq tarixlərini xatırlamadığı müxtəlif vaxtlarda Gəncə şəhəri ərazisində o, və yoldaşı Şahid6 hissə-hissə Sübhiyə tikinti-quraşdırma işlərinə görə Sübhinin tələbinə əsasən 18600 manat pul vermişlər. Sübhi ona demişdir ki, tikinti aparılmasına lahiyə və bələdiyyədən ilkin sənədləri də özü alacaqdır, özü bütün rüsum və xərcləri bilir, dəfələrlə bu işləri görmüşdür və sənədləşmə işləri, lahiyə üçün 900 manat, bələdiyyə sənədləri üçün isə 500 manat, ümumilikdə 1400 manat lazım olduğunu bildirmişdir. O, isə Sübhinin vədlərinə inanaraq onunla razılaşmışdır. Bundan sonra Sübhi 2019-cu ilin oktyabr ayının sonlarında obyektin layihəsi və bələdiyyə sənədlərinin alınması üçün Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektin yaxınlığında, Sübhi ilə görüşüb 1400 manat pulu Sübhiyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Sübhi həmin yerdə cəmi 5-6 min manatlıq iş görmüşdür, nə bələdiyyədən, nə də Memarlıq şöbəsindən heç bir sənəd almamışdır, onları o adla aldadıb 1400 manat pullarını da ələ keçirmişdir. Onun başı işimə qarışdığı üçün, həyat yoldaşı da qadın olduğu üçün işin üstündə dura bilmədiklərindən Sübhi onların etibarından sui-istifadə edərək onları aldatmışdır. Bundan sonra onun tanışı Faiq Sübhi ilə bir neçə dəfə söhbətlər etmiş ki, aldatmaq lazım deyil, işini görsün, lakin Faiq ona bildirmişdir ki, Sübhi onların verdikləri pulu yemişdir, özünün şəxsi ehtiyaclarına xərcləmişdir, pulu yoxdur. O, özü də bir neçə dəfə Sübhi ilə söhbət etmiş, məlum olmuşdur ki, Sübhi hətta inşaat materialları aldığı yerin də pulunu tam verməmişdir, işlətdiyi fəhlələrin, gözətçinin də pulunu verməmişdir. Sübhi aldığı inşaat materiallarını onların obyektin yanına tökdürüb sonra da həmin inşaat materiallarını onlara demədən, onların icazəsi olmadan götürüb aparmışdır. Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində onun ailəsinə 20000 manat ziyan vurmuşdur. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 törədilmiş cinayət nəticəsində ona dəymiş zərərin ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır, Sübhi onlarla uzaqdan qohumdur. Belə ki, Təqsirləndirilən şəxs onu dayısı qızının əridir, buna görə də onların Sübhinin ailəsi ilə gedişgəlişləri olmuş, həm Sübhi ilə, həm də ailəsi ilə münasibətləri normal olmuşdur. Qızının evi olmadığı və buna görə də uşaqları ilə birgə onun evində yaşadığından onlar Ləmana Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinən torpaq alıb yaşayış evi tikdirmək istəmişdilər. Sübhi fərdi olaraq tikinti işləri ilə məşğul olduğu üçün qızı Ləmana torpaq sahəsi alıb ev tikdirmək istədiklərini öyrəndikdən sonra X15 qəsəbəsində, Yarmarkanın arxasında 6.5 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini satan Süleyman adlı maklerin Sübhinin tanışı olduğunu, həmçinin Sübhinin özünündə həmin yerdən özünə torpaq alıb ev tikdirmək istədiyini bildirmiş və həmçinin demişdir ki, Süleymandan həmin torpaq sahəsini alsınlar və 6.5 sot torpaq sahəsinin 3.5 sotu Ləmanın olsun və onlar Sübhiyə bunun qarşılığında 7500 manat pul versinlər, yerdə qalan 3 sot torpaq sahəsinin isə pulunu Sübhi ödəyəcək və həmin 3 sot torpaq sahəsi də Sübhinin olacaqdır. Bundan sonra o, qızı Ləman və Sübhinin ailəsi ilə birlikdə həmin yerə gedib torpaq sahəsinə baxmışdılar. Onlar həmin yerə baxdıqdan sonra oranı bəyənmişlər və məsləhətləşib, həmin torpaq sahəsini 7500 manata almağa qərar vermişlər və bu barədə Sübhiyə bildirib sonuncu ilə dnışmışdılar. Sübhi isə həmin 7500 manatı sonuncuya vermələrini və yerdə qalan işləri həl edib torpaq sahəsini alaraq sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra 2017-ci ilin may ayında yaşadıqları evdə qızı Ləman onun yanında 5500 manat pulu Sübhiyə vermişdir ki, aparıb həmin torpaq sahəsini satan makler kimi fəaliyyət göstərən Süleymana versin. Həmçinin qızı Sübhiyə bildirmişdir ki, qalan 2000 manat pulu da tezliklə Sübhiyə verəcək ki, həmin 3.5 sot torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdırsın. Sübhi isə razılaşmış və təxminən 3 ay sonra 2017-ci ilin avqust ayında Sübhi qalan 2000 manatı vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt isə maddi vəziyyətləri yaxşı olmadığından pulun isə təcili lazım olduğu üçün Ləman tələsərək Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən özünə məxsus 4 sot torpaq sahəsini satmaq üçün 2017-ci ilin avqust ayında Sübhiyə evin sənədlərini və etibarnamə vermişdir. Sübhi isə Ləmanın etibarından sui istifadə edərək Ləmanı inandırıb həmin torpaq sahəsini 2000 manata satacağını və həmin pulu Süleymana verəcəyini bildirmişdir. Sənədləri və etibarnaməni Sübhiyə verdikdən sonra Sübhi həmin torpaq sahəsini 2000 manata satıb, Yeni Gəncədə yerləşən torpaq sahəsinin qalan 2000 manatını Süleymana verəcəyini və həmin torpaq sahəsini qızı Ləmanın adına sənədləşdirəcəyini bildirmişdir. Bir müddət sonra onlar işlərin nə yerdə olduğunu maraqlandıqda Sübhi bildirmişdir ki, guya Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsini satmamış, lakin özü onların əvəzindən 2000 manatı makler Süleymana vermişdir. O, və qızı Ləman isə X7 torpaq sahəsinin sənədlərini tələb etdikdə, Sübhi müxtəlif bəhanələr gətirərk sənədləri verə bilməmişdir. Bundan sonra onlar Sübhinin onları aldatmasından şübhələnmişlər və qızı Ləmanla birlikdə makler Süleymanı axtarıb tapmışdılar. Onlar Süleymanla telefon vasitəsi ilə əlaqə saxlayıb işlərin nə yerdə olduğunu maraqlandıqda, onlara məlum olmuşdur ki, Sübhi Süleymana cəmi 3500 manat pul vermiş, sonra isə Sübhi Süleymanı aldadaraq Ləmanın torpaq sahəsini almaq istəmədiyini bildirmiş, bundan sonra isə Süleyman 3500 manat pulu ayda 500 manat olmaqla hissə hissə Sübhiyə geri qaytarmışdır. Bundan sonra onlar başa düşmüşşdülər ki, Sübhi ilkin olaraq Sübhiyə verdikləri 5500 manat puldan 3500 manatını Süleymana vermiş qalan 2000 manatı isə özünə götürmüş, daha sonra isə qızı Ləmanın adından başqa bir qadına Süleymana zəng etdirib Ləmanın adı ilə Süleymanla danışdırmış və 3500 manat pulu da Süleymandan geri almışdır, Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsini 2000 manata satsa da Süleymana verməmiş və torpaq sahəsinin pulunu da ələ keçirmişdir. Onlar bundan sonra Sübhiyə onların etibarından istifadə edərək aldadıb ələ keçirdiyi pullarını geri qaytarmasını tələb etdikdə Sübhi müxtəlif bəhanələr gətirərək Ləmana başqa yerdən torpaq sahəsi aldığını və sənədlərini tez bir zamanda təqdim edəcəyini, daha sonra isə sənədləri təqdim edə bilmədiyindən Ləmana Bakı şəhərindən ev alacağını bildirmiş və pullarını geri qaytarmamışdır. Onlar isə Sübhinin yalan vədlərinə inandıqlları və həmçinin qohu olduqıarı üçün Sübhiyə inanıb gözləmişlər və şikayət etməmişdilər. 2019-cu ildə nəvəsi Şahid2 orta məktəbi bitirmiş, lakin universitetlərə qəbul imtahanında az bal toplayaraq heç bir universitetə qəbul ola bilməmişdir. Sübhi bu barədə bildikdə Ləmana bildirmişdir ki, Sübhinin əmisi oğlu X5 Təhsil Nazirliyində Şöbə müdiri işləyir, Sübhi Şövqünün vasitəsi ilə Nəzrini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə düzəldə bilər. Bunun haqqı 15000 manat olsa da Sübhi qiyməti 13000 manata endiribdir. Sübhi bundan sonra Ləmanı yenidən yalan vədlərlə inandırıb həmin 13000 manatın 9000 manatını onların verəcəklərini, qalan 4000 manatı isə Ləmanın əvəzindən özü verəcəyini və onların heç bir işə qarışmayacaqlarını və Sübhi özü danışıb bütün məsələləri həll edərək Nəzrini ali məktəbə qəbul etdirəcəyini bildirmişdir. Onlar evdə məsləhətləşmişlər və bundan sonra Ləman 2019-cu ilin avqust ayının 10-da Gəncə şəhəri, Atatrük prospektində yerləşən lombarddan qızıllarını girov qoyub 7200 manat pul götürmüş, həmin pulun 7000 manatını həmin gün yaşadığı binanın qarşısında oğlu Arifin yanında Nəzrini ali məktəbə qəbul etdirmək üçün Sübhiyə vermişdir. Bundan sonra 2019-cu ilin avqust ayının 13-də o, Ləman yenidən başqa lombarddan 1000 götürüb və bacısı Şəhladan da 1000 manat borc alıb düzəltdiyi 2000 manat pulu həmin gün yaşadıqları binanın qarşısında oğlu Arifin yanında Sübhi ilə görüşüb sonuncuya vermişdir. Sübhi isə onlara bildirmişdir ki, narahat olmasınlar, tezliklə Nəzrini ADNSU-nə qəbul etdirəcəkdir. Bundan sonra onlar tez-tez Sübhi ilə maraqlandıqda Sübhi Şövqü ilə danışıb məsələni həll etdiyini və dərslər başlayanda Nəzrinin dərslərə gedəcəyini bildirmişdir. Lakin sentyabr ayında dərslər başlasa da Sübhidən heç bir xəbər çıxmamış və onla başa düşmüşdülər ki, Sübhi yenədə onların etibarından istifadə edərək qızı Ləmanın pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra Ləman Sübhi ilə əlaqə saxlayan zaman X12 işinin alınmadığını və Ləmanın 9000 manat pulunu öz ehtiyaclarına xərclədiyini və Ləmanın lombarda ödəyəcəyi pulu faizi ilə qaytaracağını bildirmişdir. Bundan sonra isə onlar Sübhinin onların dələduzluq yolu ilə aldadıb ümumilikdə 16500 manat pullarını ələ keçirdiyini başa düşmüşlər və qızı Ləman bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 2019-cu ildə Gəncə şəhər 43 saylı tam orta məktəbin 11-ci sinfini başa vurub, ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, lakin qəbul imtahanında az bal topladığı üçün heç bir universitetə qəbul ola bilməmişdir. Həmin vaxt onlarla uzaqdan qohum olan Təqsirləndirilən şəxs anası ilə danışan zaman Təhsil Nazirliyində qohumunun işlədiyini və həmin qohumu vasitəsi ilə onu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul etdirə biləcəyini demişdir. Bir müddət sonra anası evdə onunla söhbət edən zaman Sübhi ilə danışdığını və Sübhi anasına Təhsil Nazirliyində işləyən Şövqü adlı qohumunun olduğunu və həmin qohumu vasitəsi ilə danışdığını və 13000 manata onu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul etdirə biləcəyini deməsi haqda ona məlumat vermişdir. Həmçinin bildirmiş ki, Sübhi 13000 manat pulun 4000 manatını özü verəcəkdir. Anası onunla söhbət edən zaman onun Universitetdə oxumağı çox istədiyini görüb Sübhi ilə danışaraq razılaşmışdır. Bundan sonra 10 avqust 2019-cu il tarixdə anası Gəncə şəhərində lombardan 7200 manat pul götürüb, həmin günü yaşadıqları binanın qarşsında qardaşı Arifin yanında Sübhiyə vermişdir. Bundan sonra isə 13 avqust 2019-cu il tarixdə lombardan 1000 manat pul götürüb əlavə olaraq qohumları Şəhla xaladan 1000 manat borc pul alıb 2000 manat pulu həmin gün yaşadığı binanın qarşısında qardaşı Arifin yanında Sübhiyə vermişdir. Sübhi isə anasına bütün məsələləri özü danışıb həll edəcəyini və onu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul etdirəcəyini və onun sentyabr ayından həmin Universitetdə oxuyacağını bildirmişdir. Lakin sonradan sentyabr ayı gəlsədə Təqsirləndirilən şəxs onun heç bir universitetə qəbul etdirə bilməmiş, nədə ki, onların pullarını geri qaytarmayaraq şəxsi ehtiyaclarına xərclədiyini və tezliklə qaytaracağını onlara demişdir. Həmçinin 2017-ci ildə Təqsirləndirilən şəxs anasına torpaq sahəsi alacağı vədi ilə anasını aldadıb 7500 manat pulunu ələ keçirmiş, lakin nə anasına torpaq sahəsi almamış, nədə ki, həmin pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, əvvəllər torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, Gəncə şəhəri ərazisindən tanıyır, Sübhi tikinti işləri ilə məşğul olur. Təxminən 2017-ci ilin birinci yarısında dəqiq tarixini xatırlamadığı vaxtlarda onun Yeni Gəncə qəsəbəsində, Liman çay evinin qarşısında özünə məxsus 6.5 sot torpaq sahəsi var idi və o, həmin torpaq sahəsini satırdı. Həmin vaxtlarda Sübhi onunla Yeni Gəncə qəsəbəsində görüşərək, həmin torpaq sahəsini satıb-satmamasını ondan soruşmuş, o, isə oranı satdığını bildirmişdir. Sübhi həmin vaxt ona həmin torpaq sahəsini almaq istədiyini bildirmiş, bundan sonra isə onlar Sübhi ilə gedib həmin torpaq sahəsinə baxmışlar və həmin torpaq sahəsini Sübhiyə 12000 min manata satmağa razılaşmışdır. Sübhi isə ona həmin torpaq sahəsini iki nəfərə, yəni özünə və bir nəfər qadın qohumuna aldığını bildirmişdir. Bundan bir müddət sonra Sübhi Ləman adlı bir qadınla gəlib torpaq sahəsinə baxmışdır, Sübhi həmin vaxt ona həm özünün, həm də Ləmanın adına sənədlər və sərəncam çıxarmaq lazım olduğunu bildirmiş və ona beh olaraq 1000 manat pul vermişdir. Bundan bir müddət sonra isə Sübhi ona hissə hissə əlavə 2500 manat pul vermişdir. Həmçinin Sübhi ona bildirmişdir ki, qalan pulu da bir-iki aya verəcəkdir. Lakin bir müddət sonra Sübhi ona bildirmişdir ki, Məhsəti qəsəbəsində torpaq sahəsi vardır, pulun bir hissəsinin müqabilində həmin torpaq sahəsini versin, o, isə Sübhiyə nəğd pul istədiyini bildirmişdir. Həmin vaxtdan bir qədər keçdikdən sonra Sübhi ona Ləmanın imkanının yaxşı olmadığını, buna görə də həmin torpaq sahəsini almaq istəmədiyini bildirmiş və ona verdiyi 3500 mant pulu geri qaytarmasını ondan istəmişdir. Bundan sonra o. Sübhiyə narazılığını bildirsə də, pulu sonuncuya qaytarmağa razılaşmışdır. İlkin olaraq o, Sübhiyə 3500 manatın 1000 manatını qaytarmışdır. Bundan sonra bir nəfər qadın ona zəng edərək adını Ləman kimi təqdim etmiş, verdiyi pulu ondan istəmişdir, o, isə qalan pulu, yəni 2500 manatı təxminən ayda 500 manat olmaqla hissə-hissə Sübhiyə qaytarmışdır. Bir müddət sonra ona məlum olmuşşdur ki, həmin pul Ləmana çatmamışdır, belə ki, Sübhi başqa bir qadına ona zəng etdirmiş, həmin qadın isə özünü Ləman kimi təqdim etdikdən sonra, Sübhi ondan həmin pulları geri almışdır. Lakin o, həmin zəng edən qadının kim olduğunu bilmir və zəng etdiyi nömrəni isə xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır. Sübhi onun dayısı qızının əridir, Sübhigillə onların qohum kimi gediş-gəlişləri olmuşdur, münasibətləri normal olmuşdur. 2017-ci ilin yaz aylarında bacısı Sevda və bacısı qızı Ləman ona demişlər ki, Sübhi ilə birlikdə Gəencə şəhəri Yeni Gəncə qəsəbəsindən torpaq sahəsi alırlar, həmin torpağın yarısının pulunu Sübhi verir, yarısının pulunu da Ləman verir, ona demişdilər ki, Ləman 7500 manat pul verəcəkdir, 5500 manatını bu başdan veribdir, 2000 manatını da Məhsəti qəsəbəsindəki torpağını satıb pulu vermək üçün Sübhiyə etibarnamə vermişdir. Daha o, da Ləmangil kimi Sübhiyə inanmış, bir müddətdən sonra demişdilər ki, Sübhi Ləmanı aldadıbdır, torpaq sahibinə 5500 əvəzinə 3500 manat pul vermişdir. Sonra da başqa bir qadının adından torpaq sahibinə zəng vurdurub həmin pulu ayda 500 manat olmaqla alıb özünə götürmüşdür, Ləmanın da Məhsəti qəsəbəsindəki torpağını satıb o pulu da özünə götürmüşdür. Sonra bacısıgil demişdilər ki, Sübhi ilə danışıblar, Sübhi Ləmana ayrı yerdən torpaq alıb verəcəyini bildirmişdir. Bundan sonra 2019-cu ilin avqust ayında bacısı qızı Ləman onlara gəlib demişdir ki, qızı Nərzin qəbul imtahanında az bal toplayaraq Universitetə qəbul ola bilməmişdir, Sübhi isə Təhsil nazirliyində şöbə müdiri işləyən əmisi oğlu Şövqü vasitəsi ilə Ləmanın qızı Nəzrini Azərbaycan Dövlət Neft və Sənayə Universitetinə qəbul etdirəcəkdir, demişdir ki, 8000 manat pul düzəldib, 1000 manatı isə çatmır, ondan 1000 manat borc pul istəmiş, o, da Ləmanna 1000 manat borc pul vermişdir. Sonra ona məlum olmuşdur ki, X6 ali məktəbə qəbul etdirmək adı ilə yenə də Ləmanı aldadıb 9000 manat pulunu ələ keçirmişdir, hətta torpağa görə də Ləmanı aldadıb pulunu və torpağını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, fərdi qaydada tikinti işlərində icraçılıqla məşğul olur. Zərərçəkmiş şəxs2 20 ilə yaxın müddətdir ki, tanıyır. Cavanşirlə yoldaşlıq münasibətləri vardır. Təxminən 2019-cu ilin oktyabr ayında Cavanşir ona bildirmişdir ki, Atatürk prospektində obyekt tikdirir, buna görə də onun həmin obyektə baxmasını və tikintidə məsləhət verib kömək etməsini ondan istəmişdir. O, isə Cavanşirin xahişi ilə həmin obyektə baxdıqda görmüşdür ki, həmin obyektin tikintisi düzgün aparılmamış, tikinti-quraşdırma işləri düzgün yerinə yetirilməmişdir. O, bu barədə Cavanşirə danışmış və həmin obyektə cəmi təxminən 5-7 min arası pul xərcləndiyini bildirmişdir. Cavanşirdən həmin tikinti işlərini kimin gördüyünü soruşmuşdur. Bundan sonra Cavanşir onu Sübhi ilə tanış etmişdir və həmin işləri Sübhinin gördüyünü bildirmişdir. O, isə Sübhiyə tikintini düzgün aparmadığını bildirərək gördüyü işlərdə iradını Sübhiyə demişdir. Həmçinin sonradan bilmişdir ki, Sübhi tikini işləri üçün Cavanşirdən 18600 manat, obyektin sənədləşmə işləri üçün isə 1400 manat pul almışdır. X2 etibarından sui istifadə edərək Cavanşiri aldatmış və onun pulunu ələ keçirərək şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onlarla uzaqdan qohumdur. Bacısı Şahid2 2019-cu ildə universitetlərə qəbul imtahanında az bal toplayaraq heç bir universitetə qəbul ola bilməmişdir. Bu barədə Təqsirləndirilən şəxs anası ilə söhbət edən zaman Sübhi anası Ləmana bacısı Nəzrini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul etdirə biləcəyini demişdir. Bundan sonra isə Sübhi anasına bacısı Nəzrini 13000 manat müqabilində ADNSU-nə düzəldə biləcəyini və həmin 13000 manat pulun 4000 manatını anasını əvəzinə verə biləcəyini demişdir. Anası isə Sübhinin onlarla qohum olduğundan sonuncuya inanıb razılaşmış və bundan sonra 10 avqust 2019-cu il tarixdə anası Gəncə şəhərində yerləşən lombardan 7200 manat pul götürmüşdür və həmin tarixdə onunla birlikdə yaşadığı binanın qarşısında Sübhi ilə görüşmüş və həmin 7000 manat pulu Sübhi onun yanında anasından götürmüşdür və Nəzrini Universitetə qəbul etdirəcəyini və bu barədə bütün işləri həll edəcəyini demişdir. Bundan sonra isə anası Ləman 13 avqust 2019-cu il tarixdə yenidən lombardan 1000 manat pul götürüb və qohumları Şəhla xaladan 1000 manat borc pul alıb düzəltdiyi 2000 manat pulu yaşadıqları binanın qarşısında Sübhi ilə görüşüb sonuncuya vermişdir. Sübhi isə həmin vaxt anasına narahat olmamasını və sentyabr ayından Nəzrinin Universitetdə oxuyacağını bildirmişdir. Lakin, bundan sonra sentyabr ayı gəlsə də Sübhi verdiyi vədə əməl etmiyərək bacısını Universitetə qəbul etdirməmiş, nədə ki, anasından aldığı pulları geri qaytarmayaraq anasının pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2017-ci ildə anası Ləmana torpaq sahəsi alacağı vədi ilə anasını inandıraraq 7500 manat pulunu ələ keçirmiş, nə torpaq sahəsi almamış, nədə ki, aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, kiçik sahibkarlıqla məşğul olmaq üçün 2018-ci ilin yaz aylarında Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 236-cı və 238-ci binaların aralıq hissəsində boş sahə olan 100 kvadrat metr sahədə qeyriyaşayış binası tikdirib həmin binada gözəllik salonu və digər ictimai iaşə obyekti açmaq məqsədi ilə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, bundan sonra onu ərizəsi müsbət qəbul olunaraq 30 aprel 2018-ci il tarixində Kəpəz raon İcra Hakimiyyətinin Başçısının 694 saylı Sərəncamı ilə qeyd edilən 100 kvadrat metr sahədə qeyri-yaşayış binasının tikilməsi üçün torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. Həmin vaxtlar həyat yoldaşı olan Zərərçəkmiş şəxs2 və onun maddi imkanları yaxşı olmadığı üçün tikinti işləri gördürə bilməmişdilər. 2019-cu ilin iyul aylarında dəqiq tarixini xatırlmadığı vaxtda adını sonradan bildiyi Təqsirləndirilən şəxs yoldaşı Zərərçəkmiş şəxs2lə təsadüfən yoldaşının iş yerində tanış olmuş, Sübhi Cavanşirə iş icraçısı olduğunu, münasib qiymətə binalar və digər obyektlər tikib təhvil verməsini bildirmiş, Cavanşir isə Sübhinin şirin sözlərinə inanıb Sübhi ilə həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün bu barədə söhbət etmiş, Sübhi Cavanşirə 2 mərtəbəli obyektdə tikinti-quraşdırma işlərini tez bir müddətdə icra edə biləcəyini və bunun təxminən 20000 (iyirmi min) manata başa gələcəyini bildirmişdir. Cavanşir isə Sübhiyə inanaraq sonuncu ilə razıllaşmış, bundan sonra onunla məsləhətləşdikdən sonra Sübhi ilə danışıb yeri göstərmişdir. 2019-cu ilin iyul ayının axırlarından 2019-cu ilin oktyabr ayınadək olan müddətdə, dəqiq tarixlərini xatırlamadığı müxtəlif vaxtlarda Gəncə şəhəri ərazisində Cavanşir hissə-hissə Sübhiyə tikinti-quraşdırsma işlərinə görə Sübhinin tələbinə əsasən 18600 (on səkkiz min altı yüz) manat pul vermişdir. Sübhi həmçinin Cavanşirə tikinti aparılmasına lahiyə və bələdiyyədən ilkin sənədləri də özü alacağını, özü bütün rüsum və xərcləri bildiyini demiş, bundan sonra isə lahiyə üçün 900 manat, bələdiyyə sənədləri üçün isə 500 manat, ümumilikdə 1400 manat lazım olduğunu bildirmişdir. Həyat yoldaşı Cavanşir isə Sübhinin vədlərinə inanaraq Sübhi ilə razılaşmış, bundan sonra Sübhiyə 2019-cu ilin oktyabr ayının sonlarında obyektin layihəsi və bələdiyyə sənədlərinin alınması üçün Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektin yaxınlığında 1400 manat pulu vermişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Sübhi həmin yerdə cəmi 5-6 min manatlıq iş görmüşdür, nə bələdiyyədən, nə də Memarlıq şöbəsindən heç bir sənəd almamışdır, onları o adla aldadıb 1400 manat pullarını da ələ keçirmiş, onların Sübhiyə olan etibarından sui-istifadə edərək onları aldatmışdır. İş materiallarında olan 27.02.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs1 keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 02 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs2 keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş “Daşınmaz əmlak olan yarımtikilinin tikintisi zamanı çəkilmiş xərclərin hesablanmasına dair” 06 noyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Şahid6 məxsus olan Gəncə şəhəri, Atatürk prospekti 236- 238 ünvanında yerləşən hissədə aparılmış yarımtikiliyə çəkilmiş xərcin ümumi məbləği 6500 (altı min beş yüz) manatdır. Eyni zamanda Şahid6 məxsus olan Gəncə şəhəri, Atatürk prospekti 236-238 ünvanında yerləşən hissədə tikinti-quraşdırma işləri tamamilə tikinti standartlarının tələblərinə cavab vermir, əgər binanın bundan sonrakı tikintisi hal-hazırkı bünövrə üzərində davam edərsə binada gələcəkdə hər-hansı xəta baş verə bilər. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 05 iyul 2021-ci il tarixli, 10/1513 saylı rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 arvadına (Şahid6) məxsus Gəncə şəhəri, Atatürk prospekti 236 və 238 ünvanları arasında yerləşən 100 kv.m torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işlərinin 2019-cu ilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 7814,0 manat olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 3,5 sot torpaq sahəsi alacağı barədə yalan vədlər verməklə inandırıb onun ilkin olaraq 5500 manat, daha sonra isə 2000 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 7500 manat pulunu vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. İşin faktiki hallarından həmçinin görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 qızı Şahid2 universitetə qəbul olunaraq oxuması üçün Təqsirləndirilən şəxsla danışmış, o Təqsirləndirilən şəxs yalan vədlərinə inanmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bütün məsələləri özü həll edəcəyini bildirərək onun etibarından sui-istifadə etməklə və aldatmaqla ilkin olaraq 7000 manat, daha sonra da 2000 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 9000 manat pulunu vahid niyyətlə ələ keçirmişdir. Təqsirləndirilən şəxs aldığı pulu hər hansı şəxsə verməmiş, hər hansı bir şəxslə Şahid2 Universitetə düzəltdirmək barədə danışmamışdır. Təqsirləndirilən şəxs niyyəti zərər çəkmiş şəxsdən pulu alaraq vəzifələri şəxslərə vermək deyil, niyyəti onun pulunu aldatmaqla və etibardan sui-istifadə etməklə ələ keçirmək olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Atatürk prospektində yerləşən torpaq sahəsində iki mərtəbəli obyekt tikdirəcəyi və həmin tikintiyə lahiyə və bələdiyyə sənədləri düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb zərər çəkmiş şəxsin xeyli miqdarda pulunu aldatma və etibardan sui-istifadə yolu ilə ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə vahid niyyətlə ələ keçirmişdir. Zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 obyektin tikintisi üçün 18600 manat, sənədləşmə işləri üçün 1400 manat olmaqla, ümumilikdə 20000 manat pul almışdır. İbtidai istintaq dövründə əldə edilmiş "xxxx" MMC tərəfindən verilmiş “Daşınmaz əmlak olan yarımtikilinin tikintisi zamanı çəkilmiş xərclərin hesablanmasına dair” 06 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti 236-238 ünvanında yerləşən hissədə aparılmış yarımtikiliyə çəkilmiş xərcin ümumi məbləği 6500 manat təşkil edir. Buna görə də ibtidai istintaq orqanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş zərərin məbləğini 13500 manat (20000-6500=13500) müəyyən etmişdir. Lakin, məhkəmə istintaqı dövründə müdafiə tərəfinin verdiyi vəsatət əsasında Təqsirləndirilən şəxs tərəfindən 2019-cu ildə zərər çəkmiş şəxsin arvadına məxsus torpaq sahəsində tikilmiş tikintiyə çəkilən xərcin məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilmişdir və ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işlərinin 2019-cu ilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 7814,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə-tikinti-texniki ekspertizasının rəyi daha mötəbər sübut olduğundan, tikintiyə çəkilmiş xərclərlə bağlı həmin rəydə göstərilən məbləğ nəzərə alınmalı və təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş zərərin məbləği 12186 manat (20000-7814=12186) müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs1 münasibətdə ona qarşı dələduzluq etmədiyini, onunla qeyri-rəsmi ailə münasibətində olduğunu, bu müddət ərzində Ləmanın özünün və uşaqlarının ehtiyacları üçün kifayət qədər pul xərclədiyinə görə Ləmandan alınan pulları ona olan borcu kimi əvəzləşdirdiyini bildirsə də, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu hallar məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, bu hallar mövcud olmuş olsa belə, onun əməlinin cinayət olmasını aradan qaldırmır. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həm torpağın alınması ilə bağlı məsələdə, həm də zərər çəkmiş şəxsin qızının universitetə düzəldilməsi ilə bağlı məsələdə həmin işləri həll edəcəyinə dair yalandan söz vermiş və zərər çəkmiş şəxsi aldatmaq və etibarından sui-istifadə etməklə xeyli miqdarda pulunu ələ keçirmişdir. Onun zərər çəkmiş şəxsin ailə üzvlərinin ehtiyacları üçün pul xərcləmiş olması, zərər çəkmiş şəxsin pulunun dələduzluq yolu ilə ələ keçirməsinə haqq qazandırmır. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin ona olan borcunu əvəzləşdirmək məqsədi ilə zərər çəkmiş şəxsin pulunu aldatmaq və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmiş olması, onun bu barədə niyyətinin əvvəlcədən yarandığını göstərir ki, bu vəziyyətdə də onun əməli dələduzluq cinayətinin tərkibini yaradır. Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməl üzrə ittihamda da özünü təqsirli bilməyərək ifadəsində zərər çəkmiş şəxsdən aldığı pulların hamısını obyektin tikintisi üçün xərclədiyini bildirsə də, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunur ki, obyektin tikintisinə təqribən 7814 manat vəsait xərclənmişdir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən şəxsin niyyəti əvvəlcədən zərər çəkmiş şəxin pulunu ələ keçirməyə yönəlmiş, bu məqsədlə o, zərər çəkmiş şəxsdən obyektin tikintisi üçün ayrı-ayrı vaxtlarda olmaqla, ümumilikdə vahid niyyətlə 20000 manat pul alıb həmin vəsaitin çox az hissəsini tikintiyə sərf etmiş, qalan məbləği isə öz ehtiyacları üçün xərcləmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun zərər çəkmiş şəxslərə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməsi və zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 26.02.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-47/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26.02.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar