Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-149/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 mənzil 19 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində X10 vağzalında tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, sonuncu onunla kobud danışması səbəbindən əsəbiləşərək, yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq, ona sol təpə-gicgah və sol qulaq seyvanının yumşaq toxumalarının əzniyi və hematoması yarası ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “yüngül” zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda Gəncə şəhəri, Sevinc qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun tanışıdır.xx.xx.2020-ci il tarixdə saat 23 radələrində dostu Natiqə zəng edib onunla iş barəsində X9 vağzalında görüşmüşlər.Saat 23 radələrində X8 Yolu vağzalının inzibati binasının yaxınlığında söhbət edən zaman onların yanlarına tanışı Arzu yaxınlaşmış onlarla salamlaşdıqdan sonra ona demişdir ki, işlədiyi çayxana bağlandığına görə ona borca 20 manat pul versin və çayxana açılanda işləyib qaytaracaq. O, da Arzuya sual etmişdir ki, nə səbəbə görə ona pul verməlidir?. Bu mövzuda onların aralarında mübahisə baş vermiş və mübahisə nəticəsində Arzunun baş nahiyəsindən əli ilə bir dəfə vurmuş və demişdir ki, oradan çıxıb getsin. Həmin vaxt Arzu yerə yıxılmış və qışqırmağa başlamış, səs-küyə orada olan polis əməkdaşları gəlib Arzunu yerdən qaldıraraq onu və Arzunu polis şöbəsinə dəvət etmişlər. Həmin dava-dalaş X9 vağzalı ərzində baş vermiş və təxminən 1-2 dəqiqə davam etmişdir. Orada dostu Natiqdən başqa heç kim olmamışdır. Etdiyi əməldən peşmandır, hazırda tanışı Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X10 vağzalında yerləşən çayxanada xadimə işləyir. Koronovirus pandemiyası ilə əlaqədar çayxanalar işləmədiyindən pulu olmadığı üçün xx.xx.2020-ci il tarixdə saat 21 radələrində X10 vağzalına gəlmişdir ki, tanıdığı kimdənsə borca pul alsın. Saat 23 radələrində X10 vağzalının inzibati binası yaxınlığında tanışları Rövşən və Natiqi görmüş və düşünmüşdür ki,onlardan borca pul ala bilər və bu məqsədlə onların yanına gəlib salamlaşdıqdan sonra Rövşənə demişdir ki, qaytarmaq şərti ilə ona borca 20 manat pul versin. Rövşən isə bildirmişdir ki, nə səbəbə ona pul verməlidir. Bu mövzuda onların arasında mübahisə baş vemiş və mübahisə nəticəsində Rövşən onun baş nahiyəsinə yumruqla vurmuş və ona getməsini söyləmişdir. Rövşənin ona yumruqla vurması nəticəsində yerə yıxılmış və ağrının təsirindən qışqırmağa başlamış, onun səs-küyünə orada olan polis əməkdaşları gəlmiş və onu yerdən qaldırmışlar. Bundan sonra yuxarıda qeyd olunan hadisə ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Həmin dava X9 vağzalında baş vermiş, orada Natiq adlı şəxsdən başqası olmamışdır. Həmin dava təxminən 1-2 dəqiqə çəkmişdir. Hadisə zamanı Rövşənə heç bir xəsarət yetirməmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını,ona dəymiş ziyanın tam ödənildiyini ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə st. XPŞ-nin PPXT-nın polis nəfəri polis serjantı Şahid3 ifadəsində göstərdi ki,xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində X9 vağzalının gözləmə zalında xidmətə olduğu zaman qışqırıq səsi eşitmiş və postdakı yoldaşı-Şahid2 ilə birgə X9 vağzalının inzibati binasının sağ tərəfinə getmişdir. Orada adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə görmüş və səbəbini soruşduqda adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onu başından yumruqla vurduğunu demişdir. Daha sonra Zərərçəkmiş şəxs yerdən qaldıraraq Təqsirləndirilən şəxsla birgə polis şöbəsinə dəvət etmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə st. XPŞ-nin PPXT-nın polis nəfəri polis serjantı vəzifəsində işləyən Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində olan xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış Şahid1 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində dostu Rövşənlə zəngləşib onunla iş barəsində X10 vağzalında görüşmüşlər. Saat 23 radələrində Rövşənlə X10 vağzalının inzibati binasını yaxınlığında söhbət edən zaman onların yanına tanışları Arzu adlı qadın yaxınlaşmış onlarla salamlaşdıqdan sonra Arzu Rövşənə demişdir ki, işlədiyi çayxana bağlandığına görə ona borca 20 manat pul versin çayxana açılanda işləyib qaytaracaq, oda Arzuya bildirmişdir ki, nə səbəbə görə ona pul verməlidir bu mövzuda onların aralarında mübahisə baş vermiş və mübahisə nəticəsində Rövşən Arzunun baş nahiyəsindən əli ilə vurmuş və demişdir ki, oradan çıxıb getsin. Həmin vaxt Arzu yerə yıxılmış və qışqırmağa başlamış, səs-küyə orada olan polis əməkdaşları gəlib Arzunu yerdən qaldıraraq Rövşəni və Arzunu polis şöbəsinə dəvət etmişlər. Həmin dava-dalaş X10 vağzalında baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş orada ondan başqa heç kim olmamışdır. Həmin vaxt səs-küyə kənardan heç kim gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-TibbiEkpertizavə X3” X4 şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 1173 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol təpə-gicgah və qulaq seyvanının yumşaq toxumalarınınəzniyi və hematoması –bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2402 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X1 Dispansenerində qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X5 Dispanseri tərfindən verilmiş xx.xx.2020-ci il tarixli 2968 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X6 Dispansenerində qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində X9 vağzalında tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, sonuncu onunla kobud danışması səbəbindən əsəbləşərək yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vuraraq, ona sol təpə-gicgah və sol qulaq seyvanının yumşaq toxumalarının əzniyi və hematoması kimi müşaidə edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-149/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-149/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver