Məhkəmə qərarları › İş №1(043)-136/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-136/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-136/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları, xx xxxx 1995-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1. 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(043)-135/2019 saylı qərarı ilə ona təyin edilmiş cərimə cəzası, qazancının 15 (on beş) faiz miqdarında pul dövlət nəfinə tutulmaqla 2 (iki) ay 09 (doqquz) gün islah işləri cəzası ilə əvəz edilmiş və cəzasını çəkməməklə məhkumluğu olan, işsiz, Gəncə şəhəri, Şəkinski küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs qətimkan tədbiri” seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Beləki, o,i stintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2220,152 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, “köhnə limonad sexinin” yaxınlığında yerləşən yarımtikilidə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Covid-19” virus pandemiyası səbəbindən Gəncə şəhəri ilə Samux rayonu sərhədində qurulmuş stasionar postda taksi sürücüsü Şahid3 idarə etdiyi “VAZ 21011” markalı “**-BE- ***” dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Kəpəz RPİ-nə gətirilib üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyduğu 1 (bir) polietilen torbanın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 90.152 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, daha sonra həmin gün saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, “köhnə limonad sexinin” yaxınlığında yerləşən yarımtikiliyə baxış keçirilərkən oradan 1 (bir) ədəd polietilen torbanın içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda təmiz çəkisi 2130 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildən çox müddətdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. O, narkotik vasitə alüdəçisi olduğu üçün 2019-cu ilin sentyabr ayında Samux rayonu ərazisində Kür çayının kənarından özünün istifadə etməsi üçün yabanı halda bitən narkotik vasitə olan marixuananı yığıb Gəncə şəhəri, Z.Hacıyev küçəsi "Köhnə Limonad sexinin” yaxınlığında yerləşən yarım tikilidə saxlamış və lazım olanda ayrı-ayrı taksilərlə həmin yerə gedib gizli şəkildə özünün istifadə etməsi üçün götürmüşdür. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsi "Köhnə Limonad sexinin" yaxınlığında yerləşən yarım tikilidə saxladığı marixuanadan özünün istifadə etməsi üçün götürməsi üçün “VAZ 21011” markalı tanımadığı taksi ilə həmin yerə getmiş, taksi sürücüsünü yolun kənarında gözlədib özü gizli şəkildə təxminən 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuananı sellofana büküb şalvarının cibinə qoyub taksiyə yenidən minmişdir. O, taksi ilə gələn zaman Gəncə şəhərinin Samux rayonu ilə sərhədində “Korona” virus pandemiyasına görə qurulmuş stasionar postda 2 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək onu avtomobildən düşürüb Kəpəz RPİ-nə gətirmişlər. Polis idarəsində onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığı söylənilmiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutaraq qərarla tanış etmişlər. Bundan sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkilişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və dövlət hesabına təyin edilmiş vəkili X2 iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı şalvarının sol yan cibində olan 1 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu sellofan torba qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, daha sonra bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokola imza etmişlər. Bundan sonra polis əməkdaşlarına narkotik vasitəni saxladığı yeri göstərmiş və həmin yerə baxış keçirilmiş, oradan gizlətdiyi sellofan torbadakı narkotik vasitənin qalan hissəsi aşkar olunmuş, həmin kütlə mağaza tərəzisində çəkilmiş, sonra içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu sellofan torba qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, daha sonra bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokola imza etmişlər. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, barəsində əməliyyataxtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, narkotik vasitə əldə edib yarımtikilidə saxlamasından hər hansı şəxsin məlumatı olmamışdır. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının və birinci qrup xəstə atasının olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş və özünə məxsus “VAZ 21011” markalı “**-BE-***” dövlət nömrə nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Gəncə şəhərindən Samux rayonuna gedən zaman “X17” adlı şadlıq sarayının qarşısında adı ona sonradan polis idarəsində məlum olan Təqsirləndirilən şəxs əl edib onu saxladaraq avtomobilinə müştəri kimi minmiş və sonuncu avtomobilə mindikdən sonra Gəncə şəhər Z.Hacıyev küçəsində yerləşən Şokolad zavoduna aparıb yenidən "X17'“ şadlıq sarayının qarşısına qaytaracağını demiş, o, həmin şəxslə 3 manat pula razılaşıb onu Gəncə şəhər Z.Hacıyev küçəsində yerləşən Şokolad zavodununun yanına aparmışdır. Həmin şəxs zavodun yanına çatdıqda yolun kənarında avtomobili saxlatmış və ona bir neçə dəqiqə gözləməsini bildirmiş, adı sonradan məlum olan Zeynal zavodu keçib köhnə yarımtikililərə tərəf getmiş, o, bir neçə dəqiqə həmin şəxsi gözlədikdən sonra Zeynal əlində sellofan torba ilə geri qayıdıb avtomobilə minib “X17” şadlıq sarayının qarşısına sürməsini bildirmişdir. Gəncə şəhərinin Samux rayonu ilə sərhədində “Korona" virus pandemiyasına görə qurulmuş stasionar postda çatdıqda 2 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsi avtomobildən düşürüb özləri ilə aparmış və ona Gəncə şəhər Kəpəz RPİ-nə gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs əlində olan sellefon torbada narkotik vasitə olduğunu bilməmiş, ona Təqsirləndirilən şəxs bu barədə heçnə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Şəkinski küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməkdə, qəbul etməkdə şübhəli olduğundan özü və Kəpəz RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Gəncə-Samux sərhəddində Korona virus pandemiyası səbəbindən qurulmuş stasionar postda Şahid3 idarə etdiyi “VAZ 21011” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Kəpəz RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirməkdə, qəbul etməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulması bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan torbaya bükdüyü narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, həmin narkotik vasitə bükümlə birlikdə tərəzidə çəkilmiş və çəkisi 99,8 qram olmuş, içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu sellofan torba qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olduğundan Samux rayonu ərazisində Kür çayının kənarından yığıb özü istifadə etməsi üçün Gəncə şəhəri, Natavan qəsəbəsinə gedən yolda Gəncə şəhəri, Z.Hacıyev küçəsi "köhnə Limonad sexinin" yaxınlığında yerləşən yarım tikilidə saxladığını, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri Natavan qəsəbəsinə gedən yolda Gəncə şəhəri Z.Hacıyev küçəsi "köhnə Limonad sexinin" yaxınlığında yerləşən yarım tikilidən götürməsini və həmin yarımtikilidə hələ də saxladığı narkotik vasitədən olduğunu demiş, daha sonra bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. Daha sonra Gəncə şəhəri, Z.Hacıyev küçəsi "köhnə Limonad sexinin" yaxınlığında yerləşən yarım tikiliyə baxış keçirilmiş, baxış zamanı 1 ədəd sellofan torbaya bükdüyü narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, həmin kütlə mağaza tərəzisində çəkilmiş, çəkisi sellofan torba ilə birlikdə 2435 qram olmuş, sonra içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu sellofan torba qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, daha sonra bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 16/354 nömrəli rəyindən görünür ki, təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 90,152 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs göstərdiyi Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən köhnə Limonad sexinin yaxınlığındakı yarım tikilidən götürülmüş 1 ədəd sellofan torbada narkotik vasitəyə bənzər kütlə." sözləri və imzalar olan polietilen torbadakı, digər 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 2130 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olmaqla, tərkiblərinə görə eyni olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 524 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmamaqla, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə müşayiət olunan XBT 10 F 60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarındadır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması” haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx xxx 2020-ci il tarixli, 076 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(043)-42/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 5(043)-59/2020 nömrəli qərarından görünür ki, xx.xx.1995-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsi “köhnə limonad sexinin” yaxınlığında yerləşən yarım tikiliyə baxış keçirilməsi barədə keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. “Maddi sübut kimi tanıma və maddi sübutların saxlanca verilməsi” barədə xx xxx 2020-ci il tarixli, 78 nömrəli qərardan görünür ki, aşkar olunmuş qalıq çəkisi 1 ədəd polietilen torbada olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 90,052 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd polietilen torbada olan qalıq çəkisi 2129,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanılması üçün təhvil verilmişdir. “Həbsdə saxlanılan şəxsin digər müəssisəyə keçirilməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 170 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 1 (bir) gün müddətinə, yəni xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər 2 saylı istintaq Təcridxanasından Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinə keçirilmişdir. Gəncə şəhəri X11 Əsəb Dispanseri xx xxxx 2020-ci il tarixli, 1780/2020 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2013-cü il tarixdən hal-hazırki tarixədək Gəncə şəhəri Ruhi-Əsəb Dispanserində “aksentuaniya olunmuş şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatda durur. Gəncə şəhər narkoloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 2187 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. “Həbsdə saxlanılan şəxsin digər müəssisəyə keçirilməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 171 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 1 (bir) gün müddətinə, yəni xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər 2 saylı istintaq Təcridxanasından Gəncə şəhər Ruhi-Əsəb Dispanserinə keçirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 128 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Samux rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(058)-05/2017 nömrəli hökmün sürətindən görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla üzərində 1500 manat cərimə cəzası saxlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Samux rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 167429/2020 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəriməni ödəməkdən qərəzli olaraq yayındığı üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-135/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 1500 manat cərimə cəzası aylıq qazancından hər ay 15% dövlət nəfinə pulun tutulmaqla 03 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində 02 ay 09 gün müddətinə islah işləri cəzası saxlanmışdır. Təqsirləndirilən şəxs barəsində olan 02 ay 09 gün müddətinə islah işləri cəzasını çəkməmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı var. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edirki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və cinayətin açılmasına, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunması, cəzasını çəkmədən yenidən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirənhalın olmasını, üzərində çəkilməmiş cazısının olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Həmçinin müəyyən olunur ki, Samux rayon Məhkəməsinin 03mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1500 manat cərimə cəzası aylıq qazancından hər ay 15% dövlət nəfinə pul tutulmaqla 03 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində 02 ay 09 gün müddətinə islah işləri cəzası saxlanmış və həmin cəzanı çəkməmişdir. Məhkəmə hesab edir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(043)-135/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzanın çəkilməmiş qalan 02 (iki) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 69.3-cümaddəsinə əsasən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesab olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 67.1 və 69.3-cü maddələrinə əsasənGəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(043)-135/2019 saylı qərarı ilə təyin edilmiş 02 (iki) ay 09 (doqquz) gün islah işləri cəzasının dörd günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 90,052 qram olan 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd polietilen torbada olan 2129,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə və yarımtikiliyə baxış keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Həmçinin işə əlavə edilmiş hesabatdan görünür ki, ibtidai istintaq dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçiX15 oğlu tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına108 (bir yüz səkkiz) manat məbləğində, ibtidai istintaq dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına120 (bir yüz iyirmi) manat pul köçürülməlidir (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 67.1 və 69.3-cü maddələrinə əsasənGəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(043)-135/2019 saylı qərarı ilə təyin edilmiş 02 (iki) ay 09 (doqquz) gün islah işləri cəzasının dörd günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və bu hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 90,052 qram olan 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd polietilen torbada olan 2129,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə və yarımtikiliyə baxış keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs оğluna məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X6 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 (bir yüz səkkiz) manat, ibtidai istintaq dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün 120 (bir yüz iyirmi) manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar