Məhkəmə qərarları › İş №1(043)-142/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-142/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-142/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1964-cü ildə Kürdəmir rayonu, Dəyirmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2016-cı ilin avqust ayının sonlarında özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onun Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı götürmək, eləcə də onun və ailə üzvləri üzərində olan pis niyyətli cadudan qoruması üçün tilsimli daşlar vasitəsi ilə onu cadudan uzaqlaşdırmaq imkanına malik olduğunu yalandan vəd verərək, sərhədkeçmə ilə əlaqədar qoyulmuş qadağanı götürmək və onu cadudan qoruyacaq həmin daşları ona satmaq adı ilə aldadıb, hissə-hissə olmaqla sonuncunun “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” bankı vasitəsi ilə xx xxxxxx 2016-cı il tarixdə göndərdiyi əvvəl 4.500 manat, xx xxxxxxxx 2016-cı il tarixdə 600 və 1000 manat olmaqla, cəmi 1600 manat pulunu isə növbəti 10 gün içərisində “X12” Bakı şəhəri, Cavadxan küçəsi, 3005ci məhəllədə yerləşən Bakı şəhər Metropolitenin “Memar Əcəmi” stansiyası yaxınlığında olan filialının xəzinəsindən çıxarmaqla, bundan 20 gün sonra isə ünvan 2 ünvanında 5.000 manat, 2016cı ilin sentyabr ayının sonlarında Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 75A ünvanında yerləşən “Kür- Xəzər Əyləncə” mərkəzində 5.000 manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 16100 (on altı min yüz) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 7 ilə yaxındır ki, tanıyır. Ülkərlə Gəncə şəhərində tanış olmuş, münasibətləri yarandıqdan sonra Ülkər onun evində qonaq olmuşdur. Həmin vaxtdan yaxşı münasibətləri yaranmış, hər hansı düşmənçilik və ədavəti olmamışdır. X4 ticarətlə məşğul olmuşdur. Ülkəri tarixini dəqiq xatırlamadığı vaxtda Rusiya Federasiyasından deportasiya edilmişdir. Ülkər ondan sərhəddi keçməməsi üçün qoyulmuş qadağanı götürməyim üçün xahiş etmiş, o da Ülkərdən bu işi üçün 4.100 manat pul istəmiş, Ülkər də həmin pulu ona “Yapı Kredi” Bankı vasitsilə göndərmiş, o, həmin pulu Bakı şəhərində, Nəsimi rayonu ərazisində Bakı şəhər Metropolitenin “Memar Əcəmi” stansiyası yaxınlığında “Yapı Kredi” bankının filialından çıxarmış, lakin Zərərçəkmiş şəxs qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı heç bir iş görməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona evindən cadular çıxdığını və buna görə narahat olduğunu demişdir. O isə Rusiya Federasiyasından bijuteriya gətirib satırdı. X2 gətirdiyi daşların tilsimli daşlar olmasını, özünü, eyni zamanda ailəsini xətalardan qoruyacağını deyib ona həmin daşlardan almasını təklif etmişdir. Ülkərin həmin daşları almaq niyyəti olmuş, o, həmin dəri ilə örtülmüş qoruyucu daşı Ülkərə 2500 manata satmış, həmin daşların pulunu Ülkər ona Gəncə şəhərində “Kür- Araz” əyləncə mərkəzində vermişdir. Zərərçəkmiş şəxs satdığı daşların çəkisi çox az olmuş, iki barmaqla rahatlıqla götürmək olmuş və təxmini ölçüsü 1-2 santimetr olmuşdur. Üzərində isə qara rəngli dəri örtük olmuşdur. Bundan sonra Ülkərlə hər hansı alış- verişi olmamışdır. Həmin daş Rusiya Federasiyasında hazırlanır və xüsusi olaraq cadudan qorumaq üçündür. Daşın nə qədər qiymətinin olduğunu dəqiq bilmir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxsə vurulmuş ziyanın 10 000 manatını, məhkəmə zamanı isə qalan 6100 manatını ödəmiş, eyni zamanda cinayət nəticəsində vurulmuş zərərin 25 faizini, yəni 4025 manat pulu dövlət büdcəsinə ödəmişdir. Buna görə də barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6-7 ilə yaxındır ki, tanıyır. 2015-ci ilin dəqiq ayını və gününü xatırlamadığı vaxtda o, Qorxmazla əlaqə saxlayıb Rusiya Federasiyasından deportasiya edildiyini demişdir. Qorxmaz ona deportasiyanın götürülməsi ilə bağlı kömək edə biləcəyini demiş və ondan bu iş üçün 4.500 manat dövlət rüsumu verilməli olduğunu demişdir. O da barəsində olan deportasiya götürülsün deyə Qorxmaza “Yapı Kredi” bankın vasitəsilə 4.500 manat pul göndərmişdir. Bundan sonra Qorxmaz ona qeyd olunan işin həll edilməsi üçün əlavə olaraq 600 və 1000 manat olmaqla pul istəmişdir. O da həmin ümumilikdə 6.100 manat pulu Qorxmaza göndərmişdir. Qorxmaz tez bir vaxtda onun barəsində Rusiya Federasiyası tərəfindən qoyulmuş deportasiya götürüləcəyini söz vermişdir. Qorxmaza inanıb Qorxmazı gözləmişdir. Bundan təxminən bir ay sonra Qorxmaz onunla əlaqə saxlayıb onun ailəsinə cadu edildiyini demiş və cadudan qorunmaq üçün ona tilsimli daşlar gətirə biləcəyini bildirmişdir. O da Qorxmaza inandığı üçün gətirməsini demişdir. Təxminən 2-3 gün sonra o, Qorxmazla Gəncə şəhəri, M.Şəfi küçəsində, yaşadığı evdə görüşmüşdür. Qorxmaz ona 4 ədəd dəri üzlükdə daş vermiş və həmin daşların tilsimli olduğunu, onu və ailəsini cadulardan qoruyacağını demişdir. O da Qorxmaza inanıb həmin 4 ədəd dəri üzlüklü daşı götürüb nə qədər qiyməti olduğunu soruşmuş, Qorxmaz ona daşlara görə ümumilikdə 10.000 manat pul verməli olduğunu demişdir. O da Qorxmaza 5.000 manat pul vermiş və qalan pulu tez bir vaxtda verəcəyini demişdir. Bundan təxminən 2 həftə sonra Qorxmaz ona zəng edib pulun qalan hissəsini istəmişdir. O da səhəri gün Qorxmazla Gəncə şəhərində yerləşən Kür- Xəzər əyləncə mərkəzində görüşmüşdür. Qorxmaza 4 ədəd tilsimli daşa görə ödəməli olduğu qalan 5.000 manat pulu vermişdir. Bundan sonra Qorxmazla görüşməmiş, yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. Qorxmaz ona hər dəfə onun barəsində olan deportasiya ilə bağlı məhdudiyyət götürüləcəyini söz vermişdir. Lakin bir müddət sonra Qorxmazla əlaqəsi kəsilmişdir. Bundan sonra aldığı daşların da hər hansı faydasını görməmiş, işləri daha da pis getməyə başlamışdır. Daşların dəri örtüyünü açıb baxdıqda heç bir fərdi xüsusiyyəti olmayan adi daşlar olduğunu görmüş və aldadıldığını başa düşmüşdür. Bundan sonra polisə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs əvvəlcə 4.500, 600 və 1000 manat olmaqla ümulikdə 6100 manat olmaqla Gəncə şəhərində yerləşən “Yapı Kredi” bankı vasitəsilə barəsində olan deportasiyanın götürülməsi üçün pul göndərmişdir. Bundan təxminən 1 ay sonra isə yaşadığı evdə Qorxmazın deməsinə görə tilsimli olan və cadudan qoruyan 4 ədəd daş almışdır. Həmin daşlara görə yaşadığı evdə 5.000 manat, bundan təxminən 2 həftə sonra isə Gəncə şəhərində yerləşən Kür-Xəzər əyləncə mərkəzində 5.000 manat pul vermişdir. O, həmin pulları Qorxmaza 2015-ci ildə yaz aylarında vermişdir. Lakin dəqiq gününü və ayını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynanası Ülkərin tanışıdır. 2015-ci ildə qaynanası X5 getmək istəmişdir. Buna görə qaynanası təyyarə bileti almaq üçün müraciət etdikdə qaynanası X5 getməyə məhdudiyyət qoyulduğunu bildirmişdirlər. Bundan sonra Ülkər tanışı olan Qorxmazla əlaqə saxlayıb X2 deportasiya edildiyini demişdir. Qorxmaz isə Ülkərə deportasiyanın götürülməsi ilə bağlı kömək edə biləcəyini demiş və bu iş üçün 4.500 manat dövlət rüsumu lazım olduğunu demişdir. Ülkər də barəsində olan deportasiya götürülsün deyə X10 bankın vasitəsilə 4.500 manat pul göndərmişdir. Bundan sonra Qorxmaz Ülkərdən 600 və 1000 manat olmaqla əlavə pul istəmişdir. Ülkər də ümumilikdə 6.100 manat pulu Qorxmaza göndərmişdir. Qorxmaz Ülkərə tez bir vaxtda barəsində Rusiya Federasiyası tərəfindən qoyulmuş məhdudiyyət götürüləcəyinə söz vermişdir. Ülkər də inanıb Qorxmazı gözləmişdir. Bundan təxminən bir ay sonra Qorxmaz Ülkərlə əlaqə saxlayıb Ülkərə ailələrində cadu edildiyini demiş və cadudan qorunmaq üçün tilsimli daşlar gətirə biləcəyini bildirmişdir. Ülkər də Qorxmaza gətirməsini demişdir. Təxminən 2-3 gün sonra X9 şəhəri, M.Şəfi küçəsində, yaşadığı evdə görüşmüşdür. Qorxmaz Ülkərə 4 ədəd dəri üzlükdə daş vermiş və həmin daşların tilsimli olduğunu, Ülkərin və ailəsini cadulardan qoruyacağını demişdir. Ülkər də Qorxmaza inanıb həmin 4 ədəd dəri üzlüklü daşı götürüb nə qədər qiyməti olduğunu soruşmuş, Qorxmaz Ülkərə daşlara görə ümumilikdə 10.000 manat pul verməli olduğunu demişdir. Ülkər Qorxmaza 5.000 manat pul vermiş və qalan pulu tez bir vaxtda verəcəyini demişdir. Bundan təxminən 2 həftə sonra Qorxmaz Ülkərə zəng edib pulun qalan hissəsini istəmişdir. Ülkər də səhəri gün Qorxmazla Gəncə şəhərində yerləşən Kür-Xəzər əyləncə mərkəzində görüşmüşdür. Qorxmaza 4 ədəd tilsimli daşa görə ödəməli olduğu 5.000 manat pulu Qorxmaza vermişdir. Bundan sonra Ülkər Qorxmazla görüşməmiş, yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. Qorxmaz Ülkərə hər dəfə barəsində olan deportasiya ilə bağlı məhdudiyyət götürüləcəyini söz vermişdir. Lakin bir müddət sonra Ülkərin Qorxmazla əlaqəsi kəsilmişdir. Ülkər Qorxmazın aldatdığını bilmiş və bu barədə şikayət etmişdir. Ülkər Təqsirləndirilən şəxs əvvəlcə 4.500, 600 və 1000 manat olmaqla ümumilikdə 6100 manat pulu Gəncə şəhərində yerləşən YapıKredi bankı vasitəsilə barəsində olan deportasiyanın götürülməsi üçün pul göndərmişdir. Bundan təxminən 1 ay sonra isə yaşadığı evdə Qorxmazın deməsinə görə tilsimli olan və cadudan qoruyan 4 ədəd daş almışdır. Həmin daşlara görə yaşadığı evdə 5.000 manat, bundan təxminən 2 həftə sonra isə Gəncə şəhərində yerləşən Kür- Xəzər əyləncə mərkəzində 5.000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafiq qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasının tanışıdır. Qorxmazı “baxıcı” kimi tanımışdır. 2015-ci ildə anası X5 getmək istəmişdir. Anası təyyarə bileti almaq üçün müraciət etdikdə Rusiya Federasiyasına getməsinə məhdudiyyət qoyulduğunu bilmişdir. Bundan sonra anası tanışı olan Qorxmazla əlaqə saxlayıb ona Rusiya Federasiyasından deportasiya edildiyini demişdir. Qorxmaz isə anasına deportasiyanın götürülməsi ilə bağlı kömək edə biləcəyini demişdir. Lakin anasının Rusiya Federasiyasına getməsinə qoyulmuş məhdudiyyət götürülməmişdir. Bundan sonra Qorxmaz anası Ülkərə tilsimli olduğunu və onları problemlərdən qoruyacağı adı ilə üzəri dəri örtüklə örtülmüş “talisman” deyilən daşlar satmışdır. Hadisənin üzərindən çox keçdiyi üçün məhdudiyyətin götürülməsi və daşlar üçün konkret hansı məbləğlərdə pulun verildiyini xatırlamır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Məmməd oğlu ilə üzləşdirmə zamanı Rusiya Federasiyasına girişinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün Təqsirləndirilən şəxs 6100 manat pulu bank vasitəsilə göndərdiyini, tilsimli daşlar adı altında 4 ədəd çay daşı üçün ona ümumilikdə 10 000 manat pul verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə verilmiş sorğunun cavabından görünür ki, Zərərçəkmiş şəxs hesabında olan 4500 manat məbləğdə pul vəsaiti xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən X11 filialının kassasından çıxarılmışdır. Beləliklə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş materiallarındakı sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas vardır. Təqsirləndirilən şəxs vəsatətlə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam həcmdə ödədiyini, eləcə də vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini bildirərək, barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş 16 100 manat zərəri tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan “xxxxxxxxxxx” ASC-nin Kəpəz filialından verilmiş xx.xx.2020-ci il tarixli 27852 nömrəli qəbzdən görünür ki, X6 cinayət nəticəsində vurulmuş zərərin iyirmi beş faizi olan 4025 (dörd min iyirmi beş) manat pulu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 144-2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam həcmdə ödəmiş, onunla barışmış və eləcə də vurulmuş ziyanın iyirmi beş faizi olan 4025 manat pulu dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Buna görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 73-1.2-civə AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin43, 321, 356, 384-cümaddələrini rəhbər tutub QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar