Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-137/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, ünvan 3-də pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.375 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 12.03.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 16:30-da Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 1.375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilməmişdən əvvəl ünvan 3-də ailə üzvləri ilə birlikdə yaşamış və anası Rəna ilə birlikdə Gəncə şəhərində fəaliyyət göstərən “Dubay bazarı” adlanan bazarda turşu satışı ilə məşğul olmuşdur. Təxminən bir ildir ki, narkotik vasitədən, yəni “heroin”-dən istifadə edir. Belə ki, o, narkotik vasitə olan “heroin”-i siqaret kağızında çəkməklə və tüstüsünü iyləməklə istifadə etmişdir. Təxminən bir il əvvəl Bakı şəhərindən Gəncə şəhərinə gələrkən yolda “Mosu” ləqəbli şəxslə tanış olmuş və həmin şəxsdən narkotik vasitə olan “heroin” istifadə etməyi öyrənmişdir. Həmin şəxs Yevlax rayonunda yaşamış və ona əvvəllər bir neçə dəfə narkotik vasitə olan “heroin” satmışdır. 10.03.2021-ci il tarixdə o, Yevlax rayonuna gedib öz istifadəsi üçün “Mosu” ləqəbli həmin şəxsdən 25 manat pul müqabilində 1 ədəd siqaret kağızında narkotik vasitə olan “heroin” almışdır. 12.03.2021-ci il tarixdə, saat 16 radələrində isə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən avtomobil dayanacağının qarşısında tanışları ilə söhbət edən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə əldə etməkdə şübhəli olduğunu bildirmiş və onu saxlayaraq özləri ilə birlikdə Gəncə şəhər Kəpəz RPİ-nin binasına aparmışlar. Orada müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret kağızına bükülü narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə aptek tərəzisində çəkilmiş və çəkisi siqaret kağızı ilə birlikdə 1.63 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq üzəri möhürlənərək onun tərəfdən imzalanmışdır. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Həmin vaxt videoçəkiliş aparılmışdır. Baxışdan sonra şəxsi əşyaları özünə qaytarılmışdır. Bundan başqa, yaşadığı evə baxış keçirilməsi üçün etirazının olub-olmaması barədə ondan ərizə almışlar və o, evində hər hansı bir qanunsuz əşya, o cümlədən narkotik vasitə olmadığı üçün evinə baxış keçirilməsinə etiraz etməmişdir. Evinə baxış keçirilərkən evdən heç bir qanunsuz əşya, narkotik vasitə aşkar olunmamışdır. Əlavə olaraq qeyd edtmişdir ki, bildiyinə görə “Mosu” ləqəbli həmin şəxs narkotik vasitəni öz qonşularından götürüb ona satırmış. O “Mosu” ləqəbli həmin şəxsin əsl adını, soyadını və digər şəxsi məlumatlarını bilmir. Mosu ilə bir neçə dəfə Yevlax rayonunda görüşmüş, onda olan kağızın üzərinə yazdığı Mosunun mobil nömrəsini isə itirmişdir. O həmin şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamış, həmçinin narkotik vasitəni alarkən tək olmuşdur. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, o, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə isə 2018-ci ildən xidmət edir. 12.03.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən o, və digər əməkdaşlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında, Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri: Şahid2, İmanlı Məhəmməd və onun özü tərəfindən 12.03.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində saxlanılmışdır. Həmin vaxt onlar özlərini Kənana təqdim edərək şübhənin mahiyyətini izah etmiş və Kənanı özləri ilə Kəpəz RPİ-yə aparmışlar. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Kənanın üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən, yəni əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən siqaret falqası bükümü aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 1.63 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə zərfə qoyulmuş və zərfin üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. İlkin sorğu zamanı Kənan bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir, iki gün əvvəl Yevlax rayonunda Mosu ləqəbli şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yazılı razılığı əsasında yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, lakin baxış zamanı oradan qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, HK-1/666 nömrəli materialda Azərbaycan Respublikası CM 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. “Şübhəli şəxsin tutma” haqqında 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə saat 16:50-də şübhəli şəxs kimi tutulmuşdur. “Şəxsi axtarış və götürmə” haqqında 12 mart 2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçinin sol yan cibindən 2 ədəd alışqan, 1 ədəd gümüş qolbağı, gödəkçəsinin iç cibindən “West” markalı 1 qutu siqaret, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli pul qabı, pul qabının içərisindən 85 manat pul, plastik bank kartları və əynində olan gödəkçənin altından geyinmiş olduğu qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd göy rəngli siqaret falqasına bükülü halda, kəskin iyli, toz şəkilli ilk baxışdan narkotik vasitə olan “heroinə”-nə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd alışqan, 1 ədəd gümüş qolbağı, “West” markalı 1 qutu siqaret, 1 ədəd pul qabı, pul qabının içərisində olan 85 manat pul, plastik bank kartları maddi sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Götürülmüş “heroin”-ə oxşar kütlə aptek tərəzisində çəkilmişdir. Götürülmüş “heroin"-ə oxşar kütlənin çəkisi aşkar olunduğu siqaret falqası ilə birlikdə 1,63 (bir tam yüzdə altmış üç) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar olan kütlə zərfdə qablaşdırılmış və ağızı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış axtarış və götürmə” haqqında 12 mart 2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması ehtimal edildiyindən onun evinə baxış keçirilməzdən əvvəl 12.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Kəpəz RPİ-də üzərinə baxış keçirilib qurtardıqdan sonra ərizə ilə Kəpəz RPİ-nin rəhbərliyinə müraciət edərək onun yaşadığı ünvan 4 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazının və narazılığının olmadığını bildirmişdir. 12.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 nömrəli fərdi yaşayış evinin qarşısına gedilərək orada saat 18:00 dəqiqədə baxışa başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evindən hər hansı bir narkotik tərkibli maddə və ya sair cinayət xarakterli əşya dəlil aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 13 mart 2021-ci il tarixli, 16/236 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1.6 qram çəkidə narkotik vasitə olan “heroin”-ə oxşar kütlə” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli sellofan torbacıqda olan göy rəngli kağız bükümdə təmiz çəkisi 1.375 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin”-dir. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 13 mart 2021-ci il tarixli, 50 nömrəli qərarından görünür ki, material Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 mart 2021-ci il tarixli, 87 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-42/2021 saylı, 14 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1995-ci ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 12.06.2021-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 12.03.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. “Həbsdə saxlanılan şəxsin digər müəssisəyə köçürülməs haqqında” 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi də təqsiriəndiritən Təqsirləndirilən şəxs Fatəddin oğlu, 02 (iki) gün müddətinə, yəni 18.03.2021ci il tarixdən 20.03.2021-ci it tarixədək saxtanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhərində yerləşən 2 saytı X1 şəhər Baş Polis İdarəsinin MSY-yə köçürülməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında 28 mart 2021-ci il tarixli, 229 nömrəli protokolun surətindən görünür ki, diskin içərisində 2 video görüntü var. Birinci video görüntü 18 dəqiqə 57 saniyədın ibarətdir. Həmin görüntü də çıxış edən şəxs Gəncə şəhər Kəpəz RPİ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı X4r. Bundan başqa, görüntüdə olan digər şəxslər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri: polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid1dur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir. Bundan sonra orada olan əməliyyat müvəkkilləri tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı onun əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən göy rəngli siqaret falqa kağızında büküm aşkar edilir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan “heroin”-ə bənzər toz şəkilli kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu və onu Yevlax rayonunda “Mosu” ləqəbli şəxsdən iki gün əvvəl şəxsi istifadəsi üçün 50 manat pul müqabilində aldığını, ağrıları üçün istifadə etdiyini bildirir. Bundan sonra həmin kütlə siqaret falqası ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 1.63 qram təşkil edir. Daha sonra həmin kütlə zərfin içərisinə qoyulub qablaşdırılır və zərfin üzərində qeydlər aparılaraq möhürlənir. Sonda zərfin möhürlənməsi imzalarla təsdiq edilir. Diskin içərisində olan ikinci videogörüntü isə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsini əks etdirir. Görüntüdən məlum olur ki, həmin mənzildə narkotik vasitə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilmir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 5(043)-73/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 12 mart 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilməsi və həmin qərarın Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi hissəsinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin məhkəmə-psixiatriya müayinəsinin 02 aprel 2021-ci il tarixli, 153 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, F.Əliyev bina 10, mənzil 57-də yaşayan, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 02.09.2013-cü ildə PND-ə müraciət etmiş və müayinə zamanı ona “Emosional davamsız şəxsiyyət pozğunluğu, özünə çoxsaylı xəsarətlər yetirmələr. Autoaqressiya xroniki depressiz sindrom orta dərəcəli” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 03 aprel 2021-ci il tarixli, 1344 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin narkoloji-tibbi müayinəsinin 05 aprel 2021-ci il tarixli, 348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”dən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin məhkəmə-psixiatriya müayinəsinin 18 mart 2021-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs özünü təkrari kəsmələrlə müşayiət olunan emosional davamsız şəxsiyyət pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Qazax Rayon Məhkəməsinin 1(023)-33/2019 saylı, 24 aprel 2019-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” haqqında 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 14.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə fakta görə ********* saylı cinayət işi ayrılaraq icraatıma qəbul edilməsi, Təqsirləndirilən şəxs əməli cinayətin residivi kimi qiymətləndirilməməsi, cinayət işinin materiallarından 12.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış deyil, şəxsi axtarış keçirilməsi kimi qəbul edilməsi, məhkəmə-kimyəvi ekspertizasının 13.03.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 1.325 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət işinin istintaqı başa çatdıqda təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilməsi, cinayət işi üzrə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-psixatrik ekspertiзаlarının rəyləri, istintaq hərəkətləri protokolları, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk, habelə cinayət işinə əlavə olunmuş digər sənədlərin sübut növü kimi tanınıb qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında 16 aprel 2021-ci il tarixli, 118 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işindən naməlum şəxsin Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan “heroin” satması faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır. DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 23 iyun 2021-ci il tarixli, **********2 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixə kimi 3-cü dərəcə əlilliyə görə ayda 110 manat sosial müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 24.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübut və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan “heroin” əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək səmimi peşmançılıq hissləri keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məhkumluğunun ödənilməməsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Belə ki, Qazax Rayon Məhkəməsinin 1(023)-33/2019 saylı, 24 aprel 2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinmiş və humanistlik edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətməsi onu deməyə əsas verir ki, əvvəl təyin edilmiş cəza onun islah olunması üçün yetərli olmamış və buna görə əvvəl təyin edilmiş cəzaya nisbətən ağır cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Cəzanın müddətini müəyyən edərkən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, məsuliyyəti yüngülləşdirən halın olması, üçüncü qrup əlil olması və şəxsiyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün müddəti ilə hesablanır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçiləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun tutulduğu 12 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməli, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 1,325 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin narkoloji-tibbi müayinəsinin 05 aprel 2021-ci il tarixli, 348 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа аlınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərаzi nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа götürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 12 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 1,325 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-137/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-137/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver