Məhkəmə qərarları › İş №1(043)-121/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-121/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-121/2020 11.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxssatış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan 1.072 qram çəkidə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, Kəpəz RPB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsində saxlanılaraq Kəpəz rayon polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz və tünd göy rəngli “Nike” markalı idman gödəkçəsinin sol yan cibindən kustar üsulla hazırlanmış narkotik vasitə olan üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,569 qram, -0,306 və -0,197 qram ümumilikdə 1,072 qram çəkidə heroin gümüşü rəngli falqaya bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi heç bir yerdə işləmir. Əvəllər məhkumluq həyatı yaşamışdır. Narkotik vasitə olan heroindən təxminən 2 ildir istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsində iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu polis bölməsinə dəvət etmişlər. Kəpəz rayon polis bölməsində iş otağında olarkən polis əməkdaşları üzərinə baxış keçiriləcəyini bildirib, müdafiəçi istəyib-istəmədiyini soruşmuşlar. Müdafiəçi tutmaq üçün maddi imkanının olmamasını demişdir. Ona görə müdafiəçi ilə təmin etmişlər. Bundan sonra üzərinə baxış keçirilmiş, əynində olan boz və tünd göy rəngli “Nike” markalı idman gödəkçəsinin sol yan cibindən 3 ədəd gümüşü rəngli falqaya bükülü halda narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Falqa bükülülərinin içərisində olan narkotik vasitə heroin özünə məxsusdur. Həmin narkotik vasitə olan heroini ilkin olaraq Yevlax rayonunda “Yusif” adlı şəxsdən almağını bildirmişdir. Əslində isə həmin heroini Gəncə şəhərində Gəncə çayının yanında yerdən tapmışdır. Həmin narkotik vasitə olan heroini özü istifadə etməsi üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar olunan içərisində narkotik maddə heroin olan falqa bükülüləri müdafiəçisinin iştirakı ilə tərəzidə çəkilmiş, ümumilikdə çəkisi 1.98 (bir tam yüzdə doxsan səkkiz) qram olmuşdur. Daha sonra içərisində kütlə olan falqa bükülüləri zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra evində narkotik vasitə saxlamağı ehtimal olunduğuna görə evinə baxış keçiriləcəyi bildirilmişdir. Buna etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan sonra evinə baxış keçirilmiş və evindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Polislər onu narkotik vasitə ilə saxlayan zaman çox həyacanlı olmuşdur. Həyacanlı olduğundan və tanışı Yusiflə münasibəti yaxşı olmadığından istintaqa ifadə verən zaman yalandan narkotik vasitənin “Yusif” adlı şəxsdən almasını bildirmişdir. Həqiqətdə isə həmin narkotik vasitəni Gəncə şəhərində Gəncə çayının yaxınlığında yerdən tapmışdır. Heç vaxt narkotik vasitə satmamış, yalnız narkotik vasitədən istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və narkotik vasitəni üzərində saxlamasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəfindən raportla Kəpəz RPB-nin rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, bölmə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri Gəncə küçəsi, 2-ci dalan, ev 1-də qeydiyyatda olan və yaşayan, əvəllər məhkum olunmuş, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:30-da polis əməkdaşı Şahid2 ilə birlikdə Gəncə şəhəri Cavadxan qəsəbəsində Təqsirləndirilən şəxs saxlamışlar. Onlar öz xidməti vəsiqələrini və özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və narkotik vasitəni üzərində saxlamasında şübhəli olduğundan birlikdə Kəpəz RPB-nə getməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da birlikdə Kəpəz RPB-nə gəlmişdir. Kəpəz RPB-də baş təhqiqatçı polis kapitanı, Əli Əlizadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman da bütün hərəkətlər video kamera vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs əynində olan boz və tünd göy rəngli “Nike” markalı idman gödəkçəsinin sol yan cibindən 3 ədəd gümüşü rəngli falqaya bükülü halda narkotik vasitəni təqdim etmiş və həmin vasitəni Yevlax şəhərindən “Yusif” adlı şəxsdən almasını bildirmişdir. Sonra həmin narkotik vasitə baş təhqiqatçı polis kapitanı, Əli Əlizadə tərəfindən tərəzidə çəkilmişdir. Sonra müdafiəçinin və baxışda iştirak edən digər şəxslərin iştirakı ilə bu haqda baş təhqiqatçı polis kapitanı, Əli Əlizadə tərəfindən protokol tərtib edilmiş, protokol ucadan iştirakçılara oxunmuş, heç bir şikayət, təklif və əlavələr daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin ekspertiza təyin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi yaxud ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış görüntülərini özündə əks etdirən bir ədəd video disk və yaşadığı ünvanda axtarış görüntülərini özündə əks etdirən bir ədəd video diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilərək protokollar tərtib olunmuş və həmin protokollar cinayət işinin materiallarına əlavə olunmuşdur. Baxış və götürmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsində saxlanılaraq Kəpəz rayon polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz və tünd göy rəngli “Nike” markalı idman gödəkçəsinin sol yan cibindən kustar üsulla hazırlanmış narkotik vasitə olan üç ədəd bükümdə heroin gümüşü rəngli falqaya bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, cinayət xarakterli əşya, predmet və narkotik vasitə tapılmamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regioanl Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, “Təqsirləndirilən şəxs aid maddi sübut” sözləri yazılmış kağız paketdəki, 3 (üç) ədəd “gümüşü” rəngi falqa bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,569 qram, -0,306 qram, -0,197 qram, ümumi təmiz çəkisi 1,072 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-15/2020 saylı, 21.02 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Gəncə şəhər sakini Təqsirləndirilən şəxs istifadəsində (+99455) ***-**-** saylı mobil telefon nömrəsi olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən alqı-satqısı ilə məşğul olub-olmamasının müəyyən edilməsi barədə müsbət nəticə əldə olunmamış, onun narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin Yevlax rayonunda yaşayan “Yusif” adlı şəxsin şəxsiyyəti müəyyən olunmamış və bu istiqamətdə əməliyyat tapşırığında göstərilən xüsusatların aydınlaşdırılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci madəsinin tərkibi olmadığından bu xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Yusif” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü hazırda ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılması və ********* nömrə altında ibtidai itintaqın aparılması qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-121/2020 saylı, xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 149.2.1-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cui il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 149.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona həmin Məcəllənin 149.2.1-ci maddəsi üzrə 05 (beş) il müddətə, 221.2.1-ci maddəsi ilə isə 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismin toplamaq ilə, cinayətlərin mucmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2009-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cui il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 149.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin Məcəllənin 149.2.1-ci maddəsi üzrə 05 (beş) il müddətə, 221.2.1-ci maddəsi ilə isə 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismin toplamaq ilə, cinayətlərin mucmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək səmimi peşmançılıq hisslərini keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətin residivinin olmasını məhkəmə nəzərə alır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məhkumluğunun olmasını və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətmiş, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.Cinayət Məcəlləsinin 56.1.3.-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməli və ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayaraq cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün müddəti ilə hesablanır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçiləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, cinayətişiüzrəmaddisübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.922 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd SD disk, “xxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli, 164 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа аlınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərаzi nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа götürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 8 (səkkiz) saat vaxt sərf etdiyindən müdafiəçi X3 dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz)manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) aymüddətinə аzаdlıqdаn məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs оğlu ərаzi nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа аlınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.922 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd SD disk, “xxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz)manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar