Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-135/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, 4-cü döngə,ev 10, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi “Mercedes Benz 190 minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin bərabərliyində arxaya hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq yolun solundan sağ tərəfinə keçmək istəyən piyadanı avtomobilin arxa tərəfi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirini etiraf etdi və göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat təqribən 11:00 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev küçəsi ilə Dəmir yol vağzalı istiqamətində, “Baza” adlanan ticarət mərkəzinə avtomobili ilə hərəkətdə olarkən, ticarət mərkəzinin yaxınlığına çatdıqda avtomobilini saxlamağa yer axtaran zaman arxa hissədə yer olmasını görüb, avtomobilini geri istiqamətdə idarə etməyə başlamış və təqribən 4-5 metr məsafə geriyə hərəkət etdikdə ani bir vaxtda arxaya baxdıqda insan qolu görüb və gördüyü andaca tormoz edərək avtomobilinin hərəkətini tam saxlamışdır. Dərhal avtomobildən enib, arxasına keçdikdə, əvvəllər tanımadığım bir nəfər qadının yerdə uzandığını görmüşdür. Ətrafdakı şəxslərin köməyi ilə piyadanı avtomobilinə qoymuş və onu Gəncə şəhər 3 saylı TTYX-na aparmışdır. Hadisədən 3 gün sonra Zərərçəkmiş şəxs öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs olanlara görə peşmançılıq çəkib təəssüfləndiyini bildirdi. O, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi və mənəvi zərərin əvəzini ödədiyini və onunla barışdığını qeyd etdi. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsi zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və ekspert rəyləri ilə də sübut olunur. Belə ki, zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində işdə olarkən tanımadığı bir nəfər şəxs istifadəsində olan telefon nömrəsinə xatırlamadığı telefon nömrəsindən zəng edib anasının yol nəqliyyat hadisəsi ilə əlaqədar xəstəxanada olduğunu demişdir. Bundan sonra dərhal işdən çıxıb xəstaxanaya getmişdir. Xəstəxanada olan zaman anasını Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığında özünə məxsus “Mercedes Benz 190 minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arxa-arxaya verən zaman vurmasını öyrənmişdir. Anası təxminən 4 gündən sonra xəstaxanada aldığı xəsarətlərdən vəfat etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam həcmdə ödənildiyini, eyni zamanda təqsirləndirilənə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunan Şahid1 həmin ifadədə bildirmişdir ki, 2010-cu il tarixindən etibarən Azərbaycan Respublikası DİO-da xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə həmkarı polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən təxminən saat 11 radələrində Gəncə şəhərində Heydər Əliyev prospekti ilə X6 prospektlərinin kəsişmələrində “Mercedes Benz 190 minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs avtomobili ilə vurmuşdur. Təqsirləndirilən şəxs onlara hadisə nəticəsində xəsarət alan Zərərçəkmiş şəxs avtomobilində olmasını və xəstaxanaya aparılması üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Dərhal Zərərçəkmiş şəxs xəstaxanaya çatdırılması üçün Təqsirləndirilən şəxs lazımi köməklik göstərilmiş və bu barədə polis idarəsinə məlumat vermişdir. Lakin, Zərərçəkmiş şəxs təxminən 4 gündən sonra aldığı xəsarətlərdən xəstaxanada ölməsini eşitmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunan Şahid2 həmin ifadədə bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində həmkarı Şahid1 ilə xidmətdə olarkən Gəncə şəhərinin Heydər Əliyev prospekti ilə X6 prospektlərinin kəsişmələrində “Mercedes Benz 190 minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs avtomobili ilə vurmasını, piyadanın avtomobilində olmasını və xəstəxanaya aparılmasında onlardan köməklik istəmişdir. Onlar da dərhal Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsın xəstəxanaya çatdırılması üçün köməklik göstərmişlər. İş materiallarına: 70-74 saylı vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 12 nömrəli ekspert rəyindən görünür ki, mərhumZərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə-gicgah nahiyəsində sərt qişa üstündə epidural hematoma, baş beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma; sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına sağ gicgah nahiyəsində qansızma; döş qəfəsinin sağ tərəfinin İİİ qabırğanın ön qoltuqaltı xətti üzrə sınması; sınıq ətrafı yumşaq toxumalara qansızma; sol bud nahiyəsinin qançırı, sağ ayağın bayır topuğunun sıyrığı həyatidir, - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilmişxəsarətlərqərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. 86-87 saylı vərəqlərdə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxx 2020-ci il tarixli, 8/375 nömrəli rəyindən görünür ki, “Mercedes Benz 190” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 126 saylı vərəqdə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Gəncə RQİ və TBŞ-nin xx.xx.2020-ci il tarixli, 313-2828-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AB seriyalı 775515 saylı BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Lakin, xx.xx.2020-ci il tarixdən sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. 14 saylı vərəqdə əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2020-ci il tarixli, 398/2020 nömrəli tibbi müayinə aktından isə görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman ayıq vəziyyətdə olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Qeyd olunan normadan göründüyü kimi nəqliyyat vasitəsinin geriyə hərəkəti kifayət qədər təhlükəli manevrdir və bu manevri etmək üçün sürücü bütün mümkün ehtiyat tədbirlərini görməli, zərurət olduqda hətta başqa şəxslərin köməyindən istifadə etməlidir. Buna baxmayaraq Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini geriyə hərəkət etdirərkən bu hərəkətin yol hərəkətinin digər iştirakçıları üçün təhlükəsiz olmasından əmin olmadan manevr etmiş, bu zaman zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirilməsi nəticəsində onun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi, təqsirini etiraf etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəymiş zərərin aradan qaldırılmasına cəhd etməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Bundan başqa, cinayət işinin materiallarına 61 saylı vərəqdə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən aşağı həddə təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı qərarını əsaslandırarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbini də nəzərə alır. Belə ki, həmin maddəyə əsasən, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal olduqda, yəni təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyən zərəri azaldarsa, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edərsə, əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha ciddi cəzanın son həddi altı il azadlıqdan məhrum etmə cəzasıdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəzanın müddətini nisbətən aşağı həddə təyin etməyi qərara alır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq ekspertizanı keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, xx xxxxxx 2001-ci il tarixli qərarının1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 14 saatlıq hüquqi yardıma görə 84 (səksən dörd) manat vəsait vəkilə ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi hüquqi yardım üçün sərf olunmuş 14 (on dörd) saatlıq iş vaxtına görə vəkil Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 84 (səksən dörd) manat pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Emitent bank “xxxxxxxxxxx” ASC-nin Gəncə ictimai filialı, kod: 200275; VÖEN: **********, müxbir hesab AZ37NABZ013501**********1944, S.W.İ.F.T. BİK: AİİBAZ2X, hesab № AZ 04AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Göstərilən müddətdə apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-135/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-135/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver