Məhkəmə qərarları › İş №1(043)-152/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-152/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-152/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 6,196 qram narkotik vasitə olan marixuananı üzərində və təmiz ümumi çəkisi 430 qram narkotik vasitə olan marixuananı avtomobilində daşıyarkən 16.03.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanın qarşısında idarə etdiyi İVECO OTOYOL YÜK markalı, ** RG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sükanından yerə düşən zaman saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gətirilmiş, Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən həmin şöbədə onun üzərində və avtomobilində şəxsi axtarış və baxış aparılan zamanı üzərindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,196 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan – marixuana, avtomobilindən 1 ədəd qara sellofan torbada təmiz çəkisi 430 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, özünün və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. O narkotik vasitə marixuananı mütəmadi olaraq siqaret kağızına doldurub çəkir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Ağstafa rayonu Xılxıla kəndinə getmiş və orada yabanı halda bitən narkotik tərkibli bitkilərin yarpaqlarından qoparmış, avtomobilinin salonunda gizlədərək qurutmuş və onları sellofan torbaya yığmışdır. Mütəmadi olaraq o avtomobilində saxladığı marixuananı kibrit qutusuna doldurub istifadə etmək üçün üzərində saxlamışdır. 16 mart 2021-ci il tarixdə saat 11-də yuxudan oyanmış, ilaxır çərşənbə bayramı münasibəti ilə bazarlıq etmək məqsədilə yaşadığı evi tərk etmiş, istifadəsində olan İVECO OTOYOL YÜK markalı ** RG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Ağstafa şəhərində yerləşən bazara getmişdir. Sonra yaşadığı evə geri dönmüşdür. Saat 13 radələrində o avtomobilin sükanından yerə düşən zaman, üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O də bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu öz avtomobili ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasmma aparmışlar. Şöbənin inzibati binasında vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək, həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 9,78 qram olması müəyyən edilmişdir. Bundan sonra onun razılığı ilə avtomobilinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı o, avtomobilinin sükanına əyləşərək, ön sağ oturacağın söykənəcəyinin arxasından 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra kütlə elektron tərəzidə çəkilmiş, sellofan torba ilə ümumi çəkisinin 435 qram olması müəyyən edilmişdir. Sonra avtomobilin salonuna və arxa yük yerinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan və arxa yük yerindən narkotik vasitə, psixotrop maddə və qanunla gəzidirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Onun narkotik vasitə marixuananı hər hansı bir şəxsə satmaq niyyəti olmamış, ailə üzvlərindən hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır, narkotik vasitələrdən daha istifadə etmir, ilk dəfə qəsdən cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİO-da 2012-ci ildən, 2020-ci ildən isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməlliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 mart 2021ci il tarixdə saat 13:50-də DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları operator, polis serjantı Şahid3 və sürücü polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Ağstafa şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etməsi, Ağstafa şəhəri ərazisində üzərində və avtomobilində saxlamasında şübhəli bilinən, xx.xx.1974-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi ev 24 mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, yaşadığı evin qarşısında, idarə etdiyi İVECO OTOYOL YÜK markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanından yerə düşən zaman saxlanılaraq, idarə etdiyi həmin avtomobil ilə birlikdə BNMİ QBRŞ-ya gətirilmişdir. BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 16 mart 2021-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında viceoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqi yardım almaq, şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək, həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirilmişdir. Kütlənin yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər olması müəyyən edilmişdir. Kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 9,78 qram olması müəyyən edilmişdir. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Kütlə paketin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin gödəkçənin sol iç cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd notarial qaydada təsdiq edilmiş etibarnamə 01 ədəd avtomobilin qapılarını açıb-bağlayan pult aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd avtomobilin qapılarını açıb-bağlayan pult özünə geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər narkotik vasitə marixuana istifadə edir. Üzərindən aşkar edilmiş kütləni, 2020-ci ilin sentyabr ayında Ağstafa rayonu Xılxıla kəndi ərazisindən axan çayın kənarından yabanı halda bitmiş narkotik tərkibli bitkilərin üzərindən toplayıb idarə etdiyi avtomobilində qurutmuşdur. Səhhətində yaranmış xəstəliklə bağlı narkotik vasitə marixuanadan istifadə edir. Çayın kənarından yığdığı marixuananı avtomobilinin salonundan qurutmuşdur. Hal-hazırda avtomobilində qurudulmuş marixuana vardır. Üzərindən aşkar edilmiş marixuananı avtomobildə saxladığı kütlənin üzərindən götürmüşdür. Saxladığı kütləni öz şəxsi istifadəsi üçün saxlamışdır. Yaşadığı fərdi yaşayış evində narkotik vasitəsi, psixotrop maddəsi və qanunla qadağan edilmiş digər əşyası yoxdur. Avtomobilinə baxış keçirilməsinə və götürmə aparılmasına icazə vermişdir. Sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi avtomobilin mərkəzi qapanma sistemini idarə edən pultla avtomobilin süknanmın qapısını açmışdır. Sonra Təqsirləndirilən şəxs avtomobilin sükanına əyləşərək, ön sağ oturacağın söykənəcəyinin arxasından 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra kütləyə baxış keçirilmiş, baxış zamanı kütlənin kəskin iyli, yaşıl rəngli narkotik vasitə qurudulmuş mariuxuanaya bənzər olması müəyyən edilmişdir. Sonra kütlə elektron tərəzidə çəkilmiş, sellofan torba ilə ümumi çəkisinin 435 qram olması müəyyən edilmişdir. Sonra avtomobilin salonuna və arxa yük yerinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan və arxa yük yerindən narkotik vasitə, psixotrop maddə və qanunla gəzidirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İçərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba paketin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş kütləni Ağstafa rayonu Xılxıla kəndi ərazisindən 2020-ci ilin sentyabr ayında öz şəxsi istifadəsi üçün yığmışdır. Kütləni satmaq niyyəti olmamış və kütlənin üzərindən hər hansı bir şəxsə verməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 16.03.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və videogörüntünün olduğu diskdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində təhqiqatçı, polis kapitanı Yunis Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili, Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində sürücü Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək, həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirir. Həmin kütləyə baxış keçirilir. Kütlənin yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuaya bənzər olması müəyyən edilir və kütlə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 9,78 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin gödəkçənin sol iç cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd notarial qaydada təsdiq edilmiş etibarnamə 01 ədəd avtomobilin qapılarını açıb-bağlayan pult aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, narkotik vasitə marixuana istifadə edir. Üzərindən aşkar edilmiş kütləni, 2020-ci ilin sentyabr ayında Ağstafa rayonu Xılxıla kəndi ərazisindən axan çayın kənarından yabanı halda bitmiş narkotik tərkibli bitkilərin üzərindən toplayıb idarə etdiyi avtomobilində qurutmuşdur. Səhhətində yaranmış xəstəliklə bağlı narkotik vasitə marixuanadan istifadə edir. Çayın kənarından yığdığı marixuananı avtomobilinin salonundan qurutmuşdur. Hal-hazırda avtomobilində qurudulmuş marixuana vardır. Üzərindən aşkar edilmiş marixuananı avtomobildə saxladığı kütlənin üzərindən götürmüşdür. Saxladığı kütləni öz şəxsi istifadəsi üçün saxlamışdır. Yaşadığı fərdi yaşayış evində narkotik vasitəsi, psixotrop maddəsi və qanunla qadağan edilmiş digər əşyası yoxdur. Avtomobilinə baxış keçirilməsinə və götürmə aparılmasına icazə verir. Sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi avtomobilin mərkəzi qapanma sistemini idarə edən pultla avtomobilin süknanmın qapısını açır və avtomobilin sükanına əyləşərək, ön sağ oturacağın söykənəcəyinin arxasından 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirir. Sonra kütləyə baxış keçirilir, baxış zamanı kütlənin kəskin iyli, yaşıl rəngli narkotik vasitə qurudulmuş mariuxuanaya bənzər olması müəyyən edilir. Sonra kütlə elektron tərəzidə çəkilir, sellofan torba ilə ümumi çəkisinin 435 qram olması müəyyən edilir. Sonra avtomobilin salonuna və arxa yük yerinə baxış keçirilir, baxış zamanı avtomobilin salonundan və arxa yük yerindən narkotik vasitə, psixotrop maddə və qanunla gəzidirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2021-ci il tarixli 16/258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “16.03.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,196 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “16.03.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 6,196 qr(1№-li ob)., -430 qr (2№-li ob), tədqiqata sərf edildi - 0,1 qr (hər ob 0,05 qr). qalıq – 6,146 qr(1№-li ob). -429,95 qr (2№-li ob). Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. 18 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə narkoloji ekspertizasının 03 may 2021-cu il tarixli 492 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 6,196 qram və 430 qram olan marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, istintaq orqanı tərəfindən 16.03.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD”diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməmişdir. Buna görə də məhkəmə cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yuxarı həddinə yaxın təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək və yaşadığı Ağstafa rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş qurudulmuş marixuananın ekspertizadan sonrakı qalığı 436,198 qram qurudulmuş marixuana məhv edilməli, şübhəli şəxsin üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22). Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 120 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Ağstafa rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Cəzanın icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı qalığı – 436,196 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) köçürülsün. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar