Məhkəmə qərarları › İş №1(043)-122/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-122/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-122/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını talama məqsədi ilə 31 yanvar 2021-ci il tarixdə saat 16 radələrində zərərçəkmiş 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs2 əlində olan anası Zərərçəkmiş şəxs1 Səmədər qızına məxsus 1 ədəd 350 manat dəyərində Xiaomi Redmi 7 markalı mobil telefonu istifadə etmək bəhanəsi ilə ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəncə şəhəri, X11 prospekti ilə həkərət edib həmin prosektdə yerləşən “Embawood” mebel mağazasının arxa tərəfinə getmiş, həmin mebel mağazasının tərəfində Zərərçəkmiş şəxs2 Xiaomi Redmi 7 markalı mobil telefonu geri qaytarmasını tələb edən zaman həmin mobil telefonu geri qaytarmadan dayandıqları yerdən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs1 350 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 1,103 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, Kəpəz RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 fevral 2021-ci il tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-nin Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən stasionar postunda sərnişin qismində əyləşdiyi Şahid2 idarə etdiyi “Mercedes Benz E230” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin gün saat 19:10 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz rayon polis idarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 1,103 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 31 yanvar 2021-ci il tarixdə pula erhtiyacı olduğuna görə Gəncə şəhəri ərazisinə çıxmış və iş axtarmağa başlamışdır. Lakin, Gəncə şəhəri Ş.İ.Xətai prospektində Yasəmən kimi tanıdığı yerdə azyaşlı uşağın əlində telefon görmüş, həmin vaxt uşağın əlində olan telefonu ələ keçirmək fikri onda yaranmışdır. O, dərhal həmin azyaşlı uşağa yaxınlaşmış və uşağın əlində olan telefonu danışmaq adı ilə uşaqdan istəmiş, bu vaxt həmin azyaşlı uşaq telefonunda danışıq kartının balansının olmadığını bildirmiş, o, həmin uşağa yaxınlıqda Wifi internet xəttinin olduğunu və ona qoşularaq internet vasitəsilə danışa biləcəyini bildirmiş, bu vaxt uşaq onunla razılaşmış və yaxınlıqda olan Playstation oyun klubuna getmişdir. Həmin klubun qabağında olan zaman onlar internetdən istifadə edə bilməmiş və uşağı özündən uzaqlaşdırmağa çalışsa da, uşaq onun yanından uzaqlaşmamışdır. Bu vaxt Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Embavood” adlı mebel salonunun arxasına uşağı aparmışdır. Orada olan zaman o, yenə də internetə qoşulmaq üçün telefonu uşaqdan almışdır. Bu vaxt həmin uşaq telefonu ondan almaq istəmiş, lakin o, telefonu qaytarmamışdır. Belə olan halda o, uşağa telefonu qaytarmayacağını bildirmiş və telefonu götürərək dayandıqları yerdən qaçaraq uzaqlaşmışdır. Həmin azyaşlı uşaq fiziki imkan cəhətdən zəif olduğuna görə müəyyən qədər məsafədən sonra arxasınca qaça bilməmişdir. Bundan sonra o, dərhal telefonla birlikdə Gəncə şəhər Mərkəzi Univermaqda yerləşən telefon alqı-satqısının həyata keçirildiyi yerə getmişdir. Əvvəllər tanımadığı azyaşlı uşağın əlindən aldığı “Xioami Redmi 7” markalı mobil telefonu Univermaqda əvvəldən adını bildiyi Pərviz adlı şəxsə 55 manata satmışdır. Həmin şəxsdən pulu aldıqdan sonra həyat yoldaşının və qızının pula ehtiyacı olduğuna görə həmin pulun 40 manatını Bakı şəhərinə göndərmiş və yerdə qalan 15 manatı isə gündəlik xərclərini qarşılamaq məqsədilə özündə saxlamışdır. O, həmin gün Salyan rayonuna nənəsinin yaşadığı evə getmişdir. Sonra həyat yoldaşı və qızı Bakı şəhərində olduğu üçün 05.02.2021-ci il tarixdə Bakı şəhərinə getmək qərarına gəlmişdir. O, Bakı şəhərinə getmək üçün Mercedes markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə minmiş və Bakı şəhəri istiqamətində hərəkət edən zaman YPXnin Hacıqabul rayonunda yerləşən stasionar postunda Şahid4 və Şahid3 adlı polis əməkdaşı tərəfindən saxlanılmaqla, onu idarə etdikləri avtomobilə mindirmiş, avtomobildə olan zaman polis əməkdaşları onu sıra-sıra döyərək xəsarət yetirmiş, daha sonra onu Kəpəz RPİ-nə gətirərək polis idarəsinin otaqlarından birində onu saxlamış və həmin vaxt otaqda olarkən oraya gəlmiş tanımadığı bir polis əməkdaşı döşəməyə bir ədəd qara rəngli kağız bükümü ataraq ondan həmin bükümü götürüb cibinə qoymasını tələb etmiş, özü isə həmin vaxt döyülməkdən qorxduğu üçün həmin bükümü götürüb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş, bir qədər sonra isə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman həmin bir ədəd qara rəngli kağız bükümü cibindən aşkar edilmiş, içərisində narkotik vasitə olan heroini o, döyülməkdən qorxduğu üçün özünə məxsus olmasını etiraf etmiş və bu barədə müdafiəçisinə heç bir söz deməmişdir. Onun üzərindən aşkar edimiş narkotik vasitə olan heroin ona məxsus deyildir və heç vaxt narkotik vasitə qəbul etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi (anası) Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs2 11 yaşı olmaqla Sənan özünü sərbəst şəkildə idarə etdiyinə görə o, Sənana müəyyən vaxtlarda yaşadıqları binanın qarşısında dostları ilə oynamaq üçün bayıra çıxmasına icazə vermişdir. 31.01.2021-ci il tarixdə saat təxminən 16 radələrində həmişə olduğu kimi oğlu Sənan yaşadıqları mənzildən həmin binanın qarşısına çıxmışdır. Sənan ona məxsus Xiaomi Redmi 7 markalı mobil telefonu oynamaq üçün götürmüşdür. Sənan evdən çıxdıqdan təxminən 15-20 dəqiqə sonra yaşadıqları evə qayıtmış və ağlayaraq naməlum şəxsin Sənanın əlində olan Xioami Redmi 7 markalı, **********66595 və **********66603 İMEİ kodlu mobil telefonun naməlum şəxs tərəfindən əlindən alındığını və həmin şəxsin naməlum istiqamətdə qaçdığını bildirmişdir. O, dərhal sakitləşməsini və ona həqiqəti danışmasını istəmişdir. Bu vaxt oğlu sakitləşmiş, ona yaşadıqları binanın yaxınlığında Ş.İ.Xətai prospektində olan aptekin qarşısında dayanan zaman bir nəfər naməlum şəxsin Sənanı aldadaraq həmin prospektdə olan “Embawood” adlı mebel salonunun arxasına apardığını və həmin salonun arxasına getdikdən sonra əlində olan telefonu alaraq qaçdığını bildirmişdir. O, dərhal binanın həyətinə düşmüş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə oğlunun telefonunun əlindən alınaraq naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. Bir neçə dəqiqədən sonra əraziyə əməliyyat qrupu gəlmişdir. Naməlum şəxsin ona məxsus mobil telefonu açıq formada qanunsuz olaraq ələ keçirməsi nəticəsində 350 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında qanuni nümayəndə (anası) Zərərçəkmiş şəxs1 iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 31.01.2021-ci il tarixdə saat təxminən 16 radələrində o, yaşadıqları evdən çıxmış və həmin binanın qarşısında dayanaraq anasına məxsus Xiaomi Redmi 7 markalı mobil telefonunda musiqiyə qulaq asmış, həmin vaxt əvvəllər tanımadığı bir nəfər arıq bədən quruluşlu, ağzında masqa, başında papaq olan bir nəfər kişi ona yaxınlaşmış, onun əlində telefon olduğunu görmüş və yaxın günlərdə əsgərliyə gedəcəyini, bacısı ilə danışmaq istədiyini bildirmişdir. O, həmin şəxsə telefonunda nömrə olmadığını demiş, ona yaxınlıqda olan “wifi” ya qoşularaq internet vasitəsilə zəng edəcəyini demişdir. O, ilk öncə inanmış və birlikdə yaxınlıqda olan playstation oyun klubuna getmişlər. Həmin klubun qapısını döymüş və içəridə olan şəxs playstation oyun klubunun işləmədiyini demiş, əvvəllər tanımadığı həmin şəxs yaxınlıqda qohumunun olduğunu, orada “wifi”ya qoşularaq whatsapp sosial şəbəkəsi vasitəsilə zəng edəcəyini demişdir. O, yenə inanmış və birlikdə yaşadıqları binanın yaxınlığında olan Embawood adlı mağazanın arxasındakı həyət evlərinə getmişlər. Orada əvvəllər tanımadığı bir qapıya yaxınlaşmış və həmin evdə xalasının yaşadığını və ona məxsus telefonu “wifi” yə qoşaraq istifadə edəcəyini demişdir. O, yenə inanmış, həmin şəxs orada da telefondan istifadə edə bilmədiyini görüb yenə də yaxınlıqda olan lakin ünvanını dəqiq bilmədiyi evin qarşısına onu aparmışdır. O, orada olan zaman anasından zəng gələcəyini bildirib telefonunu geri almaq istəmiş, lakin həmin şəxs telefonu yerə vurub qıracağını deyərək onu qorxutmuş və telefonu verməyəcəyini deyib oradan iti addımlarla qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca getməyə başlayanda hərəkətlərini dahada sürətləndirmiş və çata bilməmişdir. Həmin şəxsin telefonu əlindən alıb qaçmasına mane olmağa çalışsa da həmin şəxs ondan böyük yaşlarda olduğuna və fiziki cəhətdən çatmağına imkanı olmadığına görə telefonu ala bilməmişdir. Həmin vaxt ətrafda əvvəllər tanımadığı xeyli sayda insanlar olmuş, lakin həyəcanlı olduğuna görə onları tanıya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, fərdi əmək kimi etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E230” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Bakı xətti üzrə taksilik etmişdir. Təqsirləndirilən şəxs tanımamış və əvvəllər heç bir münasibəti olmamışdır. 05.02.2021-ci il tarixdə o, Gəncə-Bakı yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində hərəkət olarkən Kürdəmir rayonundan Salyan rayonuna gedən yolun başlanğıcında bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs əl ilə işarə etdiyi üçün o, avtomobili saxlamışdır. Həmin şəxs ona Bakı şəhərinə getmək istədiyini bildirmiş, o da idarə etdiyi avtomobildə arxa oturacaqda yer olduğu üçün etiraz etməmişdir. Əliağa adlı şəxs arxa oturacaqda əyləşmiş, təxminən yarım saat yol getdikdən sonra saat 14:30 radələrində Hacıqabul rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda polis əməkdaşları tərəfindən yol müvəqqəti bağlanmış və iki nəfər mülki geyimdə olan polis əməkdaşları onun idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Həmin polis əməkdaşları özlərini təqdim edərək avtomobilinin qapısını açmış və həmin Əliağa adlı şəxsi onun idarə etdiyi avtomobildən düşürmüşlər. Daha sonra polis əməkdaşları tərəfindən Əliağa adlı şəxs avtomobilə mindirilmişdir. O da yol açıldıqdan sonra hərəkət etdiyi istiqamət üzrə yoluna davam etmişdir. Polis əməkdaşları Əliağa adlı şəxsi qolundan tutaraq avtomobilə aparıb mindirmiş və heç bir zor tətbiq etməmişlər. Onun narkotik vasitə saxlamasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, narkotik vasitə qəbul etməsi və yaşadığı evdə saxlaması, həmçinin 31.01.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, X11 prospektində yerləşən Embavud mebel mağazasının arxasında azyaşlı Zərərçəkmiş şəxs2 Emin oğlunun istifadəsində olan Xiaomi Redmi 7 markalı mobil telefonu əlindən götürüb qaçaraq açıq talaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, baş əməliyyat müvəkkili Şahid4 Rafayıl oğlunun iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05.02.2021-ci il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX-nin Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda sərnişin qismində əyləşdiyi Mercedes markalı avtomobildə saxlanılaraq 05.02.2021-ci il tarixdə saat 19:10 radələrində Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd qara rəngli kağız büküm aşkar edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 1,42 qram olmuşdur. Daha sonra isə narkotik vasitə heroin içərisində olduğu bükümlə birlikdə kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini Şirvan şəhərində Orxan adlı şəxsdən 200 manat pul dəyərək almasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 31.01.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, X11 prospektində yerləşən Embavud mebel mağazasının arxasında azyaşlı uşağın əlindən Xiaomi Redmi 7 markalı mobil telefonu götürüb qaçmasını və Gəncə şəhəri, Mərkəzi Univermaq ticarət mərkəzində həmin mobil telefonu 55 manata satmasını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Baxışın keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri, yəni onlar tərəfindən saxlanılıb Gəncə şəhərinə gətirilən zaman yolda polislər tərəfindən döyülməsi həmçinin Gəncə şəhər polis şöbəsində olarkən tanmadığı bir polis əməkdaşının saxlandığı otağa gəlib yerə narkotik vasitə atdığını, özünün isə həmin narkotiki götürüb cibinə qoyaraq sonradan üzərinə baxış zamanı təqdim etməsi barədə göstərdilkləri tamamilə yalandır və belə bir hallar baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşı Şahid4 Rafayıl oğlu eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, fərdi əmək kimi uzun müddətdir ki, Gəncə şəhəri Mərkəzi Univermaq ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mobil telefonların alqı-satqısı mağazasında işləmişdir. O, tanıdığı şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini tələb etmədən, tanımadığı şəxslərdən isə şəxsiyyət vəsiqəsinin surətini tələb edərək işlənmiş mobil telefonlar almışdır. O, həmin mobil telefonları satan zaman isə heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs tanımış, Təqsirləndirilən şəxs ilə əvvəllər yaxın küçələrdə yaşamışlar. Daha sonra o, həmin ərazidən köçdüyü üçün Əliağa ilə heç bir münasibəti olmamışdır. 31.01.2021-ci il tarixdə saat 17 radələrində o, mağazada olan zaman Əliağa onun işlədiyi həmin mağazaya gəlmiş, o, Əliağa ilə biraz söhbət etmiş, Əliağa ona pula ehtiyacı olduğu üçün mobil telefonunu satmaq istədiyini demiş və cibindən bir ədəd qara rəngli Xiaomi Redmi 7 markalı mobil telefonu çıxararaq ona təqdim etmişdir. O, mobil telefona baxan zaman həmin mobil telefonun çox istifadə olunmasını, qıraqlarının əzilməsini və ekranında qüsurlar aşkar etmiş, Əliağaya mobil telefonu ancaq ləvazimatları üçün ala biləcəyimi demiş, Əliağa ilə 55 manat qarşılığında razılaşmışdır. Əliağanı tanıdığı üçün şəxsiyyət vəsiqəsinin surətinin tələb etməmiş, həmin mobil telefon xarab olduğu üçün o, heç kimə satmamış və özündə saxlamışdır. 08.02.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən məlumat verildiyi zaman ona həmin mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən kiminsə əlindən alınaraq qaçırılması ona məlum olmuşdur. Polis əməkdaşları ona deyən zaman onun həmin telefonun cinayət yolu ilə əldə edilməsindən məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 31 yanvar 2021-ci il tarixli, 30 nömrəli qərardan görünür ki, HK-1/274 nömrəli material aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 03 fevral 2021-ci il tarixli, 28 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 06 fevral 2021-ci il tarixli, 39 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə” dair 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, ev 54 yaşayan Təqsirləndirilən şəxs müəyyən olunaraq onun üzərinə və yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2021-ci il tarixli, 38 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə” haqqında 05 fevral 2021-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd tibbi maska, bir ədəd üzərində səkkizguşəli ulduz həkk edilmiş qızıl olmayan, metal kişi üzüyü, şalvarının sağ yan və arxa ciblərində hər hansı bir əşya aşkar edilməmiş, əynində olan parça gödəkçənin sol yan cibindən qara rəngli siqaret kağızı bükülüsü aşkar edildi, gödəkçənin sol yan iç cibindən 03 ədəd salfet kağızlar aşkar edilmişdir. Qara rəngli siqaret kağızı olan bükülü açılmış içərisində qəhvəyi rəngli kristal halında narkotik vasitə olan “heroin”ə oxşar kütlə müəyyən edilmişdir. Həmin kütlə ilə əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə kokos kimi adlanan narkotik vasitə olan “heroin”dir, o həmin kütlənin narkotik vasitə olmasını təsdiq edir, həmin kütləni Əli Bayramlı yəni Şirvan şəhəri ərazisində özünü Orxan kimi təqdim edən tanımadığı şəxsdən 200 manata almışdır. Həmin narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə üstündə saxlamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,42 (bir tam yüzdə qırx iki) qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə çəkildikdən sonra qablaşdırılıb bir ədəd zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 120 nömrəli möhürü ilə möhürlənib qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin kütlə təkrar olaraq çəkilmiş və çəkisi 1,42 qram olması müəyyən edilmişdir. Digər əşyalar bir ədəd tibbi maska, 03 ədəd kağız salfetlər və bir ədəd qızıl olmayan metal kişi üzüyü Təqsirləndirilən şəxs qaytarılmışdır. “Baxış keçirilməsi” haqqında 05 fevral 2021-ci il tarixli, 49 nömrəli protokoldan və 01 DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən mənzilin otaqlarına baxış keçirilmiş və narkotik vasitə və ya qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmetlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 06 fevral 2021-ci il tarixli, 16/113 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd qara rəngli kağız parçası bükümündə təmiz çəkisi 1,103 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin”dir. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi” haqqında 06 fevral 2021-ci il tarixli, 42 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Gəncə şəhər Kəpəz RPİ-nin TB-də başlanmış ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işi icraata qəbul edilməsi” haqqında 06 fevral 2021-ci il tarixli, 36 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraat qəbul edilməklə istintaqı davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 07 fevral 2021-ci il tarixli, 38 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif edilməsi” haqqında 07 fevral 2021-ci il tarixli, 40 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən icraatında olan Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1, 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 31 yanvar 2021-ci il tarixli, 29 nömrəli protokoldan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 237, bina 2B, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətlə əlaqədar olaraq soyğunçuluq hadisəsi yerinə gedilmiş, hadisə yeri Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən “Embawood” adlı mebel salonunun arxa hissəsində yerləşən fərdi yaşayış sahəsinin qarşısıdır. Hadisə yerində olan zaman hal şahidlərinin iştirakı Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 əlində olan “Xioami Redmi 7” markalı mobil telefonun naməlum şəxs tərəfindən açıq yolla əlindən alaraq naməlum istiqamətdə uzaqlaşması hadisəsi yerində heç bir video-müşahidə kamerası aşkar edilməmişdir. Həmin şəxs azyaşlı Zərərçəkmiş şəxs2 heç bir zor tətbiq etmədən ona məxsus mobil telefonu əlindən alaraq qaçmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 04 fevral 2021-ci il tarixli, 30 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Yetkinlik yaşına çatmayan şəxsi zərərçəkmiş şəxs qismində tanıma” haqqında 04 fevral 2021-ci il tarixli, 31 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. “Yetkinlik yaşına çatmayan şəxsi zərərçəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi” haqqında 04 fevral 2021-ci il tarixli, 32 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatmayan şəxsi Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi təyin edilməsi qərara alınmışdır. “Şübhəli şəxs qismində tanınma” haqqında 06 fevral 2021-ci il tarixli, 38 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tanınması qərara alınmışdır. “Tanınmaya təqdim edilməsi” haqqında 06 fevral 2021-ci il tarixli, 75 nömrəli protokoldan və 01 ədəd DVD diskdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim edilən şəxsləri nəzərdən keçirib göstərdi: 3-cü nömrəni əlində tutan şəxs, yəni Təqsirləndirilən şəxs onun əlində olan “Xioami Redmi 7” markalı mobil telefonu alaraq götürüb qaçan şəxsdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 əlindən “Xioami Redmi 7” markalı mobil telefonu alaraq götürüb qaçmasını bildirmişdir. “Şübhəli şəxsin ifadəsini yerində yoxlanılması” haqqında 07 fevral 2021-ci il tarixli, 78 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 31 yanvar 2021-ci il tarixdə saat 16 radələrində azyaşlı Zərərçəkmiş şəxs2 əlində tutduğu 1 ədəd “Xiaomi Redmi 7” markalı mobil telefonu götürüb qaçmasını bildirmişdir. “Cinayət işi icraata qəbul edilməsi” haqqında 07 fevral 2021-ci il tarixli, 80 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraat qəbul edilməklə istintaqı davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək” haqqında 07 fevral 2021-ci il tarixli, 83 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında 07 fevral 2021-ci il tarixli, 131 nömrəli protokoldan görünür ki, 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli kağız bükümdə narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bir ədəd büküm elektron tərəzidə çəkilir və çəkisi 1,42 qram olmuşdur. Aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə “heroin” kağız zərfdə qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə “heroin”i Şirvan şəhəri ərazisində Orxan adlı şəxsdən əldə etməsini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 31.01.2021-ci il tarixdə saat radələrində Gəncə şəhəri, X11 prospektində yerləşən “Embawood” mağazasının arxasında azyaşlı uşağın əlindən “Xiaomi Redmi 7” markalı mobil telefonu götürüb qaçmasını və Gəncə şəhəri, Mərkəzi Univermaq ticarət mərkəzində həmin mobil telefonu 55 manata satmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Nizami küçəsi 9-cu döngə, ev 54 ünvanında yerləşən evə baxış zamanı heç bir narkotik vasitə və qanunsuz əşya aşkar edilməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-18/2021 saylı, 07 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, 06.01.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi və həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun tutulduğu 05 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. “Götürmə aparılması” haqqında 08 fevral 2021-ci il tarixli, 99 nömrəli qərardan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd qara rəngli Xiaomi Redmi 7” markalı mobil telefon öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən götürülməsi qərara alınmışdır. “Baxış keçirilməsi və götürmə aparılması” haqqında 08 fevral 2021-ci il tarixli, 143 nömrəli protokoldan görünür ki, götürülmüş bir ədəd mobil telefon qara rənglidir. Mobil telefonun arxa hissəsində “Made in China” sözü yazılmışdır. Mobil telefonun arxa hissəsində 2 ədəd kamera vardır. Mobil telefon sensor ekranlıdır. Ekranda heç bir düymə yoxdur. Mobil telefonun ekranında bir ədəd vardır. Mobil telefonun kənarlarında əzilmələr vardır. Mobil telefonun sağ kənarında 2 ədəd düymə vardır. Altdakı düyməni basdıqda ekran açılır. Mobil ekranı tam olaraq açılmağından ekranda nasazlıq müşahidə olunur. Mobil İMEİ kodu **********66595 və **********66603-dür. Götürülmüş bir ədəd “Xioami Redmi 7” markalı mobil telefon qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 08 fevral 2021-ci il tarixli, 145 nömrəli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 təqdim edilən əşyaları nəzərdən keçirib göstərmişdir ki, 2 nömrə də olan “Xiaomi Redmi 7” markalı ona məxsusdur. Həmin telefon bütün xüsusiyyətlərinə görə oğlu Zərərçəkmiş şəxs2 əlindən talanmış telefon ilə eynilik təşkil edir. Həmin mobil telefona zərər yetirilmişdir. Mobil telefonun kənarı əzilmişdir, arxa kamerasında çat vardır və ekranında qüsurlar müşahidə edilir. Mobil telefonun İMEİ kodu **********66595 və **********66603-dür. “Həbsdə saxlanılan şəxsin digər müəssisəyə keçirilməsi” haqqında 15 fevral 2021ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.1, 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 1 (bir) gün müddətinə, yəni 16 fevral 2021-ci il tarixdə Gəncə şəhər 2 İstintaq təcridxanasından Gəncə Rayonlararası narkoloji Dispanserinə keçirilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/807 saylı, 16.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1 ədəd “Xiaomi by Redmi” markalı M1810F6LG modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən olunur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 19 fevral 2021-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan “heroin”dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserin 01 mart 2021-ci il tarixli, 1118 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 03 mart 2021-ci il tarixli, 1076 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur. “Həbsdə saxlanılan şəxsin digər müəssisəyə keçirilməsi” haqqında 12 mart 2021ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.1, 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 1 (bir) gün müddətinə, yəni 13 mart 2021-ci il tarixdə Gəncə şəhər 2 İstintaq təcridxanasından Gəncə Gəncə şəhər BPİ-nin MSY-nə keçirilməsi qərara alınmışdır. “Üzləşdirmə” haqqında 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Salahov X1 Əliağa Əziz oğlunun üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları demiş və sonuncuya qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və digər formada zorakılıq edilmədiyini bildirmişdir. “Üzləşdirmə” haqqında 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 Rafayıl oğlu Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları demiş və sonuncuya qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və digər formada zorakılıq edilmədiyini bildirmişdir. “Vəsasətətin rədd edilməsi” haqqında 13 mart 2021-ci il tarixli, 138 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi vəsatət kimi qəbul edilmiş və vəsatət əsassız olduğu üçün rədd edilməsi qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-268/2015 saylı, 29 oktyabr 2015-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 1(002)-291/2017 saylı, 19 aprel 2017-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tututmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli hökmü 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4cü maddələrinə tövsif edilməsi və o, həmin hökmə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay hissəsindən azad edilməsi qərara alınmışdır. “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli, 137 nömrəli sərəncamından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək” haqqında 15 mart 2021-ci il tarixli, 143 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1, 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. “Vəsasətətin rədd edilməsi” haqqında 15 mart 2021-ci il tarixli, 145 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi vəsatət kimi qəbul edilmiş və vəsatət əsassız olduğu üçün rədd edilməsi qərara alınmışdır. “Vəsasətətin rədd edilməsi” haqqında 05 aprel 2021-ci il tarixli, 161 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi vəsatət kimi qəbul edilmiş və vəsatət əsassız olduğu üçün rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəlüldlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.05.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib həbs edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli hökmü 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilmiş və o, həmin hökmə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay hissəsindən azad edilmiş, 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli, 137 nömrəli sərəncama əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi (anası) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş **********794 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi, narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döşəməyə qoyulmuş narkotik vasitəni polis əməkdaşının təhriki ilə cibinə qoyması və döyülməkdən qorxduğu üçün narkotik vasitəni istifadəsi üçün üzərində saxlamasını bildirməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, 22.02.2021-ci il tarixli Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi Rufan Şərifov tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatlarla bağlı araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin işdə olan məhkəmə narkoloji ekspertizasının 19 fevral 2021-ci il tarixli 148 nömrəli rəyin ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, üzləşdirmə protokolları, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və istintaq materialları ilə təkzib edilir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələr, ekspertiza rəyləri maddi sübutlarla və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin məqsədlərini təmin etmiş olur. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum Qərarının 4-cü bəndini qeyd etməyi zəruri hesab edir. Belə ki, qərarda qeyd olunmuşdur ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməldir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbirlər görmüşlərsə (məsələn, hüquqazidd hərkətlərin dayandırılmasını tələb etmişlərsə) bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən CM-nin 180.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, cinayəti 02 may 2015-ci il tarixdə, yəni yetkinlik yaşına çatmadığı zaman törətdiyindən Azərbaycan Respublikası CM-in 18.4.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətin residivi kimi qiymətləndirilməmiş və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər qəsdən cinayət törətməsi nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və yenidən qəsdən cinayət törətməsini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi onun sonuncu dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 1,053 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Həmçinin, cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 1,053 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd Xiaomi Redmi markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan X3 üzərinə və yaşadığı evə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk, şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkətinin keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar