Məhkəmə qərarları › İş №1(043)-129/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-129/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-129/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Fizuli rayonu Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Fizuli rayonu Horadiz şəhəri, H.Aslanov küçəsi ev 13 qeydiyyatda olmaqla, Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrorayon bina 25, mənzil 12-də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə metafetamin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə İmişli rayonu Aranlı kəndində yaşayan Şahid5 şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1.808 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib avtomobilində saxlamaqla daşımış, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi “Mercedes Benz 250” minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri Kəpəz rayonu X8 prospektində yerləşən “Kral Petrol” yanacaq doldurma məntəqəsinin qarşısındakı avtomobil təmiri sexinin həyətində saxlanaraq QBRŞ-yə gətirilmiş, onun istifadəsində olan “Mercedes Benz 250” minik markalı **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin saxlanc yerindən rəngli polietilen kəsiyinin içərisində olan 2 ədəd şəffaf polietilen kəsiyinə bükülmüş təmiz çəkisi hər biri ayrı-ayrılıqda 0.972 qram və 0.836 qram, ümumi çəkiləri 1.808 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrorayon bina 25, mənzil 12-də kirayədə yaşayır və fərdi əməklə məşğul olur. “Mercedes Benz 250” minik markalı **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. O, boş vaxtlarında həmin avtomobillə ölkə ərazisində sərnişinlərin rayonlararası daşınması ilə məşğul olur. O, bir müddət əvvəl qanunsuz olaraq psixotrop maddə hesab olunan və el arasında şüşə adlanırılan metafetamin qəbul etməyə başlamış, metafetamini falqanın arasında alışqan ilə yandırıb, onun tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, o, uzun müddətdir ki, heç bir mobil nömrə istifadə etməmiş, İmişli rayonu Aranlı kənd sakini Zamiq adlı şəxslə dostu Məzahirin vasitəsi ilə tutulduğu vaxtdan təxminən 3 ay əvvəltanış olmuş,Zamiq Məzahirin atası Fürsət ilə əvvəllər eyni türmədə cəza çəkmiş, onun Zamiq ilə əvvəllər arasında düşmənçiliyi olmamış, o, 03 ay əvvəl bir dəfə Zamiqin xatırlamadığı nömrəsi ilə tanımadığı şəxsin telefonundan zəng edərək Zamiqdən istifadə etmək üçün psixotrop maddə olan, şüşə adlandırdıqları metafetamin istəmiş, Zamiqdə ona həmin maddənin bir qramını əlli manata satacağını demiş, sonra o, istifadəsində olan “Mercedes Benz 250” markalı, **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə edib, Zamiqlə əlaqə saxlayaraq evini dəqiqləşdirib, tək Zamiqin yaşadığı İmişli rayonu Aranlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, Zamiq yaşadığı evin qarşısına çıxmış, o, Zamiqlə görüşmüş, sonra Zamiq bir qədər ətrafa boylanıb ətrafda başqa bir şəxsin olmadığına əmin olduqdan sonrao, Zamiqə 50 manat verib Zamiqdən sellofan bükülüdə bir qram metafetamin götürmüş, Zamiqlə sağollaşıb avtomobilinin sükanına əyləşmiş, həmin yerdən birbaşa əvvəllər yaşadığı Füzuli rayonu Horadiz şəhərində yerləşən evə getməyə başlamış, yolda xatırlamadığı yerdə o, avtomobilini kənara çəkmiş, metafetamini falqanın içərisinə qoymuş, alışqanla falqanı yandırıb içərisində olan metafetaminin tüstüsünü çəkmiş, o, Zamiqlə ilk dəfə psixotrop maddə alışını həmin vaxt etmiş, xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında o, yenə də həmin psixtrop maddədən istifadə etmək istədiyi üçün Fürsətin oğlu Məzahirlə danışıb, Fürsətlə birlikdə Zamiqin yaşadığı İmişli rayonunda yerləşən evin qarşısına getmiş, o, Zamiqin yaşadığı evin qarşısında Zamiqlə söhbət edib onunla 100 manat qarşılığında 2-3 qram arası metafetamin almağa razılaşmış, Zamiq həmin psixotrop maddəni ona verən zaman Məzahirlə getdiyi üçün artıq verdiyini ona demiş, o, həmin psixotrop maddəni götürdükdən sonra oradan avtomobili idarə edərək bir qədər uzaqlaşmış, uzaqlaşdıqdan sonra avtomobili saxlamış, həmin metafetaminin bir hissəsini falqanın içərisində yandıraraq Məzahirlə birlikdə çəkmiş, o, həmin maddədən istifadə etdikdən sonra yoluna davam etmiş, Füzuli rayonuna, hər ikisi öz evinə getmiş, xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində tanışı Elşən onu tapıb bir nəfər Füzuli rayonu Şükürbəyli kəndi ərazisində yerləşən hərbi hissədə xidmət edən hərbiçinin ailə vəziyyəti ilə əlaqədar Gəncə şəhərinə getmək istədiyini ona demiş, o həmin şəxslə razılığa gələrək xx xxxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində həmin hərbiçi ilə Füzuli rayonu Şükürbəyli kəndi ərazisində görüşmüş, həmin adını bilmədiyi şəxsi Gəncə şəhərinə aparmaqdan ötrü avtomobilinə oturtmuş, o, həmin şəxsi Şükürbəyli kəndindən Gəncə şəhəri ərazisində yerləşən “İmperial” şadlıq sarayının yaxınlığına gətirib düşürmüş, o, həmin şəxsdən 150 manat xidmət haqqını qəbul etdikdən sonra avtomobilini idarə edib oradan uzaqlaşmış, təxminən saat 19 radələrində o, avtomobilinin işıqları gecə vaxtı işləmədiyinə görə təmir sexinə gedib avtomobilinin işıq sistemini düzəltdirmək qərarına gəlmiş və buna görə də, o, avtomobilini idarə edib Gəncə şəhəri Kəpəz rayonu X8 prospektində yerləşən “Kral” adlanan yanacaq doldurma məntəqəsinin qarşısındakı avtomobil təmiri sexinə getmiş, o, orada növbə olduğu üçün avtomobildə oturub gözləməyə başlamış, o, avtomobildə gözləyən zaman saat təxminən 20 radələrində üç nələr mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini ona göstərmiş, polis əməkdaşları olduqlarını bildirib, ona birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəklərini və avtomobilini də, həmin şöbəyə aparacaqlarını bildirmiş, o, bu barədə heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onu və avtomobilini şöbənin inzibati binasının həyətinə gətirmiş, şöbənin inzibati binasında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasıüçün ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, seçməkdə tərəddüd edirsə növbətçi vəkildən istifadə edə biləcəyi barədə ona məlumat verilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, Müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və digər psixotrop maddə və yaxud onların prekursorları aşkar edilməmiş, sonra polis əməkdaşları müdafiəçinin iştirakı ilə istifadəsində olan “Mercedes Benz 250” minik markalı 99- SR-649 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmiş, baxış zamanı o, polis əməkdaşlarına avtomobilinin saxlanc yerində (bardaçokunda) psixotrop maddə hesab edilən bir sellofan bükülünün içərisində olan iki ədəd sellofan bükülünün içərisində olan metafetamini polislərə təqdim etmiş, təqdim etdiyi metafetamin polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənərək imzalanmışdır. O, həmin psixotrop maddəni heç kimə satmamış, ümumiyyətlə həmin maddəni özü istifadə etmək üçün almış, sadəcə olaraq həmin metafetamini almağa gedən zaman Məzahirlə birlikdə getdiyi üçün Məzahirlə birlikdə 1 dəfə həmin maddədən elə İmişli rayonunda istifadə etmiş, həmin maddəni üzərində gəzdirməyinin səbəbi də özünün istifadəçi olmağı olmuş, onun Zamiqdən cəmi 2 dəfə psixotrop maddə almış, o, öz rahatlığı üçün həmin metafetamini 2 bükülüdə saxlamış, o, Məzahirlə Zamiqin yanına yolda darıxmamaqdan ötrü getmiş, geri qayıdan zaman isə həmin psixotrop maddədən Məzahir də 1 dəfə istifadə etmişdir.Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbəyə Füzuli rayonu Horadiz şəhərində yaşayan Alim adlı şəxsin psixotrop maddə gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Füzuli rayonu, Horadiz şəhəri, F.Aslanov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması və Gəncə şəhəri. X8 prospektində yerləşən “Aura park” ticarət mərkəzinin yanındakı avtomobillərin təmiri sexində olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında DİN-nin BNMİ-nin rəis müavini Şahid1, həmin şöbənin baş əməliyyat müvəkkili Rafiq Əhmədov, həmin şöbənin sürücüsü Şahid2 ilə birlikdə Gəncə şəhəri, Ş.İ. Xətai prospektində yerləşən həmin avtomobillərin təmiri sexinə gedilmiş, onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs həmin təmir sexinin həyətində, özünə məxsus **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes benz” markalı avtomobilinin yanında dayandığını müşahidə etmiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini Alimə təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edilmiş, Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin QBRŞ-nə dəvət edilmiş, onlar Təqsirləndirilən şəxs ilə sonuncuya məxsus avtomobili də şöbəyə gətirmiş, şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da ona izah edilmiş, və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən nə narkotik vasitə, nə də psixotrop maddə aşkar edilməmiş, sonradan Təqsirləndirilən şəxs məxsus olan “Mercedes benz 250” markalı, **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmiş. Təqsirləndirilən şəxs baxışa heç bir etiraz etməmiş, həmin avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü həmin avtomobilin saxlanc yerində olan bir ədəd bükülü vəziyyətdə olan polietilen kəsiyini təqdim etmiş, həmin politelin kəsiyinə baxış keçirilən zaman onun içərisində 2 ədəd sellofana bükülü vəziyyətdə şəffaf rəngli, kristal halında psixotrop maddə hesab edilən metafetaminə bənzər kütlə olduğu aşkar edilmiş, həmin sellofan bükülüdə olan kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, bundan sonra hər iki büküm zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 7(2) saylı möhürü ilə möhürlənərək tərəflərindən imzalanmış, müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin sürücü polis nəfəri vəzifəsində işləyir. Şöbəyə Füzuli rayonu Horadiz şəhərində yaşayan Alim adlı şəxsin psixotrop maddə gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Füzuli rayonu, Horadiz şəhəri, F.Aslanov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması və Gəncə şəhəri. X8 prospektində yerləşən “Aura park” ticarət mərkəzinin yanındakı avtomobillərin təmiri sexində olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında DİN-nin BNMİ-nin rəis müavini Şahid1, həmin şöbənin baş əməliyyat müvəkkili Rafiq Əhmədov, həmin şöbənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Gəncə şəhəri, Ş.İ. Xətai prospektində yerləşən həmin avtomobillərin təmiri sexinə gedilmiş, onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs həmin təmir sexinin həyətində, özünə məxsus **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes benz” markalı avtomobilinin yanında dayandığını müşahidə etmiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini Alimə təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edilmiş, Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin QBRŞ-nə dəvət edilmiş, onlar Təqsirləndirilən şəxs ilə sonuncuya məxsus avtomobili də şöbəyə gətirmiş, şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da ona izah edilmiş, və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən nə narkotik vasitə, nə də psixotrop maddə aşkar edilməmiş, sonradan Təqsirləndirilən şəxs məxsus olan “Mercedes benz 250” markalı, **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmiş. Təqsirləndirilən şəxs baxışa heç bir etiraz etməmiş, həmin avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü həmin avtomobilin saxlanc yerində olan bir ədəd bükülü vəziyyətdə olan polietilen kəsiyini təqdim etmiş, həmin politelin kəsiyinə baxış keçirilən zaman onun içərisində 2 ədəd sellofana bükülü vəziyyətdə şəffaf rəngli, kristal halında psixotrop maddə hesab edilən metafetaminə bənzər kütlə olduğu aşkar edilmiş, həmin sellofan bükülüdə olan kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, bundan sonra hər iki büküm zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 7(2) saylı möhürü ilə möhürlənərək tərəflərindən imzalanmış, müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin əməkdaş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o da, şahidlər Şahid2 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də yaşadığı kənddə yerləşən avtoyuma məntəqəsində işləyib öz gəlirini bu yolla əldə edir. Təqsirləndirilən şəxs və İmişli rayonu Aranlı kəndində yaşayan Şahid5 tanıyır. Əvvəllər onun nə Zamiqlə, nə də ki, Alimlə arasında heç bir ədavəti olmamış, 2019-cu ilin sentyabr ayında yaşadığı Füzuli rayonu Mahmudlu-2 kəndində olan zaman o, Alimi görmüş, Alimlə söhbət etməyə başlamış, söhbət zamanı Alim ona atasının İmişli rayonunda yaşayan Zamiq adlı dostunu tanıdığını, həmin Zamiqdən psixotrop maddə aldığını ona demiş, xx.xx.2020-ci il tarixdə günorta saatlarında Alim onun yaşadığı Füzuli rayonu Mahmudlu-2 kəndində yerləşən evinin qabağına gəlib onu çağırmış, Alim oraya özünə məxsus olan “Mercedes Benz” markalı **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəlmiş. Alim onunla bir qədər söhbətləşdikdən sonra ona İmişli rayonuna, Zamiqin yanına getməyi, Zamiqdən istifadə etmək üçün metafetamin almağı təklif edib pulu özünün verəcəyini demiş, o, da səhhətində problemi, ağrıları olduğu üçün Alimlə razılaşmış, Alimə məxsus olan “Mercedes Benz” markalı avtomobilə əyləşib İmişli rayonuna getmiş, Alim avtomobilini birbaşa Zamiqin yaşadığı evin qarşısına sürmüş, avtomobili orada saxlayıb Zamiqi səsləmiş, Zamiq evdən çıxdıqdan sonra onlar Zamiqlə görüşmüş, sonradan bir qədər də onlar söhbət etdikdən sonra Alim Zamiqə 100 manat pul vermiş, həmin pulun qarşılığında Zamiq də Alimə sellofan bükülü də metafetamin vermiş, onlar Zamiqlə sağollaşdıqdan sonra avtomobilə əyləşmiş, və Alim avtomobili idarə edərək Füzuli rayonu istiqamətində hərəkətə başlamış, onlar Fizuli rayonu istiqamətində gedən zaman onun xatırlamadığı yerdə Alim avtomobilini saxlamış, həmin şüşə adlandırdıqları psixotrop maddə metafetamindən bir qədərini falqanın içərisinə qoymuş, falqanı yandırmış, onlar orada həmin psixotrop maddədən istifadə etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Məzahirin vasitəsi ilə tanış olmuş, o, həmin vaxt Bakıya getmək istədiyi üçün Məzahir də Alimlə sonuncuya məxsus avtomobillə Bakı şəhərinə getdiyi üçün Məzahirə Bakıya gedən zaman onu da götürmələrini demiş, Məzahir də onunla razılaşmış, həmin şəxslər Bakı şəhərinə gedən zaman Məzahir onunla əlaqə saxlayaraq Bəhramtəpəyə getməyini, onu Bəhramtəpədən gözləyib götürəcəyini demiş, o, həmin gün günorta saatlarında Məzahirin ona dediyi Bəhramtəpədə yerləşən DYP postuna gedən zaman yolda ona zəng gəldiyi üçün, onun işi olduğu üçün Bakıya getmək qərarını dəyişmiş, məcburən Məzahirə xəbər verib geriyə öz kəndinə qayıtmış, o, həmin müddətdən sonra ümumiyyətlə nə Məzahirlə nə də, Alimlə görüşməmiş, həmin şəxslərlə əlaqə saxlamamış, sonuncu dəfə yəni xatırladığı qədəri ilə xx.xx.2020-ci il tarixdə, xatırlamadığı nömrədən Alim ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 100 manat pulunun olduğunu, şüşə adlandırdıqları metafetamin adlanan psixotrop maddə istədiyini ona demiş, o, isə Alimə yaşadığı evə gəlməsini, orada həmin psixotrop maddədən verə biləcəyini Alimə demiş, Alim onunla danışdıqdan təxminən 1 saat yarım sonra Alim İmişli rayonuna gəlmiş, Alim evin qarşısında avtomobildən düşməmiş, o, avtomobilə gedərək çəkisini bilmədiyi, 1 bükümdə olan, psixotrop maddə metafetamini Alimə vermiş, bunun qarşılığında isə ondan 100 manat pul almışdır. Alim pulu verib psixotrop maddəni götürdükdən sonra oradan çıxıb getmiş, həmin müddətdən sonra ümumiyyətlə o, Alimi görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxx 2020-ci il tarixli “baxış və götürmə aparılması” haqqından protokoldan görünür ki, Təqsirləndirilən şəxs notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında idarə etdiyi “Mercedes benz 250” minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman maşının saxlanc yerindən bir ədəd rəngli polietilen kəsiyi bükülmüş tapılmışdır. Həmin rəngli polietilen kəsiyinin içərisindən 2 (iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərinin içərisindən psixotrop maddə hesab edilən metafetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılmış və zərfin üzəri DİN-nin 7(2) möhürü ilə möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 16/290 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində, “xx.xx.2020-ci il tarixdəsaat 23:05-də Təqsirləndirilən şəxs tərəfindən Mersedes Benz 250 minik markalı **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin saxlanc yerindən təqdim etdiyi 2(iki) qram çəkidə olan metafetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki,1 (bir) ədəd rəngli polietilen kəsiyi bükümündə olan 2(iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda 0.972, və 0.836 qram ümumi təmiz çəkisi, 1.808 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tədiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələfin 1-ci siyahısının 11 bəndinə daxildir. xx xxxxx 2020-ci il tarixli, 26 nömrəli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında qərardan görünür ki, xx.xx.1993-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir. xx xxxxx 2020-ci il tarixli, 25 nömrəli “Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 350 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan Metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx xxx 2020-ci il tarixli, 157 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Füzuli MRX-nın Psixonevroloji dispanserində qeydiyyatda yoxdur. Fizuli rayon Horadiz şəhər inzibati ərazi idarəsinin xx xxx 2020-ci il tarixli, 918 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Horadiz şəhər, H.Aslanov küçəsi, ev 13-də yaşayır. Məcburi köçkündür. Fizuli rayon Horadiz şəhər inzibati ərazi idarəsinin xx xxx 2020-ci il tarixli, 919 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Füzuli Rayon Mərkəzi X3 şəxsi Poliklinika Şöbəsinin xx xxx 2020-ci il tarixli, 490 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Füzuli MRX-nın narkoloji dispanserində qeydiyyatda yoxdur. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfat İstehsalat birliyi 6 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 224 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrorayon bina 25, mənzil 12-də kirayədə yaşayır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop vasitə olan metafetamini əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini və məcbur köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəriərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək bu iş üzrə qətimkan tədbiri qismində tutulduğu müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadanməcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,708 qram psixotrop vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,708 qram psixotrop vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi dövlət büdcəsinin hesabına 60 (altmış)manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar