Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-127/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri Kəpəz rayonu, M.S.ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 1(043)-47/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, məhkumluğu olan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs digər saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki o, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 02 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus olan Al market mağazasına daxil olub orada satıcı Şahid1 başının qarışmasından istifadə edərək digər saxlanc yeri hesab edilən satıcı olan piştaxtasının siyirməsinə qanunsuz daxil olaraq siyirmənin kassasından 600 (altı yüz) manat pulu gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 600 (altı yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ildə bibisi qızı X4 ilə ailə həyatı qurmuş, hələlik övladları yoxdur, yaxın vaxtda olacaqdır. 02 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı küçədən çıxıb taksi ilə Dəmir yolu vağzalı tərəfə gəlmiş, ona bir az xərclik üçün pul lazım olmuş, daha doğrusu ona bir nəfər adını demək istəmədiyi tanışı borc pul söz vermiş, o da zəng vurub borc pul verə bilməyəcəyini, imkan edə bilmədiyini bildirmişdir. O, da Dəmir yolu vağzalı tərəfdən Azərbaycan küçəsinə təkcə piyada gəlmiş, Azərbaycan küçəsində yerləşən “Almarket”ə girib bir qutu “Rotmans” siqareti almış, satıcı mağazada tək olduğunu satıcı pulu kassaya, yəni, siyirməyə qoyanda siyirmədə pullar olduğunu görmüş, o, siqareti alıb çölə çıxanda bir anlıq kimsə bir müştəri gəlib mağazada ərzaq tərəfə getsə, satıcı o tərəfə gedəcək və o, tez qapıya yaxın olan kassanın siyirməsindən pul oğurlamağı düşünmüşdür. O, elə də etmiş, qapının çöl tərəf çıxışında mağazaya müştəri gəlsin deyə gözləmiş, o, çöl tərəfdə təxminən 5-10 dəqiqə gözləmiş, bir nəfər tanımadığı, bir oğlan mağazaya girmiş, o, çöl tərəf qapının pəncərəsindən həmin şəxs ərzaq tərəfə getdiyini, satıcı da o şəxsin dalınca getdiyini görmüş, o da bundan yararlanıb yavaşca qapını açmış, içəri girib satıcı və mağazaya daxil olan müştərilər ərzaq tərəfdə olduğunu görmüş, o, tez siyirməni açıb oradan 600 manat, səhv etmirsə də 6 ədəd 100-lük əskinazlarını tez götürüb çölə çıxmış və çıxıb getmişdir. O, həmin pulların çox hissəsini özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Tutulduqdan sonra isə "xxxx" marketə vurduğu ziyanı tam olaraq ödəmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, ünvan 3 ünvanda yerləşən "xxxx" market mağazasını işlədir, özü həmin mağazada çox vaxt olur, həm də rəhbərlik edir, mağazanın müdiridir. Mağazada bir neçə satıcı da rəsmi müqavilə əsasında işləyir, o cümlədən mağazada Şahid1 da satıcı kimi fəaliyyət göstərir. 02 yanvar 2021-ci il tarixdə saat 20 radələrində o, mağazanın ofis otağında olmuş, mağazada Araz da kassada durmuşdur. Bir neçə dəqiqədən sonra Araz onun otağına daxil olub ondan kassadan pul götürübgötürmədiyini soruşmuş, o da Araza o, kassadan heç bir pul götürmədiyini bildirmişdir. O, tez kassaya baxanda kassadan 100-lük əskinazlardan olmadığını görmüş, tez mağazanın müşahidə kamerasına baxanda təxminən bir neçə dəqiqə əvvəl bir nəfər mağazaya daxil olduğunu, Araz həmin şəxsin yanına ərzaq olan tərəfə getdiyini, digər bir nəfər də mağazaya daxil olub o tərəf bu tərəfə baxaraq kassa olan siyirməni özünə tərəf çəkib açdığını, kassadan pulu götürüb tez də çıxıb getdiyini görmüşlər. O, bunu görəndən sonra mağazaya ilk daxil olub satıcı Arazı ərzaq olan yerə çağıran şəxslə pulu kassadan oğurlayan şəxsin əlbir olduğunu, çöldə də yəqin onların bir nəfəri də dayandığını düşünmüşdür. O, pulu sayıb dəqiqləşdirmiş, mağazanın kassasından 600 manat pul oğurlandığını müəyyən etmişdir. O, bunu özü iki gün dəqiqləşdirmiş, kameraya baxmış, əsas oğurluq olan video görüntünü telefonuna çəkmiş, yaxınlaşdırıb baxmış, oğurluq edən şəxs bu ərazidə yaşayan, mağazaya gəlib-gedən şəxslərdən biri olduğunu düşünmüş, o da tanıya bilməmiş, götür-qoy edəndən sonra polisə şikayət etmək qərarına gəlmişdir. Ona görə də o, 05 yanvar 2021-ci il tarixdə mağazasından edilmiş oğurluq barədə ilk olaraq DİN-nin 102 Xidmətinə zəng vuraraq məlumat vermiş, sonra da Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, bu barədə izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. O, hadisə barədə şikayət edəndən təxminən 3-4 gün sonra günorta saatlarında o, mağazada olarkən bir nəfər orta yaşlı bir qadın gəlib ondan sizin mağazadan oğurluq olubmu deyə soruşmuş, o da həmin qadına bəli olmuşdur deyə cavab vermiş, bununla bağlı DİN-nin 102 Xidmətinə və Gəncə şəhər Kəpəz rayon Pİ-nə şikayət etdiyini demişdir. Həmin qadın ağlayaraq ona onların mağazasından oğurluq edən şəxsin həmin qadının oğlu olduğunu demiş, həmin qadın nə özünün adını, nə dəki oğlunun adını bildirməmişdir. Həmin qadın ondan şikayətini geri götürməyi xahiş etmiş, xəstə olduğunu, oğlunun da uşağı olacağını demiş, ondan oğurlanan pulu tam şəkildə ödəyəcəyini demiş, o da şikayətini geri götürməyi xahiş etmişdir. Həmin qadın bir neçə dəfə gəlib ona yalvarmış, o da qadın yazıq olduğunu düşünmüş, yazığı gəlmiş, həmin qadın ona mağazadan oğurlanmış 600 manat pulu tam olaraq ödəmiş, o da yazığı gəlib pulu götürmüşdür. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, onun doğma oğludur. 05 yanvar 2021-ci il tarixdə oğlu Eşqini Kəpəz polisindən axtarmışlar və ona Eşqinin Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsində yerləşən Al marketdən kassadan 600 manat pul oğurladığını demişlər. O, Eşqindən bunu soruşanda Eşqin bunu təsdiqləmiş, həqiqətən təkcə həmin marketə girəndə satıcının başının qarışmasından istifadə edib kassadan 600 manat pul oğurladığını demişdir. Bundan sonra o, Azərbaycan küçəsində yerləşən Al marketə gəlmiş, mağazanın müdiri işləyən Əfsanə adlı xanımla danışmış, xahiş edib yalvarmış, Eşqinin oradan oğurladığı 600 manat pulu ödəmiş, Əfsanə də Eşqindən şikayətçi olmadığını, pulunun tam ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş və ibtidai istintaq zamanı ifadəsi alınmış şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının 21-dən "xxxx" market MMC-də satıcı kimi işləyir. O, kassa arxasında da durur, eyni zamanda gələn müştərilərə də köməklik göstərir. 02 yanvar 2021ci il tarixdə saat 21 radələrində o, marketdə olmuş, marketdə ayrı bir satıcı olmamış, mağazanın müdiri Əfsanə xanım da ofis otağında olmuşdur. Bu vaxt alçaqboy, dolu bədənli, qarayanız, yaşı təxminən 25-30 yaş arası bir oğlan marketə daxil olmuş, ərzaq olan piştaxta tərəfə getmiş, oradan onu ərzağın qiyməti yoxdur, qiyməti ilə maraqlanmış, o, kassanın arxa tərəfindən dediyi yerə gələndə qiymət ərzağın yerləşdiyi yerin sırasının baş tərəfində göstərildiyini demiş, o, həmin tanımadığı şəxsə qiymətini göstərmiş, həmin şəxs ona səhər-səhər çay ilə içməyə hansı yağ yaxşıdır deyə soruşmuş, o da vitrində olan kiçik kvadrat ölçülü yağları göstərmiş, həmin yağlara baxıb tərəddüd etmiş, oradan heç nə almamış, həmin şəxsin yanında 2-3 dəqiqə gözləmiş, oğlan çıxıb getmiş, o, kassaya yaxınlaşmış, kassanın siyirməsinin açıq olduğunu görmüşdür. O, həmin an müdiriyyətə, yəni, Əfsanə xanıma məlumat vermişdir. Əfsanə xanımdan kassadan pul götürübgötürmədiyini soruşmuş, Əfsanə xanım da ona kassadan pul götürmədiyini demişdir. Ondan sonra Əfsanə xanım özü kamera görüntüsünə baxmış, ondan sonra onun nə baş verməsindən xəbəri olmamış, Əfsanə xanım ona kassadan pul oğurlandığını, pulu sayıb 600 manat pul oğurlandığını bilmişlər. Bundan sonra onun Əfsanə xanımın necə, hansı məzmunda şikayət etməsindən xəbəri olmamışdır. Əfsanə xanım polisə şikayət etdiyini sonradan bilmişdir. Onu da qeyd etmişdir ki, o, kassadan pulun oğurlanmasını, kim tərəfindən oğurlanmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 22 yanvar 2021-ci il tarixli, 19 nömrəli qərardan görünür ki, HK-1/36 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İşə əlavə edilmiş 05.01.2021-ci il tarixli raport və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" market mağazanın müdiri Zərərçəkmiş şəxs, 05.01.2021-ci il tarixdə saat 12-30 dəqiqədə əvvəl DİN-nin 102 Xidmətinə zəng vuraraq, sonra isə Kəpəz rayon Polis idarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 02 yanvar 2021-ci il tarixdə saat 20 radələrində özünə məxsus olan, müdiri ollduğu ünvan 4 ünvanında yerləşən mağazanın kassasından 600 manat pulu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Odur ki, həmin şəxs və şəxsləri müəyyən edib barəsində tədbir görülməsini xahiş etmişdir. “Hadisə yerinə baxış keçirilməsi” barədə 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda "xxxx" market adı ilə ərzaq malları satılır, baxış keçirmə zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, marketin giriş-çıxış qapısının yaxınlığında yerləşən kassadan 02.01.2021-ci il tarixdə naməlum şəxs 600 manat pul oğurlamışdır. Hadisə yerinə baxış keçirmə zamanı hadisə yerindən hər hansı bir maddi sübut aşkar edilməmiş, hadisə yerindən hər hansı bir əl-barmaq və ya digər izlər müəyyən edilib götürülməmiş, hadisə yerinin fotoaparatla bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. “Cinayət işinin istintaq adiyyəti üzrə göndərilməsi” haqqında 12 yanvar 2021-ci il tarixli, 06 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma” haqqında 04 fevral 2021-ci il tarixli, 23 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Əşyanın götürülməsi” haqqında 17 mart 2021-ci il tarixli, 47 nömrəli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, 02 yanvar 2021-ci il tarixdə saat 20 radələrində müdiri olduğu Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1 ünvanında yerləşən "xxxx" marketə daxil olub mağazanın kassasından 600 manat pulu oğurlayan şəxsin pulu oğurlamasını əks etdirən video görüntü olan bir ədəd DVD diskə baxış keçirməklə götürülməsi qərara alınmışdır. “Video diskə baxış keçirilməsi və götürülməsi” haqqında 17 mart 2021-ci il tarixli, 223 nömrəli protokoldan görünür ki, diskdə cəmi bir ədəd video görüntü vardır, həmin görüntü 55 saniyə müddətinə çəkilmişdir, görüntü mağazanın kassa tərəf giriş qapısının yuxarı tərəfindən çəkilmişdir, baxış keçirmə zamanı məlum oldu ki, bir nəfər şəxs yan qapı tərəfdən mağazaya daxil olur, kassanın arxasında heç kəs yoxdur, eyni zamanda mağazanın içərisində video kameranın diapozon dairəsində də heç kəsin olmadığı məlum olur, həmin şəxs sol əlində telefonla danışır, sonra o tərəf bu tərəfə baxaraq kassanın siyirməsini açaraq siyirmədən pulu götürür və ani bir vəziyyətdə də gəldiyi qapıdan çölə çıxır. Həmin diskə baxış keçirilən zaman video görüntü iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. “Video diskə baxış keçirilməsi və götürülməsi” haqqında 18 mart 2021-ci il tarixli, 226 nömrəli protokoldan görünür ki, diskdə cəmi bir ədəd video görüntü vardır, həmin görüntü 55 saniyə müddətinə çəkilmişdir, görüntü mağazanın kassa tərəf giriş qapısının yuxarı tərəfindən çəkilmişdir, baxış keçirmə zamanı məlum oldu ki, bir nəfər şəxs yan qapı tərəfdən mağazaya daxil olur, kassanın arxasında heç kəs yoxdur, eyni zamanda mağazanın içərisində video kameranın diapozon dairəsində də heç kəsin olmadığı məlum olur, həmin şəxs sol əlində telefonla danışır, sonra o tərəf bu tərəfə baxaraq kassanın siyirməsini açaraq siyirmədən pulu götürür və ani bir vəziyyətdə də gəldiyi qapıdan çölə çıxır. Baxış zamanı Təqsirləndirilən şəxs. Bildirmişdir ki, mağazaya daxil olub kassadan pulu oğurlayan şəxs odur, həmin vaxt o, mağazaya tək daxil olmuş, kassadan da cəmi 600 manat pul oğurlamış, sonradan da oğurladığı pulu tam olaraq ödəmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 19 mart 2021-ci il tarixli, 51 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-47/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham olunmasına dair hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-47/2021 saylı, 17 fevral 2021-ci il tarixli hömkün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-298/2021 saylı, 01 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətində inzibati tənbeh növündə həbs edilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-12/2021 saylı, 06 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1 (bir) ay müddətində inzibati həbs edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması” haqqında 12 aprel 2021-ci il tarixli, 104 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında 12 aprel 2021-ci il tarixli, 106 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 12 aprel 2021-ci il tarixli, 475 nömrəli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 02 yanvar 2021-ci il tarixdə saat 21 radələrində oğurluq etdiyi ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya haradan daxil olduğunu, mağazada Zərərçəkmiş şəxs məxsus olan pulu haradan oğurladığını göstərmiş, onun ifadəsi yerində yoxlanılarkən Samsung markalı telefonla bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmiş, ifadəsi yerində yoxlanılarkən sübut əhəmiyyətinə malik hər hansı bir əşya müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 19.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 21.07.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 330.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 08.09.2010-cu il tarixli qərarı ilə Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 21.07.2010-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Füzuli Hərbi Məhkəməsinin 19.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 08.09.2010-cu il tarixli qərarı Füzuli Hərbi Məhkəməsinin 19.11.2010-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, 21.07.2015-ci ildə cəza müddəti başa çatmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş **********312 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Hal-hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başlamadan hazırki cinayət əməlini törətməsi, ona əvvəllər təyin edilmiş cəza növünün yetərli olmaması qənaətinə gəlinməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar (ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasının orta həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri Kəpəz rayonu, M.S.ünvan 1 yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-47/2021 saylı, 17 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 20 gününü çəkmiş, 07 ay 11 gün isə çəkilməmiş olaraq qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-47/2021 saylı, 17 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd “DVD” disk cinаyət işinin mаteriаllаrındа saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 1(043)-47/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasının bu günə çəkilməmiş qalan 7 (yeddi) ay 11 (on bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri Kəpəz rayonu, M.S.ünvan 1 yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mаddi sübut- 1 ədəd “DVD” disk cinаyət işinin mаteriаllаrındа sаxlаnılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-127/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-127/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver