Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-144/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində 13.12.2020-ci il tarixdən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olub özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurlamış, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə 08.12.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olub oradan 1 ədəd 570 manata dəyərində 72 diaqonal plazma televizoru, 300 manat dəyərində 10 dəst təzə kişi kostyumunu, 240 manat dəyərində 12 ədəd qış kişi köynəklərini, 300 manat dəyərində 12 ədəd təzə qadın çantalarını, 48 manat dəyərində 48 ədəd təzə kişi corablarını, 60 manat dəyərində 24 ədəd təzə kişi maykalarını, 72 manat dəyərində 18 ədəd təzə kişi alt paltarlarını, 630 manat dəyərində 18 ədəd təzə qadın alt paltarlarını, 1400 manat dəyərində 20 ədəd təzə kişi və qadın ətirlərini, 210 manat dəyərində 30 ədəd təzə şampunları, 250 manat dəyərində 50 ədəd sabunları, 450 manat dəyərində 15 ədəd təzə qadın köynəklərini, 70 manat dəyərində 2 ədəd istifadə edilmiş qaz balonlarını, 70 manat dəyərində 2 ədəd qzla işləyən qaz sobalarını, 96 manat dəyərində 12 ədəd təzə yorğan örtüklərini, 70 manat dəyərində 10 ədəd təzə döşək örtüklərini, 75 manat dəyərində 15 ədəd təzə yastıq örtüklərini, 10.000 (on min) manat pulunu, ümumilikdə 14.911 manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 1,994 qram narkotik vasitə heroini əldə edib əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxlamış və daşımış, 1 bükümdə 0,745 qram psixotrop maddə olan metamfetamini və bir ədəd şpris içərisində məhlul formasında 0.01 qram narkotik vasitə heroini əldə edib yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında fərdi yaşayış evinin yataq otağında saxlamış, 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektindən yerləşən Kəpəz stadionunun yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyevpr 265-də yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə 1,994 qram narkotik vasitə heroin, yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında fərdi yaşayış evinin yataq otağında isə 0,745 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd şpris içərisində 0.01 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün qismən etiraf ifadələri ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri,maddi sübutlar,işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamlardan özünü CMnin 234.1-ci maddəsi ilə tam, CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə isə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə aralarında narazılıq olduğu üçün 2014-cü ildə ailəsindən ayrılmışdır. Əvvəllər o, narkotik vasitə olan heroindən istifadə etmişdir. Belə ki, gün ərzində 1 qram heroini qaynadaraq şpris vasitəsilə damarına vurmuş, narkotik vasitə qəbul etmədikdə isə bədənində şiddətli ağrılar olmuşdur. O, 08.12.2020-ci il tarixdə axşam saat 17 radələrində oğutluq etmək məqsədilə öz evlərinin daş hasarından aşıb əvvəllər onların olan, lakin sonradan Zərərçəkmiş şəxs satdığı evin həyətinə daxil olmuşdur. Orada iki tikili vardır. Tikililərdən biri yarımçıq olduğu üçün yaşayış yoxdur. Digər 3 otaqlı evin isə içərisi əşyalarla dolu olmuşdur. Həmin ev demək olar ki, yararsız olmuşdur. O, evin giriş qapısına yaxınlaşıb qapını özünə tərəf dartıb açmış, evin içərisinə daxil olmuş və birinci otaqda axtarış aparmışdır. Orada heç bir şey tapa bilməmiş və orta otağa daxil olmuşdur. Orta otaqda təxminən 20 qutu sabun, 3 ədəd ətir, 6-7 cüt corab, bir ədəd plazma televizoru olmuşdur. O, həmin əşyaları götürmüş, digər otağa keçib orada axtarış aparmış, lakin heç nə tapa bilməmişdir. Bundan sonra oğurladığı əşyaları sellofan torbaya doldurub hasardan evlərinin həyətinə atmış, daha sonra televizoru götürüb həyətə qayıtmış, oğurladığı əşyaları yaşadığı evə qoymuşdur. Daha sonra oğurladığı əşyalardan televizoru 40 manata Gəncə şəhərində dəmiryol vağzalı tərəfdə tanımadığı bir şəxsə satmış, qalan əşyaları isə satmaq istəsə də sata bilməmişdir. Təxminən hadisədən 10 gün əvvəl o, Mingəçevir şəhərinə gedib orada tanıdığı lakin adını bilmədiyi şəxsə yaxınlaşıb ondan 120 manat pul verib 3 qram narkotik vasitə heroin almış, həmin narkotik vasitə heroindən təxminən 1 qramını istifadə etmişdir. Qalanı isə əynində olan qara rəngli şalvarının sağ arxa cibinə qoymuşdur. 13 dekabr 2020-ci il tarixdə səhər saatlarında polis əməkdaşları Kəpəz stadionunun yanında ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Gəncə şəhər Kəpəz rayon polis idarəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarəyə getmiş, idarədə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş və o, şübhəli şəxs qismində saxlanılmışdır. Saxlanıldıqdan sonra ona hüquq və vəzifələri izah edilmiş və ona öz istəyi ilə dövlət büdcəsi hesabına vəkil Yusif Hüseynov müdafiəçi təyin edilmişdir. Müdafiəçi Yusif Hüseynov gəldikdən sonra onun üzərində video çəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının arxa sağ cibindən bir bükümdə heroin aşkar edilərək götürülmüşdür. Digər sol arxa cibindən isə 1 manatlıq əskinas aşkar edilmişdir. Həmin 1 manatlıq əskinas baxış qurtardıqda ona qaytarılmışdır. Üzərində şəxsi axtarış zamanı başqa hər hansı narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilmiş və üzərindən aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yaşadığı evdə axtarış aparılması üçün öz razılıq ərizə ilə onu Gəncə şəhəri Atatürk prospekti 70 ünvanında yerləşən evinə aparmışlar. Orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə evində axtarış aparılmışdır. Axtarış zamanı yataq otağında olan stolun üzərində 1 ədəd insulin şüşəsində narkotik vasitəyə oxşar maye, çarpayının üzərində olan döşəyin içərisindən kibrit qutusuna qoyulmuş 3 ədəd bükülüdə limon duzu, və 1 ədəd sellofana bükülmü narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlələr qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa yaşadığı evdən hər hansı başqa narkotik vasitə aşkar edilməmiş amma 08.12.2020-ci il tarixdə axşam saat 17 radələrində Zərərçəkmiş şəxs evindən oğurladığı 20 qutu sabun, 3 ədəd ətir və 6-7 cüt corab da aşkar edilib götürülmüşdür. O, Yazgül adlı qadının evindən ifadəsində qeyd etdiklərindən başqa başqa bir əşya oğurlamamışdır. Əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayır. Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evi və evin həyətyanı sahəsini 2 il əvvəl qonşuları olan Təqsirləndirilən şəxs Zakir oğlundan almışdır. Evi aldıqdan sonra bir neçə ay həmin evdə yaşamışdır. Həyətdə iki tikili ev vardır. Həyətdə olan 3 otaqlı evə əşyalarını yığmışdır. Evdə həmdə 10.000 manat pul saxlamış və həmin pulu həm ehtiyat həm də yaz aylarında evinin təmiri üçün yığmışdır. Həmin fərdi yaşayış evi və yanında olan yarımçıq tikili təmirsiz olmaqla demək olar ki, yararsız olmuşdur. O, evindən oğurlanmış 10.000 manat pulu evinin orta otağında olan çarpayının üzərindəki döşəklə yastığın arasında gizlətmişdir. Sonuncu dəfə özünə məxsus evə 2020-ci ilin 18 oktyabr tarixində gəlmiş və həmin gün evə baxıb Bakı şəhərinə qayıtmışdır. Sonuncu dəfə evə gələn zaman da həmin pulunu yoxlamış və pulunun yerində olduğunu görmüşdür. Bundan başqa evində ev əşyaları, o cümlədən 72 diaqonal plazma televizor evdə olmuşdur. Evdə əşyalar öz yerində səliqəli şəkildə yığılmışdır. 18 oktyabr 2020-ci il tarixdə o, Bakı şəhərinə qayıtmışdır. 11 dekabr 2020-ci il tarixdə axşam saat 20:04-də Rusiya Federasiyasında yaşayan və onunla bəzən telefon əlaqəsi saxlayan qonşuları Teymur ona zəng edərək qardaşı Qəhrəmanın yaşadıqları evə girib ev əşyalarını oğurladığını bildirmiş, o xəbəri eşidib qızı ilə birlikdə dərhal Gəncə taksilərindən biri ilə əlaqə saxlamış və onları Gəncə şəhərinə aparmasını xahiş etmişdir. O, 12 dekabr 2020-ci il tarixdə qızı ilə Bakı şəhərindən çıxıb Gəncə şəhərinə gəlmiş, axşam saat 22 radələrində Gəncə şəhərinə çatdığı üçün özünə məxsus evə getməmiş, qohumunun evində gecələdikdən sonra 13 dekabr 2020-ci il tarixdə saat 09 radələrində özünə məxsus Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş və evin həyətinin dəmirdən olan iki taylı giriş qapısı bağlı olmuşdur. O, açarı ilə qapının kilidini açıb həyətə daxil olmuş, evin həyətinə daxil olmazdan əvvəl DİN-in 102-xidmətinə məlumat verib polis əməkdaşlarını evə çağırmış, həyətə daxil olduqdan sonra polis əməkdaşları ilə birlikdə 3 otaqlı olan fərdi yaşayış evinin giriş qapısına yaxınlaşmış, evin giriş qapısının üzərində olan qıfılın yerindən çıxarıldığını, lakin qapının üzərində asılı qaldığını görmüşdür. Evin içərisinə daxil olduqda bütün otaqların içərisində olan paltar, döşək və vdigər ev əşyalarının dağıdıldığını və pulu arasına qoyduğu döşəklə yastığın yerdə olduğunu və yastığın çırılaraq yerə töküldüyünü görmüşdür. Evdə əşyalarını axtararkən 10.000 manat nəğd pulunun, təxminən 1 il əvvəl 570 manata aldığı, işlək vəziyyətdə olan, markasını hazırda xatırlamadığı 1 ədəd 72 diaqonal plazma televizorun, 10 dəst bir ədədinin qiyməti 30 manat olan, təzə kişi kostyumunun, 12 ədəd təzə olmaqla, bir ədədinin qiyməti 20 manat dəyərində qış kişi köynəklərinin, 12 ədəd hər birinin qiyməti 25 manat olan təzə qadın çantalarının, 48 ədəd hər birinin qiyməti 1 manat olan təzə kişi corablarının, 24 ədəd hər birinin qiyməti 2,5 manat olan təzə kişi maykalarının, 18 ədəd hər birinin qiyməti 4 manat olan təzə kişi alt paltarlarının, 18 ədəd hər birinin qiyməti 35 manat olan təzə qadın alt paltarlarının, 20 ədəd hər birinin qiyməti 70 manat olan təzə kişi və qadın ətirlərinin, 30 ədəd hər birinin qiyməti 7 manat olan təzə şampunların, 50 ədəd hər birinin qiyməti 5 manat olan sabunların, 15 ədəd hər birinin qiyməti 30 manat olan təzə qadın köynəyinin, 2 ədəd hər birinin qiyməti 35 manat olan istifadə edilmiş qaz balonlarının, 2 ədəd qzla işləyən hər birinin qiyməti 35 manat olan qaz sobalarının, 12 ədəd hər birinin qiyməti 8 manat olan təzə yorğan örtüklərinin, 10 ədəd hər birinin qiyməti 7 manat olan təzə döşək örtüklərinin, 15 ədəd hər birinin qiyməti 5 manat olan təzə yastıq örtüklərinin oğurlandığını müəyyən etmişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirmiş və sənədləşmə aparmışlar. Ondan baş vermiş oğurluq hadisəsində şübhələndiyi şəxs və şəxslərin olub-olmadığını soruşduqda o, qonşusu Teymurun ona zəng edərək qardaşı Qəhrəmanın evinə girib oğurluq etməsi barədə məlumat verdiyini bildirmişdir. Evindən oğurlanmış bütün əşya və pulları qonşusu Qəhrəman oğurlamış və ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, ona ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid1 ifadəsində göstərdi ki, halhazırda Bakı şəhəri, Lökbatan qəsəbəsində anası ilə birlikdə yaşayır. Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən fərdi yaşayış evi anasına məxsusdur. Həmin evi anası 2 il əvvəl qonşuları olan Təqsirləndirilən şəxs Zakir oğlundan almışdır. Evi aldıqdan sonra bir neçə ay həmin evdə yaşamışdır. Həyətdə iki tikili ev vardır. Onlar həyətdə olan 3 otaqlı evə əşyalarını yığmış, eyni zamanda evdə anası həm də 10.000 manat pul saxlamışdır. Anası həmin pulu evin təmiri üçün yığıb saxlamışdır. Anası pulu orta otaqda olan çarpayının üzərindəki döşəklə yastığın arasında gizlətmiş və orada saxlamış, özünün də bu barədə məlumatı olmuşdur. 11 dekabr 2020-ci il tarixdə axşam saat 20:04-də Rusiya Federasiyasında yaşayan və anası ilə bəzən telefon əlaqəsi saxlayan qonşuları Teymur zəng edərək qardaşı Qəhrəmanın yaşadığı evə girib ev əşyalarını oğurladığını bildirmişdir. Anası da bundan sonra Gəncə taksilərindən biri ilə əlaqə saxlamış və onları Gəncə şəhərinə aparmasını xahiş etmişdir. Onlar 12 dekabr 2020-ci il tarixdə Bakı şəhərindən çıxıb Gəncə şəhərinə gəlmiş, axşam saat 22 radələrində Gəncə şəhərinə çatdıqları üçün evə getməmişlər. Qohumlarının evində gecələdikdən sonra 13 dekabr 2020-ci il tarixdə saat 09 radələrində özlərinə məxsus Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, evin həyətinin dəmirdən olan iki taylı giriş qapısı bağlı olmuşdur. Anası açarı ilə qapının kilidini açıb həyətə daxil olmuşlar. Evin həyətinə daxil olmazdan əvvəl DİN-in 102-xidmətinə məlumat verib polis əməkdaşlarını evə çağırmışlar. Həyətə daxil olduqdan sonra polis əməkdaşları ilə birlikdə 3 otaqlı olan fərdi yaşayış evinin giriş qapısına yaxınlaşmışlar. Evin giriş qapısının üzərində olan qıfılın yerindən çıxarıldığını, lakin qapının üzərində asılı qaldığını görmüşlər. Evin içərisinə daxil olduqda bütün otaqların içərisində olan paltar, döşək və digər ev əşyalarının dağıdıldığını və pulu arasına qoyduğu döşəklə yastığın yerdə olduğunu və yastığın çırılaraq yerə töküldüyünü görmüşlər. Evdə əşyaları axtararkən 10.000 manat nəğd pullarının, təxminən 1 il əvvəl 570 manata aldıqları, işlək vəziyyətdə olan, markasını hazırda xatırlamadığı 1 ədəd 72 diaqonallı plazma televizorun, 10 dəst bir ədədinin qiyməti təxminən 30 manat olan, təzə kişi kostyumunun, 12 ədəd təzə olmaqla, bir ədədinin qiyməti 20 manat dəyərində qış kişi köynəklərinin, 12 ədəd hər birinin qiyməti 25 manat olan təzə qadın çantalarının, 48 ədəd hər birinin qiyməti 1 manat olan təzə kişi corablarının, 24 ədəd hər birinin qiyməti 2,5 manat olan təzə kişi maykalarının, 18 ədəd hər birinin qiyməti 4 manat olan təzə kişi alt paltarlarının, 18 ədəd hər birinin qiyməti 35 manat olan təzə qadın alt paltarlarının, 20 ədəd hər birinin qiyməti 70 manat olan təzə kişi və qadın ətirlərinin, 30 ədəd hər birinin qiyməti 7 manat olan təzə şampunların, 50 ədəd hər birinin qiyməti 5 manat olan sabunların, 15 ədəd hər birinin qiyməti 30 manat olan təzə qadın köynəyinin, 2 ədəd hər birinin qiyməti 35 manat olan istifadə edilmiş qaz balonlarının, 2 ədəd qazla işləyən hər birinin qiyməti 35 manat olan qaz sobalarının, 12 ədəd hər birinin qiyməti 8 manat olan təzə yorğan örtüklərinin, 10 ədəd hər birinin qiyməti 7 manat olan təzə döşək örtüklərinin, 15 ədəd hər birinin qiyməti 5 manat olan təzə yastıq örtüklərinin oğurlandığını müəyyən etmişlər. Polis əməkdaşları evi müayinə etmiş və sənədləşmə aparmışlar. Anasından baş vermiş oğurluq hadisəsində şübhələndiyi şəxs və şəxslərin olub-olmadığını soruşduqda anası onlara qonşuları Teymurun zəng edərək qardaşı Qəhrəmanın evinə girib oğurluq etməsi barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid2 ifadəsində göstərdi ki, halhazırda Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 dekabr 2020-ci il tarixdə Cinayət Axtarışı Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Atatürk prospektində yerləşən Kəpəz stadionunun yaxınlığına getmişlər. 13.12.2020-cu il tarixdə saat 11 radələrində onlar Kəpəz stadionunun yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Asəf Musayev tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X9 müdafiəçi qismində dəvət olunmuşdur. X6 Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təhqiqatçı X11 Qəhrəmanovun üzrərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 2 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 10 gün əvvəl Mingəçevir şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən evinə öz razılıq ərizəsi ilə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında olan stolun üzərindən 1 ədəd insulin şpirisində maye halında narkotik vasitəyə oxşar maye, yatdığı çarpayının üzərində olan döşəyin içərisində 1 ədəd kibrit qutusunun içərisində toz şəkilli 3 ədəd kağız bükülüdə ümumi çəkisi 3,45 qram narkotik vasitəyə oxşar kütlə, 1 ədəd sellofana bükülmüş halda ümumi çəkisi 0,77 qram kristal şəkilli şəffaf rəngli narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş narkotik vasitələr zərflərdə qablaşdırılmaqla üzəriləri iştirakçılar tərəfindən imzalanaraq ağzı möhürlə bağlanmışdır. Baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri Mingəçevir şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən 10.000 manat pul və təxminən 5.000 manat dəyərində ev əşyaları oğurlaması müəyyən edilmişdir. Həmin oğurlanmış ev əşyalarından bir qismini maddi sübut şəklində Təqsirləndirilən şəxs yaşadığı evdə müəyyən edilərək götürülüb istintaqa təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dinirilmiş Məmmədov X1 Turan Şikar oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş “Baxış və götürmə haqqında” 13 dekabr 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə üzərinə baxış keçirilmiş, 1 büküm narkotik vasitəyə oxşar 2 qram kütlə aşkar edilərək götürülmüş, həmçinin yaşadığı evə baxış keçirilmiş, evdən 1 büküm psixotrop maddə 0,745 qram metamfetam aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 13 dekabr 2020-ci il tarixli 16/808 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Nürəddin oğlunun üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” sözləri və imzalar olan kaqğı paketdəki, 1 (bir) ədəd şəffaf rəngli politielin kəsiyi bükümdə təmiz çəkisi 1,994 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmçinin tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Nürəddin oğlunun yaşayış evindən aşkar olunmuş” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf rəngli politielin kəsiyi bükümündə təmiz çəkisi 0,745 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005 –ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respumlikasıərazisinde dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının 2-ci bəndində daxildir.Bundan başqa rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs Nürəddin oğlunun yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” sözləri və imzalar olan kağız paketdə ki, 1 (bir) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.657 qram, 0.060 qram, 0.049, ümumi çəkisi 1.766 qram maddələr narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir.Bundan əlavə rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs Nürəddin oğlunun yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) 1 ml-lik birdəfəlik spirisin içərisində 0.3 ml həcmində olan məhlul heroin məhluldur və həmin məhlulun tərkibində heroin quru maddəsinin təmiz çəkisi- 0.01 qramdır.Həmçinin rəydən görünür ki, həmin kağız paketdə 2(iki) ədəd 2 ml –lik 1(bir) ədəd 1 ml-likşpirislərin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı.Qeyd olunanlarla yanaşı həmin narkotik vasitə 1,994 qram heroindən tədqiqata 0,05 qram sərf edilmiş, 1,944 qram, psixotrop maddə 0,745 qram metamfetamindən tədqiqata 0,05 qram sərf edilmiş, 0,695 qram, 0,3 qram heroin məhlulundan tədqiqata 0,1 qram sərf edilmiş 0,2 qram qalıq qalmışdır. İş materiallarına əlavə edilmiş “Götürmə aparılması haqqında” 14 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, 11 qutu sabun, 4 ədəd corab, 3 ədəd ətir götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 15 aprel 2021-ci il tarixli 388 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 02.06.2010-cu il tarixli hökmü ilə CM-in 35.2, 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 21.10.2010-cu il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 02.06.2010-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzası təyin edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli hökmü ilə CM-in 315.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2 və 69.3-cü maddələri əsasında qəti olaraq 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilmişdir. Kəpəz Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 25.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. İş materiallarına əlavə edilmiş Kəpəz Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş “Şübhəli şəxsi tutma haqqında” 13 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 dekabr 2020ci il tarixdə saat 12:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 09.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə, yəni 28 may 2021-ci il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olub özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurlamış, həmçinin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-in 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmədiyindən o göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən ziyanın məbləğinin artıq hesablanması, həmin məbləğin şişirdilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətinin protokolu, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-in 234.1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in177.2.3, 177.2.4 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 02.06.2010-cu il tarixli hökmü ilə CM-in 35.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 21.10.2010cu il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 02.06.2010-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzası təyin edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli hökmü ilə CM-in 315.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2 və 69.3-cü maddələri əsasında qəti olaraqv 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilmişdir. Kəpəz Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət əməllərini törətmişdir. CM-in 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidənqəsdənaz ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədib, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədənyenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmədə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını),təqsirkarın şəxsiyyətini,təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasəncinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 15 dekabr 2021-ci il tarixdə CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham irəli sürülmüşdür. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 09.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə, yəni 28 may 2021-ci il tarixədək uzadılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə 27.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13.12.2020-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli 388 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki,iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 1,944 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0.695 qram çəkidə psixotrop maddə metamfetamin, 0.2 ml heroin məhlulu, 1 ədəd şpirist hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 11 ədəd sabun, 3 ədəd ətir və 4 ədəd corab hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza təhqiqatlarının dəyəri 82.40 manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 1,944 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0.695 qram çəkidə psixotrop maddə metamfetamin, 0.2 mlheroin məhlulu, 1 ədəd şpirist hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 11 ədəd sabun, 3 ədəd ətir və 4 ədəd corab hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 82.40 (səksən iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X8 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (bir yüz əlli) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-144/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-144/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver