Məhkəmə qərarları › İş №1(043)-152/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-152/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-152/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx xxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu, F.Əmirov küçəsi, ev 34, mənzil 14-də qeydiyyatda olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, M.Abdullayev küçəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:06-da idarə etdiyi “ZİL MMZ 4502” yük markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospektinin Atatürk prospekti ilə kəsişməsindən DOS-102 küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə DOS-102 küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək piyada Zərərçəkmiş şəxs piyada keçidi ilə yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyərkən idarə etdiyi avtomobilin qabaq tərəfi ilə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs vuraraq ona baş beyinə və beyinciyə qansızma, başın ənsə sümüyünün xətti formalı sınığı, başın yumşaq toxumalarına təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sol Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaların iki anatomik xətt üzrə (məmə və onurğayanı xətti) sınıqları, sınıq ətrafı yumuşaq toxumalara qansızma, sol ağ ciyərin cırılması, alın, burun nahiyələrinin, sol əlin arxa səthinin qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, İİ- İİİ sol əl barmaqlarının yaraları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qapalı kəllə-beyin travması nəticəsindəəmələ gələn başın ənsə sümüyünün xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxsnm xx xxxx 2020-ci il tarixdə ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrəözünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, işüzrə dindirilmişşəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmişşəxsin, şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, əsas fəailiyyəti özünə məxsus “ZİL MMZ 4502” yük markalı avtomobillə yük daşımaqdan ibarətdir. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında idarə etdiyi “ZİL MMZ 4502” yiik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtobili ilə Gəncə şəhərində yerləşən Beynəlxalq Xəstəxanının arxa tərəfinə yük boşaldaraq müştəri gözləmək üşün həmişə durduğu yerə, yəni, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən, camaat arasında “2705-in dairəsi” adlanan yerə getmək istəmişdir. Saat təxminən 10 radələrində idarə etdiyi avtomobillə Gəncəşəhəri, H.Əliyev prospektindən Ş.İ.Xətai prospektinə daxil olaraq üzü“2705-in dairəsi” adlanan yerə doğru hərəkət etmişdir. Həmin prospektin DOS-102 küçəsi ilə kəsişməsinə çatmasına bir qədər qalmış yolun sol tərəfində camaatın yolun hərəkət hissəsinə toplaşdıqlarını görmüş və hansısa hadisənin baş verdiyini başa düşmüşdür. Orada nə baş verdiyini öyrənmək üçün idarə etdiyi avtomobili dayandırmadan həmin yerə bir neçə saniyə baxmış və yenidən özünün hərəkətdə olduğu yola baxarkən Ş.İ.Xətai prospekti ilə DOS-102 küçəsinin kəsişməsində bir nəfər qadının yolu sağdan sola keçmək istədiyini və artıq piyada keçidinin üzərində idarə etdiyi avtomobilin hərəkətdə olduğu zolaqda, yəni, ikinci hərəkət zolağında olduğunu görmüşdür. O, avtomobili saxlamaq üçün əyləci bassa da, həmin qadınla idarə etdiyi avtomobil arasındakı məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi həmin qadına dəymiş, zərbənin təsirindən qadın asfalta yıxılmışdır. O, dərhal avtomobili saxlayaraq həmin qadına yaxınlaşmış və təcili tibbi yardıma zəng etmişdir. Daha sonra isə piyadanı orada olan tanımadığışəxsin avtomobilinə qoymuş və xəstəxanaya aparmışdır.Yolda isə təcili tibbi yardım maşını ilə qarşılaşdığıüçün qadını tibbi yardım maşınına qoymuş və xəstəxanaya aparmışlar. Xəstəxanada qadına tibbi yardım göstərilməsinə baxmayaraq həmin qadın xx.xx.2020-ci il tarixdə hadisə nəticəsində aldığı bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Hadisə zamanı avtomobili saatda təxminən 40-50 kilometr sürətlə idarə etmişdir. O, piyadanı görərkən piyada artıq yolun ortasında olmuşdur. Hazırda hərəkətindən peşman olmaqla zərəri ödəyərək zərərçəkən şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını göstərərk ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsindəgöstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun arvadı olmuşdur və onlar birlikdə yaşamışlar. Gülnarə heç bir işlə məşğul olmamış, təqaüdçü olmuşdur. Bununla belə uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Gülnarə xəstəliyi ilə əlaqədar mütəmadi olaraq Gəncə şəhər Abbas Səhət xəstəxanasında müayinə olunurdu. Hadisə günü də xəstəxanaya müayinə olunmasıüçün gedərkən yolu keçən zaman təqsirləndirilən şəxsin idarə etdiyi “ZİL» markalı yük maşını ehtiyatsızlıqdan onu vuraraq bədən xəsarəti yetirmiş, sonrakı günü yəni 10 iyun tarixdə arvadı aldığı xəsrətdən xəstəxanada ölmüşdür. Arvadı Gülnarə fiziki cəhətdən də sağlam olmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşağı olmaqla ailəsinə qazanc gətirən şəx olmasını göstərərək təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi və barışmaları barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, “ENGİN LTD”şirkətində satış nümayəndəsi işləyir. İcarə əsasında həmin şirkətə məxsus Reııo Logan markalı avtomobillə xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında saat təxminən 10 radələrində Ş.İ.Xətai prospektinin DOS-102 küçəsi ilə kəsişməsinə gələrək həmin kəsişmədən geriyə dönüb Azərittifaq adlanan ərazidə yerləşən ofisə getmək istəmişdir. Həmin vaxt o, küçələrin kəsişməsində dayanaraq əks istiqamətdən hərəkət edən avtomobillərə yol verərək geriyə manevr etmək istəmişdir. Bir neçə avtomobilə yol verdikdən sonra yol boşaldığından o, geriyə manevr etmiş və diqqəti yayındığından avtomobili əks yolda dayanmış sərnişin avtobusuna dəymişdir. Bununla bağlı idarə etdiyi avtomobili saxlayıb maşından düşərkən həmin anda, yolların kəsişməsində, ondan təxminən 30-40 metr aralıda hansısa yol-nəqliyyat hadisəsinin baş verdiyini eşitmişdir. Hadisə baş verdiyi yerə getdikdə isə ona məlum olmuşdur ki, Ş.İ.Xətai prospekti ilə DOS- 102 küçəsinin kəsişməsində olan piyada zolağının üzərində “ZİL” markalı avtomobil hansısa piyadanı vurmuşdur. Ətrafdakışəxslərin köməkliyi ilə həmin piyadanı xəstəxanaya aparmışlar və hadisə yerinə polis əməkdaşları gələrək hadisəni araşdırmağa başlamışlar. O, “ZİL” markalı avtomobilin piyada keçidində olan qadını vurduğu anı görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki,xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında idarə etdiyi “FORD TRANSİT” yük, sərnişin markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtobili ilə Gəncəşəhəri, Dubay bazarından çıxaraq Ş.İ.Xətai prospektində yerləşən təkər təmiri sexinə gedib avtomobilin təkərini təmir etdirmişdir. Saat təxminən 10 radələrində həmin prospektin DOS-102 küçəsi ilə kəsişməsinə gələrək həmin kəsişmədən geriyə dönüb Şəmkir rayonuna getmişdir.Bir neçə gündən sonra polis əməkdaşları ona zəng edərək məlumat verdikdə o, bilmişdir ki, idarə etdiyi avtomobili geriyə döndərərkən əks istiqamətdən gələn “ZİL” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurmuşdur.O, “ZİL” markalı avtomobilin piyada keçidində olan qadını vurduğu anı görməmişdim. Əgər bunu görsəydi avtomobili saxlayıb hər hansı bir köməklik göstərərdi. İbtidai istintaq zamanı Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncəşəhəri Ş.İ.Xətai prospektinin Atatürk prospekti ilə kəsişməsindən DOS-102 küçəsi ilə kəsişməsində baş vermişdir. (iş.v.səh. 7-13) Məhkəməyədək icraat zamanı keçirilmiş:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» Publik hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 44 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-baş beyinə və beyinciyə qansızma, başınənsə sümüyünün xətti formalı sınığı, başın yumuşaq toxumalarına təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sol Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaların iki anatomik xətt üzrə (məmə və onurğayanı xətti) sınıqları, sınıq ətrafı yumuşaq toxumalara qansızma, sol ağ ciyərin cırılması, alın, burun nahiyələrinin, sol əlin arxa səthinin qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, İİ-İİİ sol əl barmaqlarının yaraları həyatidir, bərk küt. əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir vəümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxsİsmayıl qızının ölümünə səbəb qapalı kəllə beyin travması nəticəsində əmələ gələn başın ənsə sümüyünün xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı zamanı etil spirti aşkar edilməmişdir. (iş.v.səh. 67-72) Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1098 nömrəli yol nəqliyyat hadissələrinin məhkəməekspertizasının rəyindən görünür ki, “ZİL MMZ 4502” yük markalı, 30- BD-880 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Qeyd edilən maddənin tələblərinə riayət etməklə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v.səh. 76-77) Gəncəşəhər Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli, 1113/2020 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur. (i.v.səh.16) Cinayət işinə əlavə edilmiş AE-106806 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 10 il müddətinə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilməmişdir. (i.v.səh 20) AC 741596 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “ZİL MMZ 4502” yük markalı, **-BD-*** qeydiyyat nişanlı avtobil Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. (i.v.səh 19) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. səh. 35) Gəncəşəhər Kəpəz RİHB-ın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.səh.64) AZ-İİ 191600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2008-ci ildə doğulmuş yetkinlik yaşına çatmayan uşağı vardır. (i.v.səh.65) Məhkəmə istintaqı zamanı təqdim olunmuş, zərərçəkmişşəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi zərərin ödənildiyini göstərərək heç bir şikayəti və tələbi olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:06-da idarə etdiyi “ZİL MMZ 4502” yük markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospektinin Atatürk prospekti ilə kəsişməsindən DOS-102 küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə DOS-102 küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək piyada Zərərçəkmiş şəxs piyada keçidi ilə yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyərkən idarə etdiyi avtomobilin qabaq tərəfi ilə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs vuraraq ona baş beyinə və beyinciyə qansızma, başın ənsə sümüyünün xətti formalı sınığı, başın yumuşaq toxumalarına təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sol Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaların iki anatomik xətt üzrə (məmə və onurğayanı xətti) sınıqları, sınıq ətrafı yumuşaq toxumalara qansızma, sol ağ ciyərin cırılması, alın, burun nahiyələrinin, sol əlin arxa səthinin qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqiarı, İİ- İİİ sol əl barmaqlarının yaraları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qapalı kəllə-beyin travması nəticəsindəəmələ gələn başın ənsə sümüyünün xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarıəleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə yekun qərar çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» x xxxxxxx 2004-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 10-cu bəndində izah edilir ki, «yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir». Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinəəsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailəüzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsi üzrə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növüTəqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu üçün, ona həmin cəza növü də təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinəəsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növüəlavə cəza kimi tətbiq edilməlidir. Məhkəmə barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddəüzrə Təqsirləndirilən şəxs cəza növü kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda vəəgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, hökmün icrasından yayınmaq ehtimalının olmamasını, nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş«polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil etmişdir. Həmin xərclərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 100 (yüz) manat məhkəmə xərci (ekspertiza xərci) tutulub dövlət ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan “ZİL MMZ 4502” yük markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hadisənin təhlüksizlik kamerisından görüntüsünüözündəəks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanmalıdır. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəlli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş«polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142319,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İşüzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materialında saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar