Məhkəmə qərarları › İş №1(043)-154/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-154/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-154/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncəşəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruq zərbələri ilə onun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona - sağ qaşüstü nahiyəsinin əzilmiş yarası, sağ gözün üst qapağının hematoması, sağ bazu nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə əvvəldən qonşuluqda yaşamışlar. Onun ailəsi ilə ilə münasibətləri normal olmuşdur, heç bir ədavətləri olmamışdır. Sonuncu dəfə təxminən 2 il əvvəl Hökümənin əri Şahid məxsus inəyi itdikdən və inəin itməsində oğlu Sultandan şübhələndiklərinə görə aralarında münasibətlər pozulmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində oğlu Sultan küçədə yaşayan digər gənclərlə yaşadığı evin qarşısında söhbət edən vaxt yeznəsi İmran Əliyevə məxsus avtomobil nasaz vəziyyətdə olduğuna görə bərkdən qaz pedalına basmış və həmin küçədən getmək istəyən zaman Zərərçəkmiş şəxs pəncərədən çıxaraq nalayiq ifadələrləİmranı və onun ailəsini təhqir etmişdir. Həmin vaxt oğlu Sultan HöküməƏliyevaya işlətdiyi nalayiq ifadələrə görə irad bildirmişdir.Bununla bağlı aralarında mübahisə baş verdiyi üçün əsəbləşərək Hökümə Əliyevanı vurmuşdur. Hazırda hərəkətindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışdığını göstərərək işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmişşəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi təqsirləndirilən şəxslə qonşuluqda yaşayırlar, aralarında baş vermiş mübahisə zmanı Təqsirləndirilən şəxs onu vuraraq bədəninə xəsarət yetirmişdir. Qonşu olduqlarıüçün hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona dəyən zərər tam ödnilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Təqsirləndirilən şəxslə qonşuluqda yaşayırlar. Münasibətləri əvvəllər normal olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs onun arvadı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Hazırda isə barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun atasıdır. Zərərçəkmişşəxs Zərərçəkmiş şəxs isə onlarla qonşuluqda yaşayır. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində baş vermiş mübahisə zamanı atası Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. İşdə olan Gəncəşəhər MTE və PA şöbəsinin “31” avqust 2020-ci il tarixli, 1267 nömrəli «canlışəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ qaşüstü nahiyəsinin əzilmiş yarası, sağ gözün üst qapağının hematoması, sağ bazu nahiyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsindəəmələ gəlmişdir vəəmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. (İ.v.s 29-30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmişşəxslə barışdığıüçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün heç bir şikayəti və tələbi olmadığını göstərərək işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişşəxslə barışmasını və zərərçəkmişşəxsin təqsirləndirilən şəxslə barışması barədəərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 43.3-cü maddəsinəəsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72,73.1,73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda zərərçəkmişşəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin və zərərçəkmişşəxsin məhkəməyə verdikləri ərizədən görünür ki, barışdıqları üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuşəsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İşüzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialıüzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar