Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-14/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sürücü işləyən, məhkum olunmamış. Tovuz rayonu, Düz Cırdaxan kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi X3 məxsus “Mercedes Benz 1843LS” yük markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və onun “SCHRADER” markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqusu ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə həmin prospektin Azərbaycan Bayrağı küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində olan yolayrıcında işıqforun qırmızı işığında dayanıb yaşıl işıq yandıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən, svetoforun icazə siqnalı yanarkən yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli olduğu halda, yolayrıcında hərəkət hissəsini piyadanın keçməməsinə əmin olmayıb yolun hərəkət hissəsi ilə piyadanın yolu keçməkdə olduğu vəziyyətdə həmin piyadaya yol vermədən idarə etdiyi nəqliyyat vasitəsini düzünə hərəkət etdirərək yolayrıcına daxil edib hərəkət üçün təhlükə yaratmaqla həmin tələblərə əməl etməyib yolayrıcında yolun hərəkət hissəsi ilə qeyd edilən nəqliyyat vasitəsinin qarşısından yolun hərəkət hissəsini keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs sağ aşağı ətrafın (budun aşağı 1/3 hissəsindən) travmatik amputasiyası, sağ İİ-İİİ-İV-V, sol İİ-İİİ-İV qabırğalarının məməxətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ayaq pəncəsinin qançır və şişkinliyi, sağ yanaq, qarın, sağ əlin arxa səthinin, sol iç-topuq oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə sağ aşağı ətrafın (budun aşağı 1/3 hissəsindən) travmatik amputasiyasından əmələ gələn xarici qanitirmə, hemorragik və travmatik şok nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Düz Cırdaxan kəndində yaşayır. **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz 1843LS” yük markalı nəqliyyat vasitəsi və onun **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı, “SCHRADER” markalı yarımqoşqusu şəxsi mülkiyyət olmaqla X4 məxsusdur. Həmin şəxs “xxxx” QSC-nin Tovuz rayonundan fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinin sahibinin qohumudur. Qeyd edilən nəqliyyat vasitəsini idarə etməsi üçün ona etibarnamə verilmişdir. O da həmin nəqliyyat vasitəsilə “xxxx” QSC-yə məxsus avtomobil yanacağını, yəni Aİ-92 markalı benzini daşımaqla məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində həmin nəqliyyat vasitəsi ilə Bakı şəhərində “xxxx” QSC-yə məxsus benzin bazasından yarımqoşqunun üzərində olan yanacaq çənini benzinlə doldurub Bakı şəhərindən Tovuz rayonuna yola düşmüşdür. Həmin vaxt yanacaq çənində, təxminən 18 ton benzin olmuş, başqa sözlə nəqliyyat vasitəsi tam yüklü olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində həmin nəqliyyat vasitəsilə Gəncə şəhərinə çatmış və şəhərin adını bilmədiyi küçəsində, işıqforun qırmızı işığında dayanıb yaşıl ışığın yanmasını gözləmişdir. Həmin vaxt o, avtomobil yolunun orta hərəkət hissəsində dayanmışdır. İşıqforun yaşıl işığı yandıqda asta sürətlə hərəkətə başlamış, həmin vaxt isə onun qarşısında hər hansı bir avtomobil, o cümlədən digər maneə olmamışdır. O, hərəkətə başlamazdan əvvəl və hərəkətə başlayan an nəqliyyat vasitəsinin sürücü kabinəsinin sağ və sol tərəflərində olan, həmçinin kabinənin yuxarı sağ tərəfində nəqliyyat vasitəsinin ön tərəfini göstərmək üçün nəzərdə tutulan güzgülərə baxmış, lakin heç bir maneə olmadığını görüb hərəkət başlamışdır. O, bir neçə metr hərəkətini davam etdirib yolayrıcının mərkəzinədək getdikdə yarımqoşqunun birinci təkərinin hansısa maneənin üzərindən keçdiyini hiss etmişdir. Elə həmin vaxt da yolun sağ tərəfindən bir nəfər piyada şəxs ona qışqırıb nəqliyyat vasitəsini saxlamağı istəmişdir. O, həmin an nəqliyyat vasitəsini dayandırmış və düşüb nə olduğunu öyrənmək üçün yarımqoşquya nəzər yetirdikdə bir nəfər yaşlı şəxsin sağ ayağı yarımqoşqunun təkərinin altında qaldığını, yerdə isə çoxlu qan olduğunu görmüşdür. Həmin vaxt hadisə yerinə ətrafdan tanımadığı şəxslər toplaşmış və təcili-tibbi yardım avtomobili ilə həmin şəxsi xəstəxanaya yola salmışlar. Özü isə hadisə yerində qalıb baxış aparılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, hadisənin baş verməsinə səbəb piyadanın onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına çıxması və hərəkətinə mane olması olmuşdur. O, həmin piyadanın hərəkətdə olmasını, piyada zolağı ilə keçməsini, yaxud onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısında olmasını görməmişdir. Belə ki, o, asta hərəkət sürətilə hərəkətə başlamış, yolayrıcının mərkəzinə çatarkən hiss etmişdir ki, hansısa maneənin üzərindən keçib. Hadisə vaxtı o, tam ayıq vəziyyətdə olmuşdur. Bundan başqa, idarə etdiyi həmin nəqliyyat vasitəsinin sürücü əyləşən oturacağında oturduqda nəqliyyat vasitəsinin, təxminən 2-3 metr qarşısını birbaşa görmək olmur. Belə ki, nəqliyyat vasitəsinin kabinə hissəsinin yuxarı sağ tərəfində nəqliyyat vasitəsinin birbaşa qarşısını göstərən güzgü mövcuddur. O, hərəkətə başlamazdan əvvəl, həmçinin hərəkətə başlayarkən həmin güzgüyə baxmış, lakin qarşıda heç bir maneə görməmişdir. Ona görə də hərəkətə başlamışdır. Ancaq, hərəkətə başladıqdan sonra, yəni nəqliyyat vasitəsi yerindən hərəkətə gəlib yolayrıcına daxil olarkən həmin güzgüyə bir daha baxmamışdır. Əgər hərəkətə başladıqdan sonra bir daha həmin güzgüyə baxsaydı həmin piyadanı görərdi. Hadisə vaxtı idarə etdiyi nəqliyyat vasitəsində isə tək olmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, ailə üzvlər ilə birlikdə Gəncə şəhəri, G.Mehmandarov küçəsi, ev 7də yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun atasıdır. Mərhum atası Zərərçəkmiş şəxs Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 34A, mənzil 12-də tək yaşayır. Belə ki, anası Vera İbrahimova üç il əvvəl vəfat etdiyi üçün mərhum atası Ənvər həmin ünvanda tək yaşamışdır. Buna baxmayaraq, onun özü və oğlu Samir tez-tez mərhum Zərərçəkmiş şəxs baş çəkir, lazımi ərzaq ehtiyaclarını alıb verirmişlər. O, hər gün saat 19 radələrində mərhum atası Ənvərin yaşadığı mənzilin telefonuna zəng edib hal-əhvalını soruşur. xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində yenə mərhum atası Ənvərin ev telefonuna zəng etmiş, lakin telefona cavab verən olmamışdır. O da bundan narahat olmağa başlamışdır. Bir qədər sonra ona Gəncə şəhər 3 saylı TTYX-dan zəng gəlmiş və ona bildirmişlər ki, atası Ənvər yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq həmin xəstəxanada müalicə alır. O və oğlu dərhal Gəncə şəhər 3 saylı TTYX-ya getmişlər. Onlar xəstəxanada mərhum atası Ənvərin sağ ayağının buddan aşağı hissəsinin amputasiya edildiyini görmüşlər. Atası Ənvər həmin vaxt onunla danışa bilmədiyi üçün hadisənin necə baş verdiyini deyə bilməmişdir. Həmin vaxt mərhum atası Ənvər əməliyyatdan çıxdığı üçün vəziyyəti ağır olmuşdur. O, hadisənin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsindəki yolayrıcında baş verdiyini xəstəxanada öyrənmişdir. Belə ki, ona məlum olduğu kimi hadisə vaxtı mərhum atası yolu keçmək istəyərkən yanacaq çəni daşıyan yük avtomobili mərhum atası Ənvəri vurub aşağı ətrafının üzərindən keçmişdir. Nəticədə atası Ənvər aldığı xəsarətlərdən çoxlu qan itirərək xəstəxanaya aparılmışdır. Bununla belə o, hadisə vaxtı yaşadığı evdə olduğundan hadisənin şahidi olmamışdır. Hadisəni törədən Təqsirləndirilən şəxs isə tanımamışdır və onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bundan başqa, mərhum atası Zərərçəkmiş şəxs ondan və onun qardaşından başqa heç kimi yoxdur. Belə ki, anası üç il əvvəl vəfat etmişdir. Qardaşı Faiq isə Rusiya Federasiyasında yaşayır. Mərhum atası Zərərçəkmiş şəxs görmə qabiliyyəti yaxşı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir və bu barədə notarial qaydada ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində “6160” saylı patrul avtomobili ilə 7-ci marşrutt xətti üzrə xidmət apararkən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində yanacaq daşıyan “Mercedes” yük markalı avtomobilin yolu keçməkdə olan yaşlı bir piyadanı vuraraq aşağı ətrafının üzərindən keçməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən xidməti məlumat almış və dərhal qeyd edilən hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda orada çoxsaylı insanların toplaşmasını, yerdə kişi cinsli yaşlı bir şəxsin uzanaraq ağır vəziyyətdə olmasını və aşağı ətrafının isə yolayrıcının mərkəzində dayanıqlı vəziyyətdə olan həmin nəqliyyat vasitəsinin yarımqoşqusunun təkəri altında qalmasını, yerdə çoxlu qan izlərinin olmasını görmüşdür. Həmin vaxt qeyd edilən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona yaxınlaşıb özünü təqdim etmiş və hadisəni ehtiyyatsızlıqdan törətdiyini bildirərək sənədlərini ona təqdim etmişdir. Bundan sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmiş və onların köməkliyi ilə həmin şəxs xəstəxanaya aparılmışdır. Daha sonra isə o, hadisə yerində qalıb hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, protokol tərtib edildikdə protokolu imzasıyla təsdiq etmişdir. İş materiallarına: 6-9 saylı vərəqlərdə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxem və foto şəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsindəki yolayrıcıdır. Hadisə yerində avtomobil yolu iki tərəflidir və qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa nişanlama xətti, həmçinin eyni istiqamətli nəqliyyat axınını ayıran qırıq nişanlama xətti o cümlədən piyada zolağı mövcuddur. Hadisə yerində yolun bir istiqamət üzrə hərəkət hissəsində 3 hərəkət zolağı, yolun ümumi, yəni iki istiqamət üzrə hərəkət hissəsində isə 6 hərəkət zolağı mövcuddur. Hadisə yerində avtomobil yolunun hər iki istiqamət üzrə ümumi eni 27.4 metr, bir hərəkət hissəsi üzrə eni isə 13.7 metrdir. Baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmişdir. Piyadanın vurulma yeri Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsindəki yolayrıcının mərkəzidir. Piyadanın vurulma yerindən, yəni yolayrıcının mərkəzindən piyada zolağının yolayrıcının mərkəzi tərəfdən başlanğıcınadək olan məsafə 6 metr, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz 1843LS” yük markalı avtomobilin gəldiyi istiqamətdə quraşdırılmış işıqforun bərabərliyində yerə çəkilmiş stop xəttədək olan məsafə 12 metrdir. Hadisə yerində təkər, yəni tormoz və ya sürüşmə izi müəyyən edilməmişdir. Hadisə yerinə baxışı gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır. Bundan başqa, hadisə yerinə baxış protokolundan görünür ki, hadisənin baş verdiyi avtomobil yolu asfalt-beton örtüklüdür, yol örtüyü quru vəziyyətdə olmuşdur, yolun hərəkət hissəsinə sağ və sol tərəfdən səki birləşir. 42-43 saylı vərəqlərdə əlavə olunmuş “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, qeyd edilən avtomobil yanacaq daşımaq üçün nəzərdə tutulan və üzərində “Lukoil” yazısı olan yarımqoşquya malik nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsinin kabinə hissəsi qırmızı, qara və boz rənglərdən ibarətdir. Kabinə hissəsinin üzərində **-DB-*** dövlət qeydiyyat nömrə nişanı, yarımqoşqunun üzərində isə **-ZA-*** dövlət qeydiyyat nömrə nişanı vardır. Nəqliyyat vasitəsinin və onun yarımqoşqusunun, sağ və sol tərəflər üçün ümumilikdə beş sıra təkərləri vardır. Onlardan iki sıra əsas-aparıcı hissənin, üç sıra isə yarımqoşqunun payına düşür. Nəqliyyat vasitəsinə baxış zamanı onun yarımqoşqu ilə birlikdə ümumi uzunluğu ölçülmüş və həmin məsafə 14.4 metr təşkil etmişdir. Bundan sonra nəqliyyat vasitəsinin əsas, yəni aparıcı hissənin uzunluğu ölçülmüş və həmin məsafə 3.6 metr təşkil etmişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinə hissəsinin eni ölçülmüş və həmin məsafə 2.45 metr təşkil etmişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinə hissəsinin təpə nöqtəsindən yerədək olan məsafə ölçülmüş və həmin məsafə 2.9 metr təşkil etmişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinə hissəsində ön alın şüşənin yerə doğru istiqamətdə bitdiyi nöqtədən yerədək olan məsafə ölçülmüş və həmin məsafə 2.2 metr təşkil etmişdir. İstintaq hərəkətinin icrası zamanı sürücü oturacağına əyləşdikdə və heç bir yardımçı güzgüdən istifadə etmədən düz qarşıya baxıldıqda nəqliyyat vasitəsinin qarşısı, yəni ön alın şüşənin yerə doğru bitdiyi nöqtədən paralel xətt üzrə aşağı tərəfi 1.7 metr məsafəyədək görmək mümkün olmadığı müəyyən edilmişdir. Bundan sonra sürücü oturacağında əyləşməklə nəqliyyat vasitəsinin kabinə hissəsinin bayır hissədən yuxarı sağ tərəfinə quraşdırılmış yardımçı güzgüyə baxılmış və həmin güzgünün nəqliyyat vasitəsinin kabinə hissəsinin qarşı tərəfini, yəni kabinənin enini tam olaraq, qarşı tərəf yeri isə 3.1 metr məsafəyədək göstərdiyi müəyyən edilmişdir. Avtomobilə baxış zamanı “Samsung” markalı fotokamera ilə nəqliyyat vasitəsinin kabinə hissəsinin yuxarı sağ tərəfində quraşdırılmış yardımçı güzgünün foto şəkli çəkilərək protokola əlavə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin əks etdirən Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinə məxsus Qİ-011 saylı kamerasında qeydə alınmış görüntüyə baxış zamanı müəyyən edilir ki, görüntüdə əks olunan yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yolu-yolayrıcıdır. Yolayrıcında dörd fərqli istiqamət üzrə avtomobillərin hərəkəti nəzərdə tutulub. Yolayrıcının video müşahidə kamerasının qeydə aldığı istiqamətində piyada zolağı nəzərdə tutulub. Görüntüdən məlum olur ki, video müşahidə kamerasının qeydə aldığı istiqamətdə avtomobillərin üç hərəkət zolağı üzrə hərəkəti nəzərdə tutulub. Yolayrıcında hərəkət işıqfor vasitəsilə tənzimlənir və görüntünün ilk saniyələrində işıqforun qırmızı işığı yandığı üçün hər iki istiqamətdə avtomobillər dayanıb işıqforun yaşıl işığının yanmasını gözləyirlər. Görüntünün 09 saniyəsində videomüşahidə kamerasının qeydə aldığı istiqamətdə hərəkət edərək yolun orta hərəkət zolağı ilə qırmızı rəngli kabinəsi olan və qoşqu hissəsində çən quraşdırılmış nəqliyyat vasitəsinin işıqfora paralel istiqamətdə yerə çəkilmiş stop xətt (1.12 yol xətti) qarşısında dayandığı görünür. Belə ki, həmin nəqliyyat vasitəsi işıqforun qırmızı işığı yandığı üçün hərəkətini dayandırıb yaşıl işığın yanmasını gözləyir. Görüntünün 17-ci saniyəsində qeyd edilən nəqliyyat vasitəsinin kabinə hissəsinin sağ tərəfindən bir nəfər yaşlı şəxsin piyada şəkildə və asta yerişlə kabinə hissəsinə çəp istiqamətdə yaxınlaşdığı görünür. Həmin şəxs kişi cinsli şəxs olmaqla başında papaq, sol əlində isə torba vardır. Görüntüdən məlum olur ki, tam dayanmış vəziyyətdə olan həmin nəqliyyat vasitəsi işıqforun qırmızı işığında, yəni yaşıl işıq yanmamış asta sürətlə hərəkətə başlayır və cəmi 2 saniyənin tamamında işıqforun yaşıl işığı yanır. Nəqliyyat vasitəsinin hərəkətə başlamasına baxmayaraq, qeyd edilən piyada onun qarşısından keçməyə davam edir və artıq hərəkətdə olan nəqliyyat vasitəsinin kabinə hissəsi ilə kəsişmə nöqtəsinə çatdıqda nəqliyyat vasitəsinin dayanmayacağını görüb nəqliyyat vasitəsinin qarşısı ilə onun hərəkət istiqamətində qaçmağa başlayır. Nəqliyyat vasitəsi isə hərəkətini artan sürətlə davam etdirir. Diskə baxış zamanı görüntünün 24-cü saniyəsində qeyd edilən piyadanın yerdə əks olunan kölgəsindən məlum olur ki, həmin piyada nəqliyyat vasitəsinin qarşısı ilə 26-cı saniyəyədək, piyada keçidindən bir qədər irəliyədək qaçır, lakin 26-cı saniyədə hərəkətdə olan nəqliyyat vasitəsinin kabinə hissəsinin ona təmas etməsi ilə yerə, daha dəqiq üzü üstə kabinə hissəsinin sağ təkərinin altına yıxılır və ardıcıl olaraq nəqliyyat vasitəsinin kabinə hissəsinin ilk öncə birinci, sonra ikinci təkərləri onun aşağı ətrafının üzərindən keçir, üçüncü təkər isə həmin piyadanın aşağı ətrafını sadəcə olaraq sürüyür, lakin üzərindən keçmir. Həmin vaxt kənardan bir nəfər şəxs əli ilə işarə edib nəqliyyat vasitəsini saxladır və həmin nəqliyyat vasitəsi yolayrıcının orta hissəsində dayanır. Bundan sonra hadisə yerinə çoxsaylı kənar şəxslər toplaşır və oraya gələn təcili-tibbi yardım avtomobili ilə piyadanı xəstəxanaya aparırlar. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əks olunan-qırmızı kabinəli, yanacaq çəninin üzərində “Lukoil” sözü yazılmış nəqliyyat vasitəsi onun idarə etdiyi “Mercedes Benz 1843LS” yük markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi və onun **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı, “SCHRADER” markalı qoşqusudur. O, həmin vaxt işıqforun yaşıl işığı yanmaqda ikən hərəkətə başlamış, artıq hərəkətə başlayan an işıqforun yaşıl işığı yanmışdır. O, hərəkətə başlamazdan əvvəl idarə etdiyi həmin nəqliyyat vasitəsinin yan güzgülərinə və həmin nəqliyyat vasitəsində quraşdırılmış- “kor nöqtə” adlanan hissəsi göstərən aynaya baxmış, hər hansı bir maneə, o cümlədən piyada olmadığına əmin olduqdan sonra hərəkətə başlamışdır. Hərəkətdə olarkən yolayrıcına daxil olduqda kənardan bir nəfər şəxsin qışqırıb ona işarə verməsi ilə nəqliyyat vasitəsini dayandırmışdır. Bundan sonra o, müəyyən etmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi piyadanı vurub üzərindən keçmişdir. 69-73 saylı vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 24 nömrəli ekspert rəyindən görünür ki, 1943-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ aşağı ətrafın (budun aşağı 1/3 hissəsindən) travmatik amputasiyası, sağ İİ-İİİ-İV-V, sol İİ-İİİ-İV qabırğalarının məməxətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ayaq pəncəsinin qançır və şişkinliyi, sağ yanaq, qarın, sağ əlin arxa səthinin, sol iç-topuq oynağı nahiyəsinin sıyrıqlarıdır. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ aşağı ətrafın (budun aşağı 1/3 hissəsindən) travmatik amputasiyasından əmələ gələn xarici qanitirmə, hemorragik və travmatik şok olmuşdur. Ətraf mühit şəraitinə və meyit əlamətlərinə əsasən, ölümün müddəti meyit müayinə olunan vaxta, yəni xx.xx.2020-ci il tarixdə saat 23:30-a nəzərən 2-4 saatdır. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. 83-86 saylı vərəqlərdə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxx 2020-ci il tarixli 8/484 nömrəli rəyindən görünür ki, “Mercedes-Benz 1843LS” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 18 saylı vərəqdə əlavə olunmuş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx xxxx 2020-ci il tarixli 854/2020 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”nda görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur. 22-26 saylı vərəqlərdə əlavə olunmuş sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və etibarnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə AE 313491 nömrəli, “BE, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sənədin etibarlılıq tarixi xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Mercedes Benz 1843LS” yük markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi və onun “Schrader” markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqusu ünvan 1 ünvanında qeydiyyatda olan X1 adına rəsmiləşdirilmiş və qeyd edilən nəqliyyat vasitəsini və onun yarımqoşqusunu idarə etmək üçün xx.xx.2015-ci il tarixdə 09 il 07 ay 15 gün müddətinədək, yəni xx.xx.2024-cü il tarixədək mülkiyyətçi F.V.Fəttahov tərəfindən sürücü Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. 101 saylı vərəqdə əlavə olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X12 istintaqa notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs hüquqi varisi kimi sürücü Təqsirləndirilən şəxs barışmış, onu bağışlayır və ondan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Belə ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra mərhum atam Zərərçəkmiş şəxs təcili-tibbi yardım göstərilməsini, xəstəxanaya çatdırılmasını təmin etmiş, hadisə nəticəsində onlara dəymiş ziyanı ödəmişdir 63 saylı vərəqdə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Tovuz RQİ və TBŞ-dən alınmış xx.xx.2020-ci il tarixli, 3xx-xx-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi AE- 313491 saylı “BE, CE” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. 64 saylı vərəqdə əlavə olunmuş Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 248 nömrəli məktubundan görünür ki, 1962-ci il təvəllüdlü Tovuz rayon düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında dayanmır. 81 saylı vərəqdə əlavə olunmuş Tovuz rayon İHB-nın Düz Cırdaxan kənd İƏD-si üzrə nümayəndəsinin 336 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon düz Cırdaxan kənd sakinidir. Tovuz rayon İHB-nın Düz Cırdaxan kənd İƏD-si üzrə nümayəndəsinin 503 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon düz Cırdaxan kənd sakinidir. Ailə tərkibi: yoldaşı- 1975-ci il təvəllüdlü X5 və oğlu- 1998-ci il təvəllüdlü X13. Ailədə tək işləyən Təqsirləndirilən şəxsdur. 82 saylı vərəqdə əlavə olunmuş Tovuz rayon İHB-nın Düz Cırdaxan kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, 1967-ci il tarixdə Tovuz rayon Düz Cırdaxan kəndində anadan olmuş azərbaycanlı Təqsirləndirilən şəxs ondan ötrü ki, o, həqiqətən yaşadığı Tovuz rayonun Düz Cırdaxan kəndində özünü həmişə nümunəvi aparmış və əhali arasında özünəməxsus hörmətə malik olmuşdur, bitərəfdir, evlidir, 3 övladı var. Kəndə xeyir-şər məclislərində iştirak edənlərin içərisində qabaqcıllar cərgəsində olmuşdur. Bu vaxta qədər heç kimin ondan narazılığı olmamışdir. Nümayəndəliyə onun barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. 37 saylı vərəqdə əlavə olunmuş “zərərçəkmiş şəxs kimi tanıma” haqqında xx.xx.2020-ci il tarixli, 77 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. 54 saylı vərəqdə əlavə olunmuş “zərəçəkmiş şəxsin hüquqi varisi və cinayət prosesin iştirakçısı kimi tanıma” haqqında xx.xx.2021-ci il tarixli, 80 nömrəli qərardan görünür ki, X12 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınması qərar alınmışdır. 98 saylı vərəqdə əlavə olunmuş “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2021-ci il tarixli, 129 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin qanunun tələblərinə əməl etməyərək, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz 1843LS” yük markalı avtomobil və onun **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı, “SCHRADER” markalı yarımqoşqusu ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə həmin prospektin Azərbaycan Bayrağı küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində olan yolayrıcında işıqforun qırmızı işığında dayanıb yaşıl işıq yandıqda düzünə hərəkətə başlayarkən piyada zolağı ilə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq aşağı ətrafının üzərindən keçməsi nəticəsində Zərərçəkmiş şəxs sağ aşağı ətrafın travmatik amputasiyası nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi, təqsirini etiraf etməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən orta həddə təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı qərarını əsaslandırarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbini də nəzərə alır. Belə ki, həmin maddəyə əsasən, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal olduqda, yəni təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyən zərəri azaldarsa, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edərsə, əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha ciddi cəzanın son həddi altı il azadlıqdan məhrum etmə cəzasıdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəzanın müddətini nisbətən orta həddə təyin etməyi qərara alır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq ekspertizanı keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, xx xxxxxx 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 16 saatlıq hüquqi yardıma görə 96 (doxsan altı) manat vəsait vəkilə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X6 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 (doxsan altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-14/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-14/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver