Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-156/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 495 qram narkotik vasitə olan marixuananı və təmiz çəkisi 1,874 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayarkən, 28.03.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Yeni ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gətirilmiş, həmin şöbədə onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı 1 ədəd sellofan torbada təmiz çəkisi 495 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd şəffaf rəngli sellofan torbacıqda təmiz çəkisi 1,874 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 3 ildən artıq müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə edir. 28 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı binanın qarşısında olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O da, polis əməkdaşlarına bu barədə etiraz etməmiş və polis əməkdaşları onu avtomobilə əyləşdirib özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə aparmışlar. Şöbədə olarkən onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o sol əlində saxladığı sellofan torbanı təqdim edərək torbanın içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra o əynində olan göy rəngli cins şalvarın sağ cibinin üzərində olan kiçik cibin içərisindən 01 ədəd şəffaf rəngli sellofan torbacığı təqdim edərək, həmin torbacığın içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim edilmiş kütlələrə ayrıayrılıqda baxış keçirilmişdir. Onun narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. O həmin maddələri şəxsi istifadəsi üçün saxlamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 28 mart 2021-ci il tarixdə onun və DİN BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri Nizami rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etməsi və onları Gəncə şəhəri Nizami rayonu ərazisində üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı sellofan torbanı təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağcibinin üzərində olan kiçik cibin içərisindən 01 ədəd şəffaf rəngli sellofan torbacığı təqdim edərək, həmin torbacığın içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim edilmiş kütlələrə ayrı-ayrılıqda baxış keçirilmişdir. 01 ədəd sellofan torbaya baxış keçirilən zaman kütlənin kəskin iyli, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər olması müəyyən edilmişdir. Sonra sellofan torbacığa baxış keçirilmiş və içərisində olan kütlənin psixotrop maddə metafetaminə bənzər olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzilərdə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər qanunla qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitələrdən və psixitrop maddələrdən istifadə edir. Nakottik vasitəni qurudulmuş marixuananı təxminən 5-6 ay əvvəl Göygöl rayonu ərazisində yerləşən “Azos” adlanan yerdən axan yerdən şəxsi istifadəsi üçün yığmışdır. Ailə üzvlərindən hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbər tutmamasından ötrü, 28 mart 2021-ci il tarixdə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdən götürüb Gəncə çayının sahilinə aparıb gizlətmək istəmişdir. Ruslan yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlandığı üçün, narkotik vasitəni aparıb gizlədə bilməmişdir. Psixotrop maddə metamfetaminə bənzər kütləni 25 mart 2021-ci il tarixdə Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən 80 manat pul müqabilində almışdır. Həmin maddəni də, öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Aşkar edilmiş kütlələri satmaq niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 və X6 Şahid2 ilə eyni məzmunlu ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin əldə edib istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və onun olduğu yer müəyyən olunaraq, tədbirin gedişindən asılı olaraq olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 28 mart 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, DİN BNMİ QBRŞ-nin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev, DİN BNMİ QBRŞ-nin əməliyyat müvəkkilləri X6, Şahid1 və Şahid2, Müdafiəçi iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edildi, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı sellofan torbanı təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağcibinin üzərində olan kiçik cibin içərisindən 01 ədəd şəffaf rəngli sellofan torbacığı təqdim edərək, həmin torbacığın içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim edilmiş kütlələrə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış keçirilən zaman kütlənin kəskin iyli, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər olması müəyyən edilmişdir. Sonra sellofan torbacığa baxış keçirilmiş və içərisində olan kütləni kəskin iyli, şəffaf rəngli, psixotrop maddə metafetaminə bənzər olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzilərdə çəkilmiş və ümumi çəkilərinin 1,95 qram, digərinin isə 504 qram olması müəyyən edilmişdir. Sonra 02 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitələrdən və psixitrop maddələrdən istifadə edir. Narkotik vasitə qurudulmuş marixuananı təxminən 5-6 ay əvvəl Göygöl rayonu ərazisində yerləşən “Azos” adlanan yerdən axan yerdən şəxsi istifadəsi üçün yığmışdır. Ailə üzvlərindən hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbər tutmamasından ötrü, 28 mart 2021-ci il tarixdə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdən götürüb Gəncə çayının sahilinə aparıb gizlətmək istəmişdir. O yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlandığı üçün, narkotik vasitəni aparıb gizlədə bilməmişdir. Psixotrop maddə metamfetaminə bənzər kütləni 25 mart 2021-ci il tarixdə Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən 80 manat pul müqabilində almışdır. Həmin maddəni də, öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Aşkar edilmiş kütlələri satmaq niyyəti olmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2021-ci il tarixli, 16/291 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “28.03.2021-ci il tarixdə AR DİN-nin BNMİ QBRŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd rəngli polietilen torbaya qoyulmuş üzəri yağışqanlı lentlə sarınmış 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 495 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdiqata təqdim olunmuş üzərində “28.03.2021-ci il tarixdə AR DİN-nin BNMİ QBRŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 1,874 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 495 qr., tədqiqata cəmi sərf edildi - 0,2 qr. qalıq – 494,8 qr, Metamfetaminin təmiz çəkisi – 1,874 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 1,824 qr. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən marixuana 5 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 500 qram və daha çox olduqda külli miqdarda, metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdarı isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli, 656 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 12 aprel 2021-ci il tarixli, 206725-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxladığına, həmin narkotik vasitə olan qurudulmuş marixuananın və psixotrop maddə olan metamfetamini Gəncə şəhəri, Nizami rayonu ərazisində qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı konkret olaraq Göygöl rayonu, “Azos” adlanan ərazidən yığıb-yığmamasını, qanunsuz yolla əldə etdiyi narkotik vasitə və psixotrop maddədən əlavə olaraq yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamamasını, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” 28 mart 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 30 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. “Cinayət işinin tövsif edilməsi haqqında” 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni ittiham elan edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 4(043)-70/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2 ay 8 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli onun tutulduğu 21 aprel 2021-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 494,8 qram təşkil edən marixuana və 1 ədəd bükümdə 1,874 qram təşkil edən metamfetamin, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06 aprel 2021-ci il tarixli tələbnamədən və Gəncə şəhər Probasiya şöbəsinin 11.02.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 20.10.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 600 manat cərimə cəzasına məhkum edilmiş və cəzasını çəkmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 07.08.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu hökm üzrə məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri ilə heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, X5 və X6 da həm ibtidai istintaq zamanı verdikləri ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satmaq niyyətində olmadığını, onun bu maddələri satmaq niyyəti ilə əldə edib saxlaması barədə əməliyyat məlumatının daxil olmadığını bildirmişlər. Bundan başqa, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 mart 2021-ci il tarixli qərardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur, onun həmin maddələri satmaq niyyəti ilə əldə edib saxlaması barədə məlumat daxil olmamışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” 06 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Əksinə, qərarın məzmunda müstəntiq ibtidai istintaq zamanı müəyyən edilmiş hal kimi göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib üzərində daşımışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbayan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən yeganə sübut kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin əməliyyat tapşırığına 12.04.2021-ci il tarixli cavab məktubu göstərilmişdir. Həmin məktubda qeyd olunur ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxladığına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, qeyd olunan əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialları yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən maddələri əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metemfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmuş, hətta sonuncu hökm üzrə məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzaların onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmiş, bununla belə onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, yaşağı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış 494,8 qram marixuana və 1,824 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdən 30.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 494,8 qram marixuana və 1,824 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-156/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-156/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver