Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-131/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxxxx 1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, qapıpəncərə sexində dülgər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli 02 oktyabr 2019-cu il tarixdən hesablanmaqla, 05 aprel 2006-cı il təvəllüdlü X5 və 18 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140.00 manat, cəmi 280.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 oktyabr 2019-cu il tarixli, 2(043)-2126/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 12 may 2020-ci il tarixli, 3(043)-333/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 28 may 2020-ci il, 09 iyun 2020-ci il, 29 iyun 2020-ci il və sonuncu dəfə olmaqla 19 avqust 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 06 noyabr 2020-ci il tarixinədək cəmi 3780.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə evlənib ailə qurmuş. evli olduqları müddətdə 05 aprel 2006-cı il təvəllüdlü Alıyeva Aygün Şahin qızı və 18 noyabr 2010-cu il təvəllüdlü X11 adında övladları anadan olmuşdur. Birgə yaşadığları müddətlərdə münasibətləri pozulduğundan Aytəkin övladları ila birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. Aytəkin övladlarını tək başına saxlaya bilmədiyindən 2019-cu ildə ona qarşı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və həmin məhkəmənin 02 oktyabr 2019-cu il tarixli, 2(043)-2126/2019 saylı qətnaməsinə əsasən ondan 02 oktyabr 2019-cu il tarixdən hesablanmaqla, övladlarının yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140.00 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İcra zamanı dəfələrlə qətnamənin icra edilməsi barədə xəbərdarlıqlar edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilmiş lakin, qapı-pəncərə sexində dülgər işləsə də imkanı kifayət qədər yaxşı olmadığından qeyd edilən məhkəmə qətnaməsini icra etməmiş, 06 noyabr 2020-ci il tarixli təqdimatda qeyd edilən yığılıb qalmış 3780.00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdır. Əməlindən peşmandır, lakin hazırda maddi imkanı olmadığı üçün aliment borcundan heç bir ödəniş edəbilmir. Yüksək əmək haqqı olan işlə təmin olunacağı təqdirdə o işləyib hissə-hissə aliment borcunu ödəyəcəkdir. Qeyd olunanlara əsasən məhkəmədən barəsində həbslə bağlı olamayan ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə evlənib ailə qurmuş, evli olduğları müddətdə 05 aprel 2006-cı il təvəllüdlü X7 və 18 noyabr 2010-cu il təvəllüdlü X11 adında övladları anadan olmuşdur. Nikahda olduğları müddətlərdə Təqsirləndirilən şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da o, övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs övladlarının saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, o isə övladlarını tək başına saxlaya bilmədiyindən 2019-cu il ona qarşı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və həmin məhkəmənin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cu il tarixdən hesablanmaqla, övladlarının yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140.00 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilmiş, təqdimat verilən günə, yəni 06 noyabr 2020-ci il tarixə yığılıb qalmış 3780.00 manat aliment borcunu ödəməmiş və hal-hazırda is aliment borcu 5600 manat təşkil etməklə ona heç bir ödəniş edilməmişdir. Şahin övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Qətnamə üzrə onun xeyrinə tutulmuş aliment məbləğindən yığılmış borcun Şahin Aliyev tərəfindən hissə-hissə tam ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş 2(043)-2126/2019 saylı, 02.10.2019-cu il tarixli icra sənədinə əsasən 02.10.2019-cu il tarixdən başlayaraq 05.04.2006-cı ildə doğulmuş X5 və 18.11.2010-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay 280,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə Şəhəri üzrə İcra İdarəsində 05.10.2019-cu il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin vaxtaşırı ödənilməsini yerinə yetirməmiş, tələbin icra olunmasını təmin etmək üçün keçirilmiş məcburi icra tədbirləri də qənaətbəxş olmamışdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-57/2020 saylı, 31.05.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, həmçinin borclu Alıyev X8 gəlmiş, icra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi və tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün həmin məhkəmənin 3(043)-333/2020 saylı, 12.05.2020ci il tarixli qərarı ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə və inzibati tənbeh olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə faktiki imkanlarından istifadə etməmiş, təqdimat verilən günə, yəni 06 noyabr 2020-ci il tarixli təqdimatda qeyd edilən yığılıb qalmış 3780.00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən imtina etmiş və məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı elan olunaraq tədqiq edilmiş Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.10.2019cu il tarixli qətnaməsi üzrə verilmiş 2(043)-2126/2019 saylı, 02.10.2019-cu il tarixli icra sənədinə əsasən 02.10.2019-cu il tarixdən başlayaraq 05.04.2006-cı ildə doğulmuş X5 və 18.11.2010-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay 280,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə Şəhəri üzrə İcra İdarəsində 05.10.2019-cu il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin vaxtaşırı ödənilməsini yerinə yetirməmiş, tələbin icra olunmasını təmin etmək üçün keçirilmiş məcburi icra tədbirləri də qənaətbəxş olmamışdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-57/2020 saylı, 31.05.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, həmçinin borclu Alıyev X8 gəlmiş, icra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi və tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün həmin məhkəmənin 3(043)-333/2020 saylı, 12.05.2020ci il tarixli qərarı ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə və inzibati tənbeh olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə faktiki imkanlarından istifadə etməmiş, təqdimat verilən günə, yəni 06 noyabr 2020-ci il tarixli təqdimatda qeyd edilən yığılıb qalmış 3780.00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən imtina etmiş və məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri üzrə İcra idarəsinin «Cinayət məsuliyyətinə cəlb olunma haqqında» təqdimatından görünür ki, 15 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimatla Ədliyyə Nazirliyinin istintaq idarəsinə müraciət olunmuşdur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12/213550001 nömrəli 01 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş 2(043)-2126/2019 saylı, 02.10.2019-cu il tarixli icra sənədinə əsasən 02.10.2019-cu it tarixdən başlayaraq 05.04.2006-cı ildə doğulmuş X5 və 18.11.2010-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borcluya cinayət məsuliyyətin cəlb olunacağı barədə 09.06.2020-ci il,29.06.2020-ci və 19.08.2020-ci il tarixlərdə xəbərdarlıq verilmişdir, buna baxmayaraq, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012/1-313 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 8(043)-57/2020 saylı, 31.05.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 3(043)-333/2020 saylı, 12.05.2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə nzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsində müsbət xarakterizə olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və işin icraatı dayandırılmışdır. «Axtarışda olan şəxsin tutulması barədə» 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.07.2021-ci il tarixdə Gəncə şəhəri ərazisindən saxlanılaraq Kəpəz RPİ-nə gətirilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 27 iyul 2021-ci il tarixli 17/39-3217 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25.07.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hesabına müəssisəyə daxil olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.08.2021-ci tarixli qərarı ilə işin icraatı təzələnmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin şahid ifadələri və iş materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə yanaşı zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, zərərçəkmiş şəxslə razılıq əldə olunmamasını, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini uzun müddət icra edilməməsini, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qaçıb gizlənməsini, axtarışda olub cinayət məsuliyyətindən yayınmağa cəhd göstərməsini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 5 (beş) saat vaxt sərf olunduğundan dövlət büdcəsinin hesabına müdafiəçi X2 30 (otuz) manat məbləğində pul üzvü olduğu Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 25.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına müdafiəçi X2 30 (otuz) manat məbləğində pul üzvü olduğu Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) ödənilməlidir. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-131/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-131/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver