Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-14/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 09.02.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1977-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Gəncə şəhəri ünvan 1 ünvanda yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi̇ : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.95 qram olmaqla 19 ədəd tramadol həblərini, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.8 qram olmaqla 8 ədəd tramadol həblərini və hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3.3 qram olmaqla 11 ədəd preqabalin həblərini qanunsuz olaraq əldə edib hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.4 qram olmaqla 8 ədəd tramadol həblərini, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.575 qram olmaqla 7 ədəd tramadol həblərini və hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3 qram olmaqla 10 ədəd preqabalin həblərini yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Ordubadi küçəsi, ev 46 ünvanında saxlamış və hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.55 qram olmaqla 11 ədəd tramadol həblərini, tramadolun təsir maddəsinin miqdarı 0.225 qram olan 1 ədəd tramadol həbini və preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram olan 1 ədəd preqabalin həbini üzərində saxlayaraq daşımış, 04.02.2021-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 şöbəsinin əməkdaşları tərəfindən özünün razılığı əsasında yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı dolabda olan plastik qutunun içərisində hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.4 qram olmaqla 8 ədəd tramadol həbləri, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.575 qram olmaqla 7 ədəd tramadol həbləri və hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3 qram olmaqla 10 ədəd preqabalin həbləri, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən X2 şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qış gödəkçəsinin sol yan cibindən hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.55 qram olmaqla 11 ədəd tramadol həbləri, tramadolun təsir maddəsinin miqdarı 0.225 qram olan 1 ədəd tramadol həbi və preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram olan 1 ədəd preqabalin həbi aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır.Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində güclü ağrılar olduğu üçün o, 1-2 aydır ki, ağrıkəsici dərmanlardan, yəni “tramadol” və “lirika” kimi tanıdığı həblərdən istifadə etməyə başlamış, həmçinin maddi vəziyyəti zəif olduğu üçün həmin həbləri tanımadığı şəxslərə pul müqabilində bir-iki dəfə satmışdır. Həmin həblərin 1 ədədini, təxminən 1-2 manata satmış, Bakı şəhərində olarkən Neftçilər adlanan ərazidə olan aptekə daxil olub güclü təsir göstərən “tramadol” və “lirika” adlanan həblərdən soruşmuş, aptekdə həmin həblər olduğu üçün o, 50 manat pul müqabilində reseptsiz həmin həblərdən almış, özü ilə Gəncə şəhərinə, evinə gətirmiş, həmin həblərdən bəzən özü istifadə etmiş, bəzən isə pul qarşılığında tanımadığı şəxslərə satmışdır. 04 fevral 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdə olarkən həyət darvazasının döyüldüyünü eşitmiş, qapını açmaq üçün həyətə çıxmış, darvazanı açan zaman üç nəfər tanımadığı şəxsi görmüş, həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun güclü təsir edən maddələrin Gəncə şəhər Kəpəz rayonu ərazisində satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək öz razılığı ilə polis əməkdaşları videoçəkilişlə baxış keçirilmiş o, özü qab-qacaq dolabından içərisində “tramadol”, “lirika” kimi tanıdığı güclü təsir edən həblər olan plastik qutunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutunun içərisində olan 8 ədəd 50 mq-lıq tramadol, 7 ədəd 225 mq-lıq tramadol və 10 ədəd 300 mq-lıq lirika kimi tanıdığı preqabalin həbləri paketin içərisinə qoyularaq qablaşdırılmışdır.Bundan sonra polis əməkdaşları evinin otaqlarına baxış keçirməyə başlamış, baxış zamanı evin otaqlarından qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra onu polis əməkdaşları Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şöbəsinə aparmış, şöbədə üzərində şəxsi axtarış aparılmış, axtarış başlamazdan əvvəl o, əynində olan qış gödəkçəsinin sol yan cibindən 11 ədəd 50 mq-lıq tramadol, 1 ədəd 300 mq-lıq lirika kimi tanıdığı preqabalin və 1 ədəd 225 mq-lıq tramadol həblərini çıxarıb təqdim etmişdir. O, həmin həbləri şəxsi istifadəsi və arada bir satması üçün Bakı şəhərində “Neftçilər” adlanan ərazidə olan aptekdən almışdır. Əməlindən peşman olduğunu göstərərək yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, şöbəyə Gəncə şəhər Ordubadi küçəsində yaşayan Mənsurə adlı şəxsin yaşadığı evə və üzərində narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən həblər saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhər Ordubadi küçəsi ev 46 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra 04.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə və yaşadığı evə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə tramadol və lirika dərman həblərinin olması barədə əməliyyat məlumatı daxil olmuş, sonra, həmin məlumat əsasında DİN-nin BNMİ-nin QRBŞ-nin operatoru Şahid7, həmin şöbənin təhqiqatçısı Yunis Quliyevlə birlikdə Təqsirləndirilən şəxsnm yaşadığı Gəncə şəhər Ordubadi küçəsi ev 46 ünvanına gedilmiş, onlar həmin yerə çatdıqda Gəncə şəhər ünvan 3nı döymüşdür. Təqsirləndirilən şəxs qapını açmış, onlar həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, sonuncuya narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan dərman həblərini qanunsuz olaraq əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, qəbul edilmiş əməliyyat qərarı Təqsirləndirilən şəxs oxunmuş, sonuncunun öz razılığı ilə yaşadığı evdən götürmə edilməsi barədə ərizə yazmış, onlar içəri daxil olmuşdur. Mənsurə yaşadığı evin qonaq otağında olan şkafda olan dərman həblərini təqdim etmişdir. Baxış zamanı orada 15 ədəd tramadol və 10 ədəd lirika həbinin olduğu müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin həbləri Bakı şəhərində apteklərdən birindən aldığını, özünün istifadə etdiyini, bəzən maddi imkanı olmadığı üçün tanımadığı şəxslərə 1-2 manat pulun qarşılığında satdığını bildirmişdir.Bundan sonra götürülən dərman həbləri zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 7(2) saylı möhürü ilə möhürlənərək imzalanmış, müvafiq sənədləşmə aparılmış, baxış zamanı “Sony” markalı videokameradan istifadə edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN- nin QRBŞ-nə gətirilmiş, idarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, vəkil Müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxsnm üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən tramadol və lirika həblərini çıxarıb təqdim etmişdir. Həmin həblər zərfdə qablaşdırılaraq möhürlənmiş və müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 il olar ki, tanıyır. Belə ki, onun psixotrop dərmanlar satdığını bilmiş 3-4 dəfə də o dərmanlardan almışdır. Belə ki,lirika həblərinin bir ədədini 10 manata almışdır. Sonuncu dəfə qapını döyən zaman polis əməkdaşları orada olmuş və qapını onlar açmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Yaddaş pozğunluğu olduğu üçün heç nə xatırlamır. Halhazırda psixotrop maddə qəbul etmir. Elşad adlı tanışı ilə yolda dayanan zaman polis əməkdaşları onları saxlamış və şöbəyə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, psixoloji sarsıntı keçirdiyindən heç nə yadında deyil. Belə ki, Təqsirləndirilən şəxs tanımır. Narkotik vasitələrdən istifadə etmir. Məhkəməyədən istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2021-ci il tarixli 6/515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Arayışlar üçün N 7(2)” dairəvi möhür əksi olan üzərində “04.02.2021 -ci il tarixdə AR DİN BNMİ QBRŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dərman preparatları və “04.02.2021-ci il tarixdə AR DİN BNMİ QBRŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından aşkar edilmiş dərman preparatları” yazı və imzalar olan zərflərdə ümumi sayı 19 ədəd olan “Tramadol” 50 mg” kapsulları və ümumi sayı 8 ədəd olan “Tramadol 225 mg” həbləri və ümumi sayı 11 ədəd olan “Pregabalin 300” kapsulları güclü təsir edən maddədir. 11 ədəd “Pregabalin 300” kapsulunun tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3.3 qram olduğu müəyyən edildi, (bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0.3 qramdır). “Tramadol 50 mg” yazılan 19 ədəd həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.95 qram ( bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0.05qramdır) olduğu müəyyən edildi. Təqdim olunmuş üzərində “Tramadol 225 mg” yazılan 8 ədəd həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.8 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0.225 qramdır) olduğu müəyyən edilmişdir. Gəncə şəhəri Narkoloji Dispnserin 04.03.2021-ci il tarixli 211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 24.03.2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Şübhəli şəxsin tutulması haqqında 04.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 06.02.2021-ci il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.95 qram olmaqla 19 ədəd tramadol həblərini, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.8 qram olmaqla 8 ədəd tramadol həblərini və hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3.3 qram olmaqla 11 ədəd preqabalin həblərini qanunsuz olaraq əldə edib hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.4 qram olmaqla 8 ədəd tramadol həblərini, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.575 qram olmaqla 7 ədəd tramadol həblərini və hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3 qram olmaqla 10 ədəd preqabalin həblərini yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Ordubadi küçəsi, ev 46 ünvanında saxlamış və hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.55 qram olmaqla 11 ədəd tramadol həblərini, tramadolun təsir maddəsinin miqdarı 0.225 qram olan 1 ədəd tramadol həbini və preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram olan 1 ədəd preqabalin həbini üzərində saxlayaraq daşımış, 04.02.2021-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən özünün razılığı əsasında yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı dolabda olan plastik qutunun içərisində hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.4 qram olmaqla 8 ədəd tramadol həbləri, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.575 qram olmaqla 7 ədəd tramadol həbləri və hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3 qram olmaqla 10 ədəd preqabalin həbləri, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən X2 Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qış gödəkçəsinin sol yan cibindən hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0.55 qram olmaqla 11 ədəd tramadol həbləri, tramadolun təsir maddəsinin miqdarı 0.225 qram olan 1 ədəd tramadol həbi və preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram olan 1 ədəd preqabalin həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi . Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşmançılıq hissi keçirərək öz hərəkətlərinə tənqidi yanaşıb özünü qınaq obyektinə çevirməsini, ilk dəfə cinayət törətməsini, islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bundan başqa CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 88,70 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş tədqiqata sərf olunduqdan sonra ümumi sayı 17 ədəd təşkil edən Tramadol 50 mg həbləri, 1 ədəd və 2/1 ədəd Tramadol 225 mg həbləri və ümumi sayı 9 ədəd və 2/1 ədəd Preqabalin kapsulaları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və evə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində üzərində davranışa nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş tədqiqata sərf olunduqdan sonra ümumi sayı 17 ədəd təşkil edən Tramadol 50 mg həbləri, 1 ədəd və 2/1 ədəd Tramadol 225 mg həbləri və ümumi sayı 9 ədəd və 2/1 ədəd Preqabalin kapsulaları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və şəxsi axtarış və evə baxış keçirilməsnin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsnndan tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmün icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-14/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-14/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver