Məhkəmə qərarları › İş №1(043)-155/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-155/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-155/2021 19.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə saat 20:30 radələrində orta dərəcəli alkoqol sərxoş vəziyyətində Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən RabitəBankın binasının yaxınlığında Zərərçəkmiş şəxs itələyərək yerə yıxıb sonuncuya sağ ayağın bayır topuq nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun boynundan asdığı içərisində 205 manat pulu, 2178 manat dəyərində “İphone 11” markalı mobil telefonu olan 100 manat dəyərində əl çantasını tutacaq yerindən qopardıb qaçaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 2483 manat dəyərində əmlakını açıq yolla talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, maddi sübutlar, ekspert rəyi eləcə də cinayət işinin materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18.03.2021-ci il tarixdə günorta saatlarında yemək yeyən zaman bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 20 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində Gəncə Mall ticarət mərkəzinin yaxınlığında bir nəfər tanımadığı, adını sonradan bildiyi Tərlan adlı qadının yanından keçən zaman həmin qadının əlində olan torbaları aparmaqda kömək etməyi ona təklif etmişdir. Zərərçəkmiş şəxs ona şəhər mərkəzində olan keçidin yanına kimi kömək etməyini və həmin yerdə oğlunun qabağına çıxacağını bildirmiş, bundan sonra o, sonuncunun əlində olan iki ədəd torbanı götürmüş, qadının əlində də iki ədəd torba qalmış, həmçinin sonuncu əlində olan zoğalı rəngli əl çantasını boynundan asmış və onlar H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində olan keçidin yanına çatdıqda o, Zərərçəkmiş şəxs yeraltı keçiddən keçməyi təklif etmiş, Zərərçəkmiş şəxs isə yeraltı keçiddən deyil yerüstü piyada keçidindən keçmələrini istəmişdir. X13 Universitetinin 3 saylı korpusunun qarşısına çatdıqda Zərərçəkmiş şəxs ona yolu qarşı tərəfə keçmək lazım olduğunu və oğlunun orada gözlədiyini dedikdə o, yolu yenidən yeraltı keçiddən “Rabitəbank” tərəfə keçməyi təklif etmiş, Zərərçəkmiş şəxs isə yeraltı keçiddən keçmək istəməmişdir. Onlar yolu keçdikdən sonra Rabitəbanka çatmamış, orada olan dayanacağın arxa tərəfində olan zaman o, əlində olan torbaları yerə atmış, sərxoş vəziyyətdə olduğu və pula ehtiyacı olduğu üçün qadının çantasını götürüb qaçmaq qərarına gəlmiş və bundan sonra adını sonradan bildiyi Tərlan adlı qadının yaxasından asdığı içərisində mobil telefonu və pulunun olduğunu düşündüyü çantasını dartıb qoparmış və qadın ona mane olmaq istədikdə sonuncu yerə yıxılmışdır. Bundan sonra o, orada ara küçəyə qaçdıqda həmin qadın “çantamı apardılar” deyə qışqırdığı üçün orada olan bir nəfər şəxs ona mane olmaq istəmiş, lakin onu tuta bilməmişdir. O, bir qədər qaçdıqdan sonra qadının onun arxası ilə qaçmaqda davam edib “səni polisə şikayət edəcəm” deyə qışqırdığı üçün o, qorxub sonuncunun əl çantasını yerə atıb Z.Əliyeva küçəsi 1-ci döngədən çıxıb Gəncə Dövlət Universitetinin 3 saylı korpusuna tərəf qaçmış, həmin qadın isə arxasınca qaçaraq qışqırıq səsləri saldığı üçün orada olan adını sonradan bildiyi Rəşad adlı şəxs onun arxasınca qaçıb onu tutaraq Kəpəz RPİ-yə aparmışdır. Hadisə yerinə başqa şəxslər də gəlsələr də həmin şəxsləri tanımır. Həmin vaxt sərxoş vəziyyətdə olduğu və pula ehtiyacı olduğu üçün həmin cinayət əməlini törətmiş, Zərərçəkmiş şəxs çantasında olan telefonundan əvvəldən xəbəri olmuş, belə ki, yolda gələn zaman qadının telefonuna zəng gəldiyi üçün telefonla danışdıqda o, telefonu görmüş, həmçinin çantasında pul olduğunu düşünərək həmin çantanı tamah niyyəti ilə götürüb qaçmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18.03.2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə Mall ticarət mətkəzinə getmiş, həmin ticarət mərkəzində yerləşən “Bravo” mağazasından bazarlıq edib əlində olan torbalarla mağazadan çıxmış, Gəncə Mall ticarət mərkəzinin yan qapısından çıxıb Həsən Əliyev küçəsində yolu keçdikdən sonra X3 baş korpusunun sol kənarında olan zaman həmin vaxt tanımadığı bir nəfər 35-40 yaşlarında kişi ona yaxınlaşıb əlində olan torbaları aparmaqda ona kömək etmək istədiyini bildirmiş, o, isə əvvəlcə etiraz etsə də sonradan adının Elşad olduğunu bildiyi həmin şəxs təkidlə israr etdiyindən əlində olan dörd torbadan iki torbanı həmin şəxsə vermiş, iki torbanı isə özü aparmış, həmçinin əlindəki içərisində 2178 manat dəyərində “İphone 11” markalı mobil telefonu, 205 manat nəğd pulu və bank kartları olan zoğalı rəngli əl çantasını boynundan asıb qabaq tərəfinə keçirmişdir. Bundan sonra H.Əliyev prospekti ilə üzü şəhər mərkəzi istiqamətində həmin şəxs ona torbaları aparmaqda kömək edərək onunla birgə H.Əliyev prospektində yerləşən Gəncə Dövlət Universitetinin 3 saylı korpusuna qədər birgə getmişdir. Yol boyunca Təqsirləndirilən şəxs H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində və H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində yolu keçən zaman ona yeraltı keçidlə keçməyi təklif etsə də, o, ehtiyat etdiyi üçün yolu yeraltı keçiddən deyil yerüstü piyada keçidindən keçmiş, H.Əliyev prospektində Rabitəbanka çatmaqlarına az qalmış orada olan dayanacağın arxasında həmin şəxs ona aparmaqda kömək etdiyi iki ədəd torbanı əlindən yerə qoyub, sərt şəkildə ona “bura kimi sənə kömək etdim, indi isə bura gəl” demiş və onun boyun hissəsinə keçirdiyi zoğalı rəngli 100 manat dəyərində içərisində 2178 manat dəyərində İphone 11 markalı mobil telefonu, 205 manat nəğd pulu və bank kartları olan çantasını boğazından dartıb qopartmaq istəmiş, o, həmin vaxt həmin şəxsə mane olmağa çalışsa da, sonuncu onu itələyib yerə yıxaraq çantasını tutacaq yerindən qopardıb orada olan ara küçəyə qaçmağa başlamış, o, həmin vaxt sonuncunun arxasınca qaçan zaman çata bilmədiyini gördükdə o, kiminsə ona kömək etməsi üçün qışqırmağa başlamış, bu zaman orada ara küçədə bir nəfər tanımadığı şəxs çantasını qaçırdan həmin şəxsin qarşısına çıxıb tutub saxlamaq istəsə də mane ola bilməmişdir. Bundan sonra o, qışqıraraq polisə məlumat verəcəyini bildirdikdə çantasını qaçırdan şəxs orada çantanı əlindən yerə atmış və Zərifə Əliyeva küçəsi, 1-ci döngədən çıxıb Gəncə Dövlət Universitetinin inzibati binası istiqamətində qaçmağa davam etmiş, o isə qışqıraraq sonuncunun arxası ilə qaçmış, bu zaman orada olan bir nəfər adını sonradan bildiyi Rəşad adlı şəxs həmin şəxsi tutub saxlamış və o, Rəşada adını sonradan bildiyi çantasını qaçırdan Elşadı buraxmamasını, əks təqdirdə qaçacağını bildirmiş, buna görə də Rəşad adlı şəxs ona qarşı soyğunçuluq etmiş Elşad adlı şəxsi saxlayıb öz avtomobili ilə Kəpəz RPİ-yə aparmışdır. Həmin vaxt o, yerdən çantasını və yerə dağılmış vəziyyətdə olan pulu və bank kartlarını ətrafdakı şəxslərin köməyi ilə yığmışdır. Bundan sonra isə əvvəlcədən qabağına çıxması üçün xəbər verdiyi oğlu X7 onun yanına gəlib çıxmış və baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Mobil telefonu isə tanımadığı yaşlı bir kişi tapmış, oğlu hadisə yerində onun nömrəsinə zəng edərək həmin şəxslə danışmış və telefonu ondan götürmüşlər. O, bundan sonra Elşad barəsində şikayət etmək üçün Kəpəz RPİ-yə getmişdir. O, Elşadın ona qarşı soyğunçuluq edərkən götürüb qaçdığı “İphone 11” markalı mobil telefonunu və zoğalı rəngli əl çantasını istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs onun çantasında konkret olaraq nə qədər pulunun olduğunu bilməsə də, o, yolda gedən zaman oğluna qarşısına çıxması üçün zəng etdikdə Elşad onun mobil telefonunu əlində görmüş və həmin telefonun çantasında olmasından xəbəri olmuş, Elşad onun çantasını boynundan qoparıb qaçdıqda o, sonuncuya mane olmaq istəyən zaman sonuncu onu itələyib yerə yıxmış və o, həmin vaxt xəsarət almışdır. Aldığı xəsarətin dərəcəsinin təyin edilmədiyi göstərilsə də həmin vaxtdan bəri ayağında ağrılar var, ayağını yerə düzgün basa bilmir və mütəmadi müalicə almalıdır. Buna görə də hesab edir ki, ekspert rəyi düzgün deyildir, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ən ciddi cəzanın verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 zərərçəkmiş şəxs X5 ilə eyni məzmun ifadə verdi, əlavə olaraq bildirdi ki, həmin şəxsi ilk dəfə idi ki, görürdülər. Onlar həmin şəxsin onları izləməsini müşahidə etməmişdilər. Onlar həmin şəxsi yalnız binanın qarşısına çatdıqda görmüşdülər. Həmin şəxsin onların arxasınca gləməsini hiss etməmişlər. Həmin şəxs hadisə vaxtı anası Elnarənin sağ qolundan tutub sağ əli ilə boynundakı boyunbağını qoparıb qaçaraq getmişdir. Ona və ya anasına heç bir xəsarət yetirməmişdir. Həmin şəxsi ibtidai istintaq zamanı görüb tanımış və Təqsirləndirilən şəxs olduğunu bilmişdir. X2 isə hadisə vaxtı görməmişdir. Sonradan onlar ibtidai istintaq zamanı kamera görüntülərinə baxdıqda onları izləyənlərin iki nəfər olduğunu görmüşdür. Hadisə vaxtı orada sadəcə o, və anası olmuşdur. Əyyubun əlində markasını xatırlamadığı mobil telefondan başqa bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus Ford transit markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə səyyari ticarət fəaliyyəti ilə məşğul olur. 18.03.2021-ci il tarixdə saat 21 radələrində idarə etdiyi Ford transit markalı avtomobildə Gəncə şəhəri, Z.Əliyeva küçəsində olarkən bir nəfər şəxsin Z.Əliyeva küçəsi, 1-ci döngədən çıxaraq Gəncə Dövlət Universitetinin 3 saylı korpusu istiqamətinə tərəf qaçdığını görmüş, həmçinin bundan sonra həmin döngədən bir nəfər qadının qaçan şəxsin arxasınca qaçaraq “çantamı apardı” deyə qışqırdığını eşitmişdir. Bundan sonra o, həmin tanımadığı sonradan adını bildiyi Elşad adlı şəxsin arxasınca qaçaraq Gəncə Dövlət Universitetinin arxa tərəfində olan küçəyə girmək istəyən zaman sonuncunu tutub saxlamış, həmin vaxt adını sonradan bildiyi Tərlan adlı qadın onların yanına çatıb Elşada nə üçün çantasını boynundan qoparıb qaçdığını bildirmiş və Elşad barəsində şikayət edəcəyini demişdir. Həmçinin qadın ondan xahiş etmişdir ki, həmin adamı buraxmasın, əgər buraxsa qaçıb gedəcəkdir. Bundan sonra o, Elşadı özünə məxsus Ford transit markalı avtomobilə mindirib Kəpəz RPİ-yə aparıb təhvil vermiş, həmçinin həmin Tərlan adlı qadın da Kəpəz RPİ-yə gəlmişdir. O, Təqsirləndirilən şəxs tutub saxlayarkən Elşadın əlində hər hansı bir əşya olmamış, Elşad Tərlan adlı qadının çantasını götürüb qaçdıqdan sonra döngədə kənara atdığı üçün Tərlan xanım çantasını yerdən götürmüş və o, Tərlanı gördükdə çanta Tərlanın əlində olmuşdur. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə sonuncuya qarşı soyğunçuluq cinayətinin törədildiyi və digər hadisə yerlərinə baxış keçirilmiş, və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsi haqqında” protokoldan görünür ki, X6 müayinə vaxtı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus soyğunçuluq yolu ilə ələ keçirdiyi 1 ədəd mobil telefon və 1 ədəd qadın əl çantasını yerə atdıqdan sonra Zərərçəkmiş şəxs tərəfindən götürülərək istintaqa təqdim edilmiş və müvafiq qərar əsasında protokol tərtib edilərək ondan götürülmüşdür. Həmin əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş 1 ədəd mobil telefon “İphone 11” markalı, 128 GB yaddaş tutumlu, İMEİ **********87840 kodludur, qara rəngdə, işlənmiş lakin yenidən istifadəyə yararlı vəziyyətdədir. Təqdim edilmiş 1 ədəd qadın əl çantası dəri materialdan hazırlanmış, zoğalı rənglidir, çantanın asılqanı bir tərəfdən qoparılmış vəziyyətdədir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 19 mart 2021-ci il tarixli 402 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ ayağın bayır topuq nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri ilə əmələ gəlmişdir, müddəti qərarın təsviri hissəində göstərilən tarixə, yəni 18.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2021-ci il tarixli, 9/2138 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə müəyyən edilmişdir ki, 1 ədəd istifadə olunmuş 128 GB yaddaş tutumlu, “İphone 11” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınaraq qiyməti- 950 manat, 1 ədəd istifadə olunmuş Türkiyə istehsalı qadın əl çantası haqqında kifayət qədər məlumat (markası, modeli, materialı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 27 may 2021-ci il tarixli “İfadənin yerindən yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Zərərçəkmiş şəxsin vəsatəti əsasında keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 24.09.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ ayağın bayır topuq nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən tarixə, yəni 18.03.2021-ci il tarixə uyğun gəlir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə sübutların məcmusuna yekun qiymət verərək qeyd edir ki, sübutların ümumi məcmusu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncuya məxsus olan, içərisində 205 manat pul, 2178 manat dəyərində “İphone 11” markalı mobil telefonu olan 100 manat dəyərində əl çantasını açıq şəkildə talayıb soyğunçuluq etməsini təsdiq edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə bağlı qeyd edir ki, həmin rəydə tədqiqatın nəzəri qaydada aparıldığı göstərilmiş, mobil telefonun orta bazar qiyməti göstərilsə də qadın əl çantasının qiyməti göstərilməmişdir. Məhkəmə tədqiqatın nəzəri hesablama yolu ilə aparılmasını, bu zaman mobil telefonun faktiki vəziyyətinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsə məxsus olan əşyaların qiyməti ekspert rəyində olduğu kimi yox, zərərçəkmiş şəxsin ifadəsində göstərildiyi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisəsi ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə onlara isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəza verilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş AZE 12841229 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20.01.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. Himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzasını yüngülləşdirən hal nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın yarısı həddində təyin edilməsi qanuni və ədalətlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18.03.2021-ci il tarixdən hesablanmaqla üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Məhkəmənin hazırlıq iclasının qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmiş saxlanılmışdır. Buna görə də təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət onun cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus olan bir ədəd “İphone 11” markalı mobil telefonun və bir ədəd qadın əl çantasının qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 240 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus olan bir ədəd “İphone 11” markalı mobil telefonun və bir ədəd qadın əl çantasının qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci - məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3) köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 240 (iki yüz qırx) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə surətinin ona verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar