Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-145/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahiro ğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxx 2020-ci il tarixdə X6 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 02(iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudladırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Goranboy rayonu Qarqucaq kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, 2 saylı yataqxanada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində aliment pulunun Zərərçəkmiş şəxs verilməsinə dair X6 Rayon Məhkməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(043)- 2316/2013 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 3(043)- 783/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək Zərərçəkmiş şəxs qızma 2020-ci il fevral ayı da daxil olmaqla 4.092 (dörd min doxsan iki) manat məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2001 -ci ildə ailə qurmuşdur.Birgə nikahlarından xx xxxxxx 2002-ci ildə Emin adlı uşaqları anadan olmuşdur. 2008-ci ildə o, Rusiya Federasiyasında olduğu müddətdə nikahları pozulmuşdur. Ayrıldıqdan bir müddət sonra Azərbaycana qayıtdıqda arvadı K.Əsgərova ilə barışaraq bir müddət bir yerdə yaşamışlar, lakin xasiyyətləri uğun gəlmədiyi üçün aralarında olan ziddiyətlərə görə ayrılmışlar. K.Əsgərovanın tələbi ilə Kəpəz Rayon Məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində aliment pulunun Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra yenidən barımışmaqlarına baxmayaraq alimentin ləğv olunmasına dair ərizə yazmamışlar. 2018-ci ildə Zərərçəkmiş şəxs ilə aralarında təkrar narazılıq olduğundan yenidən ayrılmışlar. Ayrıldıqdan sonra sonuncu icra məmurları vasitəsi ilə əvvəlki illərdə olmaqla aliment pulunu tələb etmişdir. Maddi durumu aşağı olduğundan aliment üzrə müəyyən edilmiş məbləği ödəməkdə çətinlik çəkdiyindən ödəyə bilməmişdir. Hazırda yığılmış aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı çatmasa da, çalışacaqdır ki, qətnamə üzrə yığılmış aliment borcunu az-az ödəsin. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2001-ci ildə ailə qurmuşlar.Birgə nikahlarından xx xxxxxx 2002-ci ildə Emin adlı uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs ailəsinə qarşı laqeyd olması və aralarında olan narazılıqlar səbəbindən 2008-ci ilin sonlarında ayrılmışlar. Ayrıldıqdan bir neçə il sonra uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən nikahın pozulması və aliment tələbinə dair X6 Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci ildə anadan olmuş uşağı Eminin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində aliment pulunun alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs aliment pulundan müxtəlif vaxtlarda müəyyən məbləğdə ödəniş etdərək tam ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs maddi imkanını yaxşı olmasına baxmayaraq uşağın saxlanılmasında heç bir köməklik etmir. İcra məmurları Təqsirləndirilən şəxs aliment pulunun ödənilməsini tələb etmələrinə, həmçinin alimentin onun övladının saxlanılması üçün nəzərdə tutulmasını izah etsələr də o, müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən boyun qaçırmışdır. Onun alimenti ödəməkdən qəsdən yayınmasını göstərərk barəsində daha ciddi cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 itadəsində göstərmişdir ki, X6 Rayon Məhkməsinin xx xxxxxx 2013-cü ii tarixli, 2(043)-2316/2013 nömrəli qətnaəməsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci ildə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcluya tələbin könüllü icrasını təmin etməsi barədə qərar və bildiriş göndərilməsinə baxmayaraq Təqsirləndirilən şəxs qətnamə üzrə yığılmış aliment borcunun ödənilməsindən yayınmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara əmlakının və digər növdə gəlirlərinin olub olmaması barədə sorğular göndərilmiş və dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilsə də, o, alimenti və yığılmış borcun ödənilməsindən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2018-ci il tarixdə inzibati protokol tərtib edərək baxılması üçün X6 Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsi üçün yenidən müddət verilsə də ödəniş etməkdən yayınaraq bundan sonra da heç bir ödəniş etməmişdir. Borclu İcra şöbəsində olarkən alimentin onun övladlarının saxlanılması üçün nəzərdə tutulmasını izah etmişdir. Borclunun sözügedən qətnamə üzrə 2020-ci il fevral ayı da daxil olmaqla 4.092 (dörd min doxsan iki) manat aliment borcu yığılmışdır. Borclu Təqsirləndirilən şəxs qeyd olunan qətnamənin icrasından qərəzli olaraq boyun qaçırdığından müvafiq sənədlər toplanaraq istintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X6 Rayon Məhkməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(043)-2316/2013 nömrəli qətnaməsi üzrə icra sənədi icra məmuru Şahid1 icraatındadır. Qətnaməyə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində aliment pulunun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən icra məmuru Şahid1 tərəfindən borcluya qətnamənin icrasını təmin etməsi üçün vaxt verilməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Şöbənin böyük icra məmuru kimi borclu Təqsirləndirilən şəxsla dəfələrlə hüquqi mövzuda söhbətlər apararaq qətnamənin dövlətin adından çıxarıldığını, buna görə də icrasının məcburiliyini izah etmiş və icra olunmadığı halda inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq etmişdir. İşdə olan X6 Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(043)-2316/2013 nömrəli qətnaməsindən görünür ki, borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci ildə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v.səh.13-14) Gəncə şəhəri üzrə İcra İdarəsinin icraata başlama haqqında xx xxxxxx 2014-cü il tarixli, 561/2014 nömrəli qərarından görünür ki, iş üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etməsi təklif olunmuşdur. (i.v. səh.18) X6 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(043)-6/2018 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.( i.v. səh.20) Tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(043)-2316/2013 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. (i.v. səh.13) X6 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 2(043)-2316/2013 nömrəli icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. (i.v. səh.41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, arayışından görünür ki, Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.4,-cü maddələri ilə təqsirli bilinib 02(iki) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudladırılması cəzasına məhkum edilmiş. (i.v. səh.81) Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(045)-28/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.4,-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02(iki) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudladırılması cəzası saxlanılmışdır. (i.v. səh.82-85) Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 144/2019 nömrəli arayışdan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(045)-28/2019 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxxxx 2020-ci il tarixə cəkilməmiş 01 il 06 ay 06 gün cəzası qalmışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla ədalət mühakiməsi əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat məbləğində aliment pulunun Zərərçəkmiş şəxs verilməsinə dair X6 Rayon Məhkməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(043)-2316/2013 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 3(043)- 783/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək Zərərçəkmiş şəxs qızma 2020-ci il fevral ayı da daxil olmaqla 4.092 (dörd min doxsan iki) manat ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1cimaddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanunlara əməl edilməsi ruhunda islah olunmamasını nəzərə alaraq istinad olunan maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə ilə bağlı cəzanın tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(045)-28/2019 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 1(bir) il 05 (beş) ay 03 (üç) günü hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(045)-28/2019 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 1(bir) il 05 (beş) ay 03 (üç) günü azadlıqdan məhrum etmə zəzasının bir gününə iki gün bərabər hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təyin edilmiş cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(045)-28/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 1(bir) il 05 (beş) ay 03 (üç) günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzanının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən edilmiş 08 (səkkiz) ay 16 gün azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin edilmiş cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-145/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-145/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver