Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-126/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 18 noyabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,742 qram və 1,844 qram olmaqla 2 bükümdə, ümumi çəkisi 2,586 qram olan narkotik vasitə olan heroini və 16 ədəd tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edən narkotik vasitə olan metadonu məlum olmayan vaxt və mənbdədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 2,586 qram çəkidə heroini iki ədəd polietilen sellofana bükərək əynindəki gödəkçəsinin sol yan iç cibindəki pulqabının içərisində daşıyaraq saxlamış, 16 ədəd tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edən narkotik vasitə olan metadonu yaşadığı ünvan 3 ünvanında yerləşən evin mətbəx mebelinin içərisində olan qənd qabının içərisində saxlamış, 16 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Atatürk prospektində özünə məxsus VAZ 21074 markalı, **-DV-*** nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq Gəncə şəhəri Kəpəz rayon polis idarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin sol yan iç cibindəki pulqabının içərisindən polietilen sellofana bükülmüş halda 0,742 qram və 1,844 qram olmaqla 2 bükümdə, ümumi təmiz çəkisi 2,586 qram çəkidə narkotik vasitə olan heroin, 16 yanvar 2021-ci il tarixdə tarixdə saat 18 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evin mətbəx mebelindəki qənd qabının içərisindən isə 16 ədəd tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edən narkotik vasitə olan matadon həbləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitədən istifadə etdiyi üçün 13.01.2021-ci il tarixdə Yevlax rayonunda bir nəfər adını bilmədiyi şəxsdən 60 manat pul verib hər bükümdə 2 qram heroin olmaqla iki büküm, ümumilikdə 4 qram heroin almışdır. Həmin iki büküm heroindən bir bükümünün üstündən götürüb bir dəfə istifadə etmiş, qalan narkotiki isə özü istifadə etmək üçün üzərində saxlamışdır. 15.01.2021-ci il tarixdə ağrılarını kəsmək üçün “metadon” almaq qərarına gəlmiş, ona görə də bir neçə gün əvvəl heroin aldığı şəxsə zəng edib “metadon” həbi istəmiş, həmin şəxs də biri 5 manata olmaqla, ümumilikdə 80 manata 16 ədəd “Metadon M40” dərman həbi verə biləcəyini demişdir. Bunun üçün özünə məxsus VAZ 21074 markalı avtomobili ilə Yevlax rayonuna getmiş, Yevlax rayonunda olan yanacaqdoldurma məntəqəsinin həyətində həmin şəxslə görüşmüş və “metadon M40” həblərini almışdır. Həmin həbləri gələcəkdə ağrıları olan zaman istifadə etmək üçün yaşadığı evdə olan mətbəxin şkafına qoymuşdur. 16 yanvar 2021-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları tərəfindən Gəncə şəhəri Atatürk prospektində özünə məxsus VAZ 21074 markalı, **-DV-*** nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin cibindəki pulqabının içərisindən polietilen sellofana bükülmüş halda 0,742 qram və 1,844 qram olmaqla 2 bükümdə, ümumi təmiz çəkisi 2,586 qram çəkidə narkotik vasitə olan heroin, 16 yanvar 2021-ci il tarixdə tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən evin mətbəx mebelindəki qənd qabının içərisindən isə 14 ədəd tərkibində metadon aşkar olunaraq götürülmüşür. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində, avtomobilində və yaşadığı evdə narkotik vasitə daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o və Gəncə şəhəri Kəpəz RPİ-nin CAŞ- nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 16.01.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər Atatürk prospektində idarə etdiyi VAZ 2107 markalı, **-DV-*** nömrə nişanlı avtomobili ilə saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ- nin inzibati binasına gətirilmiş və Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan görəkçənin cibində olan pulqabının içərisindən iki ədəd polietilen torbaya bükülmüş halda heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin kütlə elektron tərəzi ilə çəkilmişdir. Həmin kütlənin çəkisi uzun müddət keçdiyindən dəqiq yadında qalmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə videoçəkilişlə ünvan 4 ünvanında yerləşən evinə getmişlər. Evə baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Sonra onun evinə baxış keçirilmiş və baxış zamanı evin mətbəxində olan şkafdakı qənd qabının içərisindən 1 list içərisində 9 ədəd və bir ədəd gümüşü rəngli falqaya bükülmüş halda isə 7 ədəd, ümumilikdə isə 16 ədəd “Metadon M40” dərman həbləri aşkar edilmişdir. Həmin zərflər də bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri də möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlənin heroin olduğunu, həmin heroini və “Metadon M40” həblərini İlqar adlı tanışı ilə gedib Yevlax rayonunda tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarnda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 17.01.2021-ci il tarixli, 1/155 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd büküm..." sözlər və imzalar olan kağız paketdəki, iki ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı- ayrılıqda təmiz çəkiləri 0,742 qram, 1,844 qram, ümumi təmiz çəkisi 2,586 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (i.v səh 38-41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 6/1102 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdəki 16 ədəd dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. (i.v səh 95-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 386 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub, narkomaniya xətəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür ( i.v.səh. 101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 16.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.105) Şübhəli şəxsin tutulması haqqında 16.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.01.2021-ci il tarixdə saat 16:15-də tutulmuşdur. (i.v. səh.8) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 18.01.2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. səh.62-63) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,742 qram və 1,844 qram olmaqla 2 bükümdə, ümumi çəkisi 2,586 qram olan narkotik vasitə olan heroini və 16 ədəd tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edən narkotik vasitə olan metadonu məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 2,586 qram çəkidə heroini iki ədəd polietilen sellofana bükərək üzərində daşıyaraq saxlamış, 16 ədəd tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edən narkotik vasitə olan metadonu yaşadığı ünvan 3 ünvanında yerləşən evin mətbəx mebelinin içərisində olan qənd qabının içərisində saxlamış, 16 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Atatürk prospektində özünə məxsus VAZ 21074 markalı, **- DV-*** nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin sol yan iç cibindəki pulqabının içərisindən polietilen sellofana bükülmüş halda 0,742 qram və 1,844 qram olmaqla 2 bükümdə, ümumi təmiz çəkisi 2,586 qram çəkidə narkotik vasitə olan heroin, 16 yanvar 2021-ci il tarixdə tarixdə saat 18 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evin mətbəx mebelindəki qənd qabının içərisindən isə 16 ədəd tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,640 qram təşkil edən narkotik vasitə olan matadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasını qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə 114,22 (bir yüz on dörd manat 22 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhəri Baş polis İdarəsində məsul saxlanca verilmiş 2,486 qram narkotik vasitə olan olan heroin və 14 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 18.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhəri Baş polis İdarəsində məsul saxlanca verilmiş 2,486 qram narkotik vasitə olan heroin və 14 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 114,22 (bir yüz on dörd manat 22 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-126/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-126/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver