Məhkəmə qərarları › İş №1(043)-12/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-12/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-12/2022 29.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 M ət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, Samux Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(058)-33/2020 nömrəli hkmü ilə CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3,180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 1(043)-6/2021 nömrəli hökmü ilə CMin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxaGəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, H.Əliyev prospekti, 475 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, X12 küçəsi, ev 48 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 22 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs7 məxsus Gəncə şəhəri V.Xuluflu küçəsi yeni məhlələrdə yerləşən fərdi yaşayış evinin hasarından aşma yolu ilə evin həyətinə düşüb evin açıq olan plastik pəncərəsindən içəri daxil olaraq evdən 1 ədəd 95 manat dəyərində hamam duşunu, bir ədədi 58 manat olan 3 ədəd ümumi dəyəri 174 manat olan su kranını, ümumi dəyəri 434 manat olan 57 ədəd işıq spotunu, 1 ədəd 8 manat dəyərində hamam aksessuarını, 40 manat dəyərində 10 litir çəkidə boyanı və 40 manat dəyərində bir ədəd güzgünü gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 791 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs7 ilə qabaqcad an əlbir olub bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan tarixdə saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri yağ-piy kombinatı adlanan ərazinin şimal-şərq hissəsində yerləşən yarımtikili halda olan fərdi yaşayış evinin həyətinin hasarsız olan hissəsindən evin həyətinə keçməklə zirzəminin plastik qapısını itələyib açaraq zirzəmiyə daxil olub oradan 1 ədəd 300 manat dəyərində qaynaq aparatını, bir metrinin qiyməti 1 manat 50 qəpik olmaqla 50 metr uzunluğunda ümumi dəyəri 75 manat olan elektrik naqilini, 130 manat dəyərində dam örtüyü ləvazimatlarını, bir qutusu 8 manat olmaqla 40 manat dəyərində 5 qutu vinti, bir ədədi 30 manat olmaqla 5 ədəd 6 metr uzunluğunda 150 manat dəyərində döşəmə üçün taxtaları və bir ədədi 8 manat olmaqla 5 ədəd 12 metr uzunluğu olan 40 manat dəyərində armaturları gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 735 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 09.10.2020-ci il tarixdə saat 17 radələrində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi M.Adıgözəlov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinin qapısının açıq olmasını görərək həyət daxil olub həyətdə olan 600 manat dəyərində “Bosch” firmasına məxsus bir ədəd preparatoru həyətdən götürüb gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 24.10.2020-ci il tarixdə saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yeni məhlələrdə yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həytə daxil olaraq evin plastik pəncərəsiin açıb evin içərisinə daxil olub oradan 1 ədəd 850 manat dəyərində kombi aparatını, bir ədəd 40 manat dəyərində qaz tənzimləyicini, bir ədəd 60 manat dəyərində hidrafonu, bir ədəd 30 manat dəyərində laqondanı və bir ədəd 30 manat dəyərində direli gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1010 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanında yerləşən evin hasarından aşma yolu ilə evin həyətinə düşüb həyətdə olan dülgər emalatxanasından 1 ədəd 150 manat dəyərində “Fiolent” markalı taxta kəsən aparatı, bir ədəd 150 manat dəyərində taxtaya mıx vuran tapançanı və 50 manat dəyərində mıx vuran aparatın ləvazimatlarını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 350 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10.02.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək olan müddət ərzində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs5 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, İ.M.Zamanoğlu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə hasardan həyətyanı sahəyə, daha sonra isə dəmir barmaqlıqlardakı qıfılları sındırmaq yolu ilə evə və zirzəmiyə qanunsuz daxil olaraq sonuncuya məxsus 120 manat olan 9 ədəd təzə, hər birinin dəyəri isə 50 manat olan 7 ədəd işlənmiş istilik sisteminin radiatorları, hər birinin dəyəri 7 manat olan 30 ədəd su açarları, dəyəri 70 manat olan kombi sisteminə məxsus 1 ədəd işıq tənzimləyici, 130 manat dəyərində bir ədəd qazla işləyən su qızdırıcı, 60 manat dəyərində 50 predmetdən ibarət təmir üçün nəzərdə tutulmuş açar dəsti, 170 manat dəyərində plastik boruları birləşdirmək üçün 1 ədəd ütü, hər birinin dəyəri 60 manat olan 2 ədəd direl, 100 manat dəyərində bir ədəd “Makito” markalı perferator, 55 manat dəyərində bir ədəd “Makito” markalı taxta yonan aparat, 80 manat dəyərində 1 ədəd laminasiya aparatı, 30 manat dəyərində bir ədəd madem, 30 manat dəyərində 1 ədəd krosnu aparatı, 40 manat dəyərində “KTV”-yə məxsus 1 ədəd aparat, 400 manat dəyərində plastik su boruları, hər birinin dəyəri 20 manat olan 6 ədəd köynək, 350 manat dəyərində bir ədəd dəri gödəkçə, hər birinin dəyəri 6 manat olan 20 ədəd işıq açarı, hər birinin dəyəri 6 manat olan 28 ədəd elektrik birləşdiricisini gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3683 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan Sadiq adlı şəxslə birlikdə 26.02.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri, 5-ci mkr, ev 18, mənzil 22-də yaşayan Zərərçəkmiş şəxs6 məxsus Gəncə şəhəri, 5-ci mkr, yeni yaşayış sahəsində yerləşən ünvansız fərdi yaşayış evinə hasardan həyətyanı sahəyə, daha sonra isə evin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq sonuncuya məxsus hər birinin dəyəri 5 manat olan 7 ədəd işıq açarı, hər birinin dəyəri 6 manat olan 5 ədəd led işıq, hər birinin dəyəri 45 manat olan əl-üz yuyan üçün 2 ədəd su açarı, dəyəri 50 manat olan 1 ədəd qab yuyan üçün duşlu su açarı, hər birinin dəyəri 10 manat olan 7 ədəd adi su açarı, hər birinin dəyəri 4 manat olan 14 ədəd su açarları üçün nəzərdə tutulmuş su borularını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 331 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16.08.2020-ci il tarixdə Gəncə şəhəri, A.Yusibov küçəsi, ev 1-də yaşayan Zərərçəkmiş şəxs10 yaşadığı fərdi yaşayış evinin həyətinə giriş qapısının açıq olmasından istifadə etməklə daxil olaraq oradan 220 manat dəyərində 2 ədəd perforator, 300 manat dəyərində 2 ədəd laqonda və 80 manat dəyərində 1 ədəd dreli gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 avqust 2020-ci il tarixdən 14 sentyabr 2020-ci il tarixədək olan, istintaqa dəqiq məlum olmayan müddət ərzində ünvan 9 ünvanında yaşayan X2 yaşadığı evdə olmadığı vaxt həmin evə qanunsuz daxil olub oradan sonuncuya məxsus dəyəri 300 manat olan bir ədəd mis samovarı gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 09.10.2020-ci il tarixdə saat 17 radələrində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi M.Adıgözəlov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinin qapısının açıq olmasını görərək həyət daxil olub həyətdə olan 600 manat dəyərində “Bosch” firmasına məxsus bir ədəd perforatoru həyətdən götürüb gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını açıq olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsi F.Əmirov küçəsi, dalan 2, ev 25-də yaşayan X5 məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində 01 ədəd 7 lt həcimli, mis materialından olan “Somavarı” sonuncunun gözü qarşısında açıq yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 04.02.2021-ci il tarixdə saat 14:30 radələrində Gəncə şəhəri Nəsibbəyli küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs8 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz yolla daxil olub evin həyətində olan Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd 320 manat dəyərində perforatoru, 1 ədəd 100 manat dəyərində laqondanı və 1 ədəd 210 manat dəyərində dreli gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 630 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1,180.2.2 və 180.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talama məqsədilə qabaqcadan əldə etdikləri razılaşma əsasında o və Təqsirləndirilən şəxs4 küçədə dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə 17 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsi F.Əmirov küçəsi, dalan 2, ev 25-də yaşayan X5 məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində 01 ədəd 7 lt həcimli, mis materialından olan “Somavarı” sonuncunun gözü qarşısında açıq yolla talamaqla Zərərçəkmiş şəxs11 qarşı soyğunçuluq etmişlər. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 04.02.2021-ci il tarixdə saat 14:30 radələrində Gəncə şəhəri Nəsibbəyli küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs8 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək qabaqcadan əldə etdikləri razılaşma əsasında o, küçədə dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə yaşayış sahəsinə qanunsuz yolla daxil olub evin həyətində olan Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd 320 manat dəyərində perforatoru, 1 ədəd 100 manat dəyərində laqondanı və 1 ədəd 210 manat dəyərində dreli qanunsuz daxil olmaqla gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 630 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Təqsirləndirilən şəxs4 özgənin əmlakını talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talama məqsədilə qabaqcadan əldə etdikləri razılaşma əsasında o və Təqsirləndirilən şəxs3 küçədə dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə Göygöl rayonu Qızılqaya qəsəbəsi F.Əmirov küçəsi, dalan 2, ev 25-də yaşayan X5 məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində 01 ədəd 7 lt həcimli, mis materialından olan “Somavarı” sonuncunun gözü qarşısında açıq yolla talamaqla Zərərçəkmiş şəxs11 qarşı soyğunçuluq etmişlər. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs5 tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 01 avqust 2020-ci il tarixdən 14 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində ünvan 9 ünvanında yaşayan X2 yaşadığı evdə olmadığı vaxt həmin evə qanunsuz daxil olub oradan sonuncuya məxsus dəyəri 450 manat olan bir ədəd “Sony” markalı fotoaparatı və 2500 manat dəyərində xrustal qab-qacaq dəstlərini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2950 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs5 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Təqsirləndirilən şəxs7 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayının sonlarında məlum olmayan tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri yağ-piy kombinatı adlanan ərazinin şimal-şərq hissəsində yerləşən yarımtikili halda olan fərdi yaşayış evinin həyətinin hasarsız olan hissəsindən evin həyətinə keçməklə zirzəminin plastik qapısını itələyib açaraq zirzəmiyə daxil olub oradan 1 ədəd 300 manat dəyərində qaynaq aparatını, bir metrinin qiyməti 1 manat 50 qəpik olmaqla 50 metr uzunluğunda ümumi dəyəri 75 manat olan elektrik naqilini, 130 manat dəyərində dam örtüyü ləvazimatlarını, bir qutusu 8 manat olmaqla 40 manat dəyərində 5 qutu vinti, bir ədədi 30 manat olmaqla 5 ədəd 6 metr uzunluğunda 150 manat dəyərində döşəmə üçün taxtaları və bir ədədi 8 manat olmaqla 5 ədəd 12 metr uzunluğu olan 40 manat dəyərində armaturları gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 735 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs7 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Təqsirləndirilən şəxs6 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 24.10.2020-ci il tarixdə saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yeni məhlələrdə yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həytə daxil olaraq evin plastik pəncərəsiin açıb evin içərisinə daxil olub oradan 1 ədəd 850 manat dəyərində kombi aparatını, bir ədəd 40 manat dəyərində qaz tənzimləyicini, bir ədəd 60 manat dəyərində hidrafonu, bir ədəd 30 manat dəyərində laqondanı və bir ədəd 30 manat dəyərində direli gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1010 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs6 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini,istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1,180.2.2 və 180.2.3cü maddələri, Təqsirləndirilən şəxs3 əməli CM-in 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 əməli CM-in 180.2.1 və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs5 əməli CM-in 177.2.3-cü maddəsi, Təqsirləndirilən şəxs7 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs6 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 22.09.2020-ci il tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən yeni tikililər olan evdə dəmir qapının üzərindən aşıb evin içərisinə daxil olaraq sellofanlarda olan hamam-tualet üçün aksessuarları, yəni hamam duşu, xeyli sayda işıq spotu, üç ədəd su kranı və aksessuarları oğurlamışdır. Sonrakı günü həmin aksessuarları Tovuz rayonu Qovlar qəsəbəsində yolun kənarında olan inşaat malları mağazasında inşaat malı alan ustaya 180 manat pula sataraq öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2020-ci ilin sentyabr ayının axırlarında onunla qonşu küçədə yaşayan tanışı Təqsirləndirilən şəxs7 ilə Gəncə şəhəri Yağ-piy kombinatı adlanan zavodun arxasında yeni tikili və hasarsız olan evin plastik qapısını açaraq oradan qaynaq aparatını, elektrik naqilini, 5 ədəd taxtanı, qutuda olan paçqa vintlər və 4 ədəd armaturu oğurlayaraq Hərbi Şəhərcik deyilən ərazidə küçədə borunu qaynaq edən ustaya oğurladıqları qaynaq aparatını 40 manata satmışlar. Bundan başqa 09.10.2020-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsi M.Adıgözəlov küçəsində açıq olan qapıdan evin həyətinə daxil olub “Bosch” markalı preparatoru götürüb ordan uzaqlaşmışlar. İntiqam ona həmin preparatoru satdıqdan sonra ona pul verəcəyini demiş və preparatoru götürüb getmişdir. Səhəri gün İntiqam onun mobil telefonuna zəng etmiş və 30 manata bir nəfərin preparatoru istədiyini demişdir. O, isə razılaşmışdır. Lakin sonradan İnitqam perfaratoru satıb pulunu ona verməmişdir. Bundan başqa 24.10.2020-ci il tarixdə saat 01 radələrində tanışı və eyni küçədə yaşadığı Təqsirləndirilən şəxs6 ilə birlikdə təsadüfən Gəncə şəhəri Ü.Hacıbyov küçəsində yeni məhələlər olan yerdə küçələrdən birində piyada gəzən zaman evlərdən birinin yeni tikili olduğunu və evdə işıq yanmadığı üçün yaşayış olmadığını görüb oğurluq etmək qərarına gəlmişlər və hasar kiçik olduğu üçün hər ikisi köməkləşib evin hasarından tullanıb həyətinə düşmüşlər. Evin həyətində olan zaman evin həyətindən kiçik dəmir tapmış və plastik aynanın dibini qanırıb açmış, sonra plastik aynadan Ural və o, içəri daxil olmuş, içəri daxil olandan sonra əşyalar olmadığını, evin yeni təmir olunduğunu və evin otağının birində kombi aparatı, bir ədəd laqonda, bir ədəd direl, bir ədəd gidrafon və bir ədəd qaztənzimləyici aparat olmasını görüb oğurlamışlar.Lakin müştəri tapa bilmdikləri üçün həmin əşyaları sata bilməmişlər. Bundan başqa 25.10.2020-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Vağzal küçəsi ilə gedən zaman evlərdən birinin kənarında tikili olduğunu və həmin tikilinin işıqlarının sönülü olmasını görüb hasardan baxan zaman həmin yerin taxta emalatxanası olduğunu görmüş və oradan oğurlqu etmək qərarına gəlmiş, ona görə də hasardan aşıb həyətə düşmüş və emalatxananın içərisinə baxan zaman orada bir ədəd taxta kəsən aparat, bir ədəd mismar vuran aparat və üzərində aksessuarları olduğunu görüb həmin əşyaları oğurlamışdır. Həmin aparatları ailə üzvlərinin xəbəri olmadan evin həyətində gizlətmişdir. Bundan başqa Gəncə şəhəri “Maxi” marketin qarşısında Həyət evlərinin birinin zirzəmisindən 5 ədəd istilik sisteminin radiatorlarını, krantlarını, direli bir ədəd işıq tənzimləyici və krosnu aparatını, bir ədəd internet modemini və bir ədəd nə olduğunu bilmədiyi dördbucaq əşyanı oğurlayaraq Gəncə şəhərindəki Səadət şadlıq sarayının yanında yerləşən və istilik sistemlərinin, digər elektirik əşyalarının alqı-satqısı ilə məşğul olan mağazaya ümumilikdə 100 manata satmışdır. Qalan əşyaları isə Gəncə şəhərində yerləşən və “Sərçə bazarı” adlanan yerdə köşk işlədən, adını bilmədiyi yaşlı kişiyə ümumilikdə 40 manata satmışdır. Həmin əşyalardan yalnız bir ədəd dördkünc əşya qalmışdır. 27 fevral 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Sadiqlə birlikdə “Abbas Səhətin ayağı” adlanan yerdəki təzə məhəllələrdə olan evlərdən birindən pəncərədən daxil olaraq 3 ədəd krantı, 2 ədəd led lampanı və 9 ədəd işıq yandırıb-söndürənlərini və elektrik birləşdiricilərini oğurlamışdır. Həmin əşyaları tutulduğu günü satmaq istədikdə polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış və əşyalarla birlikdə onu polis idarəsinə gətirmişlər. Artıq cinayət əməlinin ifşa olunduğunu görüb törətdiyi cinayət əməllərini etiraf etmişdir.Maddi imkanı olmadığı üçün o, həmin oğurluqları etmişdir. Zərərçəkmiş şəxslərdən bir neçəsinin zərərini ödədiyini və əməlindən peşman olduğunu göstərərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəlində saat təxminən 15 radələrində ünvan 11 ünvanında yeləşən evin darvazasının açıq olduğunu və həyətdə bir ədəd samovar olduğunu görüb evdə heç kimin olmamasından istifadə edərək həmin bir ədəd samovarı gizli götürüb tanımadığı taksi ilə köhnə “kolxoz bazarı” adlanan yerdə bir nəfər tanımadığı qadına yaxınlaşmış və samovarı satıb-satmadığını soruşmuş, o isə həmin samovarın özünə məxsus 50 manata sataraq öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 16.08.2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri A.Yusifbəyli küçəsində olan evlərdən birinin qapısının açıq olmasından istifadə edərək evin həyətinə daxil olub çardağın altındakı stolun üzərində olan çantadan 1 ədəd direl, 1 ədəd preparator və 1 ədəd laqonda oğurlayaraq sata bilmədiyi üçün Gəncə şəhəri V.Xuluflu küçəsininin qurataracaq hissəsində “xaraba yeri” adlanan yerdə qarajların arxasında gizlətmiş, polis əməkdaşları onun tutarkən həmin oğurladığı əşyaların yerini təqdim etmişdir. Bundan başqa 09.10.2020-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsi M.Adıgözəlov küçəsi ilə gedən zaman qapılardan birinin açıq olduğunu görüb oğurluq etmək qərarına gəlmişlər. Orxan ətrafda kənar şəxsin olubolmamasını yoxlamaq üçün dayanmış, o isə açıq olan qapıdan içəri daxil olmuş və həyətdə sol tərəfdə çantada “Bosch” markalı preparator olduğunu görüb çantanı götürmüşdür. O, Gəncə şəhəri “dəmiryol vağzalı”-nın yaxınlığında olan “Sərçə bazarı” adlanan yerdə bir nəfər tanımadığı şəxəsə 40 manata satmışdır. Səhərisi gün 20 manatını Orxana vermiş 20 manatı isə öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs3 isə təxminən 3 ildir tanıyır. İntiqamla onun xalası oğluna görə tanış olmuş, həmin vaxtdan Təqsirləndirilən şəxs3 ilə dost münasibətindədir. İntiqamla onun yaşadığı evin arasında müəyyən qədər məsafə olduğundan Təqsirləndirilən şəxs3 ilə gec-gec görüşmüşdür. 04.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3la Gəncə şəhəri “Əlillərin dairəsi adlanan ərizidə evlərdən birinin qapısının açıq olduğunu və darvazaya yaxın yerdə 1 ədəd perforator, 1 ədəd drel və 1 ədəd laqondanın olduğunu görüb həmin alətləri oğurlamaq üçün Təqsirləndirilən şəxs3 həmin evdən bir qədər kənarlaşaraq küçədə gözləmiş, o isə evin həyətinə daxil olub həmin alətləri götürmüşdür. Təqsirləndirilən şəxs3 həmin alətləri 75 manata sataraq pulu öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs4 isə 4 ilə yaxın müddətdir ki, tanıyır. 17 yanvar 2021-ci il tarixdə günorta saatlarında İntiqam və Mariflə Gəncə şəhəri "Bayraq meydanı" deyilən ünvanda görüşmüşlər və oğurluq etmək qərarın gəlmişlər. Göygöl rayonu Qızılqaya qəsəbəsinə getmişlər. İntiqam və Marif onu küçənin giriş hissəsində gözləmişlər. O, həmin qəsəbədə giriş darvazası açıq olan bir evin zirzəmisinin pilləkəni altında 01 ədəd somavar oduğunu görüb həyətə daxil olmuş, həyətə daxil olub somavarı götürüb qaçaraq məhlədən çıxmış, həmin vaxt ev sahibi onun oğurluq etdiyini görüb arxasınca qışqırmışdır. Eşitmişdir, lakin dayanmayıb küçə ilə somavar qucağında qaçmağa başlamışdır. İntiqam və Marif də onun qaçdığını, ev sahibinin onu təqib etdiyini görüb qaçmağa başlamışlar. Göygöl-Gəncə avtomobil yoluna çıxdıqda markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksiyə əl edib saxlatmışlar. Həmin taksi ilə onlar “Dubay bazarı” adlanan bazara getmişlər. Orada somavar satılan mağazaya daxil olub qonşu Əkbərin həmin mağazada satıcı olduğunu görmüş və Əkbərə özünə məxsus somavarı satmaq istədiyini demiş, Əkbər də ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O da şəxsiyyət vəsiqəsini təqdim etmiş və somovarın oğurluq olmadığına Əkbəri inandırmışdır. Əkbər də onunla razılaşmış və somavar ondan 70 manata almışdır. Mağazadan çıxdıqda mağazanın qarşısında onu gözləyən İntiqam və Marifə somavarı satdığını demiş və gedib yemək yeməyi təklif etmişdir. Dubay bazarı adlanan ünvanda bazarın daxilində olan kafeyə getmiş və çörək yeyib qurtardıqdan sonra 33 manat hesabı ödəmiş, sonra onlar aralaşıb və hərə öz evinə getmişdir. Qalan pulu isə şəxsi ehtiyacları üçün, yəni siqaret və digər şəxsi əşyalar üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödədiyini və əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə özünü təqsirli bilib, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 5-6 il olar ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 onların qonşuluğunda kirayədə yaşamışdır. 16 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı küçədə olan zaman İntiqam həmin yerə gəlmiş və onunla görüşərək hal-əhval tutmuş, söhbət əsnasında o, işləmədiyini və boşluq olduğunu demiş, İntiqam isə ondan mobil telefon nömrəsini soruşmuşdir. İntiqam onun nömrəsini aldıqdan sonra getmişdir. Həmin günün ertəsi, yəni 17 yanvar 2021-ci il tarixdə İntiqam ona zəng edib görüşmək istədiyini bildirmiş, bundan sonra o, Gəncə şəhərində “Bayraq Meydanının” yaxınlığında İntiqamla görüşmüşdür. Həmin vaxt İntiqamın yanında qohumu Maarif olmuşdur. Onlar görüşüb razılaşdıqdan sonra hər üçü oğurluq etmək məqsədi ilə birlikdə Gülüstan qəsəbəsinə getmişlər. “Alov” restoranının arxa hissəsindəki küçəyə getmişlər Mariflə o, küçənin başında gözləmiş, İntiqam bir evə daxil olub əlində somavar çıxanda ev sahibinin qışqırdığını görərək qaçmağa başlamışlar.Maarif Göygöl şəhəri istiqamətində, İntiqam ilə o isə Gəncə şəhəri istiqamətində qaçmağa başlamışlar. Bundan sonra İntiqam taksi sifariş etmiş onlar Gəncə şəhərində yerləşən “Qafqaz ticarət mərkəzi” deyilən bazara getmişlər. İntiqam mağazalardan birinə daxil olub somavarı Əkbər adlı şəxsə 60 manata satmış, həmin taksi ilə “Dubay bazarı” adlanan bazara getmişlər. Orada kafeyə getmişlər və çörək yeyib qurtardıqdan sonra İntiqam 33 manat hesabı ödəmişdir. Bundan sonra onlar aralaşmış və hərə öz evinə getmişdir. Bundan başqa 04.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Hərbi Şəhərcik adlanan yerdə tanımadığı evin həyətinə 1 ədəd perforator, 1 ədəd drel və bir ədəd laqonda olduğunu ona demiş, o, İntiqama həmin təmir alətlərini satacağını bildirmiş, həmin təmir alətlərini tanımadığı şəxslərə ümumilikdə 75 manata satmışdır. O, perforator və dreli 45 manata əvvəllər tanımadığı bir nəfər şəxsə, laqondanı isə 30 manata əvvəllər tanımadığı digər şəxsə satmışdır. Həmin alətləri satdıqdan sonra taksi ilə birlikdə Gəncə şəhəri Bayraq Meydanı adlanan yerə getmiş, həmin Bayraq Meydanında puldan bir az xərclədikdən sonra intiqam ona 20 manat pul vermiş, sonra ayrılmışlar. O həmin pula öz istifadəsi üçün siqaret almış, İntiqam və Maariflə əvvəlcədən oğurluq edəcəkləri ünvana gedən zaman İntiqamın hər hansı şəxsin gözü qarşısında soyğunçuluq edəcəyini güman etməmişdir. İntiqam somavarı evdən çıxarandan sonra ev sahibinin səsini eşitmiş və İntiqama qoşulub qaçmışdır. Soyğunçuluq etmək niyyəti olmadığını göstərərək oğurluq etdiyi cinayətə görə zərərçəkiş şəxslərə dəymiş zərəri ödədiyini bildirərək CM-in 180.2.1,180.2.2 və 180.2.3-cü maddələri ilə ona cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qohumu, yəni bibisi oğludur. Təqsirləndirilən şəxs3 da bibisi oğlu İntiqamın vasitəsilə təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. 17 yanvar 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Gəncə şəhəri "Bayraq meydanı" deyilən ünvanda görüşmüş, onlarla söhbət edən zaman birlikdə oğurluq edib pul qazanmaq istəmişlər. Onlar hər üçü taksi ilə Gülüstan qəsəbəsinə getmiş, “Alov” restoranının arxa hissəsindəki küçədə o, mağazaya gedib siqaret alacağını, onlarında yola çıxmalarını demiş, onlar küçəyə daxil olmuş, o isə Gəncə-Göygöl avtomobil yolunun kənarındakı “Sevimli marketə” gedib özü üçün siqaret almış, həmin marketdən çıxıb onların olduğu yerə gələndə Təqsirləndirilən şəxs2 qucağında somavar ona tərəf gəldiyini görmüşdür. Arxaları ilə bir nəfər şəxsin qışqırdığını görüb qaçmağa başlamışdır. Bundan sonra İntiqam taksi sifariş etmiş və həmin taksi ilə İntiqamın sifarişi ilə Gəncə şəhərində yerləşən “Qafqaz ticarət mərkəzi” deyilən bazara aparmış, həmin bazarda İntiqam bir mağazaya girib somavarı 60 manata satmışdır. Bundan sonra onlar həmin taksi ilə “Dubay bazarı” adlanan bazara getmiş, orada bazarın daxilində olan kafeyə getmiş və çörək yeyib qurtardıqdan sonra İntiqam 33 manat hesabı ödəmişdir. Bundan sonra onlar aralaşmış və hərə öz evinə getmişdir. Bundan başqa Əkbər adlı şəxs samovarı şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra almış, İntiqamın həmin samovarı oğurlamasını deyib-deməməsindən onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 Elmurad oğlu ilə birlikdə oğurladıqları samovarı sataraq əldə etdikləri pula onlar gedib “Dubay bazarı”adlanan bazarda yerləşən kafedə yemək yemiş və 33 manat hesabı Təqsirləndirilən şəxs2 ödəmiş, daha sonra isə ona 10 manat əlavə pul vermişdir. Onlar oğurluğa gedərkən Təqsirləndirilən şəxs3 hər hansı şəxsin gözü qarşısında soyğunçuluq edəcəyini bilməmiş və onun soyğunçuluq etmək niyyəti olmamışdır. Barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08.09.2020-ci il Sadıllı qəsəbəsi İ.Əliyev küçəsi ev 88 ünvanında yerləşən evdə ustaların işlədiyini görüb evdə heç kimin olmadığını bilmişdir. 11.09.2020-ci il tarixdə saat 03 radələrində evin qarşısına gəlmiş və evin darvazasının üzərindən aşaraq həyətə düşmüş, bundan sonra evin üst mərtəbələrində təmir getdiyini görüb evin zirzəmisinə düşmüşdür. Zirzəmidə çoxlu əşyalar olmasını görüb onlardan bir ədəd “sony” markalı fotoaparatı və karton qutularda olan bir neçə qab qacağı götürüb evin darvazasının arxasına yığmış, sonra darvazanın arxasını açıb qab qacaqları oğurlayıb səhəri gün Gəncə şəhəri “kolxoz bazarı” adlanan yerdə istifadə edilmiş əşyaları alan qadına şəxsiyyət vəsiqəsini verib 325 manata satmışdır. O, mağazadan çıxarkən polis əməkdaşları onu saxlamışdır. Oğurluğu maddi imkanı olmadığı üçün etmişdir. Dəymiş zərəri ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etdiini, əməlindən peşman olmaqla bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs7 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla qonşu küçədə yaşadığı üçün tanımışdır. 2020-ci ilin sentyabr ayının sonlarında xatırlamadığı tarixdə saat 01 radələrində onunla qonşu küçədə yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə təsadüfən görüşüb söhbət edən zaman Orxan ondan Gəncə şəhəri Yağ-piy kombinatı adlanan zavodun arxasında olan yeni tikilidə zirzəmidə qaynaq aparatının maşina qoyulmasında ona köməklik etməsini xahiş etmişdir. Buna görə o, həmin aparatın zirzəmidən çıxarılmasında Orxana kömək etmişdir. Həmin aparatın oğurluq olmasından xəbəri olmamışdır. Bundan başqa heç bir əşya görməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs6 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24.10.2020-ci il tarixdə saat 01 radələrində eyni küçədə yaşadığı tanışı Təqsirləndirilən şəxs1 ilə küçədə görüşmüş, söhbət zamanı pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Orxan onların yaşadıqları yerə yaxın ərazidə, Gəncə şəhəri Ü.Hacıbyov küçəsində yeni məhələlərdə yeni evlər tikildiyini və evlərin sahiblərinin evdə olmadığını, oradan oğurluq etməyi təklif etmişdir. Öz aralarında razılaşdıqdan sonra Gəncə şəhəri, Ü.Hacıbyov küçəsində yeni məhələlərdə küçələrdən birində evdə işıq yanmadığı üçün yaşayış olmadığına əmin olduqdan sonra hər ikisi köməkləşib evin hasarından həyətinə düşmüşlər, evin həyətindən kiçik dəmir parçası tapıb plastik aynanı açaraq aynadan Orxanla birlikdə evin içərisinə daxil olaraq yeni təmir olunduğunu və evin otağının birində kombi aparatı, bir ədəd laqonda, bir ədəd direl, bir ədəd gidrafon və bir ədəd qaztənzimləyici aparat olmasını görüb,evin qapısını arxadan açaraq həmin əşyaları oğurlayıb bir neçə gün sonra yəni 24.10.2020-ci il tarixdə “3-cü blan” deyilən yerin yanında olan Rövşən adlı şəxsə 40 manata Orxanla birlikdə satmışlar. Rövşənə həmin əşyaların evlərinin əşyaları olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişlər. Həmin 40 manatı isə Orxanla iki yerə bölüb xərcləmişlər. Bir neçə gün sonra isə özü tək kombi aparatını qonşuları Çinarə adlı qadına 200 manata satmış, Çinarəyə isə aparatın dostuna məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Lakin kombini sataraq əldə etdiyi 200 manatı Orxana verməmiş, həmin pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək barışıq əldə etdiyini göstərərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Yağpiy kombinatının şimal-şərq hissəsində özünə məxsus olan 5 sot torpaq sahəsi vardır. Təxminən 3 ay müddətdir ki, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirir. Lakin həmin evin ətrafı hal-hazırda hasarlanmamışdır. Həmin evdə ustalar işilərini görüb bitirdikdən sonra, qapını bağlayıb evin içərisinə 1 ədəd qaynaq aparatı, 50 metr uzunluğunda elektrik naqilləri, 10 ədəd dam örtüyü ləvazimatı, 5 paçka dam örütüyünün bərkidilməsində istifadə olunan şruplar, 5 ədəd 6 metr uzunluğunda taxtalar, 5 ədəd 12 metrlik armaturları evin təmirindən artıq qaldığı üçün qapını bağlayıb həmi evə qoymuşdur. Lakin 2020-ci ilin avqust ayından etibarən həmin yaşayışı olmayan evinə getməmişdir. 27.10.2020-ci il tarixdə həmin evinə getmiş, evin içərisinə baxış keçirən zaman, artıq qalan həmin əşyaların yerində olmadığını görüb oğurlandığını güman etmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 735 manat maddi ziyan dəymişdir. Ona məxsus evdən bir ədəd 300 manat dəyərində olan qaynaq aparatı , 75 manat dəyərində 50 metr uzunluqunda elektrik naqilləri, 130 manat dəyərində olan dam örtüyü ləvazimatı, 5 qutu ümumilikdə 40 manat dəyərində xırda ölçüdə olan vintləri, 150 manat dəyərində 5 ədəd 6 metrik taxtaları və 40 manat dəyərində 5 ədəd 12 metr uzunluğunda olan dəmir armaturun oğurlandığını aşkar etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq usta işləyir.İstifadə etdiyi alətlərini yaşadığı evin həyətinə yığımışdır. Gəncə şəhəri ərazisində yerləşən mağazalardan birindən 600 manata 1 ədəd “Bosch” markalı perefarator almış və həmin perefaratoru yaşadığı evin həyətinə qoymuşdur. 11.10.2020-ci il tarixdə ona perefarator lazım olduğu üçün o, evin həyətinə baxdıqda yerində olmadığını aşkar etmişdir. O, perefaratoru axtarsa da tapa bilməmiş və yaşadığı evin qarşısına qoyduğu videomüşahidə kamerasına baxdıqda 09.10.2020-ci il tarixdə saat 17 radələrində bir nəfər naməlum şəxsin açıq qapıdan evinin həyətinə daxil olaraq həyətdə olan qeyd etdiyi qutuda olan, 1 ədəd 600 manat dəyərində olan “Bosch” markalı perefaratoru içərisində olan qara rəngli qutu ilə birlikdə gizli yolla ondan xəbərsiz olaraq götürüb çıxıb getdiyini, digər şəxsin isə küçədə ətrafa baxaraq gözlədiyini görmüşdür. O, kamerada həmin şəxsləri tanıya bilmədiyi üçün, istifadə məqsədi ilə apardığını sonradan geri qaytaracağını düşündüyü üçün bir neçə gün gözləmiş, lakin qaytarcağını gözləsə də gətirib qaytarılmadığından, həmiçinin həmin şəxsləri tanımadığı üçün, həmin şəxslərin onun evinin həyətindən perefaratoru gizli yolla oğurlandığını bilmiş və Kəpəz rayon polis idarəsinə yaxınlaşaraq rəsmi olaraq müraciət etmişdir. Şikayətçi olduğunu və təqsirlənsirilən şəxsə daha ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.M.Zamanoğlu küçəsində fərdi yaşayış evləri vardır, həmin evdə təmir işləri aparıldığından evdə yaşayış olmamışdır. Həmin evdə artıq təmir işləri yekunlaşmağa başlamış və evə lazım olası istilik sistemlərini, krantlarını, təmir avadanlıqlarını, həmçinin digər əşyaları evin zirzəmisinə yığmışdır. Evin içərisində isə az əşya olmuş, tikilmiş yeni yaşayış evinin sağ tərəfində isə bir otaqlı yaşayış evi vardır, həmin evdə onlar əvvəllər yaşadıqları üçün orada da müəyyən əşyalar olmuşdur. O, təzə tikilmiş evin bütün pəncərələrinə dəmir barmaqlıq vurmuş və həmin dəmir barmaqlıqları kiçik qıfıllarla bağlamışdır. Son vaxtlar evdə təmir işləri dayandığı üçün o, evə az-az gedib-gəlmiş və sonuncu dəfə həmin evdə o, 10 fevral 2021-ci il tarixdə olmuşdur. Həmin vaxt evin bütün əşyaları yerində olmuşdur. 28.02.2021-ci il tarixdə isə o, evə baş çəkmək üçün gedərkən evin zirzəmisinin pəncərəsində, otaqlarının pəncərəsində, həyətyanı sahəyə keçən hissədə olan dəmir barmaqlıqlardakı kiçik qıfılların sındırıldığını görmüş, evin içərisinə, zirzəmiyə, həmçinin birotaqlı köhnə evə daxil olduqda oradakı əşyaların oğurlandığını görmüş və dərhal bu barədə polisə məlumat vermişdir. Həmin vaxt evindən hər birinin dəyəri 120 manat olan 9 ədəd təzə, hər birinin dəyəri isə 50 manat olan 7 ədəd işlənmiş istilik sisteminin radiatorları, hər birinin dəyəri 7 manat olan 30 ədəd su açarları, dəyəri 70 manat olan kombi sisteminə məxsus 1 ədəd işıq tənzimləyici, 130 manat dəyərində bir ədəd qazla işləyən su qızdırıcı, 60 manat dəyərində 50 predmetdən ibarət təmir üçün nəzərdə tutulmuş açar dəsti, 170 manat dəyərində plastik boruları birləşdirmək üçün 1 ədəd ütü, hər birinin dəyəri 60 manat olan 2 ədəd direl, 100 manat dəyərində bir ədəd “Makito” markalı perferator, 55 manat dəyərində bir ədəd “Makito” markalı taxta yonan aparat, 80 manat dəyərində 1 ədəd laminasiya aparatı, 30 manat dəyərində bir ədəd madem, 30 manat dəyərində 1 ədəd krosnu aparatı, 40 manat dəyərində “KTV”-yə məxsus 1 ədəd aparat, 400 manat dəyərində plastik su boruları, hər birinin dəyəri 20 manat olan 6 ədəd köynək, 350 manat dəyərində bir ədəd dəri gödəkçə, hər birinin dəyəri 6 manat olan 20 ədəd işıq açarı, hər birinin dəyəri 6 manat olan 28 ədəd elektrik birləşdiricisi oğurlanmış, bununla da ona ümumilikdə 3683 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə həmin şəxslər həyətdə quraşdırdığı 450 manat dəyərində elektriklə işləyən su qızdırıcısının da su borusunu açaraq oğurlamaq istəmiş, həmin qızdırıcı ağır olduğundan apara bilməmişlər. Şikayətçi olduğunu və təqsirlənsirilən şəxslərə daha ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onların Gəncə şəhəri, 5-ci mkr, yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evləri vardır. Həmin evdə təmir işləri aparıldığından evdə yaşayış olmamışdır. Həmin evdə artıq təmir işləri yekunlaşmağa başlamış və evə su, elektrik və digər aksesuarları quraşdırmışlar. O, hər gün həmin evə gedərək evə nəzarət etmiş və bir neçə saat evdə olduqdan sonra qapılarını bağlayıb kirayə qaldığı evə qayıtmışdır. Sonuncu dəfə 26 fevral 2020-ci il tarixdə o, evdə olmuş və evdə hər şey qaydasında olmuşdur. Lakin 27 fevral 2021-ci il tarixdə qonaqları olduğundan o, evə gedə bilməmişdir. 28 fevral 2021-ci il tarixdə o, evə baş çəkmək üçün gedərkən evin plastik pəncərəsinin açıq olduğunu görmüş, dərhal evin içərisinə girmiş və hamamda, mətbəxdə və dəhlizdə əl-üz yuyanın üzərində olan su krantlarının, dəhlizdə olan led işıqların və işıq açarlarının və işıq birləşdiricilərinin oğurlandığını görmüş, buna görə dərhal polisə məlumat vermiş və araşdırma aparmağa başlamışlar. Daha sonra evindən oğurluq etmiş şəxs Gəncə şəhər sakini Orxan Məcidov olduğu ona məlum olmuşdur. Həmin vaxt evindən hər birinin dəyəri 5 manat olan 7 ədəd işıq açarı, hər birinin dəyəri 6 manat olan 5 ədəd led işıq, hər birinin dəyəri 45 manat olan əl-üz yuyan üçün 2 ədəd su açarı, dəyəri 50 manat olan 1 ədəd qab yuyan üçün duşlu su açarı, hər birinin dəyəri 10 manat olan 7 ədəd adi su açarı, hər birinin dəyəri 4 manat olan 14 ədəd su açarları üçün nəzərdə tutulmuş su boruları oğurlanmışdır ki, ümumilikdə ona 331 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, V.Xuluflu küçəsində özünə məxsus fərdi yaşayış evi tikdirir. Ev tam hazır vəziyyətdə olmadığından hissə-hissə təmir işləri getmişdir. O, həmin evə 20.09.2020-ci il tarixdə baş çəkib qapıları bağlayıb evdən çıxmış, 26.09.2020-ci il tarixdə səhər saatlarında həmin evə gələn zaman evin darvazasını açarla açıb içəri daxil olmuş və evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Evə baxış keçirən zaman ona məxsus evdən 1 ədəd 95 manat dəyərində hamam duşunun, 434 manat dəyərində 57 ədəd işıq spotunun, 1 ədəd 8 manat dəyərində hamam aksesuarının, birinin dəyəri 58 manat olan 3 ədəd su kranının, 40 manat dəyərində 10 litrlik boyanın, 40 manat dəyərində güzgünün oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona məxsus evdən 791 manat dəyərində əmlakı oğurlanmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 17.01.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı evin ikinci mərtəbəsində qonaq otağında oturub televizora baxırkən , həmin vaxt o, qapının örtülmə səsini eşitmiş və pəncərədən baxanda bir nəfər şəxsin ona məxsus somavarı qucağında tutub həyətin giriş darvazasından çıxdığını görmüş, bir qədər aralıda digər iki nəfər şəxslə birlikdə samovarı yaşıl rəngli sellofan torbaya qoyduqlarını görmüş, bunu görüb pəncərədən həmin şəxslərə qışqıraraq dayanmalarını bildirmişdir. Lakin həmin şəxslərdən iki nəfərin bir istiqamətdə digərinin isə əks istiqamətdə qaçdıqlarını görmüşdür. Daha sonra evin ikinci mərtəbəsindən düşüb küçə ilə həmin şəxslərin arxasınca getmişdir. Onları küçədə tapa bilməmiş, həmin vaxtı qonşuluqda yaşayan Səftar adlı şəxsin qapıda olduğunu görmüş, Səftar ona iki nəfər şəxs küçə ilə qaçaraq getdiklərini bildirmişdir. O, hansı istiqamətə qaçdıqlarını xəbər almış, Səftar Gəncə şəhəri istiqamətinə qaçdıqlarını demiş, bundan sonra o, qayıdıb özünə məxsus VAZ-2105 markalı avtomobili evin həyətindən çıxardıb avtomobillə həmin şəxsləri axtarmağa getmiş, lakin o, avtomobili evin həyətindən çıxarkən vaxt itirmiş və avtomobillə Gəncə şəhəri Fikrət Əmirov küçəsi və dalanlarını, N.Nərimanov küçəsini, Əziz Əliyev küçəsini, Gülüstanın dairəsini axtarıb, daha sonra “Dərə bağ” adlanan əraziyə getmiş, lakin həmin şəxsləri tapa bilmədiyi üçün yaşadığı evə qayıtmış, sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ərizə ilə müraciət etdikdən dərhal sonra samovarların qiyməti ilə maraqlanmış və həmin samovarın qiymətinin 300(üç yüz) manat olduğu məlum olmuşdur. Samovarın oğurlanmasına görə ona 300 manat maddi ziyan dəymişdir. Şikayətçi olduğunu və təqsirlənsirilən şəxslərə daha ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanında təmir işləri getdiyi üçün qohumlarının evində müvəqqəti qalmışdır. Ona görə bütün əşyaları evdə olan zirzəmiyə yığmışdır. Mütəmadi olaraq evə gəlib baş çəkirmiş, lakin əşyalar dağınıq olduğu üçün bütün əşyalara nəzarət edə bilməmişdir. Yaşadığı evin açarını ustalar evə daxil olsun və təmiri davam etdirsin deyə giriş qapısının yanında olan sayğacın qutusunda saxlamışdır. 14.09.2020-ci il tarixdə o evdən özünə məxsus olan “Sony” markalı fotoaparatı axtaran zaman tapa bilməmiş və qutusunun boş olduğunu görmüşdür. Bundan sonra ailə üzvlərini bu barədə məlumatlandıraraq onların götürüb-götürmədiyini dəqiqləşdirmişdir. Ailə üzvləri məlumatları olmadığını dedikləri üçün evə gəlib evi yenidən axtaran zaman ona məlum olmuşdur ki, fotoaparatından başqa yaşadığı evin zirzəmisindən 1 ədəd 300 manat dəyərində mis samovarı, 2500 manat dəyərində xrustal qab-qacaq dəstləri oğurlanmışdır. Bundan sonra o evin bütün otaqlarını, qapı və pəncərələrini yoxlamış, lakin heç bir müdaxilə izi tapa bilməmişdir. Bu zaman ona məlum olmuşdur ki, təxminən 01.08.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək evdə olmadıqları müddətdə naməlum şəxs yaşadığı evə daxil olaraq ona məxsus 1 ədəd 450 manat dəyərində “Sony” markalı fotoaparatı, 1 ədəd 300 manat dəyərində mis samovarı və 2500 manat dəyərində xurustal qab-qacaq dəstlərini oğurlamışdır. Ümumilikdə ona 3250 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə rəsmi olaraq işləmir, 2-ci qrup əlildir. Gəncə şəhər, A.Yusibov küçəsi 1 saylı fərdi yaşayış evində yaşayır. O müxtəlif şəxslrin evlərində rəngsaz işləyir. Yaranmış karantin rejimi ilə əlaqədar olaraq usta kimi fəaliyyət göstərən zaman istifadə etdiyi elektrik cihazları olan 2 ədəd perforatoru, 2 ədəd laqondanı və 1 ədəd dreli yaşadığı fərdi yaşayış evinin həyətində çardağın altında saxlamışdır.16.08.2020-ci il tarixdə adlarını qeyd etdiyi cihazlardan istifadə etmək zərurəti yarandığı üçün o cihazları saxladığı yerə yaxınlaşanda həmin cihazları yerində aşkar etməmişdir. Bundan sonra naməlum şəxslər tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətindən bir ədədi 110 manat olmaqla ümumi dəyəri 220 manat olan 2 ədəd perforator, 1 ədəd 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd laqonda və 80 manat dəyərində 1 ədəd drelin oğurlandığı məlum olmuşdur. Həmin vaxt şəxsi işlərilə əlaqədar olaraq polisə məlumat verməmişdir. 20.08.2020-ci il tarixdə şəxsi işlərini yekunlaşdırandan sonra o qərara gəlmişdir ki, həmin əşyaların oğurlanması barədə polisə müraciət etsin. Bundan sonra o polisə müraciət etmiş və gəlib həmin ünvana baxış keçirilmişdir. O sonuncu dəfə həmin avadanlıqları 12.08.2020-ci il tarixdə görmüşdür və 16.08.2020-ci il tarixədək olan müddət ərzində oğurlanmışdır. Naməlum şəxslər yaşadığı evin həyətinə giriş qapısının açıq olmasından istifadə etməklə daxil olaraq evin həyətində saxladığı drel, laqonda və perforatoru oğurlamışdır. Ona məxsus fərdi yaşayış evinin həyətindən biri 110 manat olmaqla ümumi dəyəri 220 manat olan 2 ədəd perforator, 1 ədədi 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd laqonda və 80 manat dəyərində 1 ədəd drel elektrik cihazları naməlum şəxs(lər) tərəfindən gizli yolla oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan kçirilməsini, ona dəymiş zərərin ödənilmədiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada yaşadığı evin həyətində olan ona məxsus dülgər emalatxanasında dülgərliklə məşğul olur. 25.10.2020-ci il tarixdə saat təxminən 20 radələrində ailə üzvləri ilə birlikdə qonuşularının evinə qonaq getmiş, 26.10.2020-ci il tarixdə saat təxminən 00:00 radələrində yaşadıqları evə qayıtmış, 26.10.2020-ci il tarixdə saat təxminən 08 radələrində yaşadığı evin həyətində olan emalatxanaya baxan zaman naməlum şəxs və şəxslər tərəfındən yaşadığı evin hasarından evin həyətinə daxil olaraq emalatxanasında masanın üzərində olan 1 ədəd 150 manat dəyərində “Fiolent” markalı taxta kəsən aparatın, 1 ədəd 150 manat dəyəri olan mıx vuran tapançanın və ümumi dəyəri 50 manat olan mıx vuran tapançanın ləvazimatlarının oğurlandığmı aşkar etmişdir. Həmin gün işi olduğu üçün 27.10.2020-ci il tarixdə Kəpəz RPİ-nə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus ünvan 6 ünvanında yerləşən dülgər emalatxanasından oğurluq hadisəsi 25.10.2020-ci il tarixdən 26.10.2020-ci il tarixədək olan müddət ərzində evin hasarından həyətə daxil olma yolu ilə baş vermişdir. Ona məxsus dülgər emalatxanasından oğurluq etmiş naməlum şəxs və ya şəxslər emalatxanaya açıq qapıdan daxil olmuşlar. Emalatxanadan 1 ədəd 150 manat dəyərində “Fiolent” markalı taxta kəsən aparatı, 1 ədəd 150 manat dəyəri olan mıx vuran tapança və ümumi dəyəri 50 manat olan mıx vuran tapançanın ləvazimatları oğurlanmış, ona ümumilikdə 350 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ona dəymiş zərərin ödənildiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 23.10.2020-ci il tarixdən 24.10.2020-ci il tarixə keçən gecə olan vaxt ərzində naməlum şəxs ona məxsus Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində yeni məhlələrdə tikdirdiyi, yaşayış olmayan evinin daş hasarından aşaraq evin həyətinə keçmiş, evin həyətindən isə evin plastik pəncərəsini küt alətlə açmaq yolu ilə evindən 1 ədəd 30 manat dəyərində laqonda və 1 ədəd 30 manat dəyərində direl, 1 ədəd 850 manat dəyərində yeni aldığı “Baymak” markalı istifadə edilməmiş kombi aparatı, 1 ədəd 40 manat dəyərində qaz tənzimləyici cihaz və 1 ədəd 60 manat dəyərində su “Marquis” markalı su hidrofonu gizli yolla oğurlanaraq ona ümumilikdə 1010 (bir min on) manat maddi ziyan vurulmuşdur. Evindən qeyd etdiyi əşyalardan başqa digər heç nə oğurlanmamış, ona məxsus evdən baş vermiş oğurluq hadisəsi 23.10.2020-ci il tarixdən 24.10.2020-ci il tarixə keçən gecə olan vaxt ərzində naməlum şəxs tərəfındən yaşadığı evin daş hasarından həyətə həyətdən isə evin plastik pəncərəsini küt alətlə açmaq yolu ilə baş vermişdir. Ona məxsus evdən oğurluq olmasında ona ümumilikdə 1010 (bir min on) manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs8 məhkəməyə teleqram verərək məhkəmə isclasının onun iştirakı olmadan keçirilməsini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxlərdən şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs8 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin fərdi qaydada 2002-ci il tarixdən Gəncə şəhəri ərazisində və ətraf rayonlarda evlərin təmiri işi ilə məşğul olur. O, özünü və ailəsini həmin işdən əldə etdiyi gəlirlə dolandırır. Onun işi günə muzd qaydada yox, gördüyü işin kvadratmetrinin hesablanması yolu ilə əmək haqqını alır. Sonuncu dəfə o, Gəncə şəhəri H/Ş 83-də X6 məxsus evdə təmir işləri ilə məşğul olmuşdur. 04.02.2021-ci il tarixdə həmin evin daxili otaqlarına gəc vurulması ilə məşğul olmuş, həmin təmir işlərində istifadə etdiyi 1 ədəd drel, 1 ədəd laqonda və 1 ədəd perforatoru gəc vurduğuna görə istifadə etmiş, lakin həmin gün günorta saatlarında yuxarıda sadaladığı alətlərə ehtiyac yaranmış və o, həmin alətləri istifadə etməli olmuş, onun işlədiyi Orxan Məmmədova məxsus ev yarımtikili olduğuna görə təmir tikinti işlərində istifadə olunan alətlərin oğurlanmaması üçün qonşuluqda yaşayan X3 yaşadığı evin həyətinə yığmışdır. O, həmin evə gedib özünə məxsus alətləri götürmək istəmiş, lakin həmin alətlərin yerində olmadığını aşkar etmişdir. Bu vaxt təmir tikinti alətlərini qoyduğu evin sahibi ərazi aidiyyəti üzrə polis əməkdaşını dəvət etmişlər. Polis əməkdaşı ilə birlikdə ətrafda olan kameralara baxış keçirən zaman iki nəfər naməlum şəxsin işlədiyi evin qarşısında yerləşən təmir tikinti alətlərini qoyduğu evə daxil olduğunu aşkar etmişlər. Həmin vaxt iki nəfər naməlum şəxsdən biri küçədə gözlədiyini, digəri isə Şakir Xamoyevə məxsus evin həyətində olan təmir-tikinti alətlərini götürərək çölə çıxdığını aşkar etmiş, sonra həmin şəxslər birlikdə naməlum istiqamətdə getdiklərini bilmişlər. O, həmin təmirtikinti alətlərini təxminən 1 il yarım bundan əvvəl Gəncə şəhərindən almışdır. Həmin vaxt 1 ədəd dreli 210 manata, 1 ədəd perforatoru 320 manata və 1 ədəd laqondanı isə 100 manata almışdır. Drel və perforator “Bosch” firmasına məxsusdur. Laqondanın üzərində markası silindiyinə görə hansı firmaya məxsus olduğunu bilməmişdir. Onun təmir tikinti alətləri naməlum iki nəfər şəxs tərəfindən oğurlandıqdan sonra polis əməkdaşları ona həmin şəxsləri tapdığını, təmir tikinti alətlərinin geri qaytarıldığını ona bildirmişlər. O, polis idarəsində olan zaman həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqlarını öyrənmiş, oğurluq olmasında ona ümumilikdə 630 manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus təmir tikinti alətlərini oğurlayan şəxsləri ilk dəfə işlədiyi evin yaxınlığında olan videomüşahidə kameralarında görmüş, həmin şəxsləri əvvəllər tanımamış, ona məxsus 1 ədəd drel, 1 ədəd laqonda və 1 ədəd perforator Şakir Xamoyevə məxsus fərdi yaşayış evinin həyətindən, evin qarşısında olan divanın üzərindən oğurlanmışdır. Oğurluq 04.02.2021-ci il tarixdə, təxminən saat 14 radələrində baş vermişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təmir tikinti alətlərini oğurlayan zaman görməmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, aralarında heç bir ədavət və borcu olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona məxsus təmir tikinti alətlərini onun icazəsi olmadan etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus inşaat malları satılan mağazanı işlədir. Həmin mağazada mənzil təmiri üçün lazım olan hər cür avadanlıq mövcuddur. O, həmin mağazada inşaat mallarının həm satqısını həmdə alqısını həyata keçirir. Mağazada o, tək işləyir. Təxminən 28 fevral 2021ci il tarixdə onun mağazasında işləyən satıcı ona zəng edərək bir nəfər şəxsin mağazasına istilik sistemi olan radiatorlar satmaq üçün müraciət etdiyin bildirmişdir. O, belə olan halda həmin şəxsdən heç bir əşya almamasını, onu gözləməsini bildirmişdir. Lakin o, mağazaya gələn zaman satıcının artıq həmin istilik sistemi olan radiatorları 30 manata aldığını öyrənmişdir. O, isə ondan xəbərsiz iş görməməsini tapşırmış və bir neçə gün sonra həmin işcini işdən azad etmişdir. Təxminən həmin radiatorları satıcı aldığı gündən 2-3 gün keçdikdən sonra polis əməkdaşları həmin radiatorları alan şəxsi onun mağazasına gətirmişlər və onun satıcısına satdığı radiatorların oğurluq olduğunu bildirmişlər.Belə olan halda o, həmin radiatorları satmadığını, onları mağazanın anbarında saxladığını bildirmiş və onu polis əməkdaşlarına təqdim etmişdir. O, həmin şəxsi şəxsən tanımamışdır. Həmin şəxslər alqı-satqını onun mağazasında işləyən, lakin sonradan işdən çıxardığı şəxs almışdır. O, satıcını isə bu hərəkətinə görə işdən çıxarmışdır. Satıcı həmin radiatorları satan şəxsin anasının xəstə olduğunu bildirdiyi üçün aldığını ona demişdir. O, həmin radiatorların oğurluq olmasını bilməmişdir. Həmin şəxs ona məxsus mağazaya 4 ədəd panel radiator, 5 ədəd isə hissələrlə olan radiatordan satmışdır. O, həmin şəxsi ümumiyyətlə görməmişdir. Həmin şəxslə onun satıcısı alqı-satqı etmişdir. O, həmin radiatorları satmamışdır. Nə o, nədəki onun mağazasında satıcı işləyən şəxs həmin şəxsin oğurluq nəticəsində əldə edilmiş əmlak satdığını bilməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Qrand Qafqaz ticarət mərkəzində qədim ev əşyalarının alqı-satqısı ilə məşğul olur. 17.01.2021-ci il tarixdə saat 17:00 radələrində bir nəfər şəxs işlədiyi mağazaya yaxınlaşaraq samovar satmaq istədiyini bildirmişdir. O həmin şəxsdən samovarı götürüb baxmış və samovarı ona 70 manata satmasını razılaşmışlar. Alqı-satqı zamanı o, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini götürərək qeydiyyat kitablarına həmən şəxsin şəxsiyyəti barədə qeydiyyatını aparmışdır. 20.01.2021-ci il tarixdə isə polis əməkdaşları yaxınlaşaraq həmin samovarın oğurluq olduğunu bildirmişlər və samovarı götürmüşlər. O, samovarı satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini polisə təqdim etmişdir. O Təqsirləndirilən şəxs2 tanımırmış, onunla işlədiyi mağazada tanış olmuşdur. Təqsirləndirilən şəxs2 həmin 1 ədəd samovarı ona satan zaman özünün olduğunu, borcu olduğu üçün satdığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs6 onun qonşusudur. 24.10.2020-ci il tarixdə saat 11 radələrində Ural onların evinə gəlmiş və evlərinə kombi aparatı və onunla birlikdə qaz tənzimləyicisi aldığını, lakin pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O da Urala aparatı neçə manata satdığını soruşmuş, Ural isə ümumilikdə 400 manata satdığını bildirmişdir. O isə Urala ilkin olaraq 200 manat verə biləcəyini, qalan 200 manatı isə sonra verəcəyini demişdir. Ural da onunla razılaşmış və “Baymak” markalı kombi aparatını, qaz tənzimləyicini qutusunda onların həyətə qoyub getmişdir. Sonradan isə polis əməkdaşları onların evinə gəlmiş və kombi aparatının oğurluq olmasını demiş, bundan sonra həmin kombi aparatı və qaz tənzimləyicinin oğurluq olmasını bilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.01.2021-ci il arixli, 9/5505 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmi bir ədəd qəhvəyi rəngli çemodanda olan çəngəl, qaşıq, bıçaq dəstinin qiyməti 50 manat, xrustal stəkan 22 ədəd 1 ədədi 5 manat, qırmızı-qızılı rəngli böyük ölçülü gül qabı 25 manat, yaşıl-çəhrayı rəngli kiçik ölçülü gül qabı 15 manat, romb formalı xrustal qab 30 manat, səbət formalı xrustal qab 2 ədəd 50 manat, dairə formalı xrustal qab 2 ədəd 30 manat, şirniyyat qabı 1 dəst 20 manat, böyük ölçülü çəhrayı rəngli elektrik mişarı (laqonda) 40 manat, üzərində “DWT WS-11 SV” yazıları olan yaşıl rəngli böyük ölçülü elektrik mişarı (laqonda) 50 manat, üzərində “İmpact Drill” yazıları olan 750W-luq narıncı rəngli drel 30 manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərara və fotoşəkillərə əsasən istifadə olmuş müxtəlif adda malların 2020-ci ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 450 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.01.2021-ci il arixli, 9/387 nömrəli rəyindən görünür ki, “Baymak” markalı “BYM-SE 24” modelli kombi aparatı 400 manat, “Marquis-MKP62” markalı su matoru (hidrafon ilə birlikdə) 50 manat, “İSO DN-1/2” markalı qaztəmizləyici (requlyator) 20 manat olması müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 470 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.06.2021-ci il arixli, 9/3105 nömrəli rəyindən görünür ki, “BOSCH GBH 2-26 DRE” markalı perforatorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 120 manat müəyyən olunur. «BOSCH» markalı drelin və laqondanın orta bazar qiyməyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2021-ci il arixli, 9/2137 nömrəli rəyindən görünür ki, “Schmeler” markalı, üzərinə “A15 E-5” yazıları olan işıq dəyişdirici düymə 1 ədədi 3 manat olmaqla, 7 ədədi 21 manat, üzərində “X24 Panel” yazıları olan 18 W-luq led lampalar-1 ədədi 6 manat olmaqla 5 ədədi 30 manat, üzərində “Bosfor” yazıları olan su kranı-1 ədədi 40 manat olmaqla 2 ədədi 80 manat, üzərində “Ege” yazıları olan su kranı (duşlu)-1 ədəd 45 manat, üzərində “Gross” yazıları olan su kranı-1 ədədi 10 manat olmaqla 7 ədədi 70 manat, müxtəlif ölçülü su boruları-1 ədədi 4 manat olmaqla 13 ədədi 52 manat, istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 298 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.06.2021-ci il arixli, 9/614 nömrəli rəyindən görünür ki, 1 ədəd 7 litr həcmli mis materialdan olan “samovarın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 125 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in 22.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.06.2016cı il tarixli hökmü ilə CM-in 177.2.2 maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-in 20.02.2021-ci il tarixli tələbnaməsindən görünür Təqsirləndirilən şəxs2 Samux Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Samux Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(058)-33/2020 nömrəli hkmündən görünür ki, Təqsirləndirilən şəxs2 Samux Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Probasiya Şöbəsinin 15 mart 2022-ci il tarixli, 02/2021nömrəli məktubundan görünür ki, Samux Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(058)- 33/2020 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs2 01 il 03 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-in 12.05.2021-ci il tarixli tələbnaməsindən görünür Təqsirləndirilən şəxs3 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmü CM-in 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 1(043)-6/2021 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin 04 aprel 2022-ci il tarixli, 26/2021nömrəli məktubundan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 1(043)-6/2021 nömrəli üzrə Təqsirləndirilən şəxs3 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-in 12.05.2021-ci il tarixli tələbnaməsindən görünür Təqsirləndirilən şəxs4 məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-in 22.02.2021-ci il tarixli tələbnaməsindən görünür Rzayev X4 Rayon Məhkəməsinin 17.01.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-in 08.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Bağırlı X15 Rayon Məhkəməsinin 21.06.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş, 31.01.2018-ci ildə cərimə cəzasını tam ödəmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-in 20.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki,X14 məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 10.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12.12.2020ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 4(043)-36/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məcəid oğlunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 02.03.2021ci il tarixdən hesablanmışdır. Göygöl Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 4(066)-15/2021nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 12.04.2021-ci il tarixdən hesablanmışdır. Göygöl Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 4(066)-16/2021nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 14.04.2021-ci il tarixdən hesablanmışdır. Göygöl Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 4(066)-17/2021nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 oğlunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 14.04.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 1(043)-170/2021 nömrəli qərarından görünür ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli, 1(043)-170/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxslərə istinad olunan oğurluq və soyğunçuluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 ifadələri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyi, baxış və götürmə protokolu, maddi sübutlarla və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 ifadələrini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.1,180.2.2, 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3, 180.2.1,180.2.2 və 180.2.3-cü, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1,180.2.2 və 180.2.3-cü, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü, Təqsirləndirilən şəxs5 Ysif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3, 180.2.1,180.2.2 və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1,180.2.2 və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 barələrində cəza təyin edərkən, onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərdən bir neçəsinə dəymiş zərəri ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngüllşdirən hal ikmi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərdən bir neçəsinə dəymiş zərəri ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngüllşdirən hal ikmi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs3, zərərçəkmiş şəxslərdən birinə dəymiş zərəri ödəməsini, himayəsində azyaşlı bir uşağının olmasını, CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngüllşdirən hal ikmi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs4 cəzasını yüngüllşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs5 himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngüllşdirən hal ikmi nəzərə alır. Təqsirləndirilən şəxs5 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs7 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs6 zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngüllşdirən hal ikmi nəzərə alır. Təqsirləndirilən şəxs6 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs1 10.12.2020-ci il tarixdən 12.12.2020-ci il tarixədək tutulduğu 2 gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 oğluna təyin ediləsək cəzasının əvvəli 02.03.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.1, 177.2.2 və 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası CM-in 68.1.1-1 və 67-ci maddələrinə əsasən Samux Rayon Məhkəməsinin 24.11.2020-ci tarixli 1(058)-33/2020 nömrəli hökmü ilə təyin olunmuş 2(iki) il 03(üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 03 (üç) ay 12 (on iki) günü hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasının əvvəli 12.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası CM-in 68.1.1-1 və 66.5-ci maddələrinə ə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.03.2021-ci tarixli 1(043)-6/2021 nömrəli hökmü ilə təyin olunmuş 1(bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ayı hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzasının əvvəli 14.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 180.2.1 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən ibtidai həbs müddəti və ev düstaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzasının əvvəli 14.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. . Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 09.09.2021-ci il tarixdən həbsdə olduğu 07 ay 20 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclaz zalından həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs7 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs7 27.09.2021-ci il tarixdən həbsdə olduğu 07 ay 2 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs7 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclaz zalından həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs6 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs6 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 250 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Ysif oğlundan, Təqsirləndirilən şəxs7 və X9 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün təyin olunmuş cəzasından çıxılmaqla üzərində qəti olaraq 2(iki) il 11 (on bir) ay 28 (iyrimi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 02.03.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.1,180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib 3(üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 24.11.2020-ci tarixli 1(058)-33/2020 nömrəli hökmü ilə təyin olunmuş 2(iki) il 03(üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 03 (üç) ay 12(on iki) gün məddətin iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla 07 (yeddi) ay 21(iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası CM-in 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 12.04.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1,180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 06 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Kəpəz Rayon Məhkəməsinin 12.03.2021-ci tarixli, 1(043)-6/2021 nömrəli hökmü ilə təyin olunmuş 1(bir) il 06 (ay) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay müddətin iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla, 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası CM-in 66.5 maddəsinə əsasən hazırki hökmlə təyin olunmuz cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 14.04.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 14.04.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbs edilsin.

5. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 sentyabr 2021-ci il tarixdən həbsdə olduğu 7 ay 20 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 1(bir) il 3 (üç) ay 10 (on) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) ay 20 (iyirmi ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin.

6. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 sentyabr 2021-ci il tarixdən həbsdə olduğu 07 ay 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabır hesablanmaqla 1(bir) il 2 (iki) ay 04 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs7 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin.

7. Təqsirləndirilən şəxs6 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs6 oğlunun üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 oğlunun Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə 250 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 Əbülfət oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu142319,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesabına ödənilsin. Hökmün icrası təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 münasibətdə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar