Məhkəmə qərarları › İş №1(043)-128/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-128/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-128/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Zərər çəkmiş "xxxx" MMC-nin nümayəndəsi X4, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, X2 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 47, mənzil 25-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi ev 36-da qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 61, mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar fəaliyyəti həyata keçirmək üçün əvvəlcədən rolları aralarında bölüşdürüb özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 08 noyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 00576 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 manat dəyərində pul kasetini içərisində olan 1722 manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2022 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 07 dekabr 2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhəri, Atatürk prospekti 147 ünvanında yerləşən “Kamal Market” mağazasının qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 01808 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 manat dəyərində pul kasetini içərisində olan 4169 manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 4469 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar fəaliyyəti həyata keçirmək üçün əvvəlcədən rolları aralarında bölüşdürüb özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 15 yanvar 2021-ci il tarixdə saat 04 radələrində Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən “Metro Market” mağazasının qapısının asma qıfılını sındırma yolu ilə qanunsuz olaraq marketə daxil olub marketin içərisinə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 05048 saylı ödəmə terminalının inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 manat dəyərində pul kasetini içərisində olan 1862 manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2162 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 19 yanvar 2021-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən “Qlobus” mağazasının qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 16037 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 manat dəyərində pul kasetini içərisində olan 1434 manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 1734 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 noyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının yaxınlığında dayanaraq gələn şəxslər barədə məlumat verəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 əlndə olan dəmir linglə həmin mağazanın qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 00576 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 manat dəyərində pul kasetini içərisində olan 1722 manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2022 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 26 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim market” mağazasının qapısının qıfılını əlində olan balta ilə sındıraraq mağazaya daxil olmuş və mağazada quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 283 saylı ödəmə terminalının qapısının daxili kilidini sındırmaq məqsədilə əlində olan balta ilə iki dəfə terminalın qapısına zərbə vurduqdan sonra mağazasının təhlükəsizlik siqnalının işə düşməsini eşitdib mağazadan qaçmaqla öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək “E-manat” ödəmə terminalında olan 1200 manat pulu oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin yanvar ayının sonlarında günü məlum olmayan tarixdə Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Məhrəsə bağı bina 10, mənzil 21 ünvanında yerləşən evin qapısının daxili qıfılını sındıraraq evə qanunsuz daxil olub evdə olan 1 ədəd 120 manat dəyərində rəsm tablosunu, bir ədəd 200 manat dəyərində isidici radiatoru, 1 dəst 300 manat dəyərində, içərisində 6 ədəd gümüş qaşıq olan dəsti, 1 ədəd 30 manat dəyərində divar saatını, 1 ədəd 300 manat dəyərində qazan dəstini gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 950 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar fəaliyyəti həyata keçirmək üçün əvvəlcədən rolları aralarında bölüşdürüb 15 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən “Metro market” adlı ərzaq mağazasının qapısının qıfılını sındıraraq mağazaya qanunsuz daxil olaraq mağazanın içərisində quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 05048 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 manat dəyərində pul kasetini içərisində olan 1862 manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2162 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin nümayəndələrinin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Orxanla söhbət edən zaman Yeni Gəncə qəsəbəsi “Yeni Market” adlı ərzaq mağazasının qarşısında olan “Milli Ön”-ödəmə terminalının içərisində olan pulu qaranlıq düşən zaman oğurlamaq qərarına gəlmişlər. 08.11.2020-ci il tarixdə saat 02 radələrində “Yeni Market” adlı mağazanın yaxınlığına gəlib kənardan baxmış və heç kimin olmadığını dəqiqləşdirəndən sonra o, Orxana kənarda dayanmasını, oraya yaxınlaşan olarsa da ona səslə işarə verməsini demişdir. Orxan da onunla razılaşmış və yaxınlıqda olan pekarnının yanında dayanıb gözətçilik etməyə başlamış, o isə yaxınlaşaraq “milli ön” terminalının qarşısında olan qıfılla bağlanmış hissəni əlindəki kiçik ölçülü dəmir linglə sındırmış və kaseti götürüb tez oradan uzaqlaşmışdır. Sonra onlar birlikdə yaxınlıqda olan transformatorun yanına getmiş və pul kasetini daşla sındırmışlar. Sonra da kasetin içrisindən olan pulu çıxarmışlar. Sonra Orxan və o, yaxınlıqda olan nömrəsini bilmədiyi binanın dam örtüyünün altına qalxmış və oğurladıqları pulu öz aralarında bölmüşlər. Bundan başqa, o, 05.01.2021-ci il tarixdə saat 02 radələrində eyni ərazidə yaşadığı üçün əvvəldən də tanıdığı X8 qəsəbəsində onların yaşadığı binanın qarşısında söhbət zamanı oğurluq etmək istdiyini bildirmiş, Elsevər də ona maddi imkanının yaxşı olmadığını, onunla birlikdə oğurluq edə biləcəyini demişdir. Ona görə də onlar 15.01.2021-ci il tarixdə saat 04 radələrində Şəddadilər küçəsində yerləşən “Metro market” adlı mağazanın qarşısına gəlmişlər. Elsevər gələn olsa səs edib xəbər versin deyə mağazadan kənarda dayanmış, Elsevər kənarda dayanandan sonra o, marketin qarşsına yaxınlaşmış və təxminən 1 saata yaxın əlindəki dəmir linklə marketin şüşəli qapısını açmaq üçün çalışmış və qapını açıb içəri daxil olmuş, lakin terminalın kəmərinin qıfılını sındırmaqda çətinlik çəkmiş, biraz sonra Elsevər də yanına gəlmiş və o, marketin içərisində olan qayçı ilə aparatın ön hissəsini əymiş və sonra qayçını yerə atmışdır. Hər ikisi köməkləşib əyilən hissəni arxaya doğru çəkmiş, lakin aça bilməmiş, bundan sonra o, küçəyə çıxmış və yaxınlıqda olan binaların arasından dəmir parçası tapmışdır. Sonra mağazaya qayıtmış və Elsevərlə kömkləşib terminalın qapağını sındırmış və pul kasetini götürüb çıxmış, sonra onlar birlikdə Gəncə şəhəri “Humanitar kollec”-in yanında olan köhnə yataqxananın yanına getmiş və orada pul kasetini daşla sındırıb içərisində olan pulu götürmüşlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirmişdir ki, 07.12.2020-ci il tarixli və 19.01.2021-ci il tarixli epizodlar üzrə özünü təqsirli bilmir və həmin cinayətləri o törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07.11.2020-ci il tarixdə Eminlə söhbət edən zaman Yeni Gəncə qəsəbəsi “Yeni Market” adlı ərzaq mağazasının qarşısında olan “Milli Ön”-ödəmə terminalının içərisində olan pulu qaranlıq düşən zaman oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə 08.11.2020-ci il tarixdə saat 02 radələrində X9 qəsəbəsində görüşmüş və birlikdə həmin marketin yaxınlığına getmişlər. Həmin vaxt Eminin əlində dəmir ling olmuşdur. Onlar birlikdə “Yeni Market” adlı ərzaq mağazasının yaxınlığına getmiş və Emin ona “sən kənarda gözlə, gələn olsa mənə xəbər ver” demişdir. Emin “Milli ön” terminalın yaxınlaşmış və əlində olan dəmir linglə terminalın ön hissəsini sındırıb pul kasetini çıxarmışdır. Sonra onlar birlikdə yaxınlıqda olan transfaratorun yanına getmiş və pul kasetini daşla sındırmışlar. Sonra da kasetin içrisindən olan pulu çıxarıb saymış və öz aralarında bölmüşlər. Həmin puldan onun payına 400 manat pul düşmüşdür. Bundan başqa o, 26 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində olan evində olan zaman pula ehtiyacı olduğu üçün Yeni Gəncə qəsəbəsində olan “Bizim market” adlı ərzaq mağazasında olan “E-Manat” ödəmə terminalından oğurluq etmək barədə qərara gəlmişdir. Həmin “e-manat” terminalında təxminən 1200 manata yaxın pul ola biləcəyini düşünmüşdür. Ona görə də yaşadığı evdəki dəmir tutacağı olan baltanı götürmüş və piyada gələrək Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi “Bizim market” adlı ərzaq mağazasının qapısını əli ilə aralamış və marketin içərisinə daxil olmuşdur. Sonra marketdə olan “E-manat” ödəmə terminalının qıfıl olan hissəsinə balta ilə iki dəfə vurmuş, lakin qıfılın sınmadığını görmüş və həmin vaxt mağazanın təhlükəsizlik siqnalının işə düşdüyünü eşitmiş və tutulmaqdan qorxduğu üçün mağazadan çıxıb getmişdir. Bundan başqa o, 2021-ci ilin yanvar ayının sonlarında xatırlamadığı tarixdə saat 03 radələrində Gəncə şəhəri Məhrəsə bağı adlanan yerdəki 10 saylı binanın yanında olan zaman binanın 3-cü mərtəbəsində olan evlərdən birinin işığının yanmadığını görmüşdür. Pula ehtiyacı olduğu üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Evdə kiminsə olub-olmadığını yoxlamaq üçün qapını bir neçə dəfə döymüş, lakin qapını heç kim açmamışdır. O, evdə heç kimin olmadığını dəqiqləşdirəndən sonra üzərində olan vintaçanla qapının daxili qıfılını sınıdırıb evə daxil olmuşdur. Sonra evi axtarmış və evdəki isidici radiatoru, divarda olan tablonu və bir ədəd gümüş qaşığı götürüb evdən çıxmışdır. Həmin radiatoru və tablonu Gəncə şəhəri Məhsəti qəsəbəsində olan evinə aparmış, radiatoru evlərinin qarşsındakı küçədə olan yerə gizlətmiş, tablonu isə evdə gizlətmişdir. Gümüş qaşığı isə səhəri gün Gəncə şəhəri “Kolxoz bazarı” adlanan yerdə ayaq üstə əlində tutub tanımadığı şəxsə satmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və "xxxx" MMC-yə vurulmuş zərəri ödədiyini, həmin zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, "xxxx" MMC-yə isə vurulmuş zərərin onun payına düşən hissəsinin 200 manatını ödədiyini, qalan hissəni də işləməklə ödəyəcəyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. 15.01.2021-ci il tarixdə saat 02 radələrində Eminlə təsadüfən qarşılaşmışmışdır. Həmin vaxt Emin ona oğurluq etmək istədiyini demişdir. O haradan oğurluq etdiyini soruşanda Emin ona “milli ön” terminalından oğurluq edəcəyini demişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Eminlə birgə oğurluq etməyə razılıq vermişdir. 15.01.2021-ci il tarixdə saat 04 radələrində onlar Şəddadilər küçəsində yerləşən “Metro market” adlı mağazanın qarşısına gəlmişlər. O, gələn olsa Eminə bu barədə səs edib xəbər versin deyə mağazının kənarında dayanmışdır. O, kənarda dayanandan sonra Emin marketin qarşsına yaxınlaşmış və marketin şüşəli qapısını açmaq üçün çalışmış və qapını açıb içəri daxil olmuşdur. Emin daxil olandan sonra o, marketin qarşısına getmiş və Eminin içəridə “milli ön” ödəmə terminalını sındırıb pul kasetini çıxarmasını gözləmişdir. Lakin, Eminin gec çıxdığını görüb özü də marketin içərisinə daxil olmuş və Eminin terminalı aça bilmədiyini görmüşdür. Sonra Emin marketin içərisində olan qayçı ilə aparatın ön hissəsini əymiş və sonra qayçını yerə atmışdır. Hər ikisi köməkləşib əyilən hissəni arxaya doğru çəkmiş, lakin aça bilməmişlər. Bundan sonra Emin küçəyə çıxmış və yaxınlıqda olan binaların yanında dəmir parçası axtarmağa getmişdir. Emin gələnə kimi o da yolun digər tərəfində dəmir axtarmış, lakin tapa bilməmişdir. Biraz sonra Emin dəmir parçası tapıb gəlmiş və içəri girib terminalın qapağını sındırmış və pul kasetini götürüb çıxmışdır. Sonra onlar bilrikdə Gəncə şəhəri “Humanitar kollec”-in yanında olan köhnə yataqxananın yanına getmiş və orada pul kasetini daşla sındırıb içərisində olan pulu götürmüşlər. Emin həmin puldan ona 500 manat vermişdir. Qalan pulu isə özü götürmüşdür. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş ziyanın onun payına düşən hissəsini ödədiyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 ifadəsində göstərdi ki, 2018-ci ildən "xxxx" MMC-nin təhlükəsizlik departamentinin əməkdaşı vəzifəsində işləyir. 08.11.2020-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi “Yeni market”-in sahibi ona zəng edərək, marketin qarşısında olan “Milli Ön” ödəmə terminalının ön hissəsinin sındırılaraq oradan pul kasetinin oğurlandığını dedi. O da dərhal oraya getmiş və həmin mağazanın qarşısında olan “Milli Ön” ödəmə terminalının ön hissəsinin sındırldığını, ödəmə hissəsinin sınmış vəziyyətdə yerdə olduğunu görmüşdür. Sonradan isə baş ofislə əlaqə saxladıqdan sonra həmin terminaldan 300 manat dəyərində pul kasetinin və 1722 manat nəğd pulun oğurlandığı, 80 manat dəyərində təhlükəsizlik kəmərinin, 700 manat dəyərində əskinanz qəbul edici aparatın, 30 manat dəyərində inkassasiya qapağının daxili kilidi və 120 manat dəyərində “cash bax” cihazının isə zədələnərək sındırılması nəticəsində 930 manat texniki ziyan dəydiyi məlum oldu. Həmin aparatın təmiri üçün isə 200 manat pul tələb olunur. Bundan başqa 07.12.2020ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri Atatürk prospekekti 147 ünvanına olan mağazanın sahibi Yusif Süleymanov ona zəng edərək mağazanın qarşısında olan “Milli Ön” ödəmə terminalının ön hissəsinin sındırılaraq oradan pul kasetinin oğurlandığını dedi. O, dərhal oraya getmiş və həmin mağazanın qarşısında olan “Milli Ön” ödəmə terminalının ön hissəsinin sındırıldığını, ödəmə hissəsinin sınmış vəziyyətdə yerdə olduğunu görmüşdür. Sonradan isə baş ofislə əlaqə saxladıqdan sonra həmin terminaldan 300 manat dəyərində olan pul kasetinin və 4169 manat nəğd pulun oğurlandığı, 80 manat dəyərində təhlükəsizlik kəmərinin, 110 manat dəyərində inkassasiya qapağının, 70 manat dəyərində qıfılın, 50 manat dəyərində inkassasiya qapağının daxili kilidi və 516 manat dəyərində “cash bax” cihazının isə zədələnərək sındırılması məlum oldu. Bundan başqa, 15.01.2021-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri Şəddadilər küçəsində yerləşən “Metro market”-in sahibi zəng edərək, marketin içərisində olan “Milli Ön” ödəmə terminalının ön hissəsinin sındırılaraq oradan pul kasetinin oğurlandığını demiş, dərhal oraya getmiş və həmin mağazanın qarşısında olan “Milli Ön” ödəmə terminalının ön hissəsinin sındırldığını, ödəmə hissəsinin sınmış vəziyyətdə yerdə olduğunu görmüşdür. Sonradan isə baş ofislə əlaqə saxladıqdan sonra həmin terminaldan 300 manat dəyərində pul kasetinin və 1862 manat nəğd pulun oğurlandığı, 50 manat dəyərində inkassasiya qapağının daxili kilidi və 520 manat dəyərində “cash bax” cihazının isə zədələnərək sındırılmış, ümumilikdə terminalın hissələrini sındıraraq 770 manat texniki ziyan dəydiyi məlum olmuş, həmin aparatın təmiri üçün isə 200 manat pul tələb olunur. Bundan əlavə, 19.01.2020-ci il tarixdə Gəncə şəhəri üzrə təhkim olunmuş, texnik Fərid Ramazanov ona zəng edərək Gəncə şəhəri D.Qorqud küçəsində “Qlobus” adlı mağazanın qarşısında quraşdırılmış “Milli Ön” ödəniş terminalından oğurluq olduğunu bildirmişdir. Onlar həmin yerə getdikdə terminalın təhlükəsizlik kəmərinin, inkasassiya qapısının, daxili kilidinin, əskinazqəbuledicinin və “cash box” cıhazının, pul kasetinin içərisində olan 1434 manat nağd pulla birlikdə oğurlandığını görmüşlər. Baş vermiş oğurluq hadisəsi zamanı 70 manat dəyərində təhluükəsiszlik kəmərini, 110 manat dəyərində inkasassiya qapısını, 50 manat dəyərində inkasassiya qapısının daxili kilidini zədələyərək, aparatın daxilində quraşdırılmış 320 manat dəyərində cashin cihazı, 200 manat dəyərində cashbox cihazı, 300 manat dəyərində pul kaseti daxilində olan 1434 manat nağd pulla birlikdə oğurlamışdır. Həmin aparatın təmiri üçün isə 200 manat pul tələb olunur. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 vurulmuş ziyanın 1220 manat hissəsini ödədiyinə görə, ona aid hissədə mülki iddiadan imtina edirlər, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 isə məhkəmə baxışı dövründə vurulmuş ziyanın 200 manat hissəsini ödəmişdir. Lakin, hüquqi şəxsə dəymiş zərərin qalan məbləği ödənilməmişdir. Odur ki, mülki iddianın zərərin ödənilməmiş hissəsində təmin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş "xxxx" MMC-nin nümayəndəsi X7 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin təhlükəsizlik şöbsinin meneceri işləyir. 26.01.2021-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri M.C.Paşayev küçəsində yerləşən “Bizim market” adlı mağazanın sahibi Vüsal Zeynalov ona zəng edərək həmin gün gecə saat 06 radələrində naməlum şəxsin əlində balta ilə marketə girib "xxxx" MMC-yə məxsus “E-manat” ödəmə terminalından oğurluq etmək istədiyini, ona görə də balta ilə aparatı zədələdiyini, lakin aparatın qıfılını sındıra bilmdiyi üçün qaçıb getdiyini bildirmişdir. Bundan sonra əməkdaşlar hadisə yerinə getmiş və oğurluq etmək istəyən şəxsin "xxxx" MMC-yə məxsus “E-manat” ödəmə terminalını zədələdiyi məlum olmuşdur. Həmin zədə nəticəsində terminala 200 manat maddi ziyan dəymişdir. Lakin, məhkəmə baxışı dövründə hadisəni törətmiş Təqsirləndirilən şəxs2 şirkətə vurulmuş 200 manat maddi ziyanı könüllü olaraq ödədiyinə görə ona qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2013-cü ildən etibarən işləri ilə əlaqədar olaraq ünvan 5 ünvanında yerləşən evinə isə ayda bir dəfə də olsa gəlib baş çəkir. Sonuncu dəfə 01.02.2021-ci il tarixdə bacım oğlu Emin həmin evə baş çəkmək üçün getmiş, həmin vaxt isə evdə oğurluq hadisəsi olmamıdır. 11.02.2021-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş və evinə gedən zaman evinin giriş qapısının aşağıda yerləşən daxili qıfılının sınıq vəziyyətdə olduğunu, yuxarıdakı qıfılın isə bağlı olduğunu görmüşdür. Bundan sonra evə daxil olmuş və evin bütün otaqlarının dağınıq halda olduğunu müəyyən etmişdir. Bu zaman evə naməlum şəxsin girdiyini və oğurluq olduğunu bilmişdir. Sonra evdəki əşyalara baxmış və evdən 1 ədəd 120 manat dəyərində rəsim tablosunun, bir ədəd 200 manat dəyərində isidici radiatorun, 1 dəst 300 manat dəyərində, içərisində 6 ədəd gümüş qaşıq dəsti, 1 ədəd 30 manat dəyərində divar saatı, 1 ədəd 300 manat dəyərində qazan dəstinin oğurlandığı məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Həmin evdə Emin və onun həyat yoldaşı birlikdə qalmışdır. Emin əvvəllər məhkum olunduğu üçün əvvəl onlarla yaşamışdır. Həbsdən çıxdıqdan sonra isə onlarla birlikdə yaşamağa başlamışdır. 04.02.2021-ci il tarixdə polis əməkdaşları onların evə gəlmiş və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri ərazisində olan “Mili ön” terminallarından oğurluq etdiyini bildirmişlər. Bundan sonra yaşadığı evə təxirəslınmaz axtarış keçirilməsi haqqında qərar təqdim olunmuş və iki nəfər hal şahidinin iştirakı ilə evdə axtarış keçirilmişdir. Axtarış zamanı Eminin qaldığı otaqdan sellofana bükülmüş halda olan ling aşkar edilmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və o, imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə aparılması haqqında” 04.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq cinayətlərini törədən zaman kameralarda üzünün görsənməməsi məqsədilə başına taxdığı qara rəngli, göz hissəsi deşilmiş olan bir ədəd papağı təqdim etmiş, həmin papaq iş üzrə maddi sübut kimi götürülmüşdür. “Axtarış aparılması haqqında” 04.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanında yerləşən evə baxış keçirilmiş,baxış və axtarış zamanı yaşadığı evdəki çarpayısının altından “milli ön” terminallarının qapağını sındırmaqda istifadə etdiyi kiçik ölçülü dəmir ling maddi sübut kimi götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman ünvan 7 ünvanında yerləşən “Globus” adlı mağazanın qarşısındakı "xxxx" şirkətinə məxsus 16037 nömrəli Milliön ödəniş terminalından, ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin mülkiyyətində olan 00576 saylı ödəmə terminalından, Gəncə şəhəri, Atatürk prospekti 147 ünvanında yerləşən “Kamal Market” mağazasının qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan ödəmə terminalından və Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən “Metro Market” mağazasını içərisinə quraşdırılmış "xxxx" MMC şirkətinə məxsus ödəmə terminalından oğurluq etdiyi yeri əyani surətdə göstərmiş, həmçinin də Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman bir ədəd dəmir ling aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında, küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin mülkiyyətində olan 00576 saylı ödəmə terminalından oğurluq etdiyi yeri, eləcə də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim market” mağazasının içərisində quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan “E-manat” ödəmə terminalından oğurluğa cəhd etdiyi yeri, həmçinin ünvan 8 ünvanında yerləşən evdən oğurluq etdiyi yeri göstərmiş, daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı Məhsəti qəsəbəsində yerləşən evdən bir ədəd tablo və evin qarşısından bir ədəd isdici radiator götürülmüş və bu bardə protokol tərtib edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim market” mağazasının içərisində qurraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan “E-manat” ödəmə terminalının qapısını sındırmaq üçün istifadə etdiyi bir ədəd balta, həmçinin ünvan 8 ünvanında yerləşən evdən oğurladğı bir ədəd isidici radiator və bir ədəd tablo maddi sübut kimi götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən “Metro Market” mağazasını içərisinə quraşdırılmış "xxxx" MMC şirkətinə məxsus ödəmə terminalından oğurluq etdiyi yeri və terminalın pul kaseteini sındırdığı yeri əyani surətdə göstərmiş və istintaq hərəkəti zamanı “Metro Market” mağazasını içərisinə quraşdırılmış "xxxx" MMC şirkətinə məxsus ödəmə terminalının pul kasetinin sınmış hissəsi Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində düzənlik sahədə aşkar olunaraq maddi sübut kimi götürülmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2021-ci il tarixli 9/1478 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, bir ədəd “Nikai” markalı, “NOH842” modelli 8 seksiyalı elektrik radiatorunun orta istismar müddəti və orta istismar intensiv parametrərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40,00 manat müəyyən edilir. “Sübutlara hüquqi qiymət verilməsi barədə” 14.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə götürülmüş iki ədəd dəmir ling, bir ədəd papaq, bir ədəd pul kaseti, bir ədəd isidici radiator və bir ədəd tablo maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 31.08.2021-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər 6 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə o, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26.12.2017-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 10 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayıldığı üçün, həmçinin Təqsirləndirilən şəxs1 cəzanı çəkib qurtardıqdan iki il sonra hazırki iş üzrə cinayət əməllərini törətdiyindən onun əməlində cinayətin residivi yaranmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 31.08.2021-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə o, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 29.11.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317.2.1, 66.5; 66.3-cü maddəsi ilə 4 (dörd) il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25.08.2014-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayıldığından, həmçinin Təqsirləndirilən şəxs2 altı il müddət keçdikdən, yəni məhkumluq ödənildikdən sonra yenidən qəsdən cinayət törətdiyindən Təqsirləndirilən şəxs2 əməli cinayətlərin residivi kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 31.08.2021-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Gəncə şəhəri Nizami rayon məhkəməsinin 17.03.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30.03.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlə bağlı ona dəymiş ziyan ödənilmişdir və bununla bağlı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 16.11.2021-ci il tarixli ərizədən görünür ki, 26.01.2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə, Mehmandarov küçəsində yerləşən “Bizim” marketdə olan “eManat” şirkətinin "xxxx" MMC-yə məxsus İD-283 saylı ödəmə terminalına Təqsirləndirilən şəxs2 tərəfindən vurulan 200 manat maddi ziyan 15.11.2021-ci il tarixdə şirkətə ödənildiyi üçün şirkətin Təqsirləndirilən şəxs2 qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad olunan əməlləri törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin və zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində ittihamda qeyd edilən 07.12.2020-ci il tarixli və 19.01.2021-ci il tarixli epizodlar üzrə özünü təqsirli bilmədiyini, həmin cinayətlərin onun tərəfindən törədilmədiyini bildirsə də, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də ifadənin yerində yoxlanılması barədə protokolla tam təkzib edilir. Belə ki, ibtidai istintaq zamanı həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ifadələrində bildirmişdir ki, növbəti dəfə o, Gəncə şəhəri Atatürk prospektində yerləşən “Kamal market” adlı ərzaq mağazasının qarşısındakı terminaldan oğurluq etmək qərarına gəlmiş, 07.12.2020-ci il tarixdə saat 04 radələrində küçənin yaxınlığıda olan qaranlıq yerdə dayanmış, bu dəfə əlində dəmir linglə ora getmiş, biraz dayanandan sonra heç kimin gəlib-getmədiyini dəqiqləşdirmiş və həmin terminla yaxınlaşaraq terminalın kəmərinə bərkidilmiş asma qıfılı linglə sındırmışdır. Sonra da aparatın ön hissəsinin dəmir lövhəsini əymiş və yenə də aparatın pul kasetini oradan çıxarıb qaçaraq uzaqlaşmışdır. Sonra yaxınlıqda olan küçə ilə piyada hərəkət etmiş əlində ola dəmir lingi M.Hacıyev küçəsində olan 25 saylı binanının arxasında olan yerə atmışdır. Sonra binaların yaxınlığında olan zibilliyin yanında pul kasetini yerdən götürdüyü daşla möhkəm vurub sındırmışdır. Kaset sinadan sonra içərisində olan bütün pulları saymış və 4169 manat pul olduğunu görmüşdür. Sonra da pulu cibinə qoyub oradan uzaqlaşmış, pulları isə yenə də öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, ifadəsində bildirmişdir ki, 19.01.2021-ci il tarixdə yenə də oğurluq etmək qərarına gəlmiş və həmin gün təxminən 01 radələrində Gəncə şəhəri D.Qorqud küçəsində olan “Qlobus” adlı mağazanın qarşısına getmiş və orada olan, əvvələr gördüyü “Mili Ön” ödəmə terminalına yaxınaşıb dəmir linglə apratın kəmər hissəsini qanırıb qırmış və terminalın ön hissəsini sındırmışdır. Sonra da terminalda olan pul kasetini çıxarıb oradan tez uzaqlaşmışdır. Sonra piyada Gəncə şəhəri “Dubay bazarı” adlanan yerin yaxınlığında olan düzənlik sahəyə getmiş və pul kasetini sındırıb içərisində olan 1434 manat pulu sayıb götürmüşdür. Bundan sonra da həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Həmçinin, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı ünvan 7 ünvanında yerləşən “Globus” adlı mağazanın qarşısındakı "xxxx" şirkətinə məxsus 16037 nömrəli Milliön ödəniş terminalından, eləcə də Gəncə şəhəri, Atatürk prospekti 147 ünvanında yerləşən “Kamal Market” mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan ödəmə terminalından oğurluq etdiyi yerləri əyani surətdə göstərmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs həmin ittihamlar üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən oğurluq əməllərini törətməsi iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış əşyaların dəyəri barədə ekspert rəyi ilə zərərçəkmiş şəxsin ona vurulmuş ziyanın miqdarı ilə bağlı ifadəsini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində olan qiymət əsas götürülməlidir. Belə ki, məhkəmə qeyd edir ki, həmin əşyanın metal tullantı kimi satış qiyməti belə ekspert rəyində göstərilən qiymətdən artıqdır. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslər "xxxx" MMC və Zərərçəkmiş şəxs dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərər çəkmiş "xxxx" MMC-yə dəymiş zərərin onun payına düşən hissəsini ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilmədi. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ödənilməmiş məhkumluqları olmasa belə, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə 6 dəfə, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə 2 dəfə, Təqsirləndirilən şəxs3 üzrə əvvəllər qəsdən cinayət törətməyə görə 1 dəfə məhkum olunmaları onların cinayət törətməyə meyilli şəxslər olmasına dəlalət edir və bu hal onların şəxsiyyətlərini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onların barəsində daha yüngül cəza növünün təyin edilməsi mümkün deyildir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, digər təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)- 16/2021 saylı, 06.02.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 2 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 04.02.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli tutulduğu 04.02.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərdən biri başa çatmamış, digərləri isə başa çatmış cinayətlər olduğundan, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə müvafiq olaraq ona başa çatmamış və başa çatmış cinayətlərin hər biri üzrə ayrılıqda cəza təyin edilməli, daha sonra ona həmin Məcəllənin 66.2-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarının 2.13-cü bəndinə əsasən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 15-ci bəndində dəyişiklik edilmiş və həmin bəndə göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin iş materiallarında görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 4(044)-26/2021 saylı, 10.02.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(044)- 28/2021 saylı, 17.02.2021-ci il tarixli qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-in 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlanılma müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldığı iki ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan iki ədəd dəmir ling və bir ədəd papaq məhv edilməli, bir ədəd isidici radiator və bir ədəd tablo Zərərçəkmiş şəxs Yəhya oğluna qaytarılmalı, bir ədəd pul kasetinin sınmış hissəsi "xxxx" MMC-yə qaytarılmalı, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri X2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X2 və Müdafiəçi1 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər müdafiəçiyə görə 300 manat pul köçürülməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mülki iddiaçı "xxxx" MMC ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə qarşı iddia ərizəsi verərək, 1-ci cinayət epizodu üzrə cavabdeh Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 3152 manat, 2ci cinayət epizodu üzrə Təqsirləndirilən şəxs1 5495 manat, 3-cü cinayət epizodu üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 2432 manat, 4-cü cinayət epizodu üzrə Təqsirləndirilən şəxs1 2684 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət işinin materiallarında olan “dəymiş ziyan barədə” 09.11.2020-ci il tarixli aktdan görünür ki, 08.11.2020-ci il tarixdə naməlum şəxslər ünvan 9 ünvanında “Yeni Market” mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyətində olan 00576 saylı çöl ödəmə terminalının içərisində olan nağd pulu oğurlamaq üçün dəmir alətdən istifadə edərək aparatın 80 manat dəyərində təhlükəsizlik kəmərini, inkassasiya qapısını, 30 manat dəyərində inkassasiya qapısının daxili kilidini, 700 manat dəyərində əskinasqəbuledicini, 120 manat dəyərində cashbox cihazı zədələmiş və sındırmışlar. Aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəmərini, inkassasiya qapısını sındırdıqdan sonra onun içərisində quraşdırılmış 300 manat dəyərində pul kasetini daxilində olan 1722 manat nağd pulla birlikdə oğurlamışlar. Ödəmə terminalı aparatın təmiri və bərpası üçün 200 manat vəsait tələb olunur. Cinayət nəticəsində "xxxx" MMC şirkətinə 3152 manat maddi ziyan vurulmuşdur. Cinayət işinin materiallarında olan “dəymiş ziyan barədə” 07.12.2020-ci il tarixli aktdan görünür ki, 07.12.2020-ci il tarixdə gecə vaxtı, naməlum şəxslər Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 147 ünvanında “Kamal Market” mağazasının qarşısında quraşdırılmış "xxxx" MMC şirkətinin mülkiyyətində olan 01808 saylı çöl ödəmə terminalının içərisində olan nağd pulu oğurlamaq üçün dəmir alətdən istifadə edərək aparatın 80 manat dəyərində təhlükəsizlik kəmərini, 70 manat dəyərində onun qıfılını, 110 manat dəyərində inkassasiya qapısını, 50 manat dəyərində inkassasiya qapısının daxili kilidini, 516 manat dəyərində cash box cihazı zədələmiş və sındırmışlar. Aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəmərini zədələyərək, inkassasiya qapısını sındırdıqdan sonra onun içərisində quraşdırılmış 300 manat dəyərində pul kasetini daxilində olan 4169 manat nağd pulla birlikdə oğurlamışlar. Ödəmə terminalı aparatın təmiri və bərpası üçün 200 manat vəsait tələb olunur. Cinayət nəticəsində "xxxx" MMC şirkətinə 5495 manat maddi ziyan vurulmuşdur. Cinayət işinin materiallarında olan “dəymiş ziyan barədə” 18.01.2021-ci il tarixli aktdan görünür ki, 15.01.2021-ci il tarixdə naməlum şəxslər Gəncə şəhəri, Nizami rayonu, Səddadilər küçəsi “Metro” marketin yerləşdiyi binaya qanunsuz daxil olaraq dəmir alətdən istifadə edərək, orada quraşdırılmış "xxxx" MMC şirkətinin mülkiyyətində olan 15048 saylı ödəmə inkasasiya qapısını, 50 manat dəyərində inkasasiya qapısının daxili kilidini, 520 manat dəyərində cashin, cashbox cihazlarını zədələmiş və sındırmışlar. Aparatın inkasasiya qapısını sındırıldıqdan sonra onun içərində quraşdırılmış 300 manat dəyərində pul kasetini daxilində olan 1862 manat nağd pulla birlikdə oğurlamışlar. Ödəmə terminalı aparatın təmiri və bərpası üçün 200 manat vəsait tələb olunur. Cinayət nəticəsində "xxxx" MMC şirkətinə 2932 manat maddi ziyan vurulmuşdur. Cinayət işinin materiallarında olan “dəymiş ziyan barədə” 21.01.2021-ci il tarixli aktdan görünür ki, 19.01.2021-ci il tarixdə naməlum şəxslər ünvan 11 32/36 küçəsi ünvanında “Qlobus” mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyəti olan 16037 saylı ödəmə terminalı aparatının içərisində olan nağd pulu oğurlamaq üçün aparatın ön hissəsinin üzərində quraşdırılmış 70 manat dəyərində təhlükəsizlik kəmərini, 110 manat dəyərində inkassasiya qapısını, 50 manat dəyərində inkassasiya qapısının daxili kilidini zədələmiş və sındırmışlar. Aparatın inkassasiya qapısını sındırdıqdan sonra onun daxilində quraşdırılmış 320 manat dəyərində cashin cihazısını, 200 manat dəyərində cahbox cihazını və 300 manat dəyərində pul kasetini onun içərisində olan 1434 manat nağd pulla birlikdə oğurlamışlar. Oğurluq cinayəti törətmiş naməlum şəxslər aparatın içərisində olan cashin, cashbox cihazlarını, pul kasetini, nağd pulu oğurlayaraq 2254 manat ziyan vurmuşlar. Ödəmə aparatını gizli taladıqları zaman onun hissələrini sındıraraq 230 manat texniki ziyan vurmuşlar. Aparatın təmiri üçün 200 manat vəsait tələb olunur. Nəticədə "xxxx" MMC şirkətinə 2684 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 20.09.2021-ci il tarixli və 03.11.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş zərərin əvəzi olaraq cəmi 200 manat pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 29.06.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 könüllü olaraq şirkətə vurduğu maddi ziyanın əvəzinə üzərinə düşən hissəsini 1220 manat vəsaiti şirkətin hesabına ödəmişdir. Bunu nəzərə alaraq şirkətin Təqsirləndirilən şəxs3 qarşı dəymiş ziyanla bağlı heç bir tələbi yoxdur. Odur ki, təqdim edilmiş mülki iddia ərizəsinin Təqsirləndirilən şəxs3 aid hissəsinə xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2.ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Qeyd olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs3 aid hissədə iddiasından imtina etdiyindən, ona aid hissədə mülki iddia üzrə icraata xitam verilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, 08.11.2020-ci il tarixdə baş vermiş cinayət epizodu üzrə mülki iddiaçıya dəymiş zərər ümumilikdə 3152 manat təşkil etmiş və Təqsirləndirilən şəxs2 həmin ziyanın onun payına düşən 1576 manat hissəsinin 200 manat hissəsini ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 1376 manat pul, Təqsirləndirilən şəxs1 isə 08.11.2021-ci il tarixli cinayət əməli üzrə yaranmış 1576 manat ziyan, 07.12.2020-ci il tarixli cinayət əməli üzrə yaranmış 5495 manat ziyan, 15.01.2021-ci il tarixli cinayət əməli üzrə yaranmış ziyanın ödənilməmiş qalan hissəsi kimi 1712 manat pul və 19.01.2021-ci il tarixli cinayət əməli üzrə yaranmış 2684 manat ziyan olmaqla, cəmi 11467 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 08.02.2021-ci il tarixdən 08.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət əməlləri nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs1 11467 manat pul, Təqsirləndirilən şəxs2 1376 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs3 aid hissədə mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübutlar – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan iki ədəd dəmir ling və bir ədəd papaq məhv edilsin, bir ədəd isidici radiator və bir ədəd tablo Zərərçəkmiş şəxs Yəhya oğluna qaytarılsın, bir ədəd pul kasetinin sınmış hissəsi "xxxx" MMC-yə qaytarılsın, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 və Müdafiəçi1 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir müdafiəçiyə görə 300 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar