Məhkəmə qərarları › İş №1(043)-141/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-141/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-141/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə X6 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxxx 1950-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Karl Maks küçəsi, ev 40, mənzil 37-də qeydiyyatda olan, X5 Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə axşam saat 21.00 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində, baxımsız ərazidən yabanı halda bitmiş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin kollarını və yarpaqlarını yığıb, göy rəngli polietilen kisədə qablaşdırıb satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, yəni 2380 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxx 2020-ci il tarixə keçən gecə saat 00.30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X2 X4 stansiyasında Xətt polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə dəmir yolu vağzalının perronunda keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılıb Gəncə stansiyasında Xətt polis şöbəsinə gətirilib üzərinə baxış keçirilərkən həmin çəkidə narkotik vasitə olan qurudulmamış marixuana əlindəki göy rəngli polietilen kisədə aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır.Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o əvvəllər qanunsuz olaraq narkotik vasitə saxladığına görə məhkum olunmuş, bir neçə ildir ki, narkotik vasitə qəbul edir. 2020-ci ilin aprel ayının sonunda Tovuz rayonunun Əyyublu kəndi ərazisinə fəhləliyə getdiyi vaxt orada baxımsız ərazidə tanıdığı yabanı halda bitmiş nəşə kollarını görmüş və fikirləşmişdir ki, həmin çətənə kollarının yarpaqlarından toplasın və ağrıları olanda istifadə etsin. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yol maşını ilə həmin nəşə kollarının yarpaqlarından toplamaq üçün Tovuz rayonunun Əyyublu kəndinə nəşə kollarının olduğu yerə getmiş və həmin kolları yarpaqları ilə birlikdə özü ilə apardığı polietilen kisəyə yığmışdır. Həmin gün dəmir yolu vağzalının peronundan keçdiyi vaxt iki nəfər mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan kim olduğunu və haraya getdiyini soruşmuşdular. Polis əməkdaşları ona üzərində narkotik vasitənin olduğu barədə məlumatları olduğunu deyərək onu Gəncə stansiyasında Xətt polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinə gəlmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçirilmiş, baxış zamanı əlində olan göy rəngli polietilen kisənin içərisində gizlətdiyi çətənə bitkisi aşkar edilərək götürülmüşdür. O, polis əməkdaşlarına kisədə nəşə olduğunu, özünə məxsus olmaqla özü istifadə etdiyini demişdir.Əməlindən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə stansiyasında XPŞ-də CAB-in əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və hər hansı bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə Gəncə stansiyasında Xətt polis şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, bu məqsədlə narkotik vasitəni üzərində gəzdirməsi və onun xx xxxx 2020-ci il tarixdə Gəncə dəmir yolu vağzalının perronunda olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o, Gəncə stansiyasında XPŞ-nin əməkdaşları CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və polis nəfəri Əli Yusubovla birlikdə vətəndaş Təqsirləndirilən şəxs müəyyən etmək üçün xx xxxx 2020-ci il tarixdən etibarən Gəncə dəmir yolu vağzalının perronunda əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 00.30 radələrində onlar Gəncə dəmir yolu vağzalının perronunda Təqsirləndirilən şəxs müəyyən edib saxlayaraq əlindəki göy rəngli polietilen kisə ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə dəvət etmişlər, polis şöbəsində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə və əlində gəzdirdiyi göy rəngli polietilen kisəyə baxış keçirilmiş, baxış zamanı onun əlində gəzdirdiyi göy rəngli polietilen kisənin içərisindən yaşıl rəngli, yaş halda olan bitki kütləsi aşkar olunmuşdur. Onlar şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğunu soruşduqda o, bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitənin özünə məxsus olmaqla xx xxxx 2020-ci il tarixdə Tovuz rayonunun Əyyublu kəndində baxımsız ərazidən topladığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə stansiyasında XPŞ-nin İTB-nin PPXT-nın polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar olaraq tanıyır, onunla qohumluğu və ədavəti yoxdur. xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, bu məqsədlə narkotik vasitəni üzərində gəzdirməsi və onun xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Gəncə dəmir yolu vağzalının perronunda olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o, Gəncə stansiyasında XPŞ-nin əməkdaşları CAB-nin rəisi, polis baş leytenantı Şahid1 və polis nəfəri Əli Yusubovla birlikdə vətəndaş Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixə keçən gecə saat 00.30 radələrində Gəncə dəmir yolu vağzalının perronunda Təqsirləndirilən şəxs müəyyən edib saxlayaraq əlindəki göy rəngli polietilen kisə ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə dəvət etmişlər, polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə və əlində gəzdirdiyi göy rəngli polietilen kisəyə baxış keçirilmiş, baxış zamanı onun əlində gəzdirdiyi göy rəngli polietilen kisənin içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 və Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin xx xxxx 2020-ci il tarixli 16/389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş polietilen torbada, təmiz çəkisi 2380 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. (i.v.44-46) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə X5 Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.səh.67-70) Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il il tarixli 16/480 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs iştirakı ilə götürülmüş 3 ədəd narkotik vasitəyə oxşar bitki kolu” yazıları və imzalar olan sintetik kisədəki, 3 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olmaqla, təqdim olunmuş bir ədəd sintetik kisədəki çətənə (kannabis) bitkiləri ilə, bir ədəd MEM-nə məxsus kisədə olan marixuana tərkiblərinə görə eyni olmaqla, aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilməmiş, onlar yabanı halda bitmişdir. (i.v.142-145) Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispnserin xx xxxx 2020-ci il tarixli 585 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui – istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda apstinensiya əlamətləri (narkotik maddələrin aclığı) olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v.141) Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.19) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MYS-dən azad olunmuşdur. (i.v.səh.80-81) Baxış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, həmin istintaq hərəkətlərinin videoçəkilişi bir ədəd DVD diskə qeydə alınmışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə axşam saat 21.00 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində, baxımsız ərazidən yabanı halda bitmiş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin kollarını və yarpaqlarını yığıb, göy rəngli polietilen kisədə qablaşdırıb satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, yəni 2380 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxx 2020-ci il tarixə keçən gecə saat 00.30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X2 X4 stansiyasında Xətt polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə dəmir yolu vağzalının perronunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Gəncə stansiyasında Xətt polis şöbəsinə gətirilib üzərinə baxış keçirilərkən həmin çəkidə narkotik vasitə olan qurudulmamış marixuana əlindəki göy rəngli polietilen kisədə aşkar edilib götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdək tutulduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzərəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 64,8 (altmış dörd manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə stansiyasında XPŞ-də saxlanılan narkotik vasitə olan 489.8 qram qurudulmuş marixuana, 3 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış və ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. İşüzrəmülkiiddiayoxdur. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-cimaddələrinirəhbərtutaraqməhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Gəncə stansiyasında XPŞ-də saxlanılan narkotik vasitə olan 489.8 qram qurudulmuş marixuana, 3 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 64.80 (altmış dörd manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar