Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-134/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 10 avqust 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayının yaxınlığındakı "xxxx" filialının qarşısında açıq sahədə yol kənarında dayanmış Zərərçəkmiş şəxs3 məxsus BMW X5 markalı, 20- DE-224 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin pəncərəsinin açıq olmasından və avtomobil sahibinin orada olmamasından istifadə edərək avtomobilin salonunda olan Zərərçəkmiş şəxs3 məxsus 380 manat dəyərində **********92961, **********92979 imei kodlu X8 8 markalı mobil telefonu və iki ədəd hər birinin dəyəri 5 manat olan simkartını talayıb zərərçəkmiş şəxsə cəmi 390 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 17 avqust 2020-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri «Grand Qafqaz Ticarət Mərkəzində» yerləşən «Gəncə səbəti» adlanan bazarın içərisində meyvə-tərəvəz məhsulları satmaqla məşğul olan Zərərçəkmiş şəxs1 alış-veriş etdiyi piştaxtanın yanından keçəndə sonuncunun müştəriyə xidmət göstərməsindən istifadə edərək piştaxtanın arxasına qoyduğu Şəmsiyyə Əhmədovuya məxsus 414 manat dəyərində **********34278, **********34286 imei kodlu X8 8 markalı mobil telefonu və iki ədəd hər birinin dəyəri 5 manat olan simkartını talayıb zərərçəkmiş şəxsə cəmi 424 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 09 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Aura Park” Ticarət Mərkəzinin yan tərəfində yerləşən avtomobil təmiri sexinin həyətində açıq sahədə dayanmış Zərərçəkmiş şəxs5 məxsus Mersedes Vito markalı, **- ST-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin pəncərəsinin açıq olmasından və avtomobil sahibinin orada olmamasından istifadə edərək avtomobilin salonunda olan Zərərçəkmiş şəxs5 məxsus 300 manat dəyərində Samsung J6 markalı mobil telefonu və bir ədəd dəyəri 5 manat olan simkartını talayıb zərərçəkmiş şəxsə cəmi 305 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 14 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzinin həyətində açıq sahədə dayanmış Zərərçəkmiş şəxs4 məxsus Nissan Qashqaı markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının kilidinin açıq olmasından və avtomobil sahibinin orada olmamasından istifadə edərək avtomobilin salonunda olan Zərərçəkmiş şəxs4 məxsus 400 manat dəyərində **********89873, **********89872 imei kodlu X8 7 markalı mobil telefonu və bir ədəd dəyəri 5 manat olan simkartını talayıb zərərçəkmiş şəxsə cəmi 405 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 15 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində yerdəşən «Sovxoz Nizami» adlanan dairənin yaxınlığındakı mağazanın qarşısında açıq sahədə yol kənarında dayanmış tütün məmulatlarının səyyari satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 məxsus velosipedin sükanının sol qoluna keçirilmiş sellofanı sahibinin orada olmamasından istifadə edib ələ keçirərək içərisində olan bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd qalın Winston göy filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd nazik Winston göy filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd nazik Winston boz filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd Winston kompakt göy filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd Winston kompakt boz filterli, bir ədədi 1.70 manat olmaqla 17 manat dəyərində 10 ədəd nazik LD boz filterli, bir ədədi 2.50 manat olmaqla 25 manat dəyərində 10 ədəd LD kompakt boz filterli, bir ədədi 2.50 manat olmaqla 25 manat dəyərində 10 ədəd LD kompakt ağ filterli, bir ədədi 1.90 manat olmaqla 19 manat dəyərində 10 ədəd qalın W'incester göy filterli, bir ədədi 1.90 manat olmaqla 19 manat dəyərində 10 ədəd qalın Winchester boz filterli, bir ədədi 2.10 manat olmaqla 21 manat dəyərində 10 ədəd nazik Winchester göy filterli, bir ədədi 2.10 manat olmaqla 21 manat dəyərində 10 ədəd nazik Winchester boz filterli, bir ədədi 2.20 manat olmaqla 22 manat dəyərində 10 ədəd Rothmans kompakt boz filterli, bir ədədi 3 manat olmaqla 21 manat dəyərində 7 ədəd sobranie blue filterli siqaretləri talayıb zərərçəkmiş şəxsə ümumilikdə 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 19 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Şərikli çörək» adlı çörək bişirmə sexinin qarşısında açıq sahədə yol kənarında dayanmış Şahid3 məxsus Mercedes markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının kilidinin açıq olmasından və avtomobil sahibinin orada olmamasından istifadə edərək avtomobilin salonunda olan Şahid3 məxsus 200 manat dəyərində **********87677 kodlu Samsung A8 markalı mobil telefon, bir ədəd dəyəri 5 manat olan simkartını və içərisində müxtəlif milli əskinazlardan ibarət 300 manat məbləğində nəğd pulu talayıb zərərçəkmiş şəxsə ümumilikdə 505 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oğurluq cinayəti törətdiyi üçün hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasmda saxlanılır. Eyni zamanda 2020-ci ilin avqust, oktyabr aylarında Gəncə şəhəri ərazisində müxtəlif vaxtlarda oğurluq cinayətləri də törətmiş, tanımadığı şəxslərin avtomobillərindən gizli yolla mobil telefonlar talamışdır. 10 avqust 2020-ci il tarixdə, saat 13 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə «İmperial» şadlıq sarayı istiqamətində piyada yolun kənarı ilə gedən vaxt poçtun qarşısında dayanmış qara rəngli BMW X5 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin pəncərəsinin açıq vəziyyətdə olduğunu və avtomobildə isə heç kəsin olmadığını görüb güman etmişdir ki, sürücü avtomobili tərk edərək yaxınlıqdakı poçta daxil olmuşdur. O, avtomobilin yanından ötüb keçən vaxt salonda mobil telefon olduğunu görüb oğurlamaq qərarına gəlmiş, ətrafa baxıb kənarda heç kəsin olmadığını, oğurluq cinayəti törədəcəyi halda kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin mobil telefonu avtomobilin salonundan oğurlayıb oradan uzaqlaşmışdır. O, oğurladığı mobil telefonun markasına baxıb “X8 8” markalı mobil telefon olduğunu müəyyən etmiş və telefonun içərisində olan iki ədəd Bakcell operatoruna məxsus danışıq kartlarım çıxardıb sındıraraq yol kənarında xatırlamadığı yerə atmışdır. Bundan sonra cinayət yolu ilə əldə etdiyi həmin X8 8 markalı mobil telefonu satmaq üçün Gəncə şəhəri Mərkəzi Univermağm yanına getmişdir. O, Univermağm qarşısında həmin mobil telefonu əvvəllər tanımadığı, adını bilmədiyi şəxsə 100 manata satmışdır. Mobil telefonu satdığı şəxsə həmin telefonun özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satdığım bildirmişdir. O, cinayət yolu ilə əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 17 avqust 2020-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri «Grand Qafqaz» Ticarət Mərkəzində yerləşən «Gəncə səbəti» adlanan bazara getmişdir. Piştaxtaların qarşısı ilə gedən zamanı görmüşdür ki, meyvə-tərəvəz satan tanımadığı bir nəfər qadın müştəri üçün sellofan torbaya meyvə yığır. Həmin vaxt piştaxtanın arxasında sahibsiz vəziyyətdə olan qadına məxsus mobil telefon onun diqqətini çəkmiş və həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra ətrafa baxıb oğurluq cinayəti törədəcəyi halda kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin mobil telefonu piştaxtanın arxasından oğurlayıb bazardan uzaqlaşıb getmişdir. Oğurladığı mobil telefonun markasına baxıb X8 8 markalı mobil telefon olduğunu müəyyən etmiş və telefonun içərisində olan danışıq kartını çıxardıb sındıraraq bazarın kənarında xatırlamadığı yerə atmışdır. Bundan sonra cinayət yolu ilə əldə etdiyi həmin X8 8 markalı mobil telefonu satmaq üçün Gəncə şəhəri Mərkəzi Univermağm qarısına getmiş, orada əvvəllər tanımadığı, adını bilmədiyi şəxsə həmin mobil telefonu 70 manata satmışdır. Mobil telefonu satdığı şəxsə həmin telefonun özünə məxsus olduğunu bildirib cinayət yolu ilə əldə etməyi barədə heç nə deməmişdir. O, cinayət yolu ilə əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 09 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Aura Park»ın yanında yerləşən avtomobil təmiri sexində gəzən zamanı pəncərəsi açıq vəziyyətdə olan sahibsiz Mersedes Vito markalı avtomobilin salonuna baxanda qara rəngli mobil telefon görüb həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin avtomobilin sahibi yaxınlıqda olmamış və o, ətrafda kənar şəxslər görməmişdir. Eyni zamanda ətrafa baxıb kənarda heç kəsin olmadığını, oğurluq cinayəti törədəcəyi halda kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin mobil telefonu avtomobilin salonundan oğurlayıb oradan uzaqlaşmışdır. Oğurladığı mobil telefonun markasına baxıb Samsung J 6 markalı mobil telefon olduğunu müəyyən etmiş və telefonun içərisində olan bir ədəd Bakcell operatoruna məxsus danışıq kartını çıxardıb sındıraraq Ş.İ.Xətai prospektində xatırlamadığı yerdə yol kənarına atmışdır. Bundan sonra cinayət yolu ilə əldə etdiyi həmin Samsung J6 markalı mobil telefonu satmaq üçün Gəncə şəhəri Mərkəzi Univermaqda yerləşən dükana daxil olub adını bilmədiyi satıcıya yaxınlaşaraq özünə məxsus mobil telefonu şəxsi ehtiyacı olduğu üçün satmaq istədiyini bildirəndə həmin şəxs mobil telefona baxıb bəyənsə də oğurluq olub-olmadığını soruşanda o, telefonun oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs telefonun işlənmiş vəziyyətdə olduğuna və onun sözlərinə inanıb cinayət yolu ilə əldə etdiyi həmin Samsung J6 markalı mobil telefonu ondan almışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin mobil telefonu hansı qiymətə satdığını xatırlamasa da həmin dükanın yerləşdiyi yeri bilmişdir. 14 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən «Alov» Ticarət Mərkəzinin içərisində piyada gəzən vaxt ticarət mağazalarının qarşısında sahibsiz dayanmış Nissan markalı avtomobilin yanından ötüb keçəndə avtomobilin salonunda sürətlər qutusunun yanında mobil telefon görmüşdür. Ətrafa baxıb kənarda heç kimin olmadığına və oğurluq cinayəti törədərsə kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış, avtomobilin qapılarının bağlı olub-olmadığını yoxlamaq üçün sürücü tərəfdən qapıya əl atanda qapının açıq olduğunu görmüş, cəld avtomobilin qapısını açıb salona daxil olaraq sürətlər qutusunun yanında olan mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Oğurladığı mobil telefonun markasına baxıb X8 7 markalı mobil telefon olduğunu müəyyən etmiş və telefonun içərisində olan danışıq kartını çıxardıb sındıraraq xatırlamadığı yerə atmışdır. Bundan sonra cinayət yolu ilə əldə etdiyi həmin X8 7 markalı mobil telefonu satmaq üçün Gəncə şəhəri Mərkəzi Univermağın qarısına getmiş, orada əvvəllər tanımadığ, adını bilmədiyi şəxsə həmin mobil telefonu 80 manata satmışdır. Mobil telefonu satdığı şəxsə həmin telefonun özünə məxsus olduğunu deyib cinayət yolu ilə əldə etməyi barədə heç nə bildirməmişdir. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 15 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində yerləşən «Sovxoz Nizami» adlanan dairənin yaxınlığından keçib gedən vaxt yolun sol tərəf kənarındakı ərzaq mağazasının qarşısında sahibsiz velosipedin olduğunu görmüşdür. Həmin velosipedin sükanının sol qoluna asılmış sellofan torba onun diqqətini çəkdiyi üçün həmin torbanı oğurlamaq qərarına gəlmişdir. O, velosipedin yanma yaxınlaşıb bir qədər orada dayandıqdan sonra ətrafda heç kimin olmadığına, kiminsə ona diqqət etmədiyinə əmin olduqdan sonra velosipedin sol qoluna asılmış sellofan torbanı götürüb dərhal oradan uzaqlaşıb getmişdir. O, yolda ikən gedəndə torbanın içərisinə baxanda orada müxtəlif çeşiddə təxminən 50-60 ədəd siqaret qutuları görmüşdür. O, həmin siqaretləri satmaq üçün Gəncə şəhəri Nizami küçəsində yerləşən Zabitlər evinin qarşısındakı yol kənarında olan ticarət köşkünə yaxınlaşmış, həmin ticarət köşkündə işləyən əvvəllər tanımadığı, adını bilmədiyi şəxsə yaxınlaşıb müxtəlif çeşiddə siqaretlər satdığını bildirmişdir. Həmin şəxs siqaretlərin oğurluq olub-olmadığını soruşandə o, siqaretlərin oğurluq olmadığını, sadəcə olaraq ailəsini dolandırmaq məqsədilə topdan satış mağazasından ucuz qiymətə alıb satdığını söyləmişdir. Həmin şəxs onun sözlərinə inanıb sayını dəqiq bilmədiyi Winston, LD, Winchester, Rothmans, Sobranie markalı 50-60 ədəd siqaretləri 250 manat pulun müqabilində ondan almışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 19 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə şəhərin mərkəzi istiqamətində piyada gedərkən «Şərikli çörək» adlanan çörək bişirmə sexinin qarşısından keçəndə orada dayanmış Mercedes markalı avtomobilin salonuna baxanda avtomobilin ön sağ oturacağının üzərində bir ədəd mobil telefon və pul qabı görüb həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. O, ətrafa baxıb kənarda heç kimin olmadığına və oğurluq cinayəti törədərsə kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış, avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu görüb qapını açaraq salona daxil olub oturacağın üzərindəki bir ədəd mobil telefon və pul qabını götürüb oradan uzaqlaşıb getmişdir. O, oğurladığı mobil telefonun markasına baxıb Samsung A8 markalı mobil telefon olduğunu müəyyən etmiş və telefonun içərisində olan danışıq kartını çıxardıb xatırlamadığı yerdə yol kənarına atmışdır. Eyni zamanda avtomobildən oğurladığı pul qabının içərisinə baxanda orada müxtəlif əskinazlardan ibarət təxminən 200 və ya 300 manat mələğində pul olduğunu görmüşdür. O, həmin məbləğdə pulu götürüb cibinə qoymuş və pul qabını isə xatırlamadğı yerdə məişət tullantıları qutusuna atdmışdır. Bundan sonra cinayət yolu ilə əldə etdiyi həmin Samsung A8 markalı mobil telefonu satmaq üçün Gəncə şəhəri Mərkəzi Univermağa getmişdir. O, Univermaqda yerləşən dükana daxil olub adını bilmədiyi satıcıya yaxınlaşaraq özünə məxsus mobil telefonu şəxsi ehtiyacı olduğu üçün satmaq istədiyini bildirəndə həmin şəxs mobil telefona baxıb bəyənsə də oğurluq olub-olmadığını soruşanda o, telefonun oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs telefonun işlənmiş vəziyyətdə olduğuna və onun sözlərinə inanıb cinayət yolu ilə əldə etdiyi həmin Samsung A8 markalı mobil telefonu 120 manata ondan almışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Mobil telefonu satdığı şəxsin soyadını, anket məlumatlarını bilməsə də həmin dükanı xatırlayır. Mobil telefonları satdığı şəxsləri tanımamışdır. O, oğurladığı mobil telefonları Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında tanımadığı, xarici görkəminə görə ətraf rayonlardan gələn şəxslərə satmış, ancaq iki ədəd mobil telefonları isə satdığı satıcılarını tanımasa da Gəncə şəhəri Mərkəzi Univermaqda yerləşən mobil telefonların alqı-satqısı dükanına satmışdır. Satdığı mobil telefonların özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əgər mobil telefonların oğurluq olduğunu bildirsəydi heç kim ondan telefon almazdı. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu, dəfələrlə oğurluq cinayəti törətməsinə baxmayaraq tutduğu əməlin bəraət qazandıracaq heç bir tərəfinin olmadığını dərk etdiyini bildirmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncə Regional Mərkəzində koordinator vəzifəsində işləyir. 10 avqust 2020-ci il tarixdə, saat 12:30 radələrində o, özünə məxsus BMW X5 markalı, 20-DE- 224 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə gedib Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən "xxxx" MMC-nin filialının qarşısında yol kənarında dayanmış, özünə məxsus X8 8 markalı mobil telefonunu avtomobilin salonunda qoyub avtomobilini tərk edərək poçta daxil olmuş və həmin vaxt avtomobilin pəncərəsi açıq vəziyyətdə olmuşdur. Təxminən 5 dəqiqədən sonra o, poçtdan çıxıb avtomobilinə əyləşəndə özünə məxsus X8 8 markalı mobil telefonunun yerində olmadığını görmüşdür. O, telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilib dərhal Kəpəz Rayon Polis İdarəsinə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ona məxsus həmin X8 8 markalı mobil telefonun içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuş, həmin mobil telefonun imei kodu isə **********92961, **********92979 olmuşdur. Naməlum şəxs və ya şəxslər tərəfindən içərisində iki ədəd danışıq kartları ilə birlikdə X8 8 markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilikdə 390 manat məbləğində maddi ziyan dəymiş və avtomobilindən həmin mobil telefondan başqa digər əşyalar oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, «Grand Qafqaz» Ticarət Mərkəzində yerləşən «Gəncə səbəti» adlanan bazarın içərisində meyvə-tərəvəz məhsulları satmaqla məşğuldur. O, hər gün səhər saatlarında bazara gedir, saat 20 radələrində isə evinə qayıdır. 17 avqust 2020-ci il tarixdə həmişə olduğu kimi işlədiyi «Gəncə səbəti» adlanan bazara getmiş, meyvə-tərəvəz məhsullarını alış-veriş etdiyi piştaxtanın üzərinə düzüb alver etməyə başlamışdır. Həmin gün saat 11 radələrində tanımadığı müştəri alış-veriş etdiyi pixtaxtaya yaxınlaşıb meyvə almaq istədiyi üçün o, özünə məxsus imei kodu **********34278, **********34286 olan X8 8 markalı mobil telefonunu piştaxtanın arxasına açıq yerdə qoymuş və həmin müştərinin istədiyi meyvələri torbaya yığmağa başlamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra müştərini yola salıb piştaxtanın arxasına yaxınlaşanda özünə məxsus X8 8 markalı mobil telefonunun yerində olmadığını görmüşdür. O, mobil telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilib dərhal yaşadığı evdən istifadə etdiyim həmin mobil telefonunun qutusunu götürüb Kəpəz Rayon Polis İdarəsinə getmiş və ona məxsus mobil telefonunun oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus iki ədəd danışıq kartalrı ilə birlikdə 424 manat dəyərində X8 8 markalı mobil telefonu oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 09 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində o, özünə məxsus Mersedes Vito markalı, **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini təmir etdirmək üçün Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Aura Park” Ticarət mərkəzinin yanında yerləşən avtomobil təmiri sexinə getmişdir. O, avtomobildən düşüb ustanın yanına yaxınlaşmış, həmin vaxt havalar isti olduğu üçün avtomobilinin pəncərəsi açıq vəziyyətdə olmuşdur. Təxminən 15-20 dəqiqə keçdikdən sonra qayıdıb avtomobilinə əyləşən zamanı özünə məxsus Samsung J6 markalı mobil telefonunun yerində olmadığını görmüşdür. O, telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilib dərhal Kəpəz Rayon Polis İdarəsinə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ona məxsus həmin Samsung J6 markalı mobil telefonun imei kodunu bilməsə də telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Naməlum şəxs və ya şəxslər tərəfindən içərisində bir ədəd danışıq kartı ilə birlikdə Samsung J6 markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilikdə 305 manat məbləğində maddi ziyan dəymiş və mobil telefondan başqa avtomobilindən digər əşyalar oğurlanmamışdır. O, istər avtomobilindən düşüb ustanın yanma gedən vaxt, istərsə də avtomobilinə yaxınlaşan vaxt ətrafda özünü şübhəli aparan şəxs görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, Samux Rayon Su İdarəsində eletrik işləyir. 14 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində o, həyat yoldaşı X4 ilə birlikdə özünə məxsus Nissan Qashqaı markalı, 51- BD-122 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadıqları Samux rayonundan Gəncə şəhərinə gəlmişlər. Onlar alış-veriş etmək üçün Gəncə şəhəri H.Əliyev prospektində yerləşən «Alov» Ticarət Mərkəzinə getmişlər və idarə etdiyi avtomobilini ticarət Mərkəzinin içərisində saxlamışdır. O, həyat yoldaşı Rəqsanə Poladova ilə birlikdə alış-veriş etmək üçün avtomobildən düşüb ticarət obyektlərinə yaxınlaşmışlar və həmin vaxt o, avtomobilin qapısının kilidini bağlamağı unutmuşdur. Onlar avtomobildən düşəndə həyat yoldaşı Rəqsanə Poladovanın istifadəsində olan X8 7 markalı mobil telefonu lazım olmadığı üçün öləri ilə götürməmişlər və həmin mobil telefonu avtomobilin sürətlər qutusunun yanında gözlə sərbəst görünən yerdə qoyub avtomobildən yerə düşmüşlər. Onlar alış-veriş etdikdən sonra qayıdıb avtomobilə minəndə həmin X8 7 markalı mobil telefonun yerində olmadığını görmüşlər. Onlar telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilib dərhal Kəpəz Rayon Polis İdarəsinə getmişlər və ona məxsus X8 7 markalı mobil telefonun oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış həmin X8 7 markalı mobil telefonu o, işləyib yığdığı özünə məxsus pul müqabilində almış, həmin mobil telefon onun özünə məxsus olsa da istifadə etmək üçün həyat yoldaşı Rəqsanə Poladovaya vermişdir. Naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ona məxsus həmin X8 7 markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmuş, həmin mobil telefonun imei kodu isə **********89873, **********89872 olmuşdur. Naməlum şəxs və ya şəxslər tərəfindən içərisində bir ədəd danışıq kartı ilə birlikdə X8 7 markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilikdə 405 manat məbləğində maddi ziyan dəymiş və mobil telefondan başqa avtomobildən digər əşyalar oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, İİİ qrup əlildir, səhhəti ilə əlaqədar olaraq iş qabiliyyətini itirdiyi üçün ailəsini dolandırmaq məqsədilə fərdi qaydada marketlərdən siqaret alıb özünə məxsus velosipedlə səyyyari şəkildə küçələrdə satır. 15 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində özünə məxsus velosipedlə Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində yerləşən «Sovxoz Nizami» adlanan dairənin yaxınlığında gedib yolun sol tərəfində yerləşən topdan satış siqaret mağazasının qarşısında yol kənarında velosipedini saxlayıb siqaret almaq üçün marketə daxil olmuşdur. 350 manat dəyərində müxtəlif markalı siqaretləri yığdığı qara rəngli sellofan torba velosipedin sol qolundan asılı vəziyyətdə olmuş və heç kimin həmin torbanı götürməyəcəyini fikirləşib marketə daxil olanda həmin sellofan torbanı özü ilə götürməmişdir. O, topdan satış siqaret mağazasına daxil olub satmaq üçün müxtəlif markalı siqaretldər almış və təxminən yarım saatdan sonra mağazanın qarşısında saxladığı velosipedinin yanma qayıdanda velosipedin sol qolundan asdığı içərisində müxtəlif markalı siqaretlər olan qara rəngli sellofan torbanın yerində olmadığını görmüşdür. O, naməlum şəxs və ya şəxslər tərəfindən velosipedin sol qolundan asdığı içərisində müxtəlif markalı siqaretlər olan sellofan torbanın oğurlandığını bilib dərhal Kəpəz Rayon Polis İdarəsinə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən velosipedin sol qolundan asdığı içərisində müxtəlif markalı siqaretlər olan qara rəngli sellofan torbanın oğurlanması nəticəsində ona ümumilikdə 350 manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus velosipedin sol qolundan asdığı qara rəngli sellofan torbanın içərisində bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd qalm Winston göy filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd nazik Winston göy filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd nazik Winston boz filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd Winston kompakt göy filterli, bir ədədi 3.20 manat olmaqla 32 manat dəyərində 10 ədəd Winston kompakt boz filterli, bir ədədi 1.70 manat olmaqla 17 manat dəyərində 10 ədəd nazik LD boz filterli, bir ədədi 2.50 manat olmaqla 25 manat dəyərində 10 ədəd LD kompakt boz filterli, bir ədədi 2.50 manat olmaqla 25 manat dəyərində 10 ədəd LD kompakt ağ filterli, bir ədədi 1.90 manat olmaqla 19 manat dəyərində 10 ədəd qalın Winchester göy filterli, bir ədədi 1.90 manat olmaqla 19 manat dəyərində 10 ədəd qalın Winchester boz filterli, bir ədədi 2.10 manat olmaqla 21 manat dəyərində 10 ədəd nazik Winchester göy filterli, bir ədədi 2.10 manat olmaqla 21 manat dəyərində 10 ədəd nazik Winchester boz filterli, bir ədədi 2.20 manat olmaqla 22 manat dəyərində 10 ədəd Rothmans kompakt boz filterli, bir ədədi 3 manat olmaqla 21 manat dəyərində 7 ədəd sobranie blue filterli siqaretlər olmuşdur. O, velosipedindən düşüb mağazaya daxil olan vaxt və mağazadan çıxıb velosipedinə yaxınlaşan vaxt ətrafda özünü şübhəli aparan şəxs görməmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasına gəlməmiş zərərçəkmiş şəxs Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 19 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində özünə məxsus Mercedes markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə yaşadığı evə gedərkən həmin prospektdə yerləşən «Şərikli çörək» adlı çörək bişirmə sexinin qarşısından keçəndə çörək almaq qərarına gəlmiş və idarə etdiyi avtomobilini həmin çörək bişirmə sexinin qarşısında saxlayıb avtomobildən yerə düşmüşdür. O, qısa müddət ərzində çörək alıb qayıdacağı üçün avtomobilin qapısının kilidini bağlamamış, həmin vaxt ona məxsus Samsung A 8 markalı mobil telefonu qabaq oturacağın üzərində olmuş və maşının salon hissəsində isə ona məxsus 300 manat məbləğində pulu olmuşdur. O, çörək almaq üçün həmin çörək bişirmə sexinə daxil olmuş və orada müştərilər çox olduğu üçün bir qədər gözlədikdən sonra çörək alıb gəlib avtomobilinə əyləşəndə qabaq oturacağın üzərindəki ona məxsus imei kodu **********87677 olan Samsung A 8 markalı mobil telefonunun və maşının salon hissəsində olan ona məxsus 300 manat məbləğində pulunun yerində olmadığını görmüşdür. O, telefonunun və 300 manat məbləğində pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilib dərhal Kəpəz Rayon Polis İdarəsinə gedərək bu barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən içərisində bir ədəd sim kartla birlikdə 205 manat dəyərində Samsung A 8 markalı mobil telefonu və maşının salon hissəsində olan ona məxsus 300 manat məbləğində pulunun oğurlanması nəticəsində ümumilikdə ona 505 manat məbləğində maddi ziyan dəymişdir. O, avtomobilindən düşüb çörək bişirmə sexinə daxil olan vaxt və çörək bişirmə sexindən çıxıb avtomobilinə yaxınlaşan vaxt ətrafda özünü şübhəli aparan şəxs görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Gəncə şəhəri Nizami küçəsində yerləşən Mərkəzi Univermaqda yerləşən telefon dükanında mobil telefonların alışı və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2020-ci ilin oktyabr ayında dəqiq vaxtını xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onun yanma gələrək qara rəngli Samsung J6 markalı mobil telefon satdığını bildirmiş və həmin telefonu ona təqdim etmişdir. O, telefona baxıb səliqəsiz vəziyyətdə işlənmiş telefon olduğunu, üz ekranının çatlamış vəziyətdə olduğunu görmüş və mobil telefonun təmirə ehtiyacı olduğunu Naibə bildirimşdir. O, Təqsirləndirilən şəxs həmin mobil telefonu neçəyə satdığım soruşanda sonuncu 120 manata satdığını bildirmişdir. O, isə telefonu 70 manata alacağını bildirmiş və onlar razılaşmışlar. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi əsasında sonuncudan Samsung J6 markalı mobil telefonu 70 manata almış və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini də çıxardıb özündə saxlamışdır. O, Təqsirləndirilən şəxs aldığı həmin mobil telefonun cinayət yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. Bundan sonra mövcud vəziyyətlə əlaqədar olaraq həm müharibə dövrü oluğu üçün, həm də pandemiya ilə əlaqədar olaraq alver olmamış və bu şəbədə görə də həmin telefonu sata bilməmişdir. O, Samsung J6 markalı mobil telefonu və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Nizami küçəsində yerləşən Mərkəzi Univermaqda yerləşən telefon dükanında mobil telefonların alışı və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2020-ci ilin oktyabr ayında dəqiq vaxtını xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onun yanma gələrək qara rəngli Samsung A8 markalı mobil telefon satdığını bildirmiş və həmin telefonu ona təqdim etmişdir. O, telefona baxıb bəyənmiş, həmin telefon işlənmiş vəziyyətdə olsa da az və səliqəli işlənmiş telefon olmuşdur. O, Təqsirləndirilən şəxs həmin mobil telefonu neçəyə satdığını soruşanda sonuncu 170 manata satdığını bildirmişdir. O, isə telefonu 120 manata alacağını bildirmiş və onlar razılaşmışlar. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi əsasında sonuncudan Samsung A8 markalı mobil telefonu 120 manata almış və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini də çıxardıb özündə saxlamışdır. O, Təqsirləndirilən şəxs aldığı həmin mobil telefonun cinayət yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. Bundan sonra mövcud vəziyyətlə əlaqədar olaraq həm müharibə dövrü oluğu üçün, həm də pandemiya ilə əlaqədar olaraq alver olmamış və bu şəbədə görə də həmin telefonu sata bilməmişdir. O, Samsung A8 markalı mobil telefonu və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 10 avqust 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Əvəzli tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən «Azərpoçt MMC»-nin filialının qarşısında Zərərçəkmiş şəxs3 məxsus BMW markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Çərkəz Mustafaoğlu tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri «Grand Qafqaz Ticarət Mərkəzində» yerləşən «Gəncə səbəti» adlanan bazarın içərisində meyvə- tərəvəz məhsulları satmaqla məşğul olan Zərərçəkmiş şəxs1 alış-veriş etdiyi piştaxtaya baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2020-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 17 avqust 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Çərkəz Mustafaoğlu tərəfindən “Grand Qafqaz Ticarət Mərkəzində” yerləşən “Gəncə səbəti” adlanan bazarda quraşdırılan təhlükəsizlik kamerasından götürülmüş DVD baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, 17 avqust 2020-ci il tarixdə, saat 11:10 radələrində həmin bazarda ticarətlə məşğul olan Zərərçəkmiş şəxs1 başının işə qarışıq olmasından istifadə edən bir nəfər cavan kişi piştaxtanın arxasına keçib Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu oğurlayaraq bazardan getmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Əvəzli tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Aura Park” Ticarət Mərkəzinin yan tərəfində yerləşən avtomobil təmiri sexinin həyətində Zərərçəkmiş şəxs5 məxsus Mersedes Vito markalı, **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14oktyabr 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cabbar Məmmədov tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzinin həyətində Zərərçəkmiş şəxs4 məxsus Nissan Qashqaı markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 oktyabr 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Mansırov tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Şərikli çörək» adlı çörək bişirmə sexinin qarşısına baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 15 oktyabr 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Ceyhun Mustafayev tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində yerdəşən «Sovxoz Nizami» adlanan dairənin yaxınlığındakı topdan satış mağazasının qarşısına baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 10 aprel 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkiliş vsitəsilə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək müxtəlif vaxtlarda oğurluq cinayəti törətdiyi yerləri göstərmiş, bu barədə protokol tərtib olunmuş və istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə edilmiş 11 aprel 2021-ci il tarixli “Əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi Samsung A 8 markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti Şahid1 götürülmüş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 11 aprel 2021-ci il tarixli “Əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi Samsung J 6 markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti Şahid2 götürülmüş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 13 aprel 2021-ci il tarixli “Əşyanın tanınma üçün təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə götürülmüş Samsung A8 markalı mobil telefon üç ədəd digər mobil telefonların içərisində 4 rəqəmi ilə nömrələnərək 1, 2, 3 və 4 nömrəsi ilə nömrələnib tanınması üçün Şahid3 təqdim olunmuş, Şahid3 ona təqdim olunan sıra sayı ilə düzülmüş mobil telefonlara baxaraq işlənmiş vəziyyətdə olması baxımından ona təqdim edilən telefonlar içərisində 4 nömrəsi ilə nömrələnmiş mobil telefonu göstərib özünə məxsus olduğunu bildirmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 13 aprel 2021-ci il tarixli “Əşyanın tanınma üçün təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə götürülmüş Samsung J6 markalı mobil telefon üç ədəd digər mobil telefonların içərisində 2 rəqəmi ilə nömrələnərək 1, 2, 3 və 4 nömrəsi ilə nömrələnib tanınması üçün Zərərçəkmiş şəxs5 təqdim olunmuş, Zərərçəkmiş şəxs5 ona təqdim olunan sıra sayı ilə düzülmüş mobil telefonlara baxaraq ekran üzərinə çəkilmiş üzlüyün soyulması və işlənmiş vəziyyətdə olması baxımından ona təqdim edilən telefonlar içərisində 2 nömrəsi ilə nömrələnmiş mobil telefonu göstərib özünə məxsus olduğunu bildirmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 aprel 2021-ci il tarixli, 9/2232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4 ədəd müxtəlif markalı mobil telefonların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust - 2020-ci ilin oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 820,00 manat müəyyən edilir. Belə ki, - X8 8 markalı istifadədə olmuş mobil telefon aksesuarsız 2020-ci ilin avqust ayına - 220,00 manat, - 2019-cu il istehsalı olan Samsung J6 markalı istifadədə olmuş mobil telefon aksesuarsız 2020-ci ilin oktyabr ayına - 240,00 manat, X8 7 markalı istifadədə olmuş mobil telefon 2020-ci ilin oktyabr ayına - 160,00 manat, 2020-ci il istehsalı olan Samsung A8 markalı istifadədə olmuş mobil telefon 2020-ci ilin oktyabr ayına - 200,00 manat olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi oğurluq əməllərindən birincisi, yəni 10 avqust 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayının yaxınlığındakı "xxxx" filialının qarşısında açıq sahədə yol kənarında dayanmış Zərərçəkmiş şəxs3 məxsus BMW X5 markalı, 20- DE-224 dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən Zərərçəkmiş şəxs3 məxsus 380 manat dəyərində **********92961, **********92979 imei kodlu X8 8 markalı mobil telefonu və iki ədəd hər birinin dəyəri 5 manat olan simkartını oğurlaması ibtidai istintaq orqanı tərəfindən təkrarlıq əlaməti ilə tövsif olunsa da məhkəmə bununla razılaşmır. Belə ki, ibtidai istintaq orqanı həmin əməlin təqsirləndirilən şəxsin barəsində başqa oğurluq cinayətləri törətməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icraatında cinayət işi olan zaman törədilməsinə əsaslanmışdır. Lakin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisələri xronoloji baxımdan daha sonra, yəni 2021-ci ilin yanvar və fevral aylarında baş vermişdir. Bu isə 10 avqust 2020-ci ildə törədilmiş əməlin təkrarlıq əlaməti ilə tövsif olunmasını istisna edir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq həmin epizod üzrə təkrarlıq əlamətinin ittihamdan xaric edilməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, bundan başqa Nərimanov Rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 18.12.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 08.11.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 1(044)-31/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 11 noyabr 2018-ci il tarixdən hesablanmaqla 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-141/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 10 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi üçün, Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət isə böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün Azərbyacan Respublikası CM-in 18.4.1 və 18.4.2ci maddələrinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 1(044)-31/2019 saylı hökmü ilə bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 08.11.2019-cu il tarixdə çəkib qurtarmışdır. Hazırkı cinayət əməlini isə az ağır cinayətə görə məhkumluğun ödənilmədiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa hazırkı cinayət işi məhkəmənin icraatında olarkən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-141/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmü ilə cəzasının əvvəli 10 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-141/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplama yolu ilə qəti cəza təyin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-141/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş müddəti qəti cəzaya hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Samsung J6 markalı mobil telefon və Samsung A8 markalı mobil telefon saxlanılması üçün müvafiq olaraq qanuni sahibləri olan Şahid3 və Zərərçəkmiş şəxs5 verilmişdir. Həmin əşyaların qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, iki ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-141/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – Samsung J6 markalı mobil telefon və Samsung A8 markalı mobil telefonların qanuni sahiblərinə qaytarılması nəzərə alınsın, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-134/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-134/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver