Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-147/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, Gəncə şəhəri, N.Nərimanov prospekti ev 35, mənzil 24-də qeydiyyatda olmaqla ünvan 2, mənzil 97-də yaşamış barəsində Kəpəz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1987-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumuğu olmayan, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi ev 4, mənzil 49-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0.386 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Nizami rayon polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə X13 prospektinin kəsişməsində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında saxlanılaraq Nizami rayon polis bölməsinə gətirilib üzərinə baxış keçirilərkən sol ayağına geyindiyi ayaqqabısının daban hissəsindəki kəsiyin içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.386 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı ünvan 1 mənzil 6 ünvanında yerləşən evə giriş qapısının açarını binanın dəhlizində olan qaz sayğacının içərisindən götürərək qapını açıb evə qanunsuz daxil olaraq evdən bir ədəd 40 manat dəyərində odeyal və bir ədəd 400 manat dəyərində "LG” markalı 108 ekran ölçülü televizor olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 440 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşayış evinə pəncərəsini qırıb açmaqla qanunsuz daxil olaraq evin zalından 1 ədəd 400 manat dəyərində “Nikai” markalı televizoru, 1 ədəd 80 manat dəyərində televizoru divardan asmaq üçün istifadə edilən qurğunu, 1 ədəd 70 manat dəyərində “Starmax” markalı kanalqəbuledici aparatı, evin yataq otağından 1 ədəd 98 manat dəyərində “Samsung Airtrack” markalı tozsoranı, 1 ədəd 280 manat dəyərində saz çalğı alətini, evin mətbəxindən 1 ədəd 84 manat dəyərində “Zenx” markalı stabilizatoru, 1 ədəd 63 manat dəyərində “Leydi” markalı elektrik sobasını, 1 ədəd 35 manat dəyərində “Sokany” markalı şirəçəkən aparatı, 1 ədəd 300 manat dəyərində suvenir bıçağı, 1 ədəd 60 manat dəyərində suvenir qələmi, evin həyətinə hasardan tullanıb plasmas qapısını fiziki təsir edib açmaqla qanunsuz daxil olaraq həyətdən 1 ədəd 300 manat dəyərində “Thomas” markalı velosipedi, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 1770 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Cəfərov X3 Vüqar Cəbrayıl oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşayış evinə pəncərəsini qırıb açmaqla qanunsuz daxil olaraq evin zalından 1 ədəd 400 manat dəyərində “Nikai” markalı televizoru, 1 ədəd 80 manat dəyərində televizoru divardan asmaq üçün istifadə edilən qurğunu, 1 ədəd 70 manat dəyərində “Starmax” markalı kanalqəbuledici aparatı, evin yataq otağından 1 ədəd 98 manat dəyərində “Samsung Airtrack” markalı tozsoranı, 1 ədəd 280 manat dəyərində saz çalğı alətini, evin mətbəxindən 1 ədəd 84 manat dəyərində “Zenx” markalı stabilizatoru, 1 ədəd 63 manat dəyərində “Leydi” markalı elektrik sobasını, 1 ədəd 35 manat dəyərində “Sokany” markalı şirəçəkən aparatı, 1 ədəd 300 manat dəyərində suvenir bıçağı, 1 ədəd 60 manat dəyərində suvenir qələmi, evin həyətinə hasardan tullanıb plasmas qapısını fiziki təsir edib açmaqla qanunsuz daxil olaraq həyətdən 1 ədəd 300 manat dəyərində “Thomas” markalı velosipedi, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 1770 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamlarla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olduğuna görə Yevlax rayonu ərazisində tanımadığı ayrı-ayrı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Kristal” şadlıq sarayının qarşısında olarkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Gəncə şəhəri Nizami RPB-nə dəvət etmiş və özü heç bir etiraz etmədən Polis Bölməsinə getmişdir. Nizami rayon polis bölməsinin inzibati binasında onun üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və baxış zamanı sol ayağına geyindiyi qara rəngli ayaqqabısının daban hissəsindəki kəsiyin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. O, heroinin satışı ilə heç vaxt məşğul olmamış, istifadə etməsi üçün heç kəsə verməmiş, heroini öz istifadəsi üçün saxlamış, həmin heroini tutulmamışdan bir neçə gün əvvəl Gəncə şəhərində “Xan bağı” adlı parkdan tapmışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə günorta saat 13 radələrində Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə ərazisndə yerləşən binaların dəhlizlərinə daxil olub dəmir tulantılarını axtaran zaman 7 saylı binanın dəhlizinə daxil olaraq binanın 3-cü mərtəbəsinə pilənkənlərlə qalxmışdır. Həmin mərtəbədə olan 6 saylı evin qaz sayğacının qoruyucu qutusunun qapağı açıq vəziyyətdə olduğunu, qaz sayğacının qoruyucu qutusunun üzərinə qoyulmuş açarı görmüş və həmin açarı götürərək 6 saylı evin giriş qapısını açmışdır. O, həmin evin içərisinə daxil olaraq qonaq otağında sol küncündə qoyulmuş 109 ekran ölçülü, qara rəngli "LG" markalı televizoru götürüb evin giriş qapısından solda olan yataq otağında çarpayının üzərinə örtülmüş qırmızı rəngli odeyala bükərək oğurlamışdır. O, binanın dəhlizinə çıxıb evin qapısını həmin açarla bağlayaraq açarı əvvəlki olduğu yerə, yəni qaz sayğacının içərisinə qoymuş, sonra televizoru əlinə götürüb piyada orada uzaqlaşmışdır. 15 dəqiqə piyada getdikdən sonra yolda dayanan tanımadığı VAZ 2109 markalı, nömrə nişanını bilmədiyi taksini saxladaraq odeyala bükülmüş halda olan televizoru avtomobilin salonuna qoymuş və özü də qabaqda əyləşərək televizoru yaşadığı Gəncə şəhəri Atatürk prospekti 197 saylı evin 1 saylı mənzilinə aparmışdır. T.Arani küçəsi 1 döngə bina 7, mənzil 6 ünvanından “LG” markalı televizoru və odeyalı oğulayan zaman tək olmuşdur. Həmin binada birinci mərtəbə də yaşayan Leyla adlı qadına əlində olan odeyala bükülmüş televizoru 250 manata satdığını demiş, Leyla isə 220 manat verə biləcəyini bildirdikdən sonra razılaşmış və həmin televizoru ona 220 manata satmışdır. Leylaya evlərin birində işlədiyinin əvəzində televizoru aldığını demiş, televizoru oğurlaması barədə Leylaya hər hansı bir söz deməmişdir. xx xxx 2020-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində Leylanın yaşadığı evə gələrək 220 manat pulu Leylaya qaytarıb televizoru geri almış, lakin Leylanın evindən televizoru götürən zaman televizoru oğurlayan zaman bükdüyü qırmızı rəngli odeyalı Leylanın evindən götürməyi unutmuş və həmin odeyal sonuncunun evində qalmışdır. O, oğurladığı televizoru Təqsirləndirilən şəxs2 “VAZ 2107” markalı avtomobilinin yük yerinə qoymuş, Samirin televizorun oğurluq olmasından məlumatı olmamış, televizoru saxlamağa yeri olmadığı üçün Samirin avtomobilinin yük yerinə qalmışdır. Həmin televizoru satmağı planlaşdırsa da polis əməkdaşları onu saxladığından televizoru sata bilməmiş və televizor Samirin avtomobilində qalmışdır.Bundan əlavə o, Gəncə şəhəri, Məhsəti qəsəbəsinə gedərək oğurluq etmək üçün ev axtardığı zaman işıqları sönülü olan bir mərtəbəli yaşayış evi görmüş, evin qapısını döysə də heç kim çıxmamış və bir-iki gün həmin evi yoxlayaraq evdə yaşayış olmadığını dəqiqləşdirmişdir. Sonra Samirə birlikdə oğurluq etməyi təklif etmiş, sonuncu onunla razılaşdıqdan sonra birlikdə Samirə məxsus VAZ-2107 markalı ağ rəngli ** VN *** dövlət qeydiyyat nişanlı avomobil ilə xx xxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində Gəc zavodunun arxasında yerləşən həmin evin yanına gəlmişlər. Samir evin yola baxan pəncərəsinin dəmir barmaqlıqlarının vintlərini özü ilə gətirdiyi dəmir parçası ilə açdıqdan sonra özü pəncərənin barmaqlıqlarını yuxarı qaldıraraq dəmir parçasını plasmas pəncərənin arasına salıb pəncərəni açmışdır. O, birinci olaraq pəncərədən evin mətbəxinə girdikdən sonra arxasınca da Samir pəncərədən evin mətbəxinə daxil olmuş və onlar evdə axtarış aparmışlar. Evdən 1 ədəd “Nikai” markalı televizoru, 1 ədəd televizoru divardan asmaq üçün istifadə edilən qurğunu, 1 ədəd kanalqəbuledici aparatı, evin yataq otağından 1 ədəd tozsoranı, 1 ədəd saz çalğı alətini, evin mətbəxindən 1 ədəd stabilizatoru, 1 ədəd elektrik sobasını, 1 ədəd şirəçəkən aparatı, 1 ədəd suvenir bıçağı, 1 ədəd suvenir qələmi, evin həyətindən 1 ədəd 300 manat dəyərində “Thomas” markalı velosipedi oğurlamışlar. Oğurladıqları əşyaları Samirin avtomobilinin arxa oturacağına yığmışlar və oradan Samirin yaşadığı mənzilə getmişlər. Oğurladıqları həmin əşyaları Samirin yaşadığı mənzilə yığdıqdan sonra özü isə yaşadığı evə getmişdir. Hazırda zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs1 vurduğu zərər ödənilmiş və onlarla barışıq əldə etmişdir. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2007-ci il tarixdən tanımış, onlar bir yerdə cəza çəkmə müəssisəsində cəza çəkmiş, həmçinin qonşu binada yaşamaqla mütəmadi olaraq görüşmüşlər. xx xxx 2020-ci il tarixdə o, axşam saatlarında təqribən saat 23 radələrində Vüqarla yaşadığı binanın qarşısında görüşən zaman Vüqar ona kiminsə borc əvəzində televizor verdiyini, televizoru həmin yerdə yaşayan Leyla adlı qadına satdığını, hazırda isə televizoru sahibinə qaytarmaq lazım olduğunu bildirmiş və televizoru götürüb daşımaq üçün onun avtomobilinə qoymağı xahiş etmişdir. O, da Vüqarın xahişini qəbul edərək birlikdə yaşadığı binanın qarşısına gedib binanın aşağısında gözləmiş, Vüqar binaya girib televizoru gətirərək onun idarə etdiyi VAZ 2107 markalı ** VH *** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuşdur. Gec olduğu üçün televizor onun avtomobilində qalmış, xx xxx 2020-ci il tarixdə ona polis işçiləri zəng edən zaman Vüqarın tutulduğunu, həmin televizorun oğurluq olmasını bilmiş, ona görə də Vüqarın ona saxlamaq üçün verdiyi televizoru Gəncə şəhəri Kəpəz RPİ-nə gətirərək təqdim etmiş, Vüqarın həmin televizoru oğurlmasından xəbəri olmamış və Vüqarla birlikdə oğurluq etməmişdir. Bundan sonra o, maddi imkanı çətin vəziyyətdə olduğu və həmin gün sərxoş olduğu üçün xx xxx 2020-ci il tarixdə Vüqarla birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evdən oğurluq etmişdir. Belə ki, Vüqar ona Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evlərdən birində yaşayış olmadığını bildirərək həmin evdən birlikdə oğurluq etməyimi təklif etdiyi zaman Vüqarla razılaşmış və onunla birlikdə idarə etdiyi “VAZ-2107” markalı ağ rəngli ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avomobil ilə xx xxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində Gəc zavodunun arxasında yerləşən 1 mərtəbəli üzü yola baxan evin yanına gəlmişlər. Həmin vaxt evin yolunu ona Vüqar göstərmiş, Vüqar ona həmin evdə heç kimin olmadığını bildirdikdən sonra evin yola baxan pəncərəsinin dəmir barmaqlıqlarının vintlərini əlində özü ilə gətirdiyi dəmir parçası ilə ehmalca açmış, Vüqar pəncərənin barmaqlıqlarını yuxarı qaldıraraq birinci olaraq Vüqar pəncərədən evin mətbəxinə girmişdir. Vüqarın arxasınca da, özü pəncərədən evin mətbəxinə daxil olmuş, onlar evdə axtarış aparmışlar Evdən 1 ədəd “Nikai” markalı televizoru, 1 ədəd televizoru divardan asmaq üçün istifadə edilən qurğunu, 1 ədəd kanalqəbuledici aparatı, evin yataq otağından 1 ədəd tozsoranı, 1 ədəd saz çalğı alətini, evin mətbəxindən 1 ədəd stabilizatoru, 1 ədəd “Leydi” markalı elektrik sobasını, 1 ədəd şirəçəkən aparatı, 1 ədəd suvenir bıçağı, 1 ədəd suvenir qələmi, evin həyətindən 1 ədəd 300 manat dəyərində velosipedi oğurlamışlar. Evin pəncərəsinin vintlərini yerinə bərkidərək oğurladıqları əşyaları onun avtomobilinin arxa oturacağına yığıb oradan onun yaşadığı mənzilə getmişlər və oğurladıqları əşyaları onun yaşadığı mənzilə yığmışlar. xx xxx 2020ci il tarixdə oğurladığı əşyaların bir hissəsini könüllü olaraq Gəncə Kəpəz RPİ-yə təqdim etmişdir. Hazırda digər əşyaların oğurlanması nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş zərərin əvəzini tam ödəyib onunla barışıq əldə etmişlər. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun kirayədə yaşadığı evin bir ədəd açarı olduğu üçün adətən bir yerə gedəndə açarı evin giriş qapısının üzərində olan qaz sayğacının içərisinə qoyub gedirlər. xx xxx 2020-ci il tarixdə həyat yoldaşı Aynur İsmayılova həkimə getdiyi üçün həmin gün saat 13:05 radələrində evin qapısını bağlayıb açarı da hər zaman olduğu kimi qaz sayğacının içərisinə qoyub getmişdir. Həmin gün təxminən saat 14:20 radələrində evə qayıdıb evin qapısını açıb içəri girəndən sonra evin qonaq otağında olan bir ədəd 108 ekran ölçülü, 800 manat dəyərində bir ədəd “LG” markalı televizorun yerində olmadığını görmüş və evdə olmayan vaxt naməlum şəxsin evin açarını sayğacdan götürüb yataq otağındakı 50 manat dəyərində bir ədəd odeyalı və 800 manat dəyərindəki “LG” markalı televizoru oğurlaması, sonra da açarın yenidən sayğacın içərisinə qoyulması ona məlum olmuşdur. Oğurluq nəticəsində ona 850 manat maddi ziyan dəymiş, oğurlanmış televizor və odeyal ona məxsus olmuş, o, həmin evdə kirayədə yaşadığı müddət ərzində istifadə etmək üçün həmin əşyaları evə gətirib qoymuşdur. Hazırda ona vurulmuş zərər Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir, ona görə Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evi onlara məxsusdur. Əri Tərtər rayonunda yerləşən hərbi hissədə işlədiyindən həmin evdə tək yaşaya bilməmiş buna görə evindən oğurluq edilən ərəfədə bacısına məxsus evdə yaşamışdır. O, Məhsəti qəsəbəsində yerləşən evinə xx xxx 2020-ci il tarixdə gedən zaman evdə hər şey qaydasında olmuş, bundan sonra o, həmin evə xx xxx 2020-ci il tarixə kimi getməmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evə baş çəkmək üçün gedən zaman mətbəxin küçəyə baxan pəncərənin açıq olduğunu, dəmir çərçivənin aralandığını görərək evin darvazasını açaraq içəri daxil olmuş, evə girən dəmir qapının arası əyilsə də, qapı bağlı vəziyyətdə olmuşdur. O, evə girib baxan zaman evin zalından divara asılmış 1 ədəd 800 manat dəyərində “Nikai” markalı kənarları boz rəngli televizorun, televizorun üzərində olan 1 ədəd 70 manat dəyərində kanalqəbuledici qurğunun, 1 ədəd 80 manat dəyərində televizoru divardan asmaq üçün istifadə etdiyi qurğunun, uşağın yataq otağından 1 ədəd 140 manat dəyərində “Samsung” airtrack markalı tozsoranın, onun yataq otağından şkafın kənarına qoyulmuş 1 ədəd 270 manat dəyərində saz çalğı alətinin, mətbəxdən 1 ədəd 120 manat dəyərində “Zenx” markalı elektrik cərəyanı sabitləşdirici qurğunun, 1 ədəd 300 manat dəyərində suvenir bıçağın, 1 ədəd 60 manat dəyərində suvenir qələmin, 1 ədəd 50 manat dəyərində “Sokany” markalı şirəçəkən aparatın, 1 ədəd 90 manat dəyərində “Leydi” markalı elektrik sobasının, evin həyətindən 1 ədəd 500 manat dəyərində “Thomas” markalı velosipedin oğurlanmasını aşkar etmişdir. Evin həyəti ilə bağçanın arasında olan plasmas qapı qırılmış, ona ümumilikdə oğurluq nəticəsində 2480 (iki min dörd yüz səksən) manat dəyərində maddi ziyan dəymişdir. Özü hadisə barədə dərhal Azərbaycn Respublikası DİN-in “102 xidmətinə” məlumat vermiş və daha sonra Gəncə şəhər Kəpəz RPİ-nə ərizə ilə müraciət etmişdir. Polis araşdırması ilə həmin cinayətin Vüqar və adlı şəxslərin törətməsi məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxsləri bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin Nizami RPB-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, N.Nərimanov küçəsi ev 35, mənzil 34-də qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, X13 prospektində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verildikdən sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi ilə təmin olunaraq Nizami rayon polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 sol ayağına geyindiyi ayaqqabısının daban hissəsindəki kəsikdə saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, kütlənin içərisində olduğu bükümlə birlikdə ümumi çəkisi 0,48 qram olmuş və daha sonra isə narkotik vasitə heroin bükümlə birlikdə kağız zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini tutulmamışdan bir neçə gün əvvəl Xan bağı parkından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, onun adı Leyla olsa da, qonşular onu Lena kimi tanımış, Təqsirləndirilən şəxs1 təxminən 3 ildir ki, tanıyır və Vüqarla eyni binada yaşamışlar. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Vüqar qırmızı rəngli odeyala bükdüyü bir ədəd “LG” markalı pultu olmayan televizoru onun yaşadığı evə gətirərək ona həmin televizoru satmağı təklif etdiyi zaman Vüqarın əvvəllər oğurluq etdiyinə və narkoman olduğuna görə ondan şübhələnmiş və televizorun oğurluq olub-olmamasını soruşmuşdur. Vüqar ona televizorun oğurluq olmadığını, bir nəfər şəxsin borc əvəzində televizoru verməsini demiş, Vüqar ilk öncə televizoru ona 300 manat qarşılığında satmağı təklif etsə də, o, xəstə olduğu üçün Vüqara yalnız 220 manat verə biləcəyimi dedikdə, Vüqar onunla razılaşmış və 220 manat pul ödəyərək Vüqardan “LG” markalı televizoru almışdır. Həmin gün, ya da bir gün sonra gecə saatlarında Vüqar yenidən onun yaşadığı evə gəlib ona televizoru sahibinə qaytarmaq lazım olduğunu deyərək 220 maat pulumu geri qaytarmış və televizoru götürüb getmiş, lakin Vüqarın televizoru gətirən zaman televizoru bükdüyü odeyal mənim yaşadığı evdə qalmışdır. xx xxx 2020-ci il tarixdə həmin odeyalın oğurluq olmasını bildiyi üçün polis əməkdaşlarına təqdim etmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evə gələn zaman yanında heç kəs olmamış, polis əməkdaşları yaşadığı evə gələn zaman həmin əşyaların oğurluq olmasını bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in X1 daxil olmuş əl-barmaq izlərinin müqayisəli tədqiqatından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus evdən götürülmüş 4 ədəd əlbarmaq izlərindən 1 ədədi Təqsirləndirilən şəxs2 sol əlinin baş barmağı ilə eynilik təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,386 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 293 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 660 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurlanmış 1 ədəd Nikai markalı televizoru, 1 ədəd Saz çalğı alətini, 1 ədəd ZENX markalı stabilizator, 1 ədəd Leydi markalı elektrik sobasını təqdim etmiş və həmin əşyalar öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən ondan götürülmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Cəfərov X4 Afiq İlham oğlunun yaşadığı evdən oğurlanmış 1 ədəd “LG” markalı plazma televizoru təqdim etmiş və həmin əşyalar öz xüsusiyyətinə,əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən ondan götürülmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 1 ədəd odeyalı təqdim etmiş və həmin əşya ondan götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək ünvan 1 mənzil 6 ünvanında yerləşən evdən bir ədəd odeyalı və bir ədəd 108 ekran ölçüsündə "LG” markalı televizoru, Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evdən 1 ədəd “Nikai” markalı televizoru, 1 ədəd Saz çalğı alətini, 1 ədəd stabilizatoru, 1 ədəd elektrik sobasını, 1 ədəd şirəçəkən aparatı oğurlamasını göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evdən 1 ədəd “Nikai” markalı televizoru, 1 ədəd Saz çalğı alətini, 1 ədəd stabilizatoru, 1 ədəd elektrik sobasını, 1 ədəd şirəçəkən aparatı oğurlamasını göstərmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, istintaq hərəkəti zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs2 təqdim edilmiş 1 ədəd “LG” markalı plazma televizorun və 1 ədəd odeyalın onun yaşadığı evdən oğurlanmış əşyalar olmasını, həmin əşyaların markası və xüsusiyyətləri ifadəsində göstərdiyi evindən oğurlanmış əşyalar ilə marka və xüsusiyyətlərinə görə eynilik təşkil etməsini, həmin əşyalardan heç birinə zərər yetirilməməsini bildirmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, istintaq hərəkəti zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs1 təqdim edilmiş 1 ədəd Nikai markalı televizorun, 1 ədəd Saz çalğı alətinin, 1 ədəd ZENX markalı elektrik cərəyanı sabitləşdirici aparatın, 1 ədəd Leydi markalı elektrik sobasının onun yaşadığı evdən oğurlanmış əşyalar olmasını, həmin əşyaların markası və xüsusiyyətləri ifadəsində göstərdiyi evindən oğurlanmış əşyalar ilə marka və xüsusiyyətlərinə görə eynilik təşkil etməsini, həmin əşyalardan heç birinə zərər yetirilməməsini bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı onun sol ayağına geyindiyi ayaqqabısının daban hissəsindəki kəsikdən 1 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək elektron tərəzidə çəkilmiş, çəkisi bükümlə birlikdə 0,48 qram olmuş, daha sonra narkotik vasitə heroin içərisində olduğu sellofan kəsiyi ilə birlikdə qablaşdırılaraq möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 277 nömrəli rəyindən görünür ki, xx xxx 2020-ci il tarixə olan orta bazar qiymətləri əsasında istifadə olunmuş 1 ədəd 108 ekran ölçülü “LG” markalı plazma televizor 400 manat, 1 ədəd odeyal 40 manat, xx xxx 2020-ci il tarixə olan orta bazar qiymətləri əsasında istifadə olunmuş 1 ədəd “Nikai” markalı plazma televizorun 400 manat, 1 ədəd “Samsung Airtrack” markalı tozsoran 98 manat, 1 ədəd saz çalğı alətinin 280 manat, 1 ədəd “Zenx” markalı stabilizator 84 manat, 1 ədəd “Leydi” markalı elektrik sobasının 63 manat, 1 ədəd Sokany markalı şirəçəkən 35 manat, 1 ədəd “Tomas” markalı velosiped 300 manat dəyərindədir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd bükümdə qalıq çəkisi 0,326 qram narkotik vasitə heroin, eləcə də zərərçəkmiş şəxslərə saxlanca verilmiş Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 1 ədəd LG markalı plazma televizor, 1 ədəd odeyal, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurlanmış 1 ədəd Nikai markalı televizor, 1 ədəd Saz çalğı aləti, 1 ədəd ZENX markalı stabilizator, 1 ədəd Leydi markalı elektrik sobası hazırkı cinayət işi üzrəmaddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərə isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələriilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 315.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Daşkəsən rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədən zaman cəzasını çəkib qurtardığı gündən iki il keçmədiyindən məhkumluğu ödənilməmiş və Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən onun bu əməli cinayətin resdivini yaratmışdır. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilərkən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsi və onlarla barışıq əldə etməsi həmin maddələr üzrə cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş və xx xxxxx 2007-ci il tarixdə cərimə cəzasını tam ödəmişdir. Bundan əlavə, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2009-cu il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzası 02 il 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Bundan əlavə, Göygöl rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1,132-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətində azadlıqdan məhrumetmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Göygöl rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.1, 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 04 ay müddətində azadlıqdan məhrumetmə və 300 manat cərimə cəzasına məhkum edilmiş və xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2014-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən cinayəti törədən zaman cəzasını çəkib qurtardığı gündən iki il keçdiyindən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsi və onunla barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onların şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ayrıca olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda üzərində qanunsuz olaraq saxlama cinayətini və həm ayrılıqda, həm də Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən residivə görə cəzanın təyin edilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq həmin əmələ görə ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə cəzası həmin cəzanın son həddinin yarısından aşağı olmayan müddətdə təyin edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə ona təyin ediləcək cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Bu zaman Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraqona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmalıdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan və xx xxx 2020-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı gün müddətində tutulmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(043)- 61/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlamanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(043)-147/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti məhkəmənin hazırlıq iclasınadək uzadılmışdır. Cinayət işi üzrə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə tutulduğu ümumilikdə cəmi 4 gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalı, cəzasının əvvəli isə həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrumetmə cəzası çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93-1-ci maddəsinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonrakı davranışını, cəzasını ağırılaşdıran halların olmamasını, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla cəzanın məqsədlərinə nail olmağa şərait yaradacaqdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93-1-ci maddəsinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlardan Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd bükümdə qalıq çəkisi 0,326 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvyə mindikdən sonra məhv edilməli, zərərçəkmiş şəxslərə saxlanca verilmiş Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 1 ədəd LG markalı plazma televizor, 1 ədəd odeyalın, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurlanmış 1 ədəd Nikai markalı televizor, 1 ədəd Saz çalğı aləti, 1 ədəd ZENX markalı stabilizator və 1 ədəd “Leydi” markalı elektrik sobasının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (yüz) manat pul isə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməlidir. İbtidai istintaq zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi 30 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 180 manat pul, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 göstərdiyi 14 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 84 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablansın və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə tutulduğu dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Məcburi müalicə dövründə məcburi müalicənin aparıldığı tibb müəssisəsinin olduğu yer Təqsirləndirilən şəxs2 cəzasını çəkdiyi yer hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut –Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd bükümdə qalıq çəkisi 0,326 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvyə mindikdən sonra məhv edilsin. Həmçinin iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 1 ədəd “LG” markalı plazma televizor və 1 ədəd odeyalın, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurlanmış 1 ədəd “Nikai” markalı televizor, 1 ədəd Saz çalğı aləti, 1 ədəd “ZENX” markalı stabilizator və 1 ədəd “Leydi” markalı elektrik sobasının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 30,40 (otuz tam, yüzdə qırx) manat pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, hesab – AZ53AİİB********************) köçürülsün. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 180 manat pul Müdafiəçi1; Təqsirləndirilən şəxs2 göstərdiyi 14 saat hüquqi yardıma görə 84 manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxs X2 münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsəmüddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-147/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-147/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver