Məhkəmə qərarları › İş №1(043)-120/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-120/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-120/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(043)- 89/2020saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, DOS-107, ev 11 mənzil 18-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci il ilin aprel ayın istintaqa məlum olmayan tarix və vaxtında Tahir Şəfiyevə məxsus Gəncə şəhər, Qurtuluş küçəsi, 1-ci döngə, ev 29/2 saylı yaşayış evinin küçə tərəfdən mişar daşları ilə hörülmüş hasarının üstündən evin həyətinə qanunsuz olaraq daxil olmuş, sonra evin həyətə baxan pəncərəsini özü ilə apardığı vintaçanla açıb evə daxil olub Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1700 manat dəyərində HAİER markalı, 140 diaqanallı televizoru, 1 ədəd 200 manat dəyərində TOSHİBA markalı, 56 diaqanallı televizoru, 50 manat dəyərində bijuteriya dəstini, 1 ədəd 50 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 50 manat dəyərində “SAMSUNG” markalı DVD aparatını, 1 ədəd 30 manat dəyərində “SAMSUNG” markalı kaset DVD aparatını, 1 ədəd 50 manat dəyərində “Karaca” markalı yataq üzlüyü, 1 ədəd 50 manat dəyərində digər yataq üzlüyünün və 1 ədəd 50 manat dəyərində “BOCH” markalı direli, ümumilikdə 2230 manat dəyərində əşyaları gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Hüseynzadə Elman Möylan oğlu özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2016-cı ildə oğurluq etdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin yanvar ayında azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra iş tapıb özünü dolandıra bilməmişdir. Bunun üçün də 2019-cu ilin ortalarında yenidən oğurluq etmişdir. Həmin cinayət hadisəsini törətdiyi üçün barəsində Gəncə şəhər Kəpəz Rayon məhkəməsində cinayət işinə baxılır. 2020-ci ilin aprel ayının əvvələrində dəqiq gününü və tarixini xatırlamadığı vaxtda o iş tapa bilmədiyi üçün və özünü dolandırmaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin gün günorta vaxtlarında o Gəncə şəhəri, Qurtuluş küçəsi, 1-ci döngə ilə gedərkən evlərin işıq sayğaclarına baxmışdır ki, hansı evin sayğacı küçədən sönülü olduğunu görsün. 29\2 nömrəli evin qarşısından keçəndə evin işıq sayğacının küçədən sönülü vəziyyətdə olduğunu görmüşdür. O, başa düşmüşdür ki, həmin evdə yaşayış yoxdur. Özülüyündə planlaşdırmışdır ki, gecə yenidən həmin küçəyə qayıdıb həmin evin işıq sayğacına baxar. Əgər sayğac yenə də sönülü olsa evdə heç kimin yaşamadığından əmin olub oğurluq etmək üçün həmin evə girər. Belə də etmiş və gecə təxminən saat 03 radələrində o yenidən həmin küçəyə qayıtmışdır. Həmin evin qarşısına gəlib işıq sayğacına baxıb sönülü olduğunu görmüşdür. O, əmin olmuşdur ki, həmin evdə yaşayış yoxdur. Bunun üçün də həmin evə oğurluq etmək üçün daxil olmağa yer axtarmışdır. Həmin evin hamam-tualet otağı küçə tərəfdə künçdə tikilmişdir. O, küçədən hasarın üstünə oradanda hamam-tualet otağının üstünə çıxıb evin həyətinə düşmüşdür. Həmin ev bir mərtəbəli ev olmuşdur. Evin həyətə baxan üç ədəd pəncərəsi olmuş, o, həmin pəncərələrdən ən böyüyünün bir gözünü özü ilə apardığı vintaçanla açıb evin otaqlarından birinə daxil olmuşdur. Həmin otaqda divara televizor bərkidilmişdir. Bundan başqa otaqda divan, stol, stul olmuşdur. Görünüşdən həmin otaq qonaq otağını xatırlatmışdır. Otağın soyuqluğundan hiss etmişdir ki, həmin evdə uzun müddətdir ki, yaşayış yoxdur. O, bundan rahat olub özü ilə apardığı əlfanarı ilə evi axtarmağa başlamışdır. O, evdə olan əşyaları dağıdıb qızıl axtarmışdır. Həmin vaxt yataq otağında bir ədəd sep, bir cüt sırğa və üzüyü olan əşyalar görüb götürmüşdür. Sonra evdə qızıl tapa bilməyib ev əşyaları oğurlamağı qərarlaşdırmışdır. O, evdə olan televizoru və dvdləri pəncərədən çölə çıxartmışdır. Həyətdən isə bir ədəd dreli görüb götürmüşdür. O, həmin əşyaları evdə olan yataq dəstinə bükmüşdür. Sonra həyətdə olan paltar üçün kəndirdən olan sərgini qopardıb həmin yataq örtüyünə bağlamışdır. Kəndiri hamamın üstünə atıb özüdə hamamın üstünə çıxmışdır. Kəndiri dartıb bükdüyü əşyaları yuxarı qaldırmışdır. Sonra küçəyə salmışdır. Özüdə sonra küçəyə düşüb həmin bağlamanı kürəyinə yükləyib yaşadığı evin yaxınlığına aparıb orada biryerdə gizlətmişdir. Səhəri günü o böyük televizoru satmaq üçün müştəri axtarmışdır. Bunun üçün tanışı Elçinə zəng edib satılıq televizor olduğunu demişdir. Elçin də satabiləcəyini demiş, o da televizoru Elçinin yaşadığı Poçt qəsəbəsinə aparmışdır. O, Elçinə televizorun oğurluq olduğunu bildirməmiş, televizor yaşadığı evin olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. Elçin qiyməti maraqlananda o 500-600 manata satabilsə satmasını demişdir. Elçində satıb xəbər edəcəyini demişdir. Elçin televizoru satabilmədiyi üçün o qərara gəlmişdir ki, digər əşyaları satsın. Həmin əşyalardan sep, sırğa və üzüyü qızıl olmadığını görüb tullamışdır. Digər televizor və dvdləridə səyyari olaraq küçədə tanımadığı şəxslərə satmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tahir Şəfiyev onun qaynatasıdır. X1 ailəsi ilə birlikdə yaşayır. Qaynatası ünvan 1 ünvanında yerləşən evi var. Uzun müddətdir ki, orada yaşamırlar. Bunun üçün də həmin ev onun istifadəsindədir. O, Gəncə şəhərində bina evində yaşayır. Ev sıxlıq olduğundan artıq olan əşyalarını qaynatasına məxsus yuxarda qeyd etdiyi evdə saxlayır. Belə ki, sonuncu dəfə o xx.xx.2019-cu il tarixdə həmin evə getmişdir. Həmin vaxt hər şey qaydasaında olmuşdur. xx.xx.2020-ci il tarixdə o yenidən həmin evə gedəndə görmüşdür ki, evin qonaq otağının həyətə baxan pəncərəsi açıq vəziyyətdədir. O, qapını açıb içəri daxil olanda görmüşdür ki, evdə əşyalar dağınıq vəiyyətdədir. Başa düşmüşdür ki, kimsə evə daxil olub oğurluq etmişdir. Evə baxanda ona məlum olmuşdur ki, evdən ona məxsus dəyəri 1700 manat olan HAİER markalı, 140 diaqanallı televizoru, 200 manat dəyərində TOSHİBA markalı, 56 diaqanallı televizoru, 50 manat dəyərində bijuteriya dəstini, 1 ədəd 50 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 50 manat dəyərində “SAMSUNG” markalı DVD aparatını, 1 ədəd 30 manat dəyərində “SAMSUNG” markalı kaset DVD aparatını, 1 ədəd 50 manat dəyərində “Karaca” markalı yataq üzlüyü, 1 ədəd 50 manat dəyərində digər yataq üzlüyünün və 1 ədəd 50 manat dəyərində “BOCH” markalı direlin oğurlandığını bilmişdir. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə müraciət etmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər.Oğurluq nəticəsində ona maddi ziyan dəymiş, oğurlanmış “Haier” markalı televizor ona qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən şahidlərin ifadələri məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Ruslangil əvvələr onlarla qonşu olublar, uşaqlıqdan dostular. 2020-ci ilin aprel ayının əvvələrində Ruslan ona zəng edib pulu olmadığını bunun üçün də evlərində olan televizoru satmaq istədiyini və köməklik göstərməyini xahiş etmişdir. O da demişdirki, televizoru gətirib onlara versin əgər satabilsə pulunu verər. Ruslan da gətirib həmin televizoru onlara qoymuşdur. Karantin olduğu üçün o televizora müştəri tapa bilməmişdir. xx.xx.2020-ci iltarixdə Kəpəz RPİ-nin polis əməkdaşları gəlib onu polisə getməyini bildirmişlər. O da səbəbini soruşduqda Ruslanın ona oğurluq televizor verdiyini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə polisə gəlmişdir. O, Təqsirləndirilən şəxs satmaq üçün ona verdiyi televizorun oğurluq olmasını bilməmiş, Ruslanı tanıdığı üçün həmin televizorun Ruslana məxsus olduğuna inanmışdır. Ruslan özü də ona həmin televizorun özünə məxsus olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin şübhəli şəxs qismində tutulması” haqqında xx xxxxx 2020-ci il tarixli, 65 nömrəli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxx 2020-ci il tarixdə saat 13:34-də tutulmuşdur. “Əşyanın götürülməsi” haqqında xx xxxxx 2020-ci il tarixli, 167 nömrəli qərardan görünür ki, Şahid təqdim etdiyi televizor iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. “Əşyaya baxış və götürülmə” barədə xx xxxxx 2020-ci il tarixli, 226 nömrəli protokoldan görünür ki, Şahid təqdim etdiyi televizor “Haier” markalı, böyük ölçülü olmaqla, xarici görnüşdən az işlənmiş vəziyyətdə görnüşü olan, xarici detallarından ekranın üzərində sellofan olan və ekranın bir hissəsində zədə olan televizordur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması” haqqında xx xxxxx 2020-ci il tarixli, 168 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(043)- 34/2020 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(043)-89/2020 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə-əmtəəşünaslıq ekspertizası” barədə xx xxxx 2020-ci il tarixli, 9/1842 nömrəli rəyindən görünür ki,1 ədəd televizorun istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminin 700 manat, təqdim edilməyən 5 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 250 manat müəyyən edilmişdir. 2 dəst yataq üzlüyü və 1 dəst bjüteriya tədqiqata təqdim edilmədiyi üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” haqqında xx xxxx 2020-ci il tarixli, 204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini məhkumluğu ödənilmədiyi müddətə etdiyindən onun əməli cinayətin residivi kimi qiymətləndirilmiş, istintaq zamanı oğurluq yolu ilə əldə edilmiş “Haier” markalı televizor maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanması üçün sahibinə təhvil verilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1842 nömrəli rəyi sübut növü kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən ittihamın elan olunması” haqqında xx xxxx 2020-ci il tarixli, 205 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəməbu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə AR CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib, 07 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 27 gün müddətində vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 1(043)- 89/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-77/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 (on) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-77/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən vurulmuş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilənşəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.5-ci maddələrinə əsasəncinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsininxx xxxxx 2020-ci il tarixli 4(043)-34/2020 saylı həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-120/2020 saylı cinayət işi üzrə hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək bu iş üzrə tutulduğu və həbsdə olduğu 3 (üç) ay 20 (iyirmi) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(043)-89/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraqTəqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut “Haier” markalı televizorun qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına90 (doxsan) manat məbləğində pul köçürülməlidir (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəməgöstərilənlərəəsaslanıb, AzərbaycanRespublikasıCPM-in132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-cimaddələrinirəhbərtutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək bu iş üzrə tutulduğu və həbsdə olduğu 3 (üç) ay 20 (iyirmi) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(043)- 89/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxstəyinolunmuş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası,hazırki hökmlə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Haier” markalı televizorun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan)manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar