Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-16/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Nikolay oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızının iştirakı ilə, 17 fevral2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailələi, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən 0.537 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq və yaşadığı Gəncə şəhəri, Şahsevənlər küçəsi 30 saylı evində saxlamış, xx xxxxx 2019-cu il tarixdə saat 19 radələrində həmin narkotik vasitə olan heroinin ümumilikdə 0.326 qramını üç ədəd ayrı-ayrı bükümlərdə 0.107 qram, 0.106 qram və 0.113 qram olmaqla Gəncə şəhər sakini Şahid2 vasitəsilə hər bir bükümü 15 manat pula, ümumilikdə 45 manat pul müqabilində Gəncə şəhəri Cavadxan küçəsində Şahid1 satmış, xx xxxxx 2019-cu il tarixdə saat 21 radələrində Gəncəşəhər BPİ-nin cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 2 saylıünvana baxış keçirilərkən isə evin qonaq otağından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd ayrı-ayrı bükümlərdə 0.115 qram və 0.096 qram, ümumi çəkisi 0.211 qram narkotikvasitəolanheroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrəözünü təqsirli bilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yaxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, işüzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinəəsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt evində narkotik saxlamamış, nədə ki, Vüqar adlı şəxsə narkotik satmamışdır. O özü də bilmir nəyə görə ona deyirlər o narkotik satmışdır. O, Vüqar adlı şəxslə yaxın olmuş, evləri bir birlərinə yaxındır. İstintaq zamanı təsir altında olduğu üçün narkotiki Vüqara satdığını etiraf etmişdir. O narkotik satışı ilə məşğul olsa idi fəhlə işləməzdi. Yazılmış ifadələrini də ona oxunmadan imzalatmışlar. Polis əməkdaşı olan Xanlar adlışəxsi birinci dəfə Vüqarın dalınca gedəndə Vüqarın qapısında görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxsi Şahid2la biryerdə görmüşdür. Belə ki, təqsirləndirilən şəxs X2 Məmmədovla küçələrində bir yerdə işləyiblər. O, Şahid2la elə həmin vaxt tanış olmuşdur. Söhbət zamanı Vüqara narkotik vasitə istifadə etdiyini bildirmiş, Vüqar isə ona nakotik vasitə tapa biləcəyini demişdir. Bundan sonra təxminən 4- 5 dəfə Vüqardan bir bükümü 15 manata olmaqla narkotik vasitə heroin alıb istifadə etmişdir. Sonuncu dəfə o, Vüqardan hər bükümü 15 manat olmaqla 3 büküm heroin alanda üç nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsində onun üzərinə baxış keçirmiş, şalvarın cibindən həmin 3 ədəd bükülü aşkar edilmiş, sorğu zamanı da həmin bükülünün içərisindəkinin ona məxsus olmasını, narkotik vasitə heroin olmasını özü istifadə etmək məqsədi ilə üzərində saxladığını və Gəncə şəhəri Cavadxan küçəsində Vüqar adlı şəxsdən hər biri 15 manata olmaqla cəmi 45 manata aldığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir yerdə işləmişlər. Şahid1 1 ildir ki, tanıyır. Belə ki, o, Şahid1 yaşadığı küçədə ev təmir edən zaman münasibətləri yaranmış, Vüqar ona narkotik vasitə aludəçisi olduğunu demiş, o da Vüqara narkotik vasitədən istifadə etdiyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Şahid1 ona zəng edib narkotik vasitə istəmişdir. O, da Təqsirləndirilən şəxs narkotik vasitə olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olduğunu və bir bükümünü 15 manata satdığını demişdir. O, da Təqsirləndirilən şəxs Şahid1 istəyi ilə 3 bükümdə narkotik alıb Şahid1 verib 45 manat pul almışdır. Sonra həmin 45 manat pulu gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs Şahid1 xahişi ilə almış, o, həmin narkotik vasitənin bir bükümünü 15 manata alıb 15 manatı da Vidadiyə vermiş, onun hər hansı bir marağı olmamış, narkotik vasitənin pulundan ona Vidadi pul verməmişdir. Narkotik vasitəni Vidadidən Şahsevənlər küçəsində evlərinin yanında almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, xx xxxxx 2019-cu il tarixdə Gəncə şəhəri S.Hacıyev küçəsi ev 36-da yaşayan Şahid1 qanunsuz olaraq narkoik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqda qərar qəbul olunmuş,xx xxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Şahid1 Gəncə şəhəri, Cavadxan küçəsi 5-ci döngənin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər və Şahid1 həmin ərazidə aşkar özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olubolmadığını soruşanda Şahid1 üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra üzərinə baxış keçirtmək məqsədi ilə Şahid1 Gəncəşəhər BPİ-nə gətirmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Şahid1 üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən üç ədəd siqaret flanqasının kağız bükülsü aşkar edilmişdir. Həmin bükülülər açılaraq içərisinə baxış keçirilən zamanı orada qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan «heroinə» oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zaman Şahid1 üstündən aşkar olunaraq götürülmüş həmin bükülünün içərisindəkinin narkotik vasitə olan «heroin» olduğunu, həmin narkotik vasitəni Gəncəşəhəri Cavadxan küçəsində Vüqar adlışəxsdən hər bükümünü 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan üçədəd kağıza bükülmüş kütlə zərfə qoyularaq qablaşdırılmışdır.Bundan sonra Şahid1 narkotik vasitə satmış olan Vüqar adlışəxsin müəyyənləşdirilməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilmiş, məlum olmuşdur ki, Şahid1 narkotik vasitəni Gəncə şəhəri Gəncə küçəsi 5-ci döngə ev 5-də yaşayan Şahid2 satmışdır. Bununla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə Şahid2 yaşadığı ünvan 3 ünvanına getmişlər. Həmin vaxt qapını Şahid2 açmışdır. Təqsirləndirilən şəxs da onun yanında olmuşdur.Həmin şəxslərə narkotik vasitələrin satışında şübhəli olduqlarını və polis idarəsinə gəlmələrini bildirmişlər. Həmin şəxslər də razılaşmışlar. Hər ikisi polis idarəsinə gətirilmişdir. İlkin olaraq Şahid2 üzərinə baxış keçirilməsi üçün şübhəli şəxs qismində tutulub hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin olunmuşdur. Şahid2 üzərinə baxış zamanı üzərində kağıza bükülü vəziyyətdə istifadə olunmuş iki ədəd şpiris, novakain, istifadə edilmiş novakain şuşəsi aşkar edilmişdir.Şahid2 narkotik vasitələrdən istifadə etdiyini və xx xxxxx 2019-cu il tarixdə tanışı Şahid1 3 ədəd bükümdə hər birinin qiyməti 15 manat olmaqla 45 manat dəyərində narkotik vasitə olan heroin satdığını bildirmişdir.Həmin heroini də tanışı Təqsirləndirilən şəxs alıb Şahid1 satdığını demişdir. Bundan sonra Şahid2 evində onun öz razılığı ilə axtarış həyata keçirilmiş, həmin evdən hər hansı bir qanunla qadaşan olunmuşəşya və ya predment aşkar edilib götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, hüquqları izah edilmiş və onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən hər hansı bir qanunla qadağan edilmişəşya və ya predmet aşkar edilib götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və xx.xx.2019-cu il tarixdə tanışı Şahid2 3 ədəd bükümdə hər birinin dəyri 15 manat ümumi dəyəri 45 manat olan narkotik vasitə olan heroin satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı ünvan 4 ünvanına getmişlər. Həmin evdə video görüntü ilə axtarış istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs özü təklif etdiyi yerə baxılmışdır. Evin şüşəbənd olan otağında otağın yuxarı hissəsində divarın kəsik olan hissəsində siqaret qutuları, novakain şüşəsi və iki ədəd kağıza bükülü aşkar edilmişdir. Həmin kağız bükülü açılaraq içərisinə baxış keçirilən zamanı orada qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan «heroinə» oxşar kütlənin olması müəyyən olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 180 nömrəli rəyindən görünür ki,-tədqiqata təqdim olunmuş üzərində üç ədəd gümüşü rəngli kağıza bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,107 qram, 0,106 qram, 0,113 qram, ümumi təmiz çəkisi 0,326 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqat zamanı hər bükümdən 0,02 sərf edilməklə cəmi 0.06 qram sərf edilmiş, ümumi təmiz qalıq çəki 0,266 qram qalmışdır . (i.v. səh.45-46) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixlı 187 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“İçərisindəşübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş... ” sözləri yazılmış kağız paketdəkl; 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, - 0,096 qram, ümumi təmiz çəkisi -0,211 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 (bir) ədəd 2 ml-lik birdəfəlik şpirisin və 1 (bir) ədəd üzərində “Novokain” sözləri yazılan baş hissəsi sınıq şüşə flakonun içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. 1 (bir) ədəd üzərində “Novokain 5 ml... 11.21” göstəriciləri olan zavod üsulu ilə hazırlanmış tamlığı pozulmamış flakon novokain məhluludur və novokain narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsiredici maddələrə aid deyildir. 1 (bir) ədəd seilofan forbacıqda təmiz çəkisi -1,375 qram maddə, narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuşüzərində“İçərisindəşübhəli şəxs Şahid2 götürülmüş...” sözləri yazılmış kağız paketdəki; 2 (iki) ədəd 1 ml-lik birdəfəlik şprislərin və 1 (bir) ədəd sınıq şüşə flakonun içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarım hesablamaq mümkün olmadı. 1 (bir) ədəd ağzı bağlanan şüşə flakonun içərisində narkotik vasitələrə məxsus izlər yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “İçərisində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş...” sözləri yazılmış kağız paketdəki heroinlər ilə, üzərində “Şübhəli şəxs Şahid1 götürülmüş...” sözləri yazılmış kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüşümumi təmiz çəkisi - 0,211 qram narkotik vasitədən tədqiqat zamanı 0,04 qram sərf edilmiş qalıq 0,171 qram, həmçinin eyniləşmə zamanı Şahid1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin qalıq hissəsi olan 0,266 qram heroindən 0.06 qram sərf edilmiş qalıq 0,206 qram olmuşdur. (i.v. səh.128-131) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncəşəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkololji Dispanserinin xx xxx 2019-cu il tarixli, 343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v. səh.256) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 93-cü maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiyada) 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(i.v.səh.252-253,268) Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 4(044)- 33/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tdbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(044)- 124/2019 nömrəli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi iləəlaqədar olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən 0.537 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq və yaşadığı ünvan 2 saylı evində saxlamış, xx xxxxx 2019-cu il tarixdə saat 19 radələrində həmin narkotik vasitə olan heroinin ümumilikdə 0.326 qramını üç ədəd ayrı-ayrı bükümlərdə 0.107 qram, 0.106 qram və 0.113 qram olmaqla Gəncəşəhər sakini Şahid2 vasitəsilə hər bir bükümü 15 manat pula, ümumilikdə 45 manat pul müqabilində Gəncəşəhəri Cavadxan küçəsində Şahid1 satmış, xx xxxxx 2019-cu il tarixdə saat 21 radələrində Gəncə şəhər BPİ-nin cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 2 saylı ünvana baxış keçirilərkən isə evin qonaq otağından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd ayrı-ayrı bükümlərdə 0.115 qram və 0.096 qram, ümumi çəkisi 0.211 qram narkotikvasitəolanheroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsi işüzrə dindirilmişşahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, baxış protokolu, maddi sübut və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində qoca anasının və xəstə bacısının olmasını, qardaşının İİ qrup Qarabağ müharibəsi verteranı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 32,40 (otuz iki manat qırx qəpik) manat və 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və diər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İşüzrə müsadirə edilməli əmlak yoxdur. İşüzrə maddi sübut olan və Gəncəşəhər BPİ-in maddi sübutların saxlanma kamerasında saxlanılan 0.206 qram və 0,171 qram narkotik vasitə olan heroin, 1 ədəd 2 ml-lik birdəfəlik şpiris, 1 ədəd işərisində heroin izi olan üzərində “Novokain” sözləri yazılan baş hissəsi sınıq şüşə flakonu 1 ədəd üzərində “Novokain 5 ml... 11.21” göstəriciləri olan zavod üsulu ilə hazırlanmış tamlığı pozulmamış flakon novokain məhlulu, 1 ədəd selofan torbacıqda təmiz çəkisi 1,375 qram maddə, 2 ədəd 1 ml-lik birdəfəlik şprislər və 1 ədəd içərisində heroinin izləri olan sınıq şüşə flakon, 1 ədəd ağzı bağlanan şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərəəsasənvə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İşüzrə maddi sübut olan və Gəncəşəhər BPİ-in maddi sübutların saxlanma kamerasında saxlanılan 0.206 qram və 0,171 qram narkotik vasitə olan heroin, 1 ədəd 2 ml-lik birdəfəlik şpiris, 1 ədəd işərisində heroin izi olan üzərində “Novokain” sözləri yazılan baş hissəsi sınıq şüşə flakonu 1 ədəd üzərində “Novokain 5 ml... 11.21” göstəriciləri olan zavod üsulu ilə hazırlanmış tamlığı pozulmamış flakon novokain məhlulu, 1 ədəd selofan torbacıqda təmiz çəkisi 1,375 qram maddə, 2 ədəd 1 ml-lik birdəfəlik şprislər və 1 ədəd içərisində heroinin izləri olan sınıq şüşə flakon, 1 ədəd ağzı bağlanan şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 97.20 (doğsan yeddi manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-16/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-16/2020
17.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver