Məhkəmə qərarları › İş №1(043)-153/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-153/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-153/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Bərdə Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 0,249 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 02.03.2021-ci il tarixdə saat 22:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Qasımbəy Zakir küçəsində yerləşən “Şuşa” restoranının qarşısında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X8 şəhəri, Atatürk prospekti 41 ünvanda yerləşən binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,249 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə yaşamışdır, heç bir yerdə işləmir, Evli olsa da uşağı yoxdur. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 02 mart 2021-ci il tarixdə, saat 22 radələrində Bərdə şəhəri ərazisində yerləşən “Şuşa” restoranının qarşısında olan zaman dörd nətər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini DİN-in BNMİ-nin əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz saxlanmasında ondan şübhələndiklərini bildirərək ona Gəncə şəhərində yerləşən BNMİ-nin QBRŞ-yə getməyi təklif etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Gəncə şəhərinə gəlmişdir. DİN-in BNMİ-nin QBRŞ-nin inzibatı binasında xidməti iş otağında vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı o, əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək icərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə açılaraq içərisinə baxış keçirilmiş və baxış zamanı həmin bükümün içərisində olan metamfetamin elektron tərəzidə çəkilmişdir. Onun çəkisi təxminən 0.30 qram təşkil etmişdir. Bundan sonra isə həmin kütlə qablaşdırılmışdır. Həmin maddəni 2021-ci ilin yanvar ayının əvvəllərində Yevlax şəhərinin dəmiryolu vağzalının ərazisində yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütləni satmaq məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində biklirmişdir ki, 2006-ci ildən daxili işlər orqanlarında, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 02.03.2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamın əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə aldıqları əməliyyat məlumatına əsasən, brr sıra əməliyyat-axtarış tədbirləri keçinmişlər. Bunun üçün ilk öncə DİN-in BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-keytenanuı Şahin Süleymanov tərəfindən “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmm qərar əsasında, DİNin QBRŞ-nin rəisi, polis polkovnik-keytenantı Elvin Abbasov tərəfindən “əməliyyat qrupunun yaradılması haqqında” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərara və müvafiq əmrə əsasən, sürücü polis nəfəri Şahid3, o özü və əməliyyat müvəkkilləri: polis leytenantı Şahid2, X10, həmçinin DİN-in BNMİ-nm xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahin Süleymanov 02.03.2071-ci il larixdə, axşam saatlarında Bərdə şəhərinə yola düşmüşlər. Həmi gün saat 22 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, X14 küçəsində yerləşən “Şuşa” restoranının qarşısında müəyyən edilərək saxlanılmışdır. Onlar Ruslana özlərini təqdim edərək təxirəsalınmadan Ruslanı DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və onların, eləcə də müdafəçinin iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bundan sonra isə üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, o cümlədən psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək icərisində “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamın olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisi 0.30 qram olmuşdur. Sonra sellofan büküm açılaraq içərisindəki kütləyə baxış keçirilmiş və müəyyən olmuşdur ki, həmin kütlə kəskin iyli, şəffaf rəngli, psixotop maddə olan metamfetaminə bənzəyir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də qanunla dövriyyəsi qadağan edilmiş digər predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə bir ədəd kağız paketin içərisində qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və qeydlər aparılaraq imzalarla təsdiq edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni bir müddət əvvəl Yevlax şəhərində dəmiryolu vağzalının ərazisində tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Arfi oğlu və sürücü polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X1 10 dekabr 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarından görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan onun yaxalanması və ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 03 mart 2021-ci il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı X5 qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 mart 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış və Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək icərisində “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamın olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisi 0.30 qram olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş və zərfə qoyularaq baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2021-ci il tarixli, 16/207 nömrəli rəyindən məlum olur ki, üzərində “03.03.2021-ci il tarixdə AR DİN BNMİ QBRŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində götürülmüş psixotrop maddə mütamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf poloietilen kəsiyi bükümündə təmiz çəkisi 0,249 qram olan maddə - kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-37/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərarı ilə axtarış elan edilməsi və həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq hazırkı cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli, 541 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 08.04.2021-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs оğlu Bərdə Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qərarı ilə cəzasının 11 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-582/2019 saylı 28 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 06 ay islah işləri cəzası 02 ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhruetmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 il 01 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə müəssisəsində çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 11 ay 28 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(021)-12/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq 28.10.2019-cu il tarixdə azad edilməsinə baxmayaraq hazırkı cinayət əməlini 02.03.2021-ci il tarixdə, yəni az ağır cinayətə görə cəzadan azad edildiyi vaxtdan iki il keçmədən törətdiyi üçün hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 mart 2021-ci il tarixdə barəsində başqa məhkəmənin həbs qətimkan tədbiri seçilməsi haqqında qərarının olması nəzərə alınaraq həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Buna görə də Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı cinayət işinə görə tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bərdə Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplama yolu ilə qəti cəza təyin edilməli, Bərdə Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş müddəti qəti cəzaya hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,199 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki tam yüzdə qırx) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs göstərdiyi 15 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(021)-12/2021 saylı hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 0,199 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki tam yüzdə qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar