Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-136/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 37-də qeydiyyatda olan , barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 17 noyabr 2020-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı Gəncə şəhər M.Bağırov küçəsində yerləşən “Lukoil” YDM-də özünə məxsus olan VAZ 2107 markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində 40 manat pulun müqabilində tanışı Şahid4 satmış, həmin tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhər Bəxtiyar Əliyev küçəsində saxlanılaraq Gəncə şəhər Atatürk prospekti 41 ünvanında yerləşən DİN-in BNMİ-nin QBRŞ-nə gətirilmiş, onun üzərinə baxış keçirilən zaman üzərindən 1 ədəd kibrit qutusunda və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,447 qram, 2,173 qram, 1,892 qram və 2,645 qram, ümumi çəkiləri 10,157 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən xırda ticarət obyektləri olan yerdə meyvə alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin sentyabr-oktyabr aylarında sonradan tanıdığı Seymur adlı polis əməkdaşı ona yaxınlaşaraq daimi olaraq Gəncə şəhəri Vaqif küçəsində olduğunu, orada onlara bəzi şəxslər olan zaman bu barədə ona məlumat verməsini istədi. O, Seymur adlı polis əməkdaşının təklifi razılaşmamışdır. O, həmçinin Şahid4 təxminən 1-2 il olar ki tanıyır, onunla münasibəti həmişə normal olmuşdur. Lakin, onunla arasında heç vaxt narkotik alış-verişi olmamışdır. Tutulmamışdan təxminən bir həftə əvvəl Əşrəf ona zəng edərək 50 manat borc istəmiş və o da Əşrəfə borc kimi 50 manat pul vermişdir. 17 noyabr 2020-ci il tarixdə Əşrəf ona zəng edərək borcunu qaytarmaq istədiyini demiş, o da Əşrəfə R.Qasımov küçəsində olduğunu, təxminən 5-10 dəqiqə sonra Şans klinikasının yanında görüşəbiləcəklərini demişdir. Telefon danışığından təxminən 15-20 dəqiqə sonra onlar Şans klinikasının yanında görüşmüşlər. Görüş zamanı Əşrəf ona borclu olduğu 50 manat pulu qaytarmışdır. Oradan da avtomobillə Gəncə şəhər R.Qasımov küçəsində yerləşən X6 Məntəqəsinə daxil olub, benzin töküb qaynanasıgilin evinə getmişdir. Qaynanasının yaşadığı evdən ailəsini götürüb anasının yaşadığı ünvan 2 ünvanına getmişdir. Həmin gün saat 21 radələrində tanımadığı nömrədən ona zəng gəlmiş, həmin şəxs ona atasının yaxın dostu olduğunu bildirib, onu əvvəllər yaşadıqları Bəxtiyar Əliyev küçəsinə çağırdılar. Həmin ünvana getdikdə orada Vaz 21015 markalı, qara rəngli avtomobildən düşən 3 nəfər şəxs yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirərək, həmin İdarəyə getməli olduqlarını demişlər. O da polis əməkdaşlarına etiraz etməyərək, onların avtomobili ilə getmişdir. Həmin İdarədə olarkən polis əməkdaşları ona fiziki təzyiq göstərərək Əşrəfə narkotik vasitə satmağını dedilər. Lakin, o, belə bir halın olmadığını, Əşrəfə narkotik vasitə satmadığını demişdir. Orada Seymur və Yunis adlı polis əməkdaşları onu döyərək narkotik vasitə satmağını boynuna almasını istədilər. Polis İdarəsində olarkən onun üstünə baxış keçirdilər, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya tapmadılar. Lakin, orada ona müxtəlif təzyiqlər edildikdən sonra onun cibinə 3 ədəd kağız bükümdə və 1 ədəd kibrit qutusunda narkotik vasitə qoyaraq onun üzərinə şöbədə baxış keçirdilər. Həmin vaxt o, qorxduğundan, evinə də narkotik vasitə qoyabiləcəklərini düşündüyündən videoçəkilişlə baxış keçirilən zaman hər şeyi boynuna almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs 1-2 il olarki tanıyır. Onunla həmişə dost münasibəti olmuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərində o Turandan 50 manat borc kimi pul almış və 17 noyabr 2020-ci il tarixdə Turanə zəng edərək onunla görüşüb 50 manat borcunu qaytarmışdır. Polis əməkdaşları onu tutarkən üzərindən az miqdarda narkotik vasitə marixuana aşkar edilmişdir. Lakin, həmin narkotik vasitəni ona Turan satmamış, həmin vasitəni o, tutulmamışdan təxminən 2-3 gün əvvəl Yevlax rayonunda keçirilən dost məclisi zamanı əldə etmişdir. Polis idarəsində olarkən polis əməkdaşları ona təzyiqlər edərək narkotik vasitəni Turandan alması barədə izahat verməsini istədiklərinə görə bu barədə onlara izahat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri ərazisində narkotik vasitələrin üzərində daşımasında şübhəli olan, şöbəyə gətirilən Şahid4 üzərindən narkotik vasitə marixuana aşkar edilərək götürülmüş, Şahid4 öz ifadəsində həmin narkotik vasitəni Turan adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Şahid4 bildirdiyi Turan adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və bu səbəbdən də 17.11.2020-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər Bəxtiyar Əliyev küçəsi ev 37-nin qarşısında saxlanılaraq DİN-nin BNMİ-nin QBRŞ-yə gətirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 2 ədəd 20 manatlıq pul əskinasını, 1 ədəd 10 manatlıq pul əskinasını, həmin gödəkçənin digər cibindən isə 1 ədəd kibrit qutusunu və 3 ədəd kağız bükülünü çıxararaq stolun üzərinə qoymuşdur. Bundan sonra stolun üzərində olan kağız bükülülərə və 1 ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin kibrit qutusu və bükülülər açılan zaman içərisində yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs orada həmin narkotik vasitənin ona məxsus olduğunu, üzərində olan 50 manat puldan 40 manatını 17.11.2020-ci il tarixdə Şahid4 narkotik vasitə verdikdən sonra Əşrəfdən aldığını demişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, daha sonra həmin vasitə və 2 ədəd 20 manatlıq pul əskinasları qablaşdırılaraq möhürlənmişdir. Nə Təqsirləndirilən şəxs, nə də Şahid4 şöbədə olan zaman nə o, nə də digər polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin sürücüsü, polis nəfəri Şahid2 və həmin şöbənin təhqiqatçısı vəzifəsində işləmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17.11.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, DİN-nin QRBŞ-nin təhqiqatçı, polis kapitanı Şahid3, müdafiəçi X3 və şübhəli şəxs Şahid4 iştirakı ilə sonuncunun üzərinə baxış keçirilmişdir. İlkin olaraq Şahid4 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, bundan sonra ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşyanın olması soruşulmuşdur. Daha sonra Şahid4 özü cibində olan əşyaları çıxarmağa başlamışdır. O, şalvarının sağ yan cibində olan 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 40 manata Turan adlı şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə 5,13 qram gəlmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17.11.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, DİN-nin QRBŞ-nin təhqiqatçı, polis kapitanı Şahid3, həmin şöbənin baş əməliyyat müvəkili Şahid1, həmçinin müdafiəçi X8 oğlunun və şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşyanın olması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü cibində olan əşyaları çıxarmağa başlayır, onun cibindən 1 ədəd Samsung markalı telefon,1 ədəd kibrit qutusunda, 3 ədəd kağıza bükülmüş vəziyyətdə narkotik vasitə marixuanaya bənzər kütlə, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq pul əskinasları çıxararaq stolun üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni Elçin adlı şəxsdən aldığını, bir neçə aydır ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni də şəxsi istifadəsi və satmaq üçün üzərində saxladığını, üzərindən aşkar edilən A87776815 və B30838996 seriyalı 20 manatlıq pul əskinaslarını isə Şahid4 satdığı pulun qarşılığında aldığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd kibrit qutusunda, 3 ədəd ağ kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və narkotik vasitə marixuanaya bənzər kütlə kağız və kibrit qutusu ilə birlikdə 17,21 qram gəlmişdir. Bundan sonra həmin kütlələr və Təqsirləndirilən şəxs Şahid4 aldığı 2 ədəd 2 manatlıq pul əskinasları zərfdə qablaşdırılmışdır. Məhkəmə-bioloji ekspertizasının 18.11.2020-ci il tarixli 16/769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “17.11.2020-ci il tarixdə şübhəli şəxs Şahid4 üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki,1 ədəd kibrit qutusunda təmiz çəkisi 2.063 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “17.11.2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr” sözləri yazılmış kağız paketdəki 1 ədəd kibrit qutusunda və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 3,447 qram, 2,173 qram, 1,892 qram, 2,645 qram, ümumi təmiz çəkisi 10,157 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan başqa rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “17.11.2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr” sözləri yazılmış kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Rəydən həmçinin görünür ki, tədqiqata təqdim olunmuş üzərində “17.11.2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr” sözləri yazılmış kağız paketdəki marixuanalar ilə “17.11.2020-ci il tarixdə şübhəli şəxs Şahid4 üzərindən aşkar edilərək götürülmüş kütlə sözləri yazılmış kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. “Şübhəli şəxsin dindirilməsi haqqında” 18.11.2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 şübhəli şəxs kimi ifadə verərkən bildirmişdir ki, ...17.11.2020-ci il tarixdə saat təxminən 16 radələrində o, Turanla telefon əlaqəsi saxlamış və Turana yarım qutu marixuana lazım olduğunu demişdir. Turan isə ona 40 manat qarşılığında ona həmin narkotik vasitəni sata biləcəyini demişdir. O, Turanla razılaşmış və həmin gün təxminən saat 17 radələrində Turanla Gəncə şəhəri M.Bağırov küçəsindəki Şans klinikasının yanında görüşmüşlər. O, Turana məxsus qırmızı rəngli Vaz 2107 markalı avtomobilə əyləşmiş və avtomobilə əyləşdikdən sonra Turana 40 manat pulu uzatmışdır. Turan isə ona kibrit qutusunda olan, lakin tam olaraq dolu olmayan narkotik vasitə marixuana vermişdir. O, Turandan marixuana götürən zaman Turan həmin küçədə olan Lukoil YDM istiqamətində avtomobili sürmüşdür. O, YDM-də avtomobildən düşüb orada olan Sədərək adlı mağazanın qarşısına getmiş, təxminən 10-15 dəqiqə sonra mülki formada polis əməkdaşları ona yaxınlaşaraq onu BNMİ QRBŞ-nə dəvət etdilər... “Şahid dindirmə” haqqında 23.11.2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 şahid kimi ifadə verərkən şübhəli şəxs kimi dindirildiyi zaman verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, 17.11.2020-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı həmin gün saat 17 radələrində 40 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” 18.11.2020-ci il tarixli protokoldan və “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, 17.11.2020-ci il tarixdə saat təxminən 16 radələrində Əşrəf istifadəsində olan mobil telefonuna zəng edərək ondan narkotik vasitə marixuana istəmiş, o 40 manat pul müqabilində Əşrəfə yarım kibrit qutusu narkotik vasitə marixuana satmağa razılaşmış, təxminən saat 16 radələrində o, avtomobili ilə Gəncə şəhəri Müseyib Bağırov küçəsinə getmiş, Əşrəflə görüşmüş, avtomobilinin salonunda Əşrəfə 40 manata 2 qramdan artıq narkotik vasitə marixuana satmış, Əşrəf ona 2 ədəd 20 manatlıq pul əskinazlarını təqdim etmiş, sonra o, narkotik vasitəni Əşrəfə vermişdir. Bundan sonra 17 noyabr 2020-ci il tarixdə saat 20 radələrində o, Gəncə şəhəri Kəpəz rayonu Bəxtiyar Əliyev küçəsi ilə piyada hərəkət edən zaman, əvvəllər yaşadığı və hazırda qeydiyyatda olduğu fərdi yaşayış evinin qarşısında bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, sonra polis əməkdaşları ona birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəklərini demiş, o, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışdır. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, ona siyahıdan istədiyi vəkili seçə biləcəyi deyilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X5 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunda və 3 ədəd kağız bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, aşkar edilmiş kütlələrin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı kütlələrin narkotik vasitə marixuanaya bənzər olmaları müəyyən edilmiş, sonra narkotik vasitə marixuanaya bənzər kütlələlər elektron tərəzidə çəkilmiş, həmin kütlələrin ümumi çəkilərinin 17,21 qram olması müəyyən edilmiş, sonra ağ rəngli paketin üzəri yazılmış, yazı uca səslə oxunmuş, sonra zərfin üzəri imzalanmış, aşkar edilımiş kütlələr qablaşdırılması üçün kağız paketin içərisinə qoyulmuş, paketin ağzı möhürlənərək götürülmüşdür. Həmçinin Əşrəfdən narktok vasitə satmağı müqabilində aldığı 2 ədəd 20 manatlıq pul əskinazları da, kağız paketdə qablaşdırılaraq götürülmüş, bundan sonra onun üzərində şəxsi axtarış zamanı üzərindən digər narkotik vasitə, psixotrop maddə və digər əşya aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 22.01.2021-ci il tarixli 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannaboidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli, 206-526-1420 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 17.11.2020-ci il tarixdə Gəncə şəhər ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs 40 manata tanışı Şahid4 narkotik vasitə qurudulmuş marixuana satdığı üçün yaxalanmış, üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrı təmiz çəkiləri 3.447 qram,2.173 qram,1.892 qram və 2.645 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs izahatında həmin marixuananı ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığı Elçin adlı şəxsdən aldığını bildirmişdir. Odur ki, istintaqın tam hərtərəfli və obyektiv aparılması məqsədi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunuş marixuananın mənbəsinin, onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmadığı, narkotik vasitələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələri, narkotik vasitələrin satışını və istifadəsinə görə biləcək şəxslərin, onun digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi və eləcə də elçin adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, Elçin adlı şəxsi müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs satdığı və üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuananı tapması əldə olunmuş əməliyyat məlumatları ilə öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə satışı ilə məşğul olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 19.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən qarşılıqlı zənglər daxil olub, zənglər çıxmış, həmin nömrəyə müxtəlif nömrələrdən “bir dəfəlik hamısını gətir çəkək”, “ bu dəfəki zay çıxdı” məzmunlu mesajlar daxil olmuşdur. Baxış zamanı iş üçün başqa əhəmiyyətli hal aşkar edilməmişdir. “Üzləşdirmə keçirilməsi haqqında” 06.03.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə QRBŞ-nin təhqiqatçısı Şahid3 və QRBŞ-nin sürücü polis nəfəri Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmş, Şahid3 və Şahid2 üzləşmə zamanı bir daha ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdirlər. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-104/2020 saylı, 19.11.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 17.11.2020-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 18.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmizi çəkisi 10,157 qram olan, Şahid4 aşkar edilərək götürülmüş təmiz çəkisi 2,063 qram olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd A8776815 və B30838996 seriyalı 20 manatlıq pul əskinasları, eləcə də Təqsirləndirilən şəxs və Şahid4 üzərinə baxış keçirilən zaman videoçəkilişin köçürüldüyü 2 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 11.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 08.10.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 320 saat ictimai işlər cəzasına məhkum edilmiş, 05.05.2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza seçilmiş şəxslər cəzasını çıkib qurtardıqdan 1 il keçdikdə məhkumluq ödənilmiş hesab edildiyindən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Evlər üçlüyü tərəfindən verilmiş 19.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitə müxtəlif bükümlərdə və kibrit qutusunda saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman, daha sonra isə şübhəli və təqsirləndirilən şəxs kimi ilkin ifadələrində narkotik vasitə qurudulmuş marixuananı Şahid4 satmasını etiraf etmiş, ibtidai araşdırma zamanı Şahid4 da videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman, daha sonra isə şübhəli şəxs və şahid kimi dindirilərkən öz ifadəsində onun üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman döyüldüyünü, ona müxtəlif təzyiqlər göstərildiyini, bu səbəbdən də ilkin ifadələrində narkotik vasitəni Əşrəfə satması barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03.06.2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində barəsində keçirilmiş əməliyyat tədbiri zamanı DİN-in BNMİ-nin QBRŞ-nin polis əməkdaşları tərəfindən qanunsuz davranışlara məruz qalması barədə toplanmış material araşdırılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı işgəncə, qanunazidd və qeyri-insani davranışlara yol verilməsi, həmçinin Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi öz təsdiqini tapmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də Şahid4 40 manat müqabilində narkotik vasitə satmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində polis əməkdaşları tərəfindən tutularkən üzərindən az miqdarda narkotik vasitə marixuana aşkar edildiyini, lakin həmin narkotik vasitəni ona Təqsirləndirilən şəxs satmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai araşdırma zamanı Şahid4 ilkin izahatında, eləcə də şübhəli şəxs kimi dindirilərkən, daha sonra şübhəli şəxs statusuna xitam verildikdən sonra şahid kimi dindirilərkən ifadələrində onun üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı 40 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Digər tərəfdən, iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid4 üzərindən aşkar edilərək götürülmüş marixuana tərkiblərinə görə eynidirlər. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onların həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmiş, bununla belə onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17.11.2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələrin qalığı məhv edilməli, 2 ədəd A8776815 və B30838996 seriyalı 20 manatlıq pul əskinasları dövlət nəfinə müsadirə edilməli, 2 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli tutulduğu 17 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təmiz çəkiləri 9,957 qram və 2,013 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, A87776815 və B30838996 seriyalı 20 manatlıq pul əskinasları dövlət nəfinə müsadirə edilsin, 2 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-136/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-136/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver