Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-140/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib bitirməmiş, işləməyən, Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsi ev 51, mənzil 35-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,196 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,196 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,115 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 14 fevral 2021-ci il tarixdə saat 00:10 radələrində Gəncə şəhəri Kəpəz RPİ-in cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Gəc zavodunun yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz Rayon Polis İdarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarın arxa cibinə qoyduğu metal materialdan olan siqaret qabının içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,196 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarında 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,115 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, narkotik vasitə heroindən istifadə etmişdir. 14.02.2021-ci il tarixdə saat 00:10 dəqiqədə Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Gəc zavodunun yaxınlığında küçədə piyada yaşadığı evə gedən zaman iki nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmış narkotik vasitə qəbul etməkdə və gəzdirməkdə şübhəli olduğunu bildirib Kəpəz RPİ-yə gətirmişlər. Polis idarəsində ona vəkil təqdim edildikdən sonra onun üzərinə baxış keçirilmişdir. Bu zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən Winston markalı siqaret, həmin gödəkçənin sağ yan cibindən 28 manat pul, boz rəngli şalvarının sol yan cibindən 25 manat pul və həmin şalvarın arxa cibindən 1 ədəd metal siqaret qabı, həmin siqaret qabının içərisindən bir ədəd suvinir qatlanan bıçaq, 3 ədəd yaddaş kartı, bir ədəd polietilen selofana bükülmüş narkotik vasitə heroin və kağız parçasına bükülmüş “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş kütlələr tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini tutulmamışdan bir neçə gün əvvəl Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Fama” marketin yaxınlığında tapmışdır. O, narkotik vasitə heroini və psixotrop maddə metmafetamini istifadə etmək üçün üzərində saxlamışdır. Heroini suya qatıb qızdırmış, daha sonra üzərinə metamfetamin tökərək birlikdə istifadə etmişdir. O, narkotik vasitələri və psixotrop maddələri pul müqabilində və ya pay kimi heç kimə verməmiş, ancaq özüm istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddə saxlamasından hər hansı bir şəxsin məlumatı olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, narkotik vasitədən istifadəyə son qoymuşdur. Səhhətinin vəziyyətini, səmimi peşmançılığını nəzərə alaraq ona azadlıqdan məhrumetmə növündə olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. ünvan 3 ünvanında yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, sahə rəisi Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14.02.2021-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindəki siqaret qabının içərisindən 1 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli siqaret falqası bükümündə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu bükümlə birlikdə ümumi çəkisi 0,26 qram olmuşdur. Daha sonra isə psixotrop maddə metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kağızla birlikdə ümumi çəkisi 0,14 qram olmuşdur. Aşkar edilmiş kütlələr kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş bükümləri Poçt qəsəbəsində yerləşən Fama marketin yaxınlığından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 Ziyatxn oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 14 fevral 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxsi qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın arxa sol cibindəki siqaret qabının içərisindən 1 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli siqaret falqası bükümündə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu bükümlə birlikdə ümumi çəkisi 0,26 qram olmuşdur. Daha sonra isə psixotrop maddə metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kağızla birlikdə ümumi çəkisi 0,14 qram olmuşdur. Aşkar edilmiş kütlələr kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş bükümləri Poçt qəsəbəsində yerləşən Fama marketin yaxınlığından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2021-ci il tarixli 16/141 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə metamfetamin və heroin.” sözlər və imzalar olan kağız paketdəki - bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,196 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,115 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2021-ci il tarixli 502 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan ambulator-məhkəmə-psixiatrik ekspertizasının 13 aprel 2021-ci il tarixli 190 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız, şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 F 60.3 xəstəliyi keçirməsinə baxmayaraq hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional davamsız, şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsində, özünü kəsmələrlə XBT 10 F 60.3 xəstəliyi keçirdiyindən, həmçinin xəstəlik dekompensasiya mərhələsində olduğundan, o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmədiyi üçün onun əməli Azərbaycan Respublikası CM-in 22.2-ci maddəsinin təsiri altına düşür, onun hal-hazırda ambulator şəraitdə psixiatriya müəssisəsində müalicəyə ehtiyacı var. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun İ siyahısında heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,196 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Həmin Qanunun İİ siyahısında metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Təqsirləndirilən şəxs isə şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,115 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxladığı üçün həmin əmələ görə cinayət məsuliyyəti istisna olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və məhkəmə qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin məhkəmənin 20.12.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 16 gün hissəsini çəkməkdən azad edilərək ona məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı 06.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya Şöbəsinin 25 noyabr 2011-ci il tarixli 129/2021 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı 06.09.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 07 gün hissəsini çəkmiş, cəzanın 01 il 10 ay 05 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda 08.10.2021-ci il tarixdə qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanır. İş materiallarına əlavə edilmiş 14 fevral 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini həmin əmələ görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı 06.09.2021-ci il tarixli hökmünün çıxarılmasından əvvəl törətmişdir. Buna görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə birinci hökmlə təyin edilmiş cəza ilə hazırkı cəzanın qismən toplanılması yolu ilə qəti cəza təyin edilməlidir. Eyni zamanda onun hazırkı cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törədən zaman «Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Ona ittiham olunan cinayət əməlləri dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilmiş, təyin edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi onun yaşayış yeri üzrə Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinə həvalə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə artıq məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyi müəyyən edildiyindən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, lakin ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Cinayət işi üzrə maddi sübutlardan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd polietilen bükümdə 0,196 qram olan narkotik vasitə heroinin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Maddi sübut qismində tanınmış psixotrop maddə metamfetaminin qalığı isə hazırda baxılan cinayət işi üzrə cinayət məsuliyyəti yaratmadığından, başqa iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınmaqla həmin maddi sübutun taleyi aid olduğu iş üzrə həll edilməlidir. İşdə Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 180 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı 06.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il, 11 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu iki gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı 06.09.2021-ci il tarixli hökmünə əsasən həmin şöbədə qeydiyyata alındığı 08 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd polietilen bükümdə 0,176 qram olan narkotik vasitə heroinin qalığı hökm qanuni qüvvyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat 40 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 180 (yüz səksən) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-140/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-140/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver