Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-140/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə X5 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum edilməmiş, işsiz, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə həmyerlisi Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 2500 (iki min beş yüz) manat pul verəcəyi halda sonuncunun bacısı oğlu Şahid1 “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsinə sahə nəzarətçisi kimi işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx xxxx 2019-cu il tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən X5 rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan kiçik parkda 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyytlə, yəni şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək, 900 (doqquz yüz) manat pul verəcəyi halda “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsinə sürücü kimi işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvvəl 2019-cu ilin iyul ayının ortalarında məlum olmayan tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada 500 (beş yüz) manat, daha sonra 2019-cu ilin iyul ayının sonlarında isə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada 400 (dörd yüz) manat pulunu alaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 vahid niyyətlə cəmi 900 (doqquz yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, hərəkətindən peşmançılıq hissi keçirdiyini göstərərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2019-cu ilin may ayında yaşadığı ərazidə olan çayxanada söhbət zamanı təsadüfən tanımış və sonuncu ilə münasibəti yaranmışdır. Bundan sonra mütəmadi olaraq Vüqarla həmin çayxanada görüşəndə salamlaşıb bir yerdə oturub çay içmişlər. Həmin müddətdə Vüqarla söhbət zamanı Vüqar ona bacısı oğlu Şahid1 işsiz olduğunu iş axtardığını demiş, bu zaman onun da pula ehtiyacı olduğu üçün Vüqarın bacısı oğlu Etibarı “xxxxxxxxxx” ASCnin Gəncə regional elektrik şəbəkəsinə sahə nəzarətçisi kimi işə düzəldə biləcəyini demişdir. Vüqar isə işə qəbul olunması qarşılığında hansı sənədlərin lazım olacağını soruşmuş, özü Vüqara, Etibarın şəxsi məlumatların əks olunduğu ərizə anket (“CV”), hərbi bileti, şəxsiyyət vəsiqəsi və sair sənədlər, eləcə də işə düzəlməsi üçün 2500 manatda pul tələb etmişdir. Vüqar da bu barədə fikrləşəcəyini demişdir. Sonradan Vüqar onunla razılaşmış və pulu düzəldib xəbər edəcəyini demişdir. Vüqar söhbətindən təxminən 1 ay sonra yəni, xx.xx.2019-cu il tarixdə Vüqar ona zəng etmiş və onlar X5 rayonu V.Xuluflu küçəsində yerləşən Kəpəz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan kiçik parkda Vüqarla görüşmüşlər. Vüqar orada Etibara aid sənədləri və 2500 manat nəğd pulu ona vermişdir. Özü də Vüqara bir aya Etibarın “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsinə sahə nəzarətçisi kimi işə çıxacağını demişdir. Bundan sonra o, 2500 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonradan isə Vüqar pulu istəyəndə pulu qaytaracağını desə də qaytara bilməmişdir. 2019-cu ilin iyul ayının əvvəlində onunla qonşu binada yaşayan tanışı İlqarla Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada görüşən zaman sonuncu ona oğlu Asimin işsiz olduğunu və Asimə iş axtardığmı bildirmişdir. O, da İlqara, Asimi “xxxxxxxxxx” ASC-in Gəncə regional elektrik şəbəkəsinə sürücü düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt İlqar Asimə zəng edib iş barədə söhbət etmək üçün oturduqları çayxanaya çağırmışdır. Asim onların yanına gəldikdən sonra o, iş barədə Asimə məlumat vermiş və hansı sənədləri toplamalı olduğunu izah etmişdir. O, söhbət zamanı Asimin “xxxxxxxxxx” ASC-yə sürücü düzəlməsi üçün Asimin ona 1500 manat pul verməli olduğunu bildirmişdir. Təxminən 2019-cu ilin iyul ayının ortalarında İlqar və oğlu Asimlə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada görüşən zaman Asim özü ilkin olaraq ona 500 manat pul vermiş və qalan pulu da hissə-hissə verəcəyini demişdir. O, da Asimlə razılaşmış və o, işin düzəlməsinin təxminən 2 ay çəkəcəyini bildirmişdir. 2019-cu ilin iyul ayının sonunda yenidən Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada görüşən zaman Asim ona əlavə olaraq 400 manat pul vermişdir. Asimdən aldığı 900 manat pulu o, özü ehtiyacları üçün xərcləmişdir. Sonradan Asimin “xxxxxxxxxx” ASC-yə sürücü düzəlməsi məsələsi uzandığı üçün Asim bir neçə dəfə onun yaşadığı ünvana gəlib verdiyi pulu geri istəmişdir. O, Asimə işin düzəlməyini gözləməsini bildirsə də Asim verdiyi pulu geri istəmişdir. O, Asimə işə düzətmək üçün aldığı 900 manat pulu geri qaytarmaq üçün vaxt istəmişdir. Lakin Asim onun barəsində Kəpəz RPİ-nə ondan şikayət etmişdir. Hazırda hərəkətindən peşmandır və bir daha belə hallara yol verməyəcəyini göstərərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayının ortalarından tanımışdır. Belə ki, söhbət edən zaman bacısı oğlu Şahid1 hər hansı bir işə düzəltmək istədiyini demişdir. Şirzad isə ona əvvəllər «xxxxxxxxxx» X2 şəhər idarəsində hansısa rəhbər vəzifədə işlədiyini və bacısı oğlu Şahid1 həmin idarədə mühəndis vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O, Şirzadla razılaşmış və Şirzad bu barədə maraqlanıb bildirəcəyini demişdir. Təqsirləndirilən şəxs həmin söhbətdən bir neçə gün sonra onunla görüşərək bacısı oğlu Şahid1 mühəndis kimi həmin idarəyə işə düzəlməsinə kömək edə biləcəyini və bunun üçün o, həmin idarənin hesabına 2500 (iki min beş yüz) manat pul köçürməli olduğunu demişdir. O, işə düzəlmək üçün hansısa dövlət qurumuna pul keçirilməsini qanunsuz olduğunu demişdir. Şirzad isə ona həmin xxxxxxxxxx istehsalat Birliyinin təsərrüfat hesablı olduğunu və işçinin həmin pulu birliyin hesabına depozit kimi qoyduğunu, həmin pul iki il ərzində hissə-hissə qaytarılacağını bildirmişdir. Həmin pulun birliyin hesabına Bank vasitəsilə köçürüldüyünü də bildirmişdir. Bundan sorna o, pul düzəldib Şirzada məlumat verəcəyini demişdir. Həmin vaxt Şirzad ondan Etibarın şəxsiyyət vəsiqəsinin surəti, diplomu, ərizə anket məlumalarının əks etdiyi məlumatları (CV) və hərbi bietinm surətini də gətirməsini demişdir. O, da razılaşmış və təxminən bir ay sonra, yəni xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində Şirzadla əvvəlcədən zəngləşdikləri kimi, Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında görüşmüşlər. O, həmin ərazidə 2500 manat pulu və Etibara aid sənədlərin surətini Şirzada vermişdir. Şirzad isə ona narahat olmamağını, xx.xx.2019-cu il tarixdə Etibarın işə çıxacağını demişdir. Bundan sonra onlar sağollaşmışlar. Lakin xx.xx.2019-cu il tarixdə Etibarın işi düzəlməmişdir. Buna görə də o, Şirzada zəng etmiş və işin nə səbəbə düzəlmədiyini soruşmuş, Şirzad isə onu aldadaraq yaxın vaxtlarda düzələcəyini demişdir. Hər dəfə o, Şirzada zəng etdikdə ona narahat olmamasını yaxın aylarda düzələcəyini dediyi üçün Şirzada inanıb gözləmişdir. Lakin sonra Şizadın onu aldatdığını başa düşmüş və 2019-cu ilin dekabr ayında Kəpəz RPB-nə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəyən zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs atası Şahid2 vasitəsilə tanımış və Şirzadla atası əvvəldən tanış olmuşdur. Şirzad atası ilə söhbət edən zaman atasına onu Gəncə şəhəri Nizami Prospektində yerləşən “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsi MMC-yə sürücü kimi işə düzəldə biləcəyini demişdir. Atası bu barədə ona dedikdən sonra o, atası ilə birlikdə Şirzadla V.Xuluflu küçəsində yerləşən çayxanada görüşmüşdür. Görüş zamanı Şirzad adlı şəxs 1500 manata onu “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxx”-nə sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Atası və o, Şirzadla razılaşmış və 2019-cu ilin iyul ayının ortalarında atası ilə birlikdə həmin çayxanada yenidən Şirzadla görüşüb ona ilkin olaraq 500 manat pul vermişdir, həmin vaxt Şirzad 2 ay ərzində sənədlərinin düzəlib işə çıxacağını bildirmişdir. 2019-cu ilin sonlarında yenidən atası ilə birlikdə həmin çayxanada Şirzadla görüşüb Şirzada həmin işlə bağlı əlavə olaraq 400 manat pul vermişlər. Qalan pulu isə işə düzəldəndən sonra verəcəyini bildirmişlər. Şirzad isə yenə də iki aya işin düzələcəyini bildirmişdir. O, 2 ay gözləsə də Şirzad vədinə əməl etməyərək onu həmin yerə işə düzəltməmişdir. O, dəfələrlə Şirzadla görüşüb aldatdığına görə verdiyi 900 manat pulu istəsə də Şirzad müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. Buna görədə Kəpəz RPİ-nə gəlib ərizə ilə müraciət etmişdir. Şirzad adlı şəxs “xxxxxxxxxx” ASC-in “xxxxxxxxx”nə sürücü kimi işə düzəltmək adı ilə 900 manat pulunu ələ keçirərək ümumilikdə ona 900 manat dəyərində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək təqsirləndirilən şəxsin ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödədiyini, onunla barışdığını bildirərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır. O, işi olmadığı üçün 2019-cu ilin iyun ayının əvvəlində dayısı Vüqar ona Şirzad adlı şəxslə tanış olduğunu, Şirzadın onu “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsinə nəzarətçisi kimi işə düzəldə biləcəyini demişdir. Həmin vaxt dayısı Şirzadın onu işə düzəltməsi üçün 2500 manat pul istədiyini bildirmişdir. O, da hazırda pulu olmadığını pulu onun verməsini, sornadan qaytaracağını demişdir. Dayısı da razılaşmış və o, Şirzadın dayısından istədiyi sənədləri, yəni diplomun surətini, hərbi biletin surətin, yaşayış yerindən arayışı və məhkumluq haqqında arayışı toplayıb Şirzada verməsi üçün dayısı Vüqara vermişdir. Dayısı Vüqar isə xx xxxx 2020-ci il tarixdə sənədləri ondan götürüb getmişdir. Sonradan dayısı ona sənədləri və 2500 manat pulu onu işə düzəltməsi üçün Şirzada verdiyini bildirmişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Şirzad işə düzəltməmişdir. Ona görə də dayısı da bu barədə şikayət ərizəsi yazmışdır. X4 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X4 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, qonşu binada yaşadığı üçün tanımışdır. Şirzadla dəfələrlə çayxanada oturub çay içib söhbət etmişdir. Təxminən 2019-cu ilin iyul ayında xatırlamadığı tarixdə onunla qonşu binada yaşayan Şirzad adlı şəxlə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada görüşüb söhbət edən zaman oğlu Asimin işsiz olduğunu Asimə iş axtardığını bildirmiş, həmin vaxt Şirzad Asimi 1500 manat pulun qarşılığında “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsinə sürücü düzəldəcəyini bildirmişdir. Oğlu Asimə zəng edib iş haqqında Şirzadla danışması üçün çayxanaya çağırmış, Asim gəldikdən sonra Şirzad 1500 manata onu “xxxxxxxxxx” ASC-yə sürücü düzəldəcəyini bildirmiş, həmin vaxt Şirzadla razılaşmışdır. Lakin pulu Şirzada hissə-hissə vermək qərarına gəlmiş, ona görə də 2019-cu ilin iyul ayının ortasında Asimlə birlikdə həmin çayxanada Şirzadla görüşmüş, orada Şirzadın əvvəl istədiyi kimi, Asimin hərbi bileti, yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin surəti, digər sənədləri və Asimi işə düzəltməsi üçün ona 500 manat pulu Asim Şirzada vermişdir. Həmin vaxt Şirzad iki ay ərzində Asimin sənədlərinin düzəlib işə çıxacağmı bildirmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonunda yenidən Asimlə birlikdə həmin çayxanada Şirzadla görüşmüş, Asim 400 manat pulu Şirzada vermiş, lakin aradan iki ay keçsə də Şirzad vədinə əməl etməyərək Asimi “xxxxxxxxxx” ASC-yə sürücü kimi düzəltməmişdir. Asim dəfələrlə Şirzadla görüşüb verdiyi 900 manat pulu istəsə də Şirzad müxtəlif bəhanələr gətirib pulu qaytarmamış, ona görə də Asim onun barəsində Kəpəz RPİ-nə şikayət etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v.səh.67- 68); “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.səh.85-86); “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsi tərəfindən verilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxx” MMC-də işləmirlər və onlar tərəfindən qəbulla bağlı heç bir şəxsi vərəqə və ya Gəncə şəhər Məşğulluq Mərkəzindən göndəriş təqdim edilməklə müraciət olunmamışdır (i.v.səh.92). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə həmyerlisi Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 2500 (iki min beş yüz) manat pul verəcəyi halda sonuncunun bacısı oğlu Şahid1 “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsi MMC-nə sahə nəzarətçisi kimi işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx xxxx 2019-cu il tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən X5 rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan kiçik parkda 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyytlə, yəni şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə həmyerlisi Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək, 900 (doqquz yüz) manat pul verəcəyi halda “xxxxxxxxxx” ASC-nin Gəncə regional elektrik şəbəkəsi MMC-nə sürücü kimi işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvvəl 2019-cu ilin iyul ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada 500 (beş yüz) manat, daha sonra 2019-cu ilin iyul ayının sonlarında isə günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən çayxanada 400 (dörd yüz) manat pulunu alaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 vahid niyyətlə cəmi 900 (doqquz yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı ödəməsini, Cinayət Məcəlləsinin 59.1.14-cü və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinəəsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın . Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X5 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-140/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-140/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver