Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-13/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Belarusiya Respublikası, Moqilyov V.Kriçev şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyətilə məşğul olan, Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il, 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib bitirməmiş, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 36-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarında təmiz çəkisi 3,287 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində tanışı Şahid8 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə tanışı Şahid7 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,326 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində Şahid8 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan satış məqsədi olmadan Şahid8 istifadə etməsi üçün 1 (bir) ədəd “West” adlı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 3 (üç) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram, ümumi təmiz çəkisi 1,668 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana pay vermiş, xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tanışı Şahid8 yaşadığı ünvan 1 mənzil 30 ünvanında yerləşən evdə saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd kibrit qutusunun içərisinə qoyulmuş şəxsi istehlak miqdarında, təmiz çəkisi 1,619 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, əynindəki şalvarın sol arxa cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 0,326 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkirmiş, qanunsuz olaraq narkotik vasitə marixuana qəbul etmiş, bəzən isə heroini yandırıb çəkmək yolu ilə qəbul edirmiş. Bir dəfə narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuş, 2013-cü ildə azadlığa buraxılmışdır. Gəncə şəhər sakinləri Şahid7 və Şahid8 bir neçə ildir ki, tanımış, onların da narkomaniya xəstəliyindən əziyyət çəkdiklərini bilirmiş, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 17:00 radələrində Həsənin yaşadığı evdə tək olduğunu bildiyi üçün özündə olan narkotik vasitə marixuananı qəbul etmək üçün Şahid8 Gəncə şəhəri, Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən mənzilinə gəlmişdir. Ramin də Həsənin yaşadığı evdə olmuş, onlar hərənin özündə olan narkotik vasitəni stolun üzərinə qoyması, kim nə qədər istifadə edə bilirsə istifadə etməsi barədə razılaşmışlar. Həsən də narkotik vasitə olmamış, Ramin də narkotik vasitə heroin almaq üçün evdən çıxıb getmiş, təxminən 30 dəqiqədən sonra yenidən onların yanına Həsənin yaşadığı evə gəlmiş, Ramin bir siqaret qutusunun içərisinə yığılmış müxtəlif bükümlərdə narkotik vasitə heroin alıb gətirmiş, Ramin alıb gətirdiyi narkotik vasitə heroini otaqda stolun üzərinə qoymuş, o, içərisində narkotik vasitə heroin olan bükümlərdən birini özünün istifadə etməyi üçün götürmüş və əynindəki şalvarın sol arxa cibinə qoymuş, nə Həsən, nə də Ramin onun bir büküm narkotik vasitə heroin götürməsinə etiraz etməmişdir. O da həmin vaxt üzərində olan bir kibrit qutusunda narkotik vasitə marixuananı qəbul etmək üçün cibindən çıxarıb stolun üzərinə qoymuş, həmin narkotik vasitə marixuanadan Həsən özünün istifadəsi üçün götürüb bir neçə bükümlərə yığmış, sonra o, həmin kibrit qutusunda qalan narkotik vasitə marixuananı götürüb əynindəki şalvarının sol yan cibinə qoymuş, Həsən Raminin gətirdiyi narkotik vasitə heroindən bir neçə bükümünü istifadə etməsi üçün götürmüş, siqaret qutusunun içərisində qalan narkotik vasitə heroin bükümlərini Ramin gödəkçəsinin cibinə qoymuş, bir neçə dəqiqə sonra qapı döyüləndə Həsən stolun üzərində olan özü üçün götürdüyü narkotik vasitə heroin və marixuana bükümlərini oturduqları otaqdakı şkafın üzərinə qoymuşdur. Həsən qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları video çəkilişlə onların narkotik vasitə saxlamaqda şübhəli oldularını bildirib qəbul edilmiş qərarla onları tanış etmişlər, onlar heç bir müqavimət göstərməmişlər. Həsən polis əməkdaşlarını mənzilə dəvət edərək baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, sonra polis əməkdaşları Həsəndən üzərində və yaşadığı evdə narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməyini təklif etdikdə, Həsən otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş, həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, imzalanmış və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Həsən yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd "West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə və siqaret qutusunda isə marixuana olduğu məlum olmuşdur. İçərisində marixuana olan dörd büküm və siqaret qutusunun eyni qaydada video çəkiliş aparılmaqla götürülmüş, sonra Həsənin təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş aparılaraq ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilərkən o, əynindəki şalvarının sol yan cibinə qoyduğu bir ədəd kibrit qutusunu və sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, narkotik vasitə qurudulmuş marixuananı Şəmkir rayonu ərazisində tanımadığı şəxsdən əldə etməsini bildirmiş, bundan sonra Raminin üzərinə baxış keçirilərkən o, əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükümləri yığdığı “Magna” markalı siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olduğu məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında sənədləşdirilərək ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar da eyni qaydada polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onlar polis əməkdaşlarının xidməti avtomobillərinə əyləşib Gəncə şəhərində yerləşən şöbəyə gəlmişlər, protokol və digər sənədlər tərtib olunmuşdur. O, cəmi 1 ay yarım olar ki, Azərbaycan Respublikasına gəlmişdir. O, Rusiyada yaşamış, Rusiyada müxtəlif şəxslərdən almış, Azərbaycanda isə birinci dəfə idi ki, narkotik vasitə almış, Həsən istifadəsini asanlaşdırmaq üçün marixuananı bükümlərə ayırmışdır. Ramin isə heroini hazır bükümlərdə alıb gətirmiş, Raminlə onların yaxın münasibətləri olmuş, Raminə nə o, nə də ki Həsən pul verməmiş, Ramin də narkotik vasitə heroini onlara pay kimi istifadə etməkləri üçün vermiş, Raminin kimdən və nə qədər məbləğ ödəyərək narkotik vasitə heroin alması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, aradabir müxtəlif narkotik vasitələrdən istifadə etmiş, Gəncə şəhər sakinləri Şahid7 və Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanımış, onların da narkotik vasitələrdən istifadə etməsini bilmiş, xx xxxxxx 2019-cu il tarixdə, Ramin evdə mübahisə etdiyi üçün onun yanına qalmağa gəlmişdir. Həmin gün ailə üzvləri evdə olmadığından tək olmuşdur. Seymuru bir neçə ildir ki, görməmişdir. Təsadüfən həmin gün evin yanında Seymurla rastlaşıb onu evə dəvət etmişdir. Saat 18:30 radələrində o, Ramin və Seymurla bir az oturub söhbət etdikdən sonra narkotik vasitə istifadə etmək qərarına gəlmişlər, Seymurun üzərində narkotik vasitə qurudulmuş marixuana olmuş, Raminin Seymur və Həsənə onlara narkotik vasitə heroin təşkil edə biləcəyini demiş, evdən çölə çıxmış, bir müddət sonra geri gəlmiş, gətirdiyi narkotik vasitə heroinin bir bükümünü istifadə etməsi üçün Seymura, 8 ədəd bükümü narkotik vasitə heroini isə ona vermişdir. Həsən bir bükümü açaraq kağızın üzərinə tökmüş, onlar bir az Seymurun gətirdiyi narkotik vasitə qurudulmuş marixuanadan çəkmişlər, təxminən saat 20 radələrində onlar evdə olarkən mənzilin qapısı döyülmüşdür. Bu zaman o, stolun üzərində olan özü üçün bükümlərə ayırdığı narkotik vasitə heroin və qurudulmuş marixuana bükümlərini stolun üzərindən götürüb şkafın üzərinə qoymüş, Ramin heroin bükümlərini yığdığı siqaret qutusunu gödəkçəsinin cibinə qoymuş, Seymur da bir ədəd kibrit qutusunu və 1 ədəd bükümü şalvarının cibinə qoymuşdur. Qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, onlar video çəkiliş altında onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib qəbul edilmiş qərarla onları tanış etmişlər, onlar heç bir müqavimət göstərməmişlər, O, polis əməkdaşlarını mənzilə dəvət edərək baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, sonra polis əməkdaşları ondan üzərində və yaşadığı evində narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməyini təklif etdikdə O, otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş, həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlə birlikdə video çəkiliş altında ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra o, yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə isə marixuana olduğu məlum olmuş, içərisində marixuana olan dörd büküm və siqaret qutusunun ağzı bükülərək eyni qaydada polis əməkdaşları tərəfindən götürülmüş, sonra onun təqdim etdiyi, içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş altında polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynindəki şalvarının sol yan cibində olan bir ədəd kibrit qutusunu və sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında eyni qaydada polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Raminin üzərinə baxış keçirilərkən o, əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükümləri yığdığı həmin “Magna” adlanan siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olması məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar video çəkiliş altında eyni qaydada polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra baxış başa çatmış və onlar polislərlə birlikdə Gəncə şəhərində yerləşən şöbəyə gəlmişlər, protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 digər Şahid8 və Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN QBRŞ-də XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1976-cı il təvəllüdlü Şahid8 yaşadığı ünvanda narkotik vasitə heroin olması, mütəmadi olaraq sonuncunun yaşadığı ünvana gələn Təqsirləndirilən şəxs və Şahid7 üzərlərində narkotik vasitə qurudulmuş marixuana və heroin gətirmələri, həmin ünvanda narkotik vasitə qəbul etmələri ilə bağlı DİN-in BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatları dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Şahid8 yaşadığı evə baxış keçirilməsi və həmin ünvanda olan Təqsirləndirilən şəxs və Şahid7 üzərlərində narkotik vasitə heroin və marixuana olması faktının ifşa edilməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, həmçinin, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə, saat 20:00 radələrində əməliyyat-axtarış qrupunun üzvləri Şahid8 ünvan 2 mənzil 30 ünvanda yerləşən yaşayış evinin qarşısına gəlmişlər, evin giriş qapısında Şahid8 çağrılmış, Şahid8 qapını açaraq kim olduqlarını soruşduqda ona polisə əməkdaşları olduqlarını bildirərək yaşayış evinə daxil olmağa icazə verməsini xahiş etmişlər, özünü Şahid8 kimi təqdim edən şəxs qeyd olunan ünvanda yerləşən yaşayış evinin ona məxsus olduğunu bildirmiş, ona görə də daxil olmağa icazə vermiş, onlar qeyd olunan ünvana daxil olaraq yaşayış evində olan 3 (üç) nəfər şəxsə xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər, onlara yaşayış evində və üzərlərində narkotik vasitə heroin olması ilə bağlı əməliyyat məlumatları olduğu üçün barələrində təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə səlahiyyətli subyektin qərarını elan etmişlər. Həmin vaxt Şahid8 yaşadığı evdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana və heroin olduğunu səmimi olaraq etiraf edərək könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, Şahid8 təqdim etmək istədiyi narkotik vasitə qurudulmuş marixananaya və heroinə baxış keçirilməsi, video çəkiliş altında təqdim etməsi təklif olunmuş, Şahid8 heç bir etirazının olmadığını bildirmiş, bundan sonra video çəkiliş altında Şahid8 otaqda olan paltar şkafının üstündə saxladığı 6 (altı) ədəd bükümlərdə və ağ rəngli kağız parçasının üstündə olan narkotik vasitə heroini götürüb stolun üstünə qoyaraq təqdim etmiş, həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlərlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Şahid8 yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə isə marixuana olduğu məlum olmuş, içərisində marixuana olan dörd büküm və siqaret qutusunun ağzı bükülərək video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, zərfin üzəri imzalanmış, gələcəkdə sübut əhəmiyyəti kəsb etdiyi üçün ekspertizaya göndərilməsi məqsədi ilə tərəflərindən götürülmüşdür. Daha sonra Şahid8 təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş altında ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, tərəflərindən götürülmüş, baxış zamanı Şahid8 yaşayış evində başqa narkotik vasitə, odlu silah və kəsici-deşici aləti olmadığını bildirmiş, bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğu üçün tutulduğu elan olunaraq ona üzərində odlu silah deşici kəsici alət və narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, əks halda QBRŞ-yə aparılıb orada üzərinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibində olan bir ədəd kibrit qutusunu və şalvarının sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq könüllü olaraq təqdim etmiş, kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, ekspertizaya göndərilməsi üçün tərəflərindən götürülmüşdür. Daha sonra Şahid7 kimi təqdim edən şəxsin üzərinə baxış keçirilərkən o, əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin bükümləri olan “Magna” adlanan siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olması məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, ekspertizaya göndərilməsi üçün tərəflərindən götürülmüş, bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və 2 (iki) ədəd şüşə flakon video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənib ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan məhkəmə-bioloji-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 705 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2019-cu il tarixdə ünvan 3 mənzil 30 ünvanda baxış zamanı Şahid8 təqdim etdiyi 7 (yeddi) büküm heroinə bənzər maddə." sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, 1 (bir) ədəd sarı rəngli kağız bükümdə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, 2 (iki) ədəd göy rəngli kağız bükümdə və 2 (iki) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram, 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, ümumi təmiz çəkisi 0,669 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; Tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanda yaşayan Şahid8 könüllü təqdim etdiyi heroinə bənzər maddə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,169 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; Tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2019-cu il tarixdə ünvan 3 mənzil 30 ünvanda baxış zamanı Şahid8 könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “West” adlı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 3 (üç) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram, ümumi təmiz çəkisi 1,668 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; Tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2019-cu il tarixdə ünvan 4 mənzil 30 ünvanda Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu və 1 ədəd gümüşü kağızda büküm.” sözləri yazılmış kağız paketdə: - 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,326 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,619 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; Tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanda Şahid7 könüllü olaraq təqdim etdiyi heroinə bənzər 20 büküm...” sözləri yazılmış kağız paketdəki, “Magna” adlı siqaret qutusunun içərisində 11 (on bir) ədəd ağ rəngli kağız bükümlərdə, 7(yeddi) ədəd “gümüşü” rəngli kağız bükümlərdə, 1 (bir) ədəd qara rəngli kağız bükümdə, 1 (bir) ədəd göy rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,051 qram, 0,064 qram, 0,061 qram, 0,053 qram, 0,058 qram, 0,045 qram, 0,059 qram, 0,048 qram, 0,054 qram, 0,042 qram, 0,065 qram, 0,067 qram, 0,049 qram, 0,055 qram, 0,069 qram, 0,047 qram, 0,043 qram, 0,039 qram, 0,057qram, ümumi təmiz çəkisi 1,088 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2019-cu il tarixdə ünvan 4 m 30 ünvanda aşkar olunmuş şüşə flakon və şprislər.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd üzərində “Валерианы” sözləri yazılan şüşə flakonunun, digər 1 (bir) ədəd şüşə flakonun, 3 (üç) ədəd 1 ml-lik, 4 (dörd) ədəd 2,5 ml-lik şprislərin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı; Tədqiqata təqdim edilmiş dörd ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər; İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 44 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 10 ay, 23 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən cinayəti törədən zaman cəzasını çəkib qurtardığı gündən iki il keçdiyindən məhkumluğu ödənilmişdir. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həbsdə saxlanıldığı müddət cəzasından çıxılmış, üzərində qəti olaraq 02 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 2004-cü ildə doğulmuş X1, xx xxxxxx 2006-cı ildə doğulmuş X3 və xx.xx.2015-ci ildə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmamış uşaqlarının olmasını isə həmin uşaqların valideyn himayəsinə və qayğısına möhtac olmasını nəzərə alaraq CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 01 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalı, həmçinin onun hazırkı cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin olunacaq cəzadan çıxılmalıdır. Gəncə şəhər Probasiya Şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 133/2020 saylı məktubdan görünür ki, Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 01 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi üçün xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli şəxsin cəzanı icra edən qurumda qeydiyyata alındığı vaxtdan hesablandığı üçün Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2020-ci ildən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93-1-ci maddəsinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli məhkəmə narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması qeyd olunsa da Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Həmin hökmdə istinad edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 591 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə rəylərin arasında zaman fərqinin olmasını nəzərə alaraq hesab edir ki, tarix etibarı ilə daha sonrakı rəyin nəticələri əsas götürülməlidir. Cinayət işi üzrə maddi sübutlardan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd kağız bükümdə 0,326 qram olan narkotik vasitə heroinin qalığı və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,619 qram olan qurudulmuş marixuananın qalığı hökm qanuni qüvvyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Maddi sübut qismində tanınmış digər narkotik vasitələr isə başqa cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən həmin maddi sübutların taleyi aid olduqları cinayət işlərində həll edilməlidir. İşdə Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hazırkı cinayət işi ibtidai istintaq nömrəsi ********* olmaqla xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılmış, həmin iş üzrə ilkin olaraq 3 nəfər təqsirləndirilən şəxs Şahid8, Şahid7 və Təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar. xx xxxxxx 2020-ci il tarixdə Şahid8 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi, xx xxxx 2020-ci il tarixdə isə Şahid7 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi hazırkı cinayət işindən ayrılmışdır. İş üzrə məhkəmə xərcinin aid olduğu məhkəmə fiziki-kimyəvi ekspertizası isə hər üç şəxsin təqsirləndirilən şəxs statusunda olduğu zaman onların hamısının üzərindən çıxmış narkotik vasitələrlə bağlı keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 64,80 manat pulun 21,60 manat hissəsi (üçdə biri) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə xərcinin qalan hissəsi hazırkı cinayət işindən ayrılmış cinayət işlərinə aid olduğundan həmin işlərə baxılarkən həll olunmalıdır. İbtidai istintaq zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 120 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 01 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən həmin şöbədə qeydiyyata alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 09:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd kağız bükümdə 0,326 qram olan narkotik vasitə heroinin qalığı və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,619 qram olan qurudulmuş marixuananın qalığı hökm qanuni qüvvyə mindikdən sonra məhv edilsin. İşdə olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 60,80 (altmış tam, yüzdə səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) hesabına köçürülsün. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 120 manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-13/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-13/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver