Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-141/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi X1 iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdə, saat 24 radələrində yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən 35A saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin barısı arxasında olan və məişət tullantılarının olduğu ictimai yer hesab edilməyən açıq ərazidə qardaşları Musayev Şahid3 və Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə sillə zərbəsi vurduğuna görə həmin vaxt üzərində olan, lakin istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla qəsdən sonuncunun sinə, qarın və sağ dirsək nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan döş qəfəsi, qarın və sağ said nahiyələrinin daxilə nüfuz etməyən kəsilmiş yaraları xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 10.02.2021-ci il tarixdə, saat 24 radələrində yaşadığı evin yaxınlığında olarkən 25-26 yaşlarında tanımadığı bir şəxsin piyada şəkildə keçmiş bazarın ərazisinə tərəf getdiyini görüb həmin şəxsin onun evinə, yəni Şahid3 çağırışı ilə onun yanına getdiyini düşünərək həmin şəxsin arxasınca getmişdir. Evinin yanında həmin şəxsə yaxınlaşıb orada nə işinin olduğunu soruşduqda həmin şəxs Şahid3 pul alacağının olduğunu, bunun üçün Şahid3 yanına gəldiyini bildirmişdir. O isə həmin şəxsə pul almaq vaxtı olmadığını, gecə saatları olduğunu bildirib getməsini istəmiş, lakin onun getmək fikri olmadığını anlayıb həm sərxoşluğun təsirindən, həm də əsəbindən sağ əli ilə həmin şəxsin sifət nahiyəsindən bir dəfə sillə sərbəsi vurmuşdur. Həmin şəxs yerə yıxılan kimi qışqırmağa başlamış, qışqırığa isə qardaşı Şahid3 eyvana çıxmışdır. Həmin vaxt Şahid3 digər qardaşı Musanı səsləyib köməyə çağırmışdır. Musa da Şahid3 səsinə həyətə çıxmış və onlar ikisi birlikdə onun olduğu yerə gəlmişlər. Musa və Şahid3 oraya gələrkən Musanın əlində dəmir parçası, Şahid3 əlində isə taxta parçası var idi. Həmin vaxt Musa çatan kimi dəmir parçası ilə onun sol ayaq nahiyəsinə zərbə vurmuş, zərbədən sonra o, sağ əli ilə Musanın sifət nahiyəsinə yumruq zərbəsi atmış, lakin Musa geri çəkildiyinə görə zərbə dəyməmişdir. Bundan sonra Şahid3 əlindəki taxta parçası ilə onun başının sol yan hissəsindən qəfil zərbə vurmuşdur. Həmin zərbənin təsirindən o, yerə yıxılmış və yerdə olarkən Musa ilə Şahid3 əllərindəki dəmir-taxta parçaları ilə onun bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşlar. Həmin vaxt bıçaqla qardaşı Musanın bədəninin bir neçə yerinə zərbələr vurmuşdur. Həmin vaxt məqsədi Musanı öldürmək olmamışdır. Həmin vaxt Musa bıçaqla xəsarət aldığını bildirmiş və Şahid3 köməkliyi ilə oradan çıxıb getmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş zərəri ödədiyini bildirirək, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1-da qardaşı Şahid3 və Arzu, həmçinin Arzunun ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əmək kimi fəhləlik edir. Özünün yaşadığı ev ata mülkiyyətidir və həmin ev qardaşları ilə ona miras qalmışdır. Qardaşı Şahid3 subaydır, fəhləlik edir. Digər qardaşı Arzu isə evlidir, dörd uşağı var. Qardaşı Şahid3 maddi imkanı olmadığına görə on yeddi yaşlı bir nəfər evsiz şəxsə evini gündəlik 5 manata kirayə verir. Arzu və arvadı Lamiə isə buna narazılıq edir, evin kirayə verilməsinə imkan vermirlər. Şahid3, Arzunun arvadı Lamiənin ev işlərini görür, qarşılığında isə Lamiə yemək verir Şahid3 gündəlik 5 manat kirayədən pulunu götürdükdə isə Lamiənin işlərini görmür. Bu isə Arzu və Lamiədə qıcıq yaradır. Şahid3 evini cəmi iki gün idi ki, kirayəyə verirmiş və hətta həmin on yeddi yaşlı uşağa da evə arxa tərəfdən gəlməsini tapşırıbmış ki, Arzugil bunu görməsinlər. 10.02.2021-ci il tarixdə, saat 19 radələrində işdən evə gəlib yatmışdır. Həmin gün gecə saat 24 radələrində qardaşı Şahid3 evin qapısını bərk-bərk döyüb onu yuxudan qaldırmış və qardaşı Arzunun həmin kirayəçi uşağı keçmiş bazarın yerində döydüyünü bildirərək onu köməyə çağırmışdır. O da dərhal gecə paltarlarında evdən çıxıb Şahid3 ilə birlikdə uçuq barının yanında olan keçmiş bazarın ərazisinə keçmişdir. Həmin vaxt orada Arzunun arvadı Lamiənin bir qədər kənarda dayandığını, Arzunun isə “Krişna” ləqəbi ilə tanıdığı həmin kirayəçi uşağı yerə yıxıb əlləri ilə döydüyünü görmüşlər. Həmin vaxt Şahid3 araya girib kirayəçini Arzunun əlindən aldığı kimi həmin kirayəçi oradan qaçıb getmişdir. Bu vaxt Arzu sərxoş halda yumruq zərbəsi ilə Şahid3 sifət nahiyəsinə bir-iki dəfə yumruq zərbəsi atmışdır. Həmin vaxt o, Arzunu kənara çəkib sağ əli ilə Arzunun sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuş, Lamiə isə əlində ağac parçası ilə Şahid3 təpə nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Arzu belindən bıçaq çıxarıb bıçaqla onun sinə, qarın və dirsək nahiyələrinə 3-4 dəfə ardıcıl zərbələr vurmuşdur. Zərbələrdən sonra o, bıçaq xəsarətləri aldığını bədənində hiss etmiş və bu barədə Şahid3 demişdir. Şahid3 isə dərhal Lamiənin əlindən ağac parçasını alıb ağacla Arzunun sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O, Şahid3 işığa çıxarılmasını istədiyinə görə Şahid3 onu arxa tərəfdən küçəyə, yəni Depo Ucuzluq mağazasının qarşısına çıxarmışdır. Bir qədər sonra isə Arzu da oraya gəlmiş, lakin qonşular Arzunu uzaqlaşdırıb aparmışlar. O isə Ülvi ilə birlikdə xatırlamadığı şəxsin avtomobili ilə xəstəxanaya getmişdir. Hadisənin baş verməsinə səbəb Arzunun sərxoş vəziyyətdə kirayəçini və qardaşı Şahid3 vurduğuna görə ərkyana şəkildə Arzunun sifət nahiyəsinə sillə ilə vurması olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, ünvan 1-da ailə üzvlərilə birlikdə yaşayır və yaşadığı evin yaxınlığında yerləşən “Depo Ucuzluq” mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs onun əridir. O, Arzu ilə 2008-ci ildə ailə qurmuş və həmin vaxtdan qeyd olunan ünvanda yaşayırlar. 10.02.2021-ci il tarixdə, saat 24 radələrində evdə olan vaxt həyətdən qışqırıq səsləri eşidərək həyətə çıxmış və həyətin kənarında, keçmiş bazarın ərazisi olmuş boş sahədə qayınları Şahid3 və Musanın, Arzunu yerdə döydüklərini görmüşdür. Həmin vaxt Musa və Şahid3 əllərində taxta parçası olmuşdur. O, qayınlarına gücünün çatmayacağını düşünüb Arzunun qonşuluqda yaşayan xalası Laləzarı köməyə çağırmağa getmişdir. Bir neçə dəqiqə sonra Laləzar ilə birlikdə qayıtdıqda Musanın yaralı vəziyyətdə küçədə, yəni “Depo Ucuzluq” mağazasının qarşısında olduğunu görmüşdür. Həmin vaxt Şahid3, Azuya söyüş söydüyü üçün o, əsəbləşərək Şahid3 yaxınlaşmış, sonuncunun sifət nahiyəsindən sillə ilə zərbə vurmuşdur. Bir qədər sonra isə Musa avtomobillə xəstəxanaya getmişdir. O, davanın necə başladığını görməmiş, sonradan öyrənmişdir ki, əri Arzu qaynı Şahid3 yanına gələn şəxsi döydüyü üçün dava baş vermişdir. O, Musanın necə xəsarət aldığını görməmiş, lakin sonradan, yəni mağazanın qarşısında görmüşdür ki, Musanın xəsarəti var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 29-da ailə üzvləri birlikdə yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Musayev Şahid3 onun bacısı Tahilə Əliyevanın övladlarıdır. Arzu, Musa və Şahid3 qardaşları ünvan 1 ünvanında, onunla qonşuluqda bir həyətdə yaşayırlar, hər üçü fəhləliklə məşğul olurlar. 10.02.2021-ci il tarixdə, saat gecə saatlarında yaşadığı evdə olarkən Arzunun arvadı Lamiyə qapıını döymüş, qışqıra-qışqıra onu səsləyib Musa və Şahid3 əri Arzunu döydüklərini bildirmişdir. Həmin vaxt o, Arzugilin evinə getmək üçün tez evdən küçəyə çıxdıqda “Depo Ucuzluq” adlanan mağanın qarşısında qonşuların Musanın yanına yığışdığını görmüş və tez onlara yaxınlaşmışdır. Həmin vaxt Musanın səkidə əyləşdiyini, yarıçılpaq vəziyyətdə olduğunu və sinə, qarın, qol nahiyələrindən qan gəldiyini görmüşdür. Bir qədər sonra isə o və qonşuluqda yaşayan Ülvi yoldan keçən avtomobillə Musanı xəstəxanaya aparmışdır. O, Musanın necə xəsarət aldığını görməmiş, sonradan, yəni mağazanın qarşısında Musanın bədənində xəsarətlər olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 fevral 2021-ci il tarixli, 223 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsi, qarın və sağ said nahiyələrinin daxilə nüfuz etməyən kəsilmiş yaraları – kəsici alətin təsiri nəicəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 10.02.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi zərər ödənilmişdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-141/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-141/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver