Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-154/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1986-cı ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2rəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə saat 12 radələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arvadı Şahid ilə birlikdə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “El studia” adlı gözəllik salonuna getdikdən sonra evdə heç kimin olmadığını dəqiqləşdiribŞahid azyaşlı oğlu X4 qış gödəkçəsinin cibinə qoyduğu açarı götürərək Şahid gözəllik salonunda olduğu müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin qapısını həmin açarla açaraq evə qanunsuz daxil olmaqla evin yataq otağındakı çarpaynın üzərindən 600 manat nağd pulu və yataq otağındakı şkafdan isə 420 manat dəyərində “Hisense” markalı mobil telefonu gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1020 (bir min iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid 2021-ci ilin yanvar ayının əvvəlləridən tanımaqla həmin şəxslə Gəncə şəhəri, F.Əmirov küçəsində olan parkda uşaq gəzdirən zaman tanış olmuşdur. Belə ki, Veneranın əri hərbçi olduğu üçün evdə çox vaxt olmamış, ona görə də Venera ilə birlikdə gəzmişlər. Venera ilə mütəmadi olaraq görüşmüş, aralarında sevgi münasibətləri olmuş və onlar bir neçə dəfə Gəncə şəhəri ərazisində gəzmişlər. Həmçinin onlar birlikdə Gəncə şəhərində olan Dəmiryol vağzalı ərazisində olan diş həkiminə, gözəllik salonlarına, dönərçilərə və s. yerlərə gedib-gəlmişlər. 25.01.2021-ci il tarixdə Veneragilin evində olan zaman Venera ona “Hisense” markalı telefonu və bir ədəd “Versace” markallı eynəyi olduğunu, hər ikisinin sındığını demiş və həmin əşyaları düzəltdirməyini xahiş etmişdir. O, da düzəltdirə biləcəyini demiş və həmin gün eynək və telefonu ona vermişdir. Sonra onun yanında Fəxriyə zəng etmiş və “qardaşımın Bakıda iş yoldaşı var, orada 50 manat usta pulu istəyir, göndərirəm Bakı şəhərinə” demiş, həmin vaxt Venera “Fəxrinin maaşından pul kəsiblər, pul alan kimi 50 manat verəcəm get düzəltdir” demişdir. 28.01.2021-ci il tarixdə saat 11 radələrində o, Veneranın evinə getmiş və söhbət edən zaman Venera ona yenə də salona getmək istədiyini demişdir. O da Veneranı apara biləcəyini demişdir. Bundan sonra Venera yataq otağındakı döşəyin üzərində olan pullardan 240 manat pulu götürmüş və çantasına qoymuşdur. Çarpayının üzərində bir miqdar pul qalmış, lakin həmin pulun nə qədər olduğunu bilməmişdir. Sonra onlar birlikdə evdən çıxmış və Venera qapını bağlayıb açarı da azyaşlı oğlu Əlinin gödəkçəsinin cibinə qoymuşdur. Sonra Venera ilə “El studia” adlı salona getmiş, yolda gedən zaman o, Veneranın pulunu oğrulamaq qərarına gəlmişdir. Venera salona girdikdən sonra gec çıxacağını demişdir. O da uşağın orada sıxılacağını bildirib, onun yaxınlıqdakı parkda gəzdirəcəyini demişdir. Veneranın açarı uşağın cibinə qoyduğunu bildiyi üçün onun azyaşlı oğlu Əli ilə birlikdə avtobusla geri qayıtmış və Əlinin cibində olan açarı götürüb evin qapısını açaraq evə daxil olmuş, sonra gedib çarpayının üzərində olan pulu götürüb saymış və 400 manat pul olmasını görmüş, bundan sonra həmin 400 manat pulu oğurlamış və avtobusla geri qayıtmışdır. Uşağı bir az yaxınlıqdakı parkda gəzdirdikdən sonra “El studio” adlı salona gəlmişlər. Bir az gözləyəndən sonra Venera çıxmış və onlar bilrikdə Gəncə şəhər Mərkəzi Univermağına gedib Muraz adlı tanışı ilə görüşmüş, orada Venera paltarlara baxmış və biraz gəzəndən sonra “Moskva market” adlı mağazanın yanında dönər alıb yemiş, sonra da Murazla birlikdə Gəncə İcra Hakimiyyətinin qarşısında birlikdə gəzmiş, sonra onlar Yeni Gəncə parkına getmək istədiklərini demiş, bu zaman Muraz onlarla sağollaşmış və evinə getmiş, onlar da Venera və Əli ilə birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan parka getmiş, parkda bir neçə saat gəzəndən sonra taksi ilə gəlib yaşadığı binanın yanında olan aptekdən təzyiq dərmanı almış və birlikdə binanın qarşısına gəlmişlər. O da evə girmiş və birlikdə axşam saat 20 radələrinə kimi söhbət etmişlər. Axşam saatlarında əri gələ biləcəyi üçün o, çıxıb getmişdir. Mənzildən getdikdən təxminən 1 saat sonra Venera ona zəng etmiş və “pulumdan 240 götürmüşdüm, qalanı burda idi, indi yoxdu, bilmirəm hardadı” demiş, o da ilk əvvəl bu barədə məlumatı olmadığını demiş, biraz sonra ərinin gəlmədiyini bilib Veneranın evinə getmiş və pulu götürdüyünü etiraf etmişdir. Lakin pulu səhəri gün verəcəyini desə də pulu verməmişdir. Həmin pulun bir qismini dönər alan zaman, həmçinin parkda gəzən zaman xərcləmiş, qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxsin özünə məxsus olduğunu bildirdiyi “Hisense” markalı telefonu isə Venera özü ona öz telefonu kimi təqdim etmiş və düzəltdirməsini xahiş etmişdir. Həmin telefonu, həmçinin eynəyi araşdırma zamanı təqdim etmişdir. O, telefonu oğurlamamış, mənzildən götürdüyü pul isə yalnız 400 manat olmuşdur. Hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxsdən oğurladığı pulu qaytara bilmir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən Şahid ilə birlikdə qeyri rəsmi ər-arvad münasibətindədir, onların 3 yaşlı Əli adlı oğlulları vardır. Venera ilə birlikdə ünvan 4 ünvanında kirayədə yaşayır. O, bəzi vaxtlarda növbədə qaldığı üçün Venera evdə tək qalmışdır. 29.01.2021-ci il tarixdə saat 09 radələrində işdə olan zaman həyat yoldaşı Venera ilə telefonla danışmış, bu zaman Venera ona 28.01.2021-ci il tarixdə evdən oğurluq olması barədə məlumat vermiş, o, Veneraya nə səbəbə həmin gün ona demədiyini soruşan zaman Venera ona qorxduğu üçün, həmçinin də oğurluq edən şəxsin “yoldaşına demə, götürdüklərimin hamısını gətirib axşam verəcəm” sözünü dediyi üçün ona xəbər vermədiyini bildirmişdir. Bundan sonra o, işdən çıxmış və dərhal evə gəlmişdir. Evə gələn zaman yoldaşı Venera ona 28.01.2021-ci il tarixdə saat 09 radələrində bir nəfər Rəfayıl adlı qonşu ilə “El studia” adlı salona getdiyini, lakin salonda işinin uzun olduğuna görə Rəfayıl adlı şəxsin azyaşlı uşaqlarını Əlini parkda oynatmaq adı ilə aparıb 1 saatdan sonra gəldiyini, binanın qarşısında Rəfayıla sağollaşıb sonra evə gedən zaman evin qapısını açıb baxanda çarpayının üzərində olan 600 manat pul və 420 manat dəyərində bir ədəd “Hisense” markalı mobil telefonun oğurlanmasını gördüyünü, sonra Rəfayılı geri çağırdığını və Rəfayılın Venera salonda olan zaman evə qayıdıb oğurluq etdiyini etiraf etməsini demişdir. Sonra Venera ona Rəfayılın “səs eləmə, yoldaşına da demə, axşama götürdüklərimi gətirib çatdıracam” dediyini bildirmiş, bundan sonra da o, DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs telefonu oğurlamadığını bildirsə də həmin telefon onun özünə məxsus olmuş, hərbçi olduğu üçün işdə olan vaxtlarda sadə telefon işlətdiyini, smrtfonu isə evdə saxladığını bildirmişdir. Bu baxımdan mobil telefonun təqsirləndirilən şəxsə onun həyat yoldaşı tərəfindən düzəltdirməsi üçün verilməsi mümkün deyildir. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir. Buna görə də təqsirləndirilən şəxsin qanunamüvafiq surətdə cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, 2017-ci ildən Zərərçəkmiş şəxs ilə birlikdə qeyri rəsmi ər-arvad münasibətində olmaqla onların bir azyaşlı uşaqları var. Fəxri əslən Gəncə şəhərindən olduğu üçün Fəxri ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Fəxri hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölük komandiri işləyir və işi ilə bağlı bəzi vaxtlarda növbədə qaldığı üçün o, evdə tək qalır. Təqsirləndirilən şəxs qonşu kimi bir müddət əvvəl yaşadığı binanın yaxınlığında tanımışdır. Belə ki, o, bir gün azyaşlı oğlu Əlini binanın qarşısında gəzdirən zaman Rəfayıl ona yaxınlaşmış və azyaşlı uşağını qucağında alıb oynatmışdır. Sonra ona qonşu olduğunu və onun evdə tək yaşadığını bildiyini demişdir. Bundan sonra o, söhbətləşmiş və söhbət zamanı ona “burda qonşular pisdi, narkoman zad var. Artıq səni mənim yanımda gördülərsə heç kim heç nə edən deyillər” demiş, bundan sonra Rəfayıl oradan uzaqlaşıb getmişdir. Bir neçə gün sonra o, həyətdə olan zaman Rəfayıl yenə də yaxınlaşmış və Əlini yenə oynatmağa başlamış, söhbət zamanı o, həyətdəki qadınlardan salon yeri soruşanda Gəncə şəhəri “Azər ittifaq” adlanan yerdə yerləşən “El studia” adlı salon olduğunu və “mənim anam bacım getdiyi yer var gəl səni aparım ora” demiş, o isə Rəfayıla hazırda pulu olmadığını, pulu olan zaman xəbərləşib gedə biləcəklərini demişdir. Bundan sonra Rəfayıl mobil nömrəsini ona vermiş, o da öz mobil nömrəsini vermişdir. 26.01.2021-ci il tarixdə Fəxri maaşını aldığı üçün 800 manat evə pul qoymuş, o da salona getmək qərarına gəlmiş və 27.01.2021-ci il tarixdə saat 15 radələrində Rəfayıla zəng etmiş və şəhəri tanımadığı üçün dediyi salona aparmasını xahiş etmişdir. Bundan sonra onlar birlikdə marşrut avtobusuna minmiş o, “Azərittifaq” deyilən yerə getmiş, yolda gedən zaman Rəfayıl ondan neçə manat pul götürdüyünü soruşmuş, o, da Rəfayıla 200 manat götürdüyünü demiş, ora çatan zaman o, yolun kənarında “El studio” adlı salonu görmüş və ora getmək istədiyini demiş, bundan sonra onlar həmin salona getmiş və o, salona girmiş, salonda o, 200 manatlıq prosedur elətdirmiş və qaşla bağlı prosedurun qiymətini 100 manat istədikləri üçün elətdirməmişdir. Rəfayıl onu küçədə biraz gözləmiş və o, çıxdıqdan sorna evə getmiş, həmin gün axşam ona “El studio” adlı salondan zəng gəlmiş və qaşla bağlı həmin proseduru 50 manata edə biləcəklərini demişlər. O da səhəri gün gələcəyini bildirmişdir. Həmin gün axşam o, Fəxridən 50 manat pul almış və səhəri gün saat 07 radələrində Fəxri işə getmişdir. 28.01.2021-ci il tarixdə saat 11 radələrində o, salona getmək üçün çantasından 50 manat pul götürmüş və qalan 600 manat pulu isə küçədə pulu itirə biləcəyini zənn edib evdə olan yataq otağındakı çarpayının üzərinə qoymuş, sonra Rəfayıla zəng etmiş və həmin salona yenə də getmək istədiyini demiş və onunla getməsini xahiş etmişdir. Rəfayıl isə onunla gedə biləcəyini demiş və o, üç yaşlı oğlu Əli ilə yaşadığı binanın qarşısına çıxan zaman qapını bağlamış və açarı Əlinin gödəkçəsinin cibinə qoymuşdur. Küçəyə çıxan zaman Rəfayılın gəldiyini görmüş və onlar birlikdə Gəncə şəhərində “Azərittifaq” adlanan yerdə yerləşən “El studia” adlı salona getmişlər. O, salona girib qaşlarını düzəltdirəcəyini demiş, Rəfayıl isə ona “gör nə qədər çəkəcək, gecdisə mən uşağı aparıb parka gəzdirim” demiş, o da salon işlədən xanımdan soruşmuş və bir saat çəkəcəyini demiş, bundan sonra Rəfayıl azyaşlı oğlu Əlini gəzdirmək üçün parka aparacağını deyib getmiş, təxminən 1 saat yarımdan sonra o, Əli ilə birlikdə gəlmiş, Rəfayıla niyə gec gəldiyini soruşan zaman ona “Qələbə parkında erməni tutmuşuq, polislər gəlib izahat aldı, ona görə gec gəldim” demiş, bu zaman Rəfayılın oğlu Əliyə böyük Azərbaycan Respublikası bayrağı aldığını görmüş, o, Rəfayıla niyə xərc çəkdiyini soruşanda ona “nolar, qonşuyuq, elə gün olar mən səndən borc alaram” demiş, sonra onlar piyada “Mərkəzi Univermağın” qarşısına getmiş və Rəfayıl orada bir nəfər tanışı ilə görüşmüş və sonra birlikdə univermağın içərisinə getmiş, o da biraz gözləmiş və təxminən 10 dəqiqə sonra Rəfayıl qayıtmış və o, Rəfayıla Əlinin acdığını, evə getməyini demiş, ona görə də orada dayanan tanımadığı VAZ maraklı avtomobillə evə getmiş, evə qayıdan zaman binanın arxasında olan aptekin yanında düşmüş, aptekdən təzyiq dərmanı almış və birlikdə binanın qarşısına gəlmiş, bu zaman Rəfayıl əlini atıb uşağın cibindən açarı çıxarmış və ona uzadıb “açarı uşağın cibinə qoymusan, birdən açarı itirər” demiş, o, sağollaşmış və evin qapısını açıb içəri girən zaman yataq otağındakı çarpayının üzərinə qoyub getdiyi 600 manat pulun yerində olmadığını, şkafın siyirməsinin də açıq olmağını görmüş və şkafdakı “Hisense” markalı telefonun da orada olmadığını görmüş, sonra tez küçəyə çıxmış və arxadan çağırmış, Rəfayıl onun yanına gəlmiş və “mənim evimə girmisən, pullarım hanı?!” demiş, Rəfayıl isə “məndən şübhələnirsən?!” demiş və gülümsünmüş, o da uşağı götürüb getdiyini, açarın da uşağın gödəkçəsinin cibində olduğunu demiş, sonra Rəfayıl ona 600 manat pulu və “Hisense” markalı telefonu oğurladığını etiraf etmiş, bundan sonra Rəfayıl ona yalvarmış və axşama kimi pulu çatdıracağını demiş, lakin axşam da pulu ona çatdırmamış və 29.01.2020-ci il tarixdə yoldaşı Fəxri evə gəlmiş və o, oğurluq barədə demişdir. Sonra da Fəxri DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və polis idarəsində Rəfayılın barəsində cinayət işi başlanmışdır. Evdə yatağın üzərində qalan pulun dəqiq miqdarı 600 manat olmuş, Rəfayıldan başqa evə heç kim girməmiş, həmin pul da Rəfayıl tərəfindən götürülmüşdür. Eləcə də Rəfayılın oğurladığı telefon onun həyat yoldaşına məxsus olmuş, o, Rəfayıla telefonu təmir etdirmək üçün verməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında baş vermişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, iş üzrə X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid Təqsirləndirilən şəxs üzünə qarşı, evindən 400 manat deyil, 600 manat pul və “Hisense” markalı mobil telefonu oğurladığını və bunu onun özünə etiraf etdiyini demişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa gəlməkdən boyun qaçırdığı üçün 01.05.2021-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan yayındığı üçün ittiham elan edilmək mümükün olmamış və həmin tarixdə onun barəsində axtarış elan edilmiş və 01.05.2021-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə görə dayandırlmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, istintaq zamanı 15.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs könülü olaraq istintaqa gələrək özünü təqdim etdiyi üçün iş üzrə 15.05.2021-ci il tarixdə icraat təzələnmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək oğurluq etdiyi evdən yalnız 400 manat pul oğurladığını, 600 manat oğurlamadığını göstərsədə məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirməklə həmin hissədə onun ifadəsini sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə məxsus evdən 600 manat pul oğurlaması faktı ibtidai istintaq zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə istintaq hərəkəti protokolu, şahid ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs mənzildən yalnız 400 manat pul oğurlamasını, qalan 200 manat pulu və “Hisense” markalı mobil telefonu oğurlamadığını göstərsə də onun bu ifadəsi zərərçəkmiş şəxsin və şahidin bir-biri ilə üst-üstə düşən və həqiqiliyi şübhə doöurmayan ifadələri ilə təkzib olunur. Qeyd olunanlar baxımından təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsi məhkəmə tərəfindən cinayətin ictimai təhlükəlilik dərəcəsini, o cümlədən vurulmuş zərərin həcmini azaltmaq cəhdi kimi qiymətləndirilir və sübut növü kimi qəbul edilmir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin arayışından və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2012-ci il tarixli 1(088)-72/2012 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 7(001)-308/2018 saylı qərarının surətindən məlum olur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2012-ci il tarixli 1(088)-72/2012 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hazırda qüvvədə olan normalarına uyğunlaşdırılaraq həmin hökm üzrə Azərbaycan Respublikası CM-in 181.2.2 və 181.2.4-cü maddələri ittihamdan xaric edilmiş, hökm qalan hissədə dəyişdirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 7(001)-335/2020 saylı qərarından məlum olur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2012-ci il tarixli 1(088)-72/2012 saylı hökmü ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, vurulmuş zərərin ödənilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Qeyd olunan hallar təqsirləndirilən şəxsə cəzanın şərti olaraq tətbiq edilməsini də istisna edir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut - bir ədəd “Hisense” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 hüquqi yardımın göstərilməsi üçün 20 saat vaxt sərf etmişdir. Müdafəçiyə göstərdiyi hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 120 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Hisense” markalı mobil telefonun qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-154/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-154/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver