Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-15/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 mart 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1986-cı ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 9,712 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 07:00da Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq BNMİ-nin QBRŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 9,712 qram narkotik vasitə olan qurudulmuş marixuana 02 ədəd sellofan kəsiyi bükümlərində, ayrılıqda təmiz çəkiləri 4,089 qram və 5,623 qram olmaqla əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə təqsirləndirilən şəxsin ifadəsini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, şəxsin üzərinə baxış keçirilməsi haqqında video görüntünü, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitədən istifadə etdiyi üçün tutulmamışdan 10 gün əvvəl özü istifadə etməsi üçün yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində tanmadığı şəxsdən 40 manata 2 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almış, aldığı həmin narkotik vasitənin cuzi bir hissəsini istifadə etmiş, qalan hissəsini gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 19 iyun 2021-ci il tarixdə saat 07:00-da Kür çayının yaşadığı Ağdaş rayonu, Pirəzə kəndi ərazisindən keçən hissəsinə balıq tutmaq məqsədi ilə gedərkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər polis əməkdalşları olduqlarını ona bildirərək onun narkotik vasitələri əkib becərməsində və üzərində gəzdirməsində şübhəli olduğunu deyərək onu Gəncə şəhərinə narkotiklə mübarizə idarəsinə gətirmişlər. Orada üzərinə videoçəkilişlə və vəkilin iştirakı ilə baxış keçirilərkən əynində olan şalvarın cibindən istifadə etməsi üçün saxladığı həmin 02 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Heç kimə narkotik satmamış nədə ki, pulun müqabilində narkotik vasitə almamışdır. Hərəkətindən peşman olduğunu bildirərək bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 18 iyun 2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən Kür çayındakı adalardan birində tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır, həmin qrupun üzvləri Şahid3 və Şahid1 olmuşdur. 19 iyun 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı kənddədir. Həmin tarixdə qeyd olunan kəndə getmişlər. Orada olan zaman saat 07:00-da özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını deyib ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinin Gəncə şəhərində yeləşən rgional şöbəsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinin QBRŞ-in inzibati binasına gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı Vüsal Həsənquliyevin xidməti iş otağına aparmışlar, orada vəkilin iştirakı ilə üstünə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 2 ədəd selofana bükülmüş narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 40 manata yaşadığı kənddə tanımadığı şəxsdən əldə etdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 18 iyun 2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən Kür çayındakı adalardan birində tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 19 iyun 2021-ci il tarixdə BNMİ-in əməkdaşları Şahid1 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Pirəzə kəndinə getmişlər. Həmin gün saat 07:00-da Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib əməkdaşı olduqlarını bildirərmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə şübhəli bilindiyini və onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinin Gəncə şəhərində yeləşən rgional şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasına gəlmişdir. Şöbədə təhqiqatçı Vüsal Həsənquliyevin xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 2 ədəd selofana bükülmüş narkotik vasitəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı yaşadığı kənddə tanımadığı şəxsdən özü istifadə etməsi üçün 40 manata aldığını demişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən Kür çayındakı adalardan birində külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid3 və Şahid2 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı kənddə olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə qeyd olunan kəndə getmişlər. Qeyd olunan kənddə olan zaman saat 07:00-da özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BNMİ-nin QBRŞ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BNMİ-nin QBRŞ-nin inzibati binasına gələ biləcəyini bildirmiş, bundan sonra birlikdə inzibati binaya gəlmişlər. Şöbədə Təqsirləndirilən şəxs Təhqiqat Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevin xidməti iş otağına aparmış, orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkillərin adları olan siyahını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Xatirə Cəbrayılova dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən mobil telefonunu, şalvarının sağ yan cibindən 2 ədəd bükümü təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları 40 manata yaşadığı kənddə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin kultivasiyası ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və baxışın keçirilməsinə dair protokol tərtib edimiş, həmin protokolu hər bir iştirakçı kimi imzalamışdır. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 19 iyun 2021-ci il tarixli, 16/576 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan büküm sözləri yazılmış kağız paketi açdıqda içərisində, 2(iki ) ədəd selofan kəsiyi bükümlərində ayrı ayrılıqda təmiz çəkiləri 4.089qram, 5,623 qram, ümumi təmiz çəkisi 9,712 qram olan bitki mənşəli kütlələr, tərikbində narkotik maddələr olan çətənə (kannabis)bitktsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 07.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə saat 08:55-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(005)- 625/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il traixli 1(043)- 187/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndərilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 1(043)- 187/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. 12 iyul 2021-ci il tarixli,2289 nömrəli narkoloji tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham verilsə də istər ibtidai istintaq zamanı istərsə də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən heç biri ifadələrində onun narkotik vasitəni satmasını qeyd etməmişlər, cinayət işinin materiallarında bunu təsdiq edən hər hansı bir sübut öz əksini tapmamışdır. Məhkəmə istintaqı zamanı dindirilimiş şahidlər ifadələrində təqsirləndirilən şəxsin tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbiri keçirdiklərini göstərmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ildə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxsin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitəni üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbiri keçirilmiş və aparılmış əməliyyat axtarış tədbiri zamanı təqsirləndirilən şəxsin narkotik tərkibli maddənin kultivasiyası ilə məşğul olması müəyyən olunmamış yalnız üzərində gəzdirdiyi narkotik vasitə aşkar olunmaqla həmin narkotik vasitənin satış məqsədi ilə əldə olunması və ya saxlanmasına dəlalət edən hər hansı bir subut (narkotik vasitənin satılması, qablaşdırılması, onun qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq) məhkəmə istintaqı zamanı sübut olunmamışdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan marixuananı satması, satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir . Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, narkotik vasitənin çəkisini və növünü, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs həbsdə olduğu 09 (doqquz) ay 09 (səkkiz) gün nəzərə alınmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbirinə dəyişdirilərək o, dərhal məhkəmə isclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir.. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. malıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və DİN BMCMİ-in maddi sübutlar kamerasında saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 9,612 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında video görüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 09 (doqquz) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və DİN BMCMİ-nin maddi sübutlar kamerasında saxlanılan, 9,612 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı video görüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-15/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-15/2022
28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver