Məhkəmə qərarları › İş №1(043)-132/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-132/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-132/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 14.12.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1988-cİ ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində yetkinlik yaşına çatmayan 3 uşağı olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş,barəsində“ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,261 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 23 mart 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən saat 21 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd iç-içə qoyulmuş qara rəngli kağız bükümdə təmiz çəkisi 0,261 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi» ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 aydır ki “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. şəxsi işləri ilə əlaqədar Samux rayonuna getmiş, rayonun mərkəzində təsadüfən bir nəfər şəxslə rastlaşmış, həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildikdən sonra ona “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşdıqdan sonra 25 manat qarşılığında 1 büküm metamfetamin almışdır. Bundan sonra o, Gəncə şəhərinə gəlib həmin metamfetaminin bir qismini istifadə etmiş, qalanını isə özü istifadə etmək üçün cibində gəzdirmişdir. 23 mart 2021-ci il tarixdə, yaşadığı evin yaxınlığında gəzərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis işçisi kimi təqdim edib üzərində narkotik gəzdirməkdə şübhəli olduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Kəpəz RPB-nin inzibati binasına getmişlər. Bölmənin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində metamfetamin olan bükülü aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükülünün Samux rayonunda tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını bildirmişdir. Əməlindən peşman olduğunu göstərərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 23 mart 2021-ci il tarixdə şəxsin qanunsuz olaraq narkotik əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra Kəpəz Rayon Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:30 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elçin Mansırova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi adlı müdafiəçi polis bölməsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra videokamera vasitəsilə şəxsi axtarış aparan zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağıza bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülü açılarkən iki ədəd iç-içə qoyulmuş kristal formada psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülünün içərisindəki kütlənin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini polis əməkdaşları tərəfindən saxlanıldığı gündən 2 gün əvvəl Samux rayonunda olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 23 mart 2021-ci il tarixdə şəxsin qanunsuz olaraq narkotik əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra Kəpəz Rayon Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid5 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:30 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin inzibati binasına gətirmişlər. Müdafiəçinin iştirakı ilə videokamera vasitəsilə şəxsi axtarış aparan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağıza bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülüdə “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlənin metamfetamin olduğunu, 2 gün əvvəl Samux rayonunda olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını göstərmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək müvafiq protokol tərtib olunmuş və qablaşdırılaraq möhürlənmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid5 oğlunun ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq zamanı şahidlər Şahid3 və Şahid4 Əlyar oğlu ilə eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının 24 mart 2021-ci il tarixli, 16/278 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə» kağız paketdəki, 2 (iki) ədəd iç-içə qoyulmuş qara rəngli kağız bükümdə təmiz çəkisi 0,261 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 12.04.2021-ci il tarixli, 364 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 25.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MYS-dən azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1100 manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cərimə tam ödənilmişdir. Bundan başqa Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 6 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 1(043)-83/21 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Gəncə şəhər Probasiya Şöbəsinin 28.10.2021-ci il tarixli, 39/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 1(043)-83/21 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 02 gün hissəsini çəkmiş, 02 il 24 gün hissəsi çəkilməmiş qalmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 1(043)-132/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barısində seçilmin «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Gəncə 2 saylı İstintaq Təcridaxanasının 27.07.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutularaq 26.07.2021-ci il tarixdə müəssisəyə daxil edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,261 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 23 mart 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən saat 21 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd iç-içə qoyulmuş qara rəngli kağız bükümdə təmiz çəkisi 0,261 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 3 uşağının olmasını əməlindən səmimi peşman olmasını, CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs tərətdiyi cinayət əməlinə görə CM-in 61.1-ci maddəsində göstərilən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli,1(043)-83/2021 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 24 günü CM-nin 68-ci maddəsinə əsasən iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla 01 il 12 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu iki gün nəzərə alınmalıdır. Cəzasının əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş psixotrop vasitə olan 0,211 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli,1(043)-83/2021 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 24 günü CM-in 68-ci maddəsinə əsasən iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla 01 il 12 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 2 (iki) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün cəzasından çıxmaqla üzərində qəti olaraq 01(bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanısın. Cəzasının əvvəli 26.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş psixotrop vasitə olan 0,211 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar