Məhkəmə qərarları › İş №1(043)-127/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-127/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-127/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə, xx xxx 1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ev 16 a, mənzil 20-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinə məhkəmədə baxılarkən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini təklif etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,252 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində tanışı Şahid7 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroindən satış məqsədi olmadan Şahid7 istifadə etməsi üçün bir ədəd ağ rəngli kağız bükümdə, bir ədəd sarı rəngli kağız bükümdə, bir ədəd “gümüşü” rəngli kağız bükümdə, iki ədəd göy rəngli kağız bükümdə və iki ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, ümumi təmiz çəkisi 0,669 qram narkotik vasitə heroini pay vermiş, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində həmin evdə üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroindən satış məqsədi olmadan tanışı Şahid8 istifadə etməsi üçün bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,326 qram narkotik vasitə heroini pay vermiş, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tanışı Şahid7 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sağ cibinə qoyduğu “Magna” markalı siqaret qutusunun içərisindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 11 ədəd ağı rəngli kağız bükümlərdə, 7 ədəd gümüşü rəngli kağız bükümlərdə, 1 ədəd qara rəngli kağız bükümdə və 1 ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,051 qram, 0,064 qram, 0,061 qram, 0,053 qram, 0,058 qram, 0,045 qram, 0,059 qram, 0,048 qram, 0,054 qram, 0,042 qram, 0,065 qram, 0,067 qram, 0,049 qram, 0,055 qram, 0,069 qram, 0,047 qram, 0,043 qram, 0,039 qram, 0,057 qram ümumilikdə 20 ədəd bükümdə ümumi təmiz çəkisi 1,088 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, həmin cinayət işi xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işindən ayrılmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qeyd olunan maddə ilə ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icaat dayandırılmış, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünü könüllü olaraq gəlib istintaqa təqdim etdiyindən dayandırılmış cinayət işinin istintaqı təzələnmiş, xx xxxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılaraq, xx.xx.2020-ci ildə ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarından görünür ki, polis əməkdaşları tərəfindən Şahid7 məxsus evdə saxlanılan zaman Şahid7 üzərində 7 bükümdə olmaqla, 0.669 qram heroin, S.Y.Teymurovun üzərində 1 bükümdə 0,326 qram heroin, Təqsirləndirilən şəxs üzərində isə 20 bükümdə 1,088 qram heroin olmaqla həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində fəhlə işləməklə ailəsini dolandırdığını, 180 manat pul müqabilində 2,252 qram heroini öz vəsaiti hesabına aldığını və ondan 7 bükümünü tanışları Şahid7 və 1 bükümünü isə Semur Teymurova təmənnasız verdiyini bildirmişdir. Pay verilən heroinin çəkilərini topladıqda 0,995 qram alınır. Fəhləliklə ailəsini dolandıran Təqsirləndirilən şəxs öz vəsaiti hesabına külli miqdarda heroin alması və ondan pay olaraq 1-2 büküm deyil, 8 büküm olmaqla əldə etdiyi heroinin təxminən yarısını həmin şəxslərə təmənnasız olaraq pay verməsi inandırıcı olmamaqla bu hal satışla bağlı birgə fəaliyyətə, ən yaxşı halda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib satmasına dəlalət edən amillərdir. Bundan başqa Təqsirləndirilən şəxs ilkin izahatında heroini xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində tanışı Gəncə şəhər sakini “Şako” ləqəbli Şahin adlı şəxsdən Gəncə şəhərində Dəmiryolu stansiyasının qarşısındakı parkda 3 gün sonra 180 manat pul ödəmək şərti ilə əldə etdiyini və bundan sonra Şahid7 yaşadığı mənzilə getdiyini bildirmişdir. Şahid7 və Semur Temurov da eyni məzmunlu izahat vermişlər. Videoçəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş heroini Gəncə şəhərində Dəmiryolu vağzalının yanında “Şako” ləqəbli şəxsdən aldığını bildirmişdir. Əməliyyataxtarış tədbirləri nəticəsində Şahin adlı şəxsin Gəncə şəhəri, H.Sultanov küçəsi ev 4-də yaşayan Şahid9 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sonradan ifadələrində Şahid7 yaşadığı evdə olan zaman narkotik vasitə istifadə etmək qərarına gəldiklərini, ancaq əvvəlcədən Həsənə üzərində heroin olmadığını dediyi üçün onlara heroin təşkil edə biləcəyini deyərək evdən çölə çıxdığını, bir müddət binanın ətrafında gəzdikdən sonra təkrar Həsənin yaşadığı evə qayıtdığını, həmin heroinin 1 bükümünü Seymura, 7 bükümünü isə Şahid7 verdiyini göstərmişdir. Üzərində 28 bükümdə heroin olub ondan da pay verməsini düşünən şəxsin hər hansı bir zərurət olmadan evdən guya narkotik almaq üçün çıxması və 30 dəqiqə ərzində üzərində narkotik vasitə həyətdə gəzişməsi təhlükəsizlik baxımdan mümkün deyildir. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər üzrə anten dairəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün saat 18.40 radələrinədək "Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə Dəyirman" ərazisində, saat 18.45-dən 18.50-dək olan müddətdə “Gəncə şəhəri, X8 Vağzalı” ərazisində, sonuncu telefon danışığına əsasən isə saat 19.50-də "Gəncə şəhəri, H.Əliyev prospekti 95” ərazisində olması müəyyən edilmişdir. Anten məlumatları ilə Təqsirləndirilən şəxs izahatında göstərdiyi-heroini Gəncə şəhəri, Dəmiryolu vağzalının yanında Şahid9 alması xüsusatı üst-üstə düşür. Göründüyü kimi, Təqsirləndirilən şəxs heç də dediyi kimi Şahid7 evinin ətrafında dolaşmamış və o, həmin ərazidən Gəncə şəhəri, Dəmiryolu Vağzalı ərazisinə gedərək narkotik vasitəni Şahid9 almışdır. Lakin nədənsə istintaq orqanı tərəfindən Şahid9 mobil telefon nömrəsinə daxil olan vəçıxan zənglər müəyyənləşdirilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası 234.2-ci maddəsinin tərkib əlamətləri olduğundan qeyd olunan xüsusatların yoxlanılması və obyektiv həqiqətin məyyən edilməsi məqsədilə cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 vəsatətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə, vəsatəti və ona dair proses iştirakçılarını fikrini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,252 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlaması, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində tanışı Şahid7 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroindən satış məqsədi olmadan Şahid7 istifadə etməsi üçün bir ədəd ağ rəngli kağız bükümdə, bir ədəd sarı rəngli kağız bükümdə, bir ədəd “gümüşü rəngli kağız bükümdə, iki ədəd göy rəngli kağız bükümdə və iki ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, ümumi təmiz çəkisi 0,669 qram narkotik vasitə heroini pay verməsi, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində həmin evdə üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroindən satış məqsədi olmadan tanışı Şahid8 istifadə etməsi üçün bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,326 qram narkotik vasitə heroini pay verməsi, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tanışı Şahid7 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sağ cibinə qoyduğu “Magna” markalı siqaret qutusunun içərisindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 11 ədəd ağı rəngli kağız bükümlərdə, 7 ədəd gümüşü rəngli kağız bükümlərdə, 1 ədəd qara rəngli kağız bükümdə və 1 ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,051 qram, 0,064 qram, 0,061 qram, 0,053 qram, 0,058 qram, 0,045 qram, 0,059 qram, 0,048 qram, 0,054 qram, 0,042 qram, 0,065 qram, 0,067 qram, 0,049 qram, 0,055 qram, 0,069 qram, 0,047 qram, 0,043 qram, 0,039 qram, 0,057 qram ümumilikdə 20 ədəd bükümdə ümumi təmiz çəkisi 1,088 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitənin satış məqsədi olmadan əldə edib saxlamasını və daşımasını şübhə altına alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM): 318.1-caddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər; 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət törəməkdə şübhə edilən şəxs olaraq xx.xx.2019-cu il tarixdə tutulmuş, onun barəsində xx.xx.2019-cu il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı müvəqqəti saxlama yerindən azad edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar