Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-150/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, 3-MİK, ev 13 mənzil 55-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 03 fevral 2021ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanının zirzəmisində yerləşən Zərərçəkmiş şəxs məxsus əşyaların saxlanılması üçün nəzərdə tutulmuş otağın qapısının kilidini sındırmaqla qanunsuz olaraq içəri daxil olub, oradan sonuncuya məxsus 120 manat dəyərində bir ədəd 40 litr həcmli alüminium qazanı, 100 manat dəyərində bir ədəd 30 litr həcmli alüminium qazanı, 30 manat dəyərində bir ədəd alüminium ləyəni, 20 manat dəyərində bir ədəd 10 litr tutumlu alüminium bidonu, hər birinin dəyəri 20 manat olmaqla 40 manat dəyərində iki ədəd taxta mişarı, 15 manat dəyərində bir ədəd dəmir kəsən mişarı, 15 manat dəyərində bir ədəd mıx çıxaran aləti, 60 manat dəyərində bir ədəd təzə halda olan dəmir qapı kilidini, 30 manat dəyərində bir ədəd qaz açarını, 100 manat dəyərində bir ədəd bolt-vint açar dəstlərini, 70 manat dəyərində bir ədəd drel ucluqlarını, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində iki ədəd vintaçanı, 50 manat dəyərində bir ədəd laqonda, 5 manat dəyərində bir ədəd kəlbətini, 40 manat dəyərində bir ədəd lehim aparatını, 10 manat dəyərində bir ədəd dəmirkəsən qayçını, 30 manat dəyərində bir ədəd su tərəzisini, hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir aləti, hər birini dəyəri 3 manat olmaqla 39 manat dəyərində 13 ədəd drel ucluqlarını, 35 manat dəyərində bir ədəd 3 litrlik elektriklə işləyən nikel materialdan hazırlanmış samovarı, 100 manat dəyərində bir ədəd «Sirus» markalı radionu, 30 manat dəyərində bir ədəd stabilizatoru, hər birini dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində iki ədəd lomu, 25 manat dəyərində bir ədəd toxmağı, 3 manat dəyərində bir ədəd iskənəni, 5 manat dəyərində bir ədəd dəmir malanı gizli olaraq talayıb, ümumilikdə zərər çəkmiş şəxsə 1058 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır, onlar bir binada qalırlar. Binanın zirzəmisində sakinlərin öz əşyalarını saxlaması üçün otaqlar var, həmin otaqlardan biri də ona məxsusdur. Həmin zirzəmiyə giriş qapısının qıfılının açarı biri onda, biri İsmixanda, digəri isə başqa bir qonşudadır. O, həmin zirzəmiyə açarla sərbəst girib çıxır. 03 fevral 2021-ci il tarixdə, saat təxminən 12 radələrində yaşadığı evdən çıxıb zirzəminin qarşısına gəlmiş, zirzəminin giriş qapısında olan qıfılı özündə olan açarla açıb içəri daxil olmuş və pilləkənlə aşağı düşüb özünə məxsus olan otağın qarşısına getmişdir. Ona məxsus olan otağın qapısının yanında İsmixana məxsus otaq da var və həmin otağın qapısı dəmirdəndir. Həmin qapı həmişə bağlı olur və üzərindən qıfıl asılır. Həmin vaxt o, maddi baxımdan sıxıntı çəkdiyi üçün İsmixana məxsus zirzəmidəki otağın qapısının qıfılını sındırıb içəri daxil olaraq oradakı əşyaları gizlincə götürüb satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, yerdən tapdığı dəmir parçası ilə həmin qıfılını sındıraraq içəri daxil olmuşdur. O, orada müxtəlif çeşiddə çoxlu tikintidə istifadə olan alətlər və məişət əşyalarının olmasını görmüşdür. Bundan sonra o, orada olan 40 litrlik alüminium qazanlar, taxta mişarlar, vintaçanlar, bir ədəd laqonda, dəmir kəsən mişar, mıx çıxaran alət, kəlbətin, təzə vəziyyətdə dəmir qapı kilidi, lehim aparatı, dəmir kəsən qayçı, su tərəzisi, tikintidə istifadə edilən bərkidici dəmir aləti, qaz açarı, alüminium ləyən, müxtəlif ölçülü direl ucluqları, 30 litrlik alüminium qazan, 10 litrlik alüminium bidon, müxtəlif ölçülü bolt-vint açar dəstləri, 3 litr həcmində elektriklə işləyən nikel samovar, “Sirius” markalı radio, stabilizator, lomlar, toxmaq, iskənən, dəmir mala götürüb zirzəmidən çölə çıxmışdır. O, həmin əşyaları binanın önünə çıxardan vaxt oradan təsadüfən keçən dövlət nömrə nişanına fikir vermədiyi ağ rəngli VAZ 2107 markalı taksi avtomobili görüb onu saxlamış və götürdüyü əşyaları həmin avtomobilə yığaraq oradan uzaqlaşmışdır. Onun oğurluq etdiyini heç kim görməmiş və qonşulardan heç kəs hiss etməmişdir. O, oğurladığı əşyalardan bir ədəd qazanı 25 manat pulun müqabilində öz şəxsiyyət vəsiqəsi əsasında həmin gün saat 18 radələrində Gəncə şəhəri «Kolxoz» bazarının yaxınlığında yerləşən qab-qacaq satılan dükanda işləyən Leyli adlı qadına, bir ədəd 40 litrlik alüminium qazan, iki ədəd taxta mişar, iki ədəd vintaçan, bir ədəd laqonda, bir ədəd dəmir kəsən mişar, bir ədəd mıx çıxaran alət, bir ədəd kəlbətin, bir ədəd təzə dəmir qapı kilidi, bir ədəd lehim aparatı, bir ədəd dəmir kəsən qayçı, bir ədəd su tərəzisi, iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir alət, bir ədəd qaz açarı, bir ədəd alüminium ləyən, on üç ədəd müxtəlif ölçülü direl ucluqları, iki ədəd lom, bir ədəd iskənəni isə 75 manat pulun müqabilində həmin taksi avtomobili ilə aparıb Gəncə şəhəri, Atatürk prospektində yerləşən dəmirçilik işi ilə məşğul olan tanımadığ şəxsə, yerdə qalan əşyaları isə Gəncə şəhəri «Sovxoz Nizami» adlanan yerdə tanımadığı bir nəfər şəxsə 60 manat pulun müqabilində satmışdır. O, həmin taksi sürücüsünə xidmət haqqı olaraq 10 manat pul vermiş, avtomobilinə yüklədiyi əşyaların binanın zirzəmisində saxladığı özünə məxsus əşyalar olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun yaşadığı blokun zirzəmisində hər bir sakinə məxsus saxlanc yeri kimi istifadə etdiyi qapısı olan bir otaq var, qonşular özlərinə məxsus istifadə etmədikləri əşyaları zirzəmidə olan həmin otaqlara yığırlar. O, da istifadə etmədyi əşyaları, alətləri zirzəmidə ona məxsus olan otağa yığıb qapısını qıfılla bağlamışdır. Həmin otağın açarı yalnız onun özündə olmuşdur. Təxminən 4-5 gündən bir o, zirzəmiyə düşüb özünə məxsus əşyalarını saxladığı otağa nəzarət etmişdir. O, həmin otaqda müxtəlif növ alətləri, o cümlədən, tikintidə, bənnalıqda və dülgərliyə məxsus alətləri, eyni zamanda elektrik əşyaları və məişət əşyalanı da saxlamışdır. 23 yanvar 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək olan müddət ərzində şəxsi işləri ilə əlaqədar olaraq zirzəmiyə düşə bilməmişdir. 07 fevral 2021-ci il tarixdə istifadə etmək üçün mişar götürmək məqsədilə zirzəmiyə düşəndə əşyalarını yığdığı otağın qapısı üzərində olan qıfılın sınmış vəziyyətdə və otağın qapısının isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, oğurluq cinayəti baş verdiyini müəyyən etmiş və polisə məlumat vermişdir. Zirzəmidən ona məxsus 120 manat dəyərində bir ədəd 40 litr həcmli alüminium qazan, 100 manat dəyərində bir ədəd 30 litr həcmli alüminium qazan, 30 manat dəyərində bir ədəd alüminium ləyən, 20 manat dəyərində bir ədəd 10 litr tutumlu alüminium fləq, hər birinin dəyəri 20 manat olmaqla 40 manat dəyərində iki ədəd taxta mişar, 15 manat dəyərində bir ədəd dəmir kəsən mişar, 15 manat dəyərində bir ədəd mıx çıxaran alət, 60 manat dəyərində bir ədəd təzə halda olan dəmir qapı kilidi, 30 manat dəyərində bir ədəd qaz açarı, 100 manat dəyərində bir ədəd bolt-vint açar dəstləri, 70 manat dəyərində bir ədəd drel ucluqları, hər birinin dəyəri 8 manat olmaqla 16 manat dəyərində iki ədəd vintaçan, 50 manat dəyərində bir ədəd laqonda, 5 manat dəyərində bir ədəd kəlbətin, 40 manat dəyərində bir ədəd lehim aparatı, 10 manat dəyərində bir ədəd dəmirkəsən qayçı, 30 manat dəyərində bir ədəd su tərəzisi, hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir alət, hər birini dəyəri 3 manat olmaqla 39 manat dəyərində 13 ədəd drel ucluqları, 35 manat dəyərində bir ədəd 3 litrlik elektriklə işləyən nikel materialdan hazırlanmış samovar, 100 manat dəyərində bir ədəd «Sirus» markalı radio, 30 manat dəyərində bir ədəd stabilizator, hər birini dəyəri 25 manat olmaqla 50 manat dəyərində iki ədəd lom, 25 manat dəyərində bir ədəd kvalt, 3 manat dəyərində bir ədəd iskənə, 5 manat dəyərində bir ədəd dəmir mala oğunmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1058 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanında yerləşən dəmirçi emalatxanasında usta işləyir. Eyni zamanda o, işlənmiş metal alıb yenidən emal edərək dəmir əşyaların düzəldilməsində istifadə edir. 03 fevral 2021-ci il tarixdə, saat təxminən 13 radələrində işlədiyi sexin qarşısında bir ədəd VAZ 2107 markalı ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmış, həmin avtomobildən Təqsirləndirilən şəxs düşüb onun yanına gələrək atasından yadigar qalmış tikintidə istifadə edilən metal əşyaların olduğunu, istifadə etmədiyindən ehtiyacı olmadığını və satmaq istədiyini bildirmişdir. O, əşyalara baxıb ala biləcəyini demişdir. Cavid onunla razılaşdıqdan sonra avtomobilin yük yerindən bir ədəd 40 litrlik alüminium qazan, iki ədəd taxta mişar, iki ədəd vintaçan, bir ədəd laqonda, bir ədəd dəmir kəsən mişar, bir ədəd mıx çıxaran alət, bir ədəd kəlbətin, bir ədəd təzə dəmir qapı kilidi, bir ədəd lehim aparatı, bir ədəd dəmir kəsən qayçı, bir ədəd su tərəzisi, iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir alət, bir ədəd qaz açarı, bir ədəd alüminium ləyən, on üç ədəd müxtəlif ölçülü direl ucluqları, iki ədəd lom, bir ədəd iskənə düşürmüşdür. O, həmin əşyalara baxdıqdan sonra 75 manat qarşılığında ala biləcəyini demiş və həmin şəxs də etiraz etməyib onunla razılaşmışdır. O, aldığı əşyalara görə pulu Cavidə ödəmiş və Cavid də pulu götürüb getmişdir. Bundan sonra o, həmin əşyaları emalatxanaya qoymuşdur ki, nə vaxt zaman lazım olarsa istifadə etsin. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Caviddən aldığı əşyaların oğurluq olduğunu bilməmişdir. Cavid həmin əşyaları satdıqdan sonra əvvəllər və yaxud sonra ona hər hansı bir əşya satmamış, onunla hər hansı bir alış-verişi olmamışdır. Caviddən aldığı əşyaların hamısını istintaqa təhvil vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən obyektdə işlənmiş köhnə əşyaların alqı-satqısı ilə məşğul olur. 03 fevral 2021-ci il tarixdə, saat 18 radələrində işlədiyi dükana bir nəfər orta boylu, arıq bədən quruluşlu, nisbətən sarışın, adı sonradan ona məlum olan Cavid adlı şəxs gəlib özünə məxsus qazanı istifadə etmədiyini və pula ehiyacı olduğu üçün həmin qazanı satmaq istədiyini bildirmişdir. O, həmin qazana baxıb sonra ala biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona 30 litr həcmində alüminium qazan təqdim etmiş, o, qazanı 25 manata ala biləcəyini bildirəndə həmin şəxs onunla razılaşmışdır. Bundan sonra həmin şəxs ona şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, qazan satan şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini mobil telefonu ilə çəkmiş, aldığı qazana görə Təqsirləndirilən şəxs 25 manat ödəniş etmiş və sonuncu pulu götürüb getmişdir. Bundan sonra o, həmin qazanı mağazaya qoyub satışa çıxartmış, təxminən 4-5 gün keçdikdən sonra həmin qazanı mağazaya gələn tanımadığı müştəriyə satmışdır. O, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini və sonuncudan aldığı qazanın şəklini mobil telefonu vasitəsilə çəkmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir ədavəti, düşmənçiliyi və sonuncuya borcu olmamışdır. O, Təqsirləndirilən şəxs aldığı qazanın oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs həmin qazanı satdıqdan sonra əvvəllər və yaxud sonra ona hər hansı bir əşya satmamış, sonuncu ilə hər hansı bir alış-verişi olmamışdır. Təqsirləndirilən şəxs ona həmin qazanı gətirib satacağını əvvəlcədən bilməmiş, bu barədə sonucuya hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs onun yanına gəldiyi avtomobilin sürücüsü Cavidə hər hansı bir köməklik etməmiş, həmin sürücünü əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ona yalnız qazanı satmaq istədiyini bildirmiş, başqa hər hansı bir əşya təklif etməmiş və o, Caviddən digər hər hansı bir əşya almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 07 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus əşyaların yığıldığı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 13 nömrəli binanın zirzəminə baxış keçirilmiş, zərər çəkmiş şəxs zirməmidə olan və onun istifadəsində olan otaqdan əşyaların oğurlandığı yeri göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, Zərərçəkmiş şəxs məxsus əmlakları oğurladıqdan sonra aparıb satdığı yerləri göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Baxış keçirilməsi haqqında” 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Şahid2 məxsus Samsung markalı S5 modelli telefona baxış keçirilən zamanı Şahid2 bildirdi ki, 03 fevral 2021-ci il tarixdə, saat 18 radələrində ünvan 3 ünvanında yerləşən köhnə əşyaların alqı-satqısı ilə məşğul olduğu dükanda olan vaxt əvvəllər tanımadığı, hər hansı bir münasibəti olmadığı, arıq bədən quruluşlu, adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi bir nəfər cavan oğlan əlində 30 litr həcmində alüminium qazan dükana daxil olmuş, həmin şəxs özünə məxsus qazanı istifadə etmədiyini və pula ehiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, həmin qazanı Təqsirləndirilən şəxs 25 manata almışdır. Şahid2 bildirdi ki, mobil telefonu vasitəsilə qazanı satan həmin şəxsin şəxsiyyət vəsiqəsini və həmin qazanın şəklini çəkmiş, təxminən 4-5 gün keçdikdən sonra həmin qazanı mağazaya gələn tanımadığı müştəriyə satsa da qazanı satan şəxsin və qazanın şəkillərinin mobil telefonunda olduğunu bildirən Şahid2 həmin şəkilləri təqdim etmiş, Şahid2 məxsus mobil telefona baxış keçirilən zamanı məlum olmuşdur ki, qapağı ilə birlikdə bir ədəd alüminium qazanı ona satan şəxs həqiqətən də Təqsirləndirilən şəxs olmuş, şəkilin çəkildiyi vaxt detallarına baxış zamanı məlum olmuşdur ki, həmin şəkil 03 fevral 2021-ci il tarixdə, saat 18:47-də çəkilmiş, Şahid2 məxsus mobil telefona baxış keçirilməsi barədə protokol tərtib olunmuş, Şahid2 məxsus mobil telefonun qalareyasında olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin hər iki üzü olan şəkillər, Təqsirləndirilən şəxs satdığı qapağı ilə birlikdə bir ədəd alüminium qazanın şəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Əşyanın götürülməsi və zərər çəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd 40 litrlik alüminium qazan, iki ədəd taxta mişar, iki ədəd vintaçan, bir ədəd laqonda, bir ədəd dəmir kəsən mişar, bir ədəd mıx çıxaran alət, bir ədəd kəlbətin, bir ədəd təzə dəmir qapı kilidi, bir ədəd lehim aparatı, bir ədəd dəmir kəsən qayçı, bir ədəd su tərəzisi, iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir alət, bir ədəd qaz açarı, bir ədəd alüminium ləyən, on üç ədəd müxtəlif ölçülü direl ucluqları, iki ədəd lom, bir ədəd iskənə iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə Şahid1 götürülmüş, Şahid1 həmin əşyaları 03 fevral 2021-ci il tarixdə ümumilikdə 75 manat pulun müqabilində Təqsirləndirilən şəxs almış, götürmə zamanı iştirak edən Zərərçəkmiş şəxs həmin əşyalara nəzər salıb Şahid1 təqdim etdiyi əşyaların ona məxsus olduğunu, həmin əşyaları yaşadığı binanın zirzəmisində özünə məxsus otaqda saxladığını və 23.01.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək olan müddət ərzində oğurlandığını bildirmiş bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2021-ci il tarixli, 9/2832 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16 adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti lə ümumi dəyəri təxminən 169,80 manat, təqdim edilməmiş 3 adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 65,00 manat müəyyən edilir. Digər qərarda göstərilən 7 adda mallar haqqında kifayət qədər ümumi məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Belə ki; istifadədə olmuş bir ədəd 40 litrlik alüminium qazan 50,00 manat; istifadədə olmuş bir ədəd balaca ölçülü taxta mişar 2,00 manat; istifadədə olmuş bir ədəd böyük ölçülü taxta mişar 5,00 manat; istifadədə olmuş iki ədəd vintaçan hər birinin dəyəri 0,50 manat olmaqla 1,00 manat; istifadədə olmuş bir ədəd balaca ölçülü laqonda 30,00 manat; istifadədə olmuş bir ədəd dəmir kəsən mişar 6,00 manat; istifadədə olmuş bir ədəd mıx çıxaran alət 5,00 manat; istifadədə olmuş bir ədəd böyük kəlbətin 4,00 manat; istifadədə olmuş bir ədəd dəmir qapı kilidi 20,00 manat; istifadədə olmuş bir ədəd lehim aparatı 2,00 manat; istifadədə olmuş bir ədəd dəmir kəsən qayçı 4,00 manat; istifadədə olmuş bir ədəd su tərəzisi 4,00 manat; istifadədə olmuş tikintidə istifadə edilən bərkidici dəmir alət hər birinin dəyəri 2 manat olmaqla 4,00 manat; istifadədə olmuş bir ədəd qaz açarı 10,00 manat; istifadədə olmuş bir ədəd alüminium ləyən 15,00 manat; istifadədə olmuş müxtəlif ölçülü drel ucluqları hər birinin dəyəri 0,60 manat olmaqla 7,80 manat; istifadədə olmuş bir ədəd 30 litrlik alüminium qazan 30,00 manat; istifadədə olmuş bir ədəd 10 litrlik alüminium bidon 10,00 manat; istifadədə olmuş bir ədəd 3 litr həcimdə elektriklə işləyən nikel samovar 25,00 manat; Bundan başqa ekspertiza tədqiqatına təqdim edilməmiş müxtəlif ölçülü bolt-vint açar dəsti, “Sirus” markalı radio, stabilizator, lom, kvalt, iskənə, dəmir malanın qiyməti müəyyən edilməmişdir. Məhkəmə-psixiatrik ekspertizasının 08 may 2021-ci il tarixli, 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR-nın CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Kəpəz Rayon Polis İdarəsindən verilmiş 05.05.2021-ci il tarixli, 122-7834-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əşyaları satdığı şəxsin əlamətlərini göstərə bilmədiyinə görə həmin şəxsi müəyyən edib dindirilməsi üçün İstintaq və Təhqiqat İdarəsinə təqdim etmək mümkün olmamış, eyni zamanda Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əşyaları daşıdığı avtomobilin müəyyən olunması istiqamətində də müsbət nəticə ələ olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 21.04.2021-ci il tarixli arayışdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli qərarına əsasən cinayət qanunvericiliyində olan dəyişiklik tətbiq edilməklə, cəzası 5 il 6 aya endirilmiş, bundan sonra Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.08.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 11 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 180.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətlər həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayət hesab olunur və Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsində isə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23.07.2014-cü il tarixli hökmü ilə müəyyən edilmiş əməlin törədilməsinə görə ona təyin edilmiş cəzanın qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyindən, məhkumluğun ödənilmə müddətinin əvvəli onun cəzadan azad edildiyi 14.08.2018-ci il tarixdən hesablanmalıdır. Az ağır cinayətlər üzrə məhkumluğun ödənilmə müddətinin iki il olması və hazırki cinayət işi üzrə əməlin isə 03.02.2021-ci il tarixdə törədilməsi nəzərə alındıqda, Təqsirləndirilən şəxs məhkumluğu ödənildikdən sonra cinayət törətməsi müəyyən olunur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində bir azyaşlı uşağı vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə, oğurlanmış əşyaların dəyəri barədə ekspert rəyi ilə zərərçəkmiş şəxsin ona vurulmuş ziyanın miqdarı ilə bağlı ifadəsini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində olan qiymətlər əsas götürülməlidir. Belə ki, məhkəmə qeyd edir ki, həmin əşyaların metal tullantı kimi satış qiyməti belə ekspert rəyində göstərilən qiymətdən artıqdır. Əşyaların istifadəyə yararlı olduqları halda oğurlanması nəzərə alınmaqla məhkəmə onların qiymətinin zərər çəkmiş şəxsin ifadəsində göstərilən qiymətlərlə nəzərə alınmasını əsaslı hesab edir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınan əşyalar - bir ədəd 40 litrlik alüminium qazan, iki ədəd taxta mişar, iki ədəd vintaçan, bir ədəd laqonda, bir ədəd dəmir kəsən mişar, bir ədəd mıx çıxaran alət, bir ədəd kəlbətin, bir ədəd təzə dəmir qapı kilidi, bir ədəd lehim aparatı, bir ədəd dəmir kəsən qayçı, bir ədəd su tərəzisi, iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir alət, bir ədəd qaz açarı, bir ədəd alüminium ləyən, on üç ədəd müxtəlif ölçülü direl ucluqları, iki ədəd lom, bir ədəd iskənənin zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar - bir ədəd 40 litrlik alüminium qazan, iki ədəd taxta mişar, iki ədəd vintaçan, bir ədəd laqonda, bir ədəd dəmir kəsən mişar, bir ədəd mıx çıxaran alət, bir ədəd kəlbətin, bir ədəd təzə dəmir qapı kilidi, bir ədəd lehim aparatı, bir ədəd dəmir kəsən qayçı, bir ədəd su tərəzisi, iki ədəd tikintidə istifadə edilən bərkidici dəmir alət, bir ədəd qaz açarı, bir ədəd alüminium ləyən, on üç ədəd müxtəlif ölçülü direl ucluqları, iki ədəd lom, bir ədəd iskənənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-150/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-150/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver