Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-137/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim-Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küşəsi, 1-ci döngə, ev 17-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirərkən, xx xxx 2020-ci il tarixdə saat 19:10 radələrində Gəncə stansiyasında Xətt Polis Şöbəsinin əməkdaşı tərəfindən Gəncə dəmir yolu Vağzalının gözləmə zalının qarşısında saxlanılaraq xüsusi karantin rejimi ilə əlaqədar icazə SMS-nin olub-olmamasının aydınlaşdırılması üçün Gəncə stansiyasında Xətt Polis Şöbəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman zavod üsulu ilə hazırlanmış ov bıçağı əynində olan göy rəngli cins şalvarın belindən aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz etirafı ilə sübut olunur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Gəncə dəmir yolu vağzalının peronunda olduğu vaxt bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşı olduğunu bildirib, ondan xüsusi karantin rejimi ilə əlaqədar icazə SMS-nin olub-olmamasını soruşduqda, o, icazə SMS-ni polis əməkdaşına göstərə bilməmişdir. Polis əməkdaşı icazə SMS-nin olub-olmamasının aydınlaşdırılması üçün onu Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə dəvət etdikdə, etiraz etməmiş və polis əməkdaşı ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə gəlmişdir. Polis şöbəsində onun mobil telefonuna 8103-dən icazə SMS-i gəlmdiyi, ancaq icazəsinin müddətinin 1 saat öncə bitdiyi məlum olmuşdur. Bundan sonra növbətçi hissəyə dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparılaraq əynində olan göy rəngli cins şalvarının belində gizlətdiyi qara dəstəkli bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirdiyini, bir daha belə əmələ yol verməyəcəyini, xəstə anasının onun himayəsində olduğunu da bildirdi. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsi həm də şahidlərin ifadələri və ekspert rəyi ilə sübut olunur Belə ki, şahid - Gəncə stansiyasında Xətt Polis Şöbəsinin məsul növbətçisi, polis baş leytenantı Şahid2 ifadə verərək bildirdi ki, xx xxx 2020-ci il tarixdə, saat 19.20 radələrində, nəzərdə tutulmuş cədvəl əsasında Gəncə stansiyasında Xətt Polis Şöbəsinin növbətçi hissəsində xidmətdə olarkən Gəncə stansiyasında XPŞ-nin İTB-nin PPX tağımının polis nəfəri, polis serjantı Şahid1 raportla müraciət edərək, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Gəncə dəmir yolu vağzalının gözləmə zalının qarşısından keçən zaman xüsusi karantin rejimi ilə əlaqədar icazə SMS-ni göstərmədiyinə görə onun icazə SMS-nin olub-olmamasının aydınlaşdırılması üçün növbətçi hissəyə gətirib şöbə rəisinin adına raport yazaraq həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs mobil telefonunun xarab olduğunu, ona görə də icazə SMS-ni göstərə bilmədiyini qeyd edərək, sonradan telefonunda icazə sms-nin olduğunu göstərmiş, ancaq icazə sms-nin müddətinin 2 saat öncə bitdiyi məlum olmuşdur. Bundan sonra o, qanunvericiliyin tələbinə uyğun olaraq növbətçi hissədə, dəvət olunmuş hal şahidlərinin iştirakları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apararkən İlqarın əynində olan göy rəngli şalvarının belindən bir ədəd qara dəstəkli bıçaq, şalvarının cibindən isə bir ədəd köhnə “Nokia” markalı mobil telefon aşkar etmişdir. Bir ədəd köhnə “Nokia” markalı mobil telefonu Təqsirləndirilən şəxs özünə qaytarmış, qara dəstəkli bıçağı isə sübut əhəmiyyəti kəsb etdiyindən zərfdə qablaşdırıb zərfin üzərini möhürlənməklə götürmüşdür. Bu barədə protokol tərtib etmiş və protokol ucadan oxunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qara dəstəkli bıçağın onun özünə məxsus olmasını və həmin bıçağı 2-3 il əvvəl Gəncə şəhərində Kolxoz bazarından aldığını bildirmişdir. Şahid5 Şahid2 ilə eyni məzmunlu ifadə verib onun dediklərini təsdiq etdi. Şahid4 ifadə verərək bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 19.30 radələrində Gəncə dəmir yolu vağzalında işdə olduğu vaxt Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək polis şöbəsində saxlanılmış bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılmasında hal şahidi qismində iştirak etməsini təklif etdikdə, o, razılaşıb polis əməkdaşı ilə birlikdə polis şöbəsinə getmiş və polis şöbəsinin növbətçi hissəsinə daxil olanda orada əvvəllər tanımadığı bir nəfər şəxsin saxlanıldığını görmüşdür. Ondan başqa bir nəfər də hal şahidi qismində polis şöbəsinə dəvət edilmiş, ona və digər hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra onların iştirakı ilə növbətçi hissədə saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının belindən bir ədəd qara dəstəkli bıçaq, yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilib götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilərək imzalanmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs qara dəstəkli bıçağı haradan əldə etdiyini soruşduqda o, həmin bıçağın özünə məxsus olduğunu və 2-3 il bundan əvvəl Gəncə şəhərində Kolxoz bazarından aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarına: 6 saylı vərəqdə əlavə olunmuş xx xxx 2020-ci il tarixli “şəxsi axtarış haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üstünə hal şahidlərinin iştirakı ilə baxış zamanı şalvarının belindən bir ədəd açılıb-qatlanan bıçaq və “Nokia” markalı mobil telefon aşkar edilmişdir. 9 saylı vərəqdə əlavə olunmuşxx xxx 2020-ci il tarixdə Gəncə XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib edilmiş “Baxış və götürmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüşbıçağın dəstəyinin uzunluğu 12 sm, dəstəyinin eni 2 sm, tiyəsinin uzunluğu 10,5 sm, eni 1,5 sm-dir, tiyənin üzərində ``Columbia Fujunjie USA`` sözləri yazılıb, bıçağın ümumi uzunluğu 22,5 sm-dir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıcağa baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb Azərbaycan Respublikası DİN-in Gəncə XPŞ-nin zərflər üçün möhürü ilə möhürlənərək götürülmüş və fotoşəkillər çəkilmişdir. 32 saylı vərəqdə əlavə olunmuşMəhkəmə-ballistik ekspertizasının xx xxx 2020-ci il tarixli 16/314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş həmin bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. 68 saylı vərəqdə əlavə olunmuş X3 və Balıqçılar cəmiyyətinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin üzvü olmamış və qeydiyyatdan keçməmişdir. 104-106 saylı vərəqlərdə əlavə olunmuşMəhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 228.4-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi, təqsirini etiraf etməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Bundan başqa, cinayət işinin materiallarına 17-18 saylı vərəqlərdə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona bu cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq ona cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin fikrincə, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona bu cəzalar içərisində azadlıqdan məhrumetməyə nisbətən yüngül olan cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün edir. Məhkəmə qeyd edir ki, həmin cəza Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə bu qərara gələn zaman təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitini də nəzərə alır. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, bu iş üzrə maddi sübut olan,Gəncə stansiyasında Xətt Polis Şöbəsinin anbarında saxlanılan soyuq silah hesab edilən, qara dəstəkli 1 ədəd ov bıçağı bu hökm qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən dövlət nəfinə alınmalıdır Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, xx xxxxxx 2001-ci il tarixli qərarının1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 10 saatlıq hüquqi yardıma görə 60 (altmış) manat vəsait vəkilə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı, Gəncə şəhərinin Nizami rayonunun Şeyx Bahəddin küçəsində 1-ci döngədə yerləşən 17 nömrəli evi saat 20:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə dövlət büdcəsinə aşağıdakı hesaba keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi hüquqi yardım üçün sərf olunmuş 10 (on) saatlıq iş vaxtına görə dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi 60 (altmış) manat ödənilsin. Həmin vəsait Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. (Emitent bank “xxxxxxxxxxx” ASC-nin Gəncə ictimai filialı, kod: 200275; VÖEN: **********, müxbir hesab AZ37NABZ013501**********1944, S.W.İ.F.T. BİK: AİİBAZ2X, hesab № AZ 04AİİB********************, VÖEN **********) İş üzrə maddi sübut - Gəncə stansiyasında Xətt Polis Şöbəsinin anbarında saxlanılan, 01 ədəd soyuq silah hesab edilən qara dəstəkli ov bıçağıbu hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinə təhvil verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə bu hökm qanuni qüvvəyə minir. Hakim:Vəli Abdullayev
Məhkəmə qərarları › İş №1(043)-137/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-137/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver