Məhkəmə qərarları › İş №1(043)-148/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-148/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-148/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə X8 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Səfəvilər küçəsi, 4-cü döngə, ev 5də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində hamilə vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadığı ünvan 1 ünvanında olarkən aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruq ilə vuraraq ona sağ göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzniyi, hematoması, burun sümüyünün sınığı, burun və sağ baldır nahiyələrin qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa "Yüngül" zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair yekun protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yaxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, hərəkətlərdən peşmançılıq hissi keçirdiyini bildirərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onunla 2017-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir uşaqları var. Hal-hazırda arvadı 7 aylıq hamilədir. Fərdi qaydada sürücü işləyərək ailəsini dolandırır. Son iki ildə arvadı ilə maddi sıxıntılar səbəbindən mütəmadi mübahisələri olur. Tamara onunla daimi olaraq kobud danışır və onu Tamaranı döyməyə təhrik edir. Lakin səbirli olub onun dediyi sözləri kobud ifadələri qəbul edir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində Tamaraya şalvarını niyə yaxşı yumadığını soruşmuşdur. Tamara şalvarın ləkəsi getmədiyini demişdir. O da Tamaraya yuyucu tozdan istifadə etməsini bildirmiş və anasının paltarını yuyan zaman paltardan ləkənin getdiyini bildirmişdir. Bundan sonra Tamaradan su istəmişdir. Tamara ona kobud cavab qaytararaq su verməyəcəyini bildirmişdir. O da əsəbiləşib Tamara ilə qəzəbli danışmışdır. Tamara da onun köynəyindən tutaraq onu dartışdırmağa başlamışdır. O da əsəbiləşib Tamaranın üz nahiyəsinə şillə zərbəsi vurmuşdur. Sonra Tamara ayağa qalxmış və həmin vaxt Tamara yerdən daş götürərək ətrafa atmağa başlamışdır. Daha sonra atılıb - düşərək qışqırmağa başlamışdır. Tamara atası Oruca zəng edərək onu döyməyini bildirmişdir. Tamaranın atası isə DİN-in 102 xidmətinə zəng edərək Tamaranı döyülməsi barədə məlumat vermişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını göstərərək ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 onun əridir. Arzu ilə 2017-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir uşağı var. Hal-hazırda 7 aylıq hamilədir. Son iki ildə əri ilə maddi sıxıntılar səbəbindən mütəmadi mübahisələri olmuşdur. Arzu onunla daimi olaraq kobud danışır və onu döyür. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində əri Arzu ondan şalvarını niyə yaxşı yumadığını soruşmuşdur. O şalvarın ləkəsi getmədiyini demişdir. Arzu anasının paltarını yuyan zaman paltardan ləkənin getdiyini, paltarı aparıb ona verəcəyini bildirmişdir. O da apar paltarını anan yusun deyə bildirmişdir. Daha sonra Arzu əsəbiləşmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arzu onun sifətinə yumruq və şillə zərbələri vurmağa başlamışdır. Həmin vaxt yerə yıxılmış, Arzu isə yerdə onun saçından tutmuş və sürümüşdür. Daha sonra o yerdən xırda daşlar götürərək ətrafa atmağa başlamışdır. Arzu evin aynalarını qıracağından qorxduğu üçün onu buraxmışdır. Daha sonra o Qazax rayonunda yaşayan atası Şahid zəng edərək döyülməyini bildirmişdir. Atası da DİN-in 102 xidmətinə zəng edərək onun döyülməyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində qızı Tamara ona zəng edərək əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Ona görə də o, həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək qızı Tamaranın Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Gəncə şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli canlı şəxsin espertizası haqqında 1189 nömrəli ekspert rəyindən (i.v. səh.24-27) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərsağ göz ətrafı nahiyənin yumşaq toxumalarının əzniyi,hematoması, burun sümüyünün sınığı, burun və sağ baldır nahiyələrin qançırları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli V-51016 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, (i.v. səh.39) Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli SİƏD nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. səh.36) Gəncə “Asan Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı tarixli, AZ-İİ 373509 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 nikahları xx.xx.2016-cı ildə 3955 nömrə ilə qeydə alınmışdır. (i.v. səh.47) AZ-İV 227372 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2019-cu ildə anadan olmuş azyaşlı uşağı vardır. (i.v. səh.48) Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «böyük ictimai təhlükə törətməyən cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində hamilə vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadığı ünvan 1 ünvanda aralarında şəxsi münasibətlər zəmnində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq ona sağ göz ətrafı nahiyənin yumşaq toxumalarının əzniyi, hematoması, burun sümüyünün sınığı, burun və sağ baldır nahiyələrin qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa "Yüngül" zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. TəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs əməlinincinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti hamilə qadına qarşı törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, gənc ailə olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi cərimə cəzasının tətbiqini zəruri sayır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailədə və yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc ailə olmasını, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmançılıq hissi keçirərək öz hərəkətlərinə tənqidi yanaşıb özünü qınaq obyektinə çevirməsini onun islah olunmasına dəlalət edən hal hesab edib təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə cəzasının tətbiq olunmasını mümkün hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini onun islah olunmasına deyil, əksinə gənc ailə olaraq gələcəkdə ailəsinə mənfi təsir göstərəcəyini nəzərə alıb həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərəəsasənvə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X8 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən CavidTağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar