Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-160/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Mahmudov Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Mahmudov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Mahmudov Təqsirləndirilən şəxs, tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhəri və ya ətraf rayonlarda yerləşən yerli qurumlarından birinə işə düzəldəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs1 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində 05.01.20216-cı il tarixdə Zərərçəkmiş şəxs1 400 manat, 2016-cı ilin yanvar ayının sonlarında, günü məlum olmayan tarixdə 12600 manat olmaqla, ümumilikdə 13000 manat nağd pulunu öz yaşadığı Gəncə şəhəri, F.Əliyev küçəsi, 1-ci döngə, ev 1, mənzil 2-də vahid niyyətlə hissə-hissə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Zərərçəkmiş şəxs1 ondan hissə-hissə aldığı 13000 manat pulu ordu sıralarından təxris olunması ilə bağlı göstərdiyi xidmət illərinə görə yığılmış özünün təqaüd pulunu almaqla qaytaracağına yalan vəd edərək Zərərçəkmiş şəxs1 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə guya ki, yığılmış təqaüdün alınmasını təmin etmək adı ilə 2016-cı ilin avqust ayından 2017-ci ilin sonlarınadək müxtəlif vaxtlarda, məlum olmayan ayrı-ayrı tarixlərdə və yerlərdə, sonuncu dəfə isə öz yaşadığı Gəncə şəhəri, F.Əliyev küçəsi, 1-ci döngə, ev 1, mənzil 2-də vahid niyyətlə olmaqla hissə-hissə, ümumilikdə 8800 manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Zərərçəkmiş şəxs2, oğlu Orxan Əmirxanlıya əlilliklə bağlı pensiya təyin etdirəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs2 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində 2019-cu ilin may ayında, günü məlum olmayan tarixdə sonuncunun yaşadığı Gəncə şəhəri, F.Əliyev küçəsi, 1ci döngə, ev 1, mənzil 4-də Zərərçəkmiş şəxs2 5000 manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində yerləşən hərbi hissələrdən birinə mülki işçi qismində işə düzəldəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs2 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində 2019-cu ilin iyun ayında, günü dəqiq məlum olmayan tarixdə sonuncunun yaşadığı Gəncə şəhəri, F.Əliyev küçəsi, 1-ci döngə, ev 1, mənzil 4-də Zərərçəkmiş şəxs2 5000 manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Mahmudov Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Zərərçəkmiş şəxs1 aldadıb pulunu almışdır. Belə ki, pula ehtiyacı olduğu üçün Elçini FHN-ə işə düzəltmək adı ilə aldadıb 2016-cı ildə 13000 manat pulunu almışdır. Elçindən 400 manat bir, 12600 manat bir pul almış, lakin onu heç bir yerə işə düzəltmək fikri olmamışdır. Sonradan Elçin ondan pulunu tələb etdikdə çıxılmaz vəziyyətdə qaldığına görə Elçindən hərbi xidmət illərinə görə yığılmış pulları almaq üçün ona pul verməsini istəmiş, həmçinin təqaüdünü alıb 13000 manat pulu qaytaracağını vəd etmişdir. Lakin, bugünki günədək ona pensiya verilməyəcəyini bilirdi. Elçindən əlavə 13000 manatı almaqda həmçinin bir qədər vaxt udmaq da istəmişdir. Ona görə Elçindən bu adla ümumilikdə 8000 manat hissə-hissə pullar almışdır. Elçin həmin pulları ona Gəncə şəhərində onun öz evində, Bakı şəhərində müxtəlif yerlərdə, eləcə də poçt vasitəsi ilə vermişdir. Zərərçəkmiş şəxs2 isə uzun illərdir ki, qonşu kimi tanıyır və Nizami ilə münasibətləri həmişə normal olmuşdur. O, Nizamini, oğlu Anara pensiya düzəltmək, eləcə də Nizaminin özünü işə düzəltmək adı ilə aldatmamış və bu məqsədlə ondan pul almamışdır. Nizamidən sadəcə olaraq qonşu kimi təxminən 2020-ci ilin əvvəllərində öz evində ikisi olarkən 740 manat nağd pulu iki aya qaytarmaq fikri ilə borc kimi almış və sonradan 300 manatını qaytarmışdır. Daha sonra Nizami həmin 740 manat pulu başqa şəxsdən faiz müqabilində sələm kimi aldığını, ona görə də faizlə birlikdə qalan 340 manata görə bugünki gün 2000 manat verməli olduğunu bildirmişdir. O, xəstələndiyinə görə aldığı pulları müalicəsi üçün xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməsə belə zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, azadlıqda olacağı təqdirdə zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəyəcəyini bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Mahmudov Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs ilə 2015-ci ildən yaxın münasibətdədir. Təqsirləndirilən şəxs əvvələr hərbi vəzifədə işləmişdir. Belə ki, Təqsirləndirilən şəxs söhbət edəndə vəzifədə işləyən yaxşı tanışları olduğunu, istəyən olarsa iş və təqaüd düzəldə biləcəyini ona demişdir. 2015-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona bir neçə şəxsi FHN-ə işə düzəltdiyini, 13000 manata onu da işə düzəldə biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 2016-cı ilin yanvar ayında Təqsirləndirilən şəxs Bakı şəhərinə gedib onu FHN-ə işə düzəltmək üçün 400 manat pul istəmiş və pulu Bakı şəhərində həmin işlə bağlı kiməsə verəcəyini bildirmişdir. Sonra isə qalan 12600 manat pulu verməli olduğunu qeyd etmişdir. O da 05 yanvar 2016-cı il tarixdə 400 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Bakı şəhərinə gedib təxminən 20 gündən sonra qayıtmış və onu FHN-ə işə düzəldəcəyinin razılığını aldığını demişdir. 28 yanvar 2016-cı il tarixdə Təqsirləndirilən şəxs onu FHN-ə işə düzəltmək üçün danışdıqları pulun qalan 12600 manatını istəmiş, o da Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, F.Əliyev küçəsi, 1-ci döngədə yerləşən 2 nömrəli evdə 12600 manatı vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs verən zaman Təqsirləndirilən şəxs mərhum anası Fəridə də orda olmuşdur. O, pulu Təqsirləndirilən şəxs verənən zaman Təqsirləndirilən şəxs ona mart ayında FHN-in Gəncə şəhər və ya Gəncə ətrafı rayonlarında əlavə ştatlarının açılacağını, onu da həmin vəzifələrdən birinə işə düzəldəcəyini bildirmişdir. 2016-cı ilin mart ayında o, Təqsirləndirilən şəxs işinin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs FHN-in avqust ayına Gəncə şəhərinə səfərinin gözləndiyini və işə qəbul üçün vətəndaşları qəbul edəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs inanıb Təqsirləndirilən şəxs gözləməyə davam etmişdir. Ancaq buna baxmayaraq, o, Təqsirləndirilən şəxs onu aldatmasından narahat olmağa başlamışdır. 2016-cı ilin avqust ayında Təqsirləndirilən şəxs ona Bakı şəhərinə gedib qəbulda olacaqlarını, onu tibbi komissiyadan keçirdəcəyini bildirmişdir. Beləliklə, o, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Xətai rayonunda FHN-nin inzibati binasından birinin yanına getmiş, orada Təqsirləndirilən şəxs həmin binada işləyən şəxslərin onları qəbul edəcəyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs kiməsə guya zəng edib danışmağa başlamış, adam çox olduğunu, ertəsi gün gələcəklərini demişdir. Təqsirləndirilən şəxs bir neçə gün onu Bakı şəhərində yalandan bir neçə yerə aparsa da heç bir yerdə qəbulda ola bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs ona 2016-cı il üçün bütün vakant yerlərin dolduğunu, işin 2017-ci ilin yanvar ayına qaldığını bildirmişdir. Daha sonra 2017-ci ilin yanvar ayında da Təqsirləndirilən şəxs onu FHN-ə işə düzəldə bilmədiyini görüb Təqsirləndirilən şəxs pulunu istəməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs pulu verdiyi şəxsin FHN-dən işdən çıxarıldığını, pulun da həmin şəxsdə qaldığını, həmin adamdan pul istəyə bilməyəcəyini, həmin şəxsin yerinə pulu özü qaytaracağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona özünün hərbidən təxris olunduğunu və 5 illik təqaüdünün yığıldığını, həmin təqaüdün düzəlməsi üçün pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hesabı ilə hər ay üçün 720 manat olmaqla 5 il müddətində Təqsirləndirilən şəxs 43200 manat təqaüd pulu yığılmalı idi. Ona görə də, Təqsirləndirilən şəxs ondan sənədlərin yığılmasında köməklik göstərməsini istəmiş, təqaüdü aldıqda isə 13000 manatı qaytaracağını bildirmişdir. O da bir daha Təqsirləndirilən şəxs inanıb müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs 8800 manat pulu hissə- hissə olmaqla 2016-cı ilin avqust ayından 2017-ci ilin sonlarınadək Gəncə şəhərində Təqsirləndirilən şəxs öz evində, Bakı şəhərində xatırlamadığı yerdə və poçt vasitəsi ilə vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs öz yaşadığı evdə pul vermişdir. Sonradan 2018-ci ildə Təqsirləndirilən şəxs bir neçə nəfəri də aldadıb pulunu ələ keçirdiyini öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs pulunu istəmiş, lakin Təqsirləndirilən şəxs hər dəfədə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Bu səbəbdən də o, polisə şikayət etmişdir. Sonda zərər çəkmiş şəxs ona dəymiş zərər ödənilməsə belə təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayətçi olmadığını, azadlıqda olarsa zərəri ödəyə biləcəyini bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Mahmudov Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşu kimi tanıyır. Təqsirləndirilən şəxs ilə yaxşı münasibətləri və bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs əvvələr hərbi vəzifədə işləmişdir. Təqsirləndirilən şəxs onunla və digər tanışları ilə söhbət edəndə vəzifədə işləyən yaxşı tanışları olduğunu, istəyən olarsa işə və təqaüd düzəldə biləcəyini demişdir. 2019-cu ilin may ayının əvvələrində Təqsirləndirilən şəxs ilə öz yaşadığı Gəncə şəhəri, F.Əliyev küçəsi, 1-ci döngə, bina 1 mənzil 4-də söhbət edən zaman oğlu Anarın ayağında qüsur olduğunu bildirmiş və həmin qüsurla Anara təqaüd düzəldə biləcəyini Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də vəzifədə tanışları olduğunu və pul olsa təqaüd düzəldə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs hansı məbləğə təqaüd düzəldə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs 5000 manat pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşıb həmin 5000 manat pulu 2-3 günə verəcəyini demişdir. Təxminən 2-3 gün sonra 5000 manatı hazır edib Təqsirləndirilən şəxs ilə yenə öz yaşadığı evdə görüşmüş və həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə oğlu Anarın tam anket məlumatlarını ondan götürüb 3-4 ay müddətində Anarın təqaüdünün düzələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona oğlu Anarın həmin müddətdə bir neçə dəfə xəstəxanada yatmalı olduğunu da bildirmişdir. Təqsirləndirilən şəxs onunla elə danışmışdır ki, o, Təqsirləndirilən şəxs sözlərinə inanıb həqiqətən də oğlu Anara təqaüd düzəldəcəyinə inanmışdır. Pulu verəndən sonra Təqsirləndirilən şəxs əvvələr olduğu kimi yenə də onun evinə gəlib-getmişdir. Təqsirləndirilən şəxs hər dəfə söhbət zamanı Anarın təqaüdünün düzələcəyini əminliklə demiş, o da Təqsirləndirilən şəxs inanmışdır. Həmin vaxtdan 1 ay keçdikdən sonra Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Təqsirləndirilən şəxs ona bir iş tapmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs də hərbi hissələrdən birinə mülki işçi kimi işə düzəldə biləcəyini demişdir. O, həmin işin əmək haqqının nə qədər olacağını soruşduqda Təqsirləndirilən şəxs hərbi hissədə anbar işi olduğunu və əmək haqqının aylıq 600-700 manat olduğunu bildirmişdir. O da həmin əmək haqqının yaxşı məbləğ olduğunu görüb Təqsirləndirilən şəxs onu həmin işə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də bunun qarşılığında ondan 5000 manat pul alacağını bildirmişdir. O isə 5000 manat pulunun olmadığını, yalnız tanışlarından borc alıb verəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin iyun ayının ortalarında 5000 manat borc pul alıb yaşadığı evdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün 5000 manat pulu aldıqdan sonra yaxın vaxtlarda işə çıxacağını bildirmişdir. O, hansı hərbi hissəyə işə düzələcəyini soruşduqda isə Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən hərbi hissələrdən birinə işə düzələcəyini bildirmişdir. O, pulları Təqsirləndirilən şəxs öz yaşadığı evdə vermiş, pulu verən zaman evdə tək ikisi olmuşlar. Belə ki, arvadı və oğlu Şəmkir rayonunda təsərüffatla məşğul olduqları üçün çox vaxt orada qalırlar. Həmçinin Təqsirləndirilən şəxs özünə yaxın bildiyi üçün pul verən zaman özünə şahid axtarmamışdır. Təqsirləndirilən şəxs sözügedən məsələlərin həlli ilə bağlı ona heç bir sənəd təqdim etməmiş, yaxud onu kiminləsə tanış etməmişdir. Təqsirləndirilən şəxs verilən pulları kimə verəcəyi barədə bir söz deməmişdir. Pulların Təqsirləndirilən şəxs verilməsindən təxminən 7-8 ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs nə oğlunun təqaüdünü, nədə onun işini düzəltmədiyinə görə işlərin nə yerdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də ona müxtəlif bəhanələr gətirib tez bir zamanda hər iki işin düzələcəyini demişdir. O da Təqsirləndirilən şəxs inanmışdır. Çünki, onlar yaxın qonşudur və münasibətləri də yaxşıdır. Təxminən 1 il keçdikdən sonra o, dəqiqləşdirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs onu aldatmış, pulunu ələ keçirmişdir. Maraqlandıqda Təqsirləndirilən şəxs ondan başqa Elçin adlı şəxsi də işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirdiyini öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulunu geri istəmiş, Təqsirləndirilən şəxs də pulu tez bir zamanda düzəldib verəcəyini demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bugünədək onun pulunu qaytarmamışdır. Sonda zərər çəkmiş şəxs ona dəymiş zərər ödənilməsə belə təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayətçi olmadığını, azadlıqda olarsa zərəri ödəyə biləcəyini bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, Mahmudov Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs1 isə qohumudur. Mahmudova Fəridə anasıdır və hazırda vəfat etmişdir. Təqsirləndirilən şəxs qohumu Elçinlə aralarında olan məsələnin mahiyyətini tam bilmir, lakin aralarında pul məsələsi olmasından xəbərdardır. Belə ki, qardaşı Təqsirləndirilən şəxs qohumu Elçinə pul verməlidir. O, 2017-ci ilin oktyabr ayında mərhum anası Fəridənin pensiyasından hər ay 50 manat olmaqla qohumu Elçinə pul qaytarmışdır. Həmin pulu anasının tapşırığı ilə qardaşı Təqsirləndirilən şəxs verməli olduğu pul kimi vermişdir. O, bu qayda ilə hər ay Elçinə 50 manat olmaqla 6 ay pul ödəmişdir. Həmin pulun hansı təyinatla Təqsirləndirilən şəxs verilməsini isə bilmirdi. Bugünki gün də Elçin və Təqsirləndirilən şəxs arasında olan məsələ barədə maraqlanmır. Təqsirləndirilən şəxs kiməsə pensiya düzəltdirmək və ya işə düzəltmək kimi işlərlə məşğul olub-olmaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ilə birlikdə yaşamamış, Təqsirləndirilən şəxs gördüyü işlərdən məlumatı yoxdur. İş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 təqdim etdiyi və içərisində özünün təqsirləndirilən şəxs Mahmudov Təqsirləndirilən şəxs ilə telefon danışıqlarının səs yazıları olan 1 ədəd CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin içərisində 09 ayrı-ayrılıqda səs yazısı var. 1-ci səs yazısında iki nəfər şəxsin bir-biriləri ilə danışıqları eşidilir. Belə ki, şəxslərdən biri (bundan sonra A) digər şəxsə (bundan sonra B) ayın 23-dək zəng edəcəyini, B-nin gəlib götürəcəyini (nəyin nəzərdə tutulduğu bilinmir) bildirir. B isə məsələnin çox uzandığını, hər gün ona zənglər olunduğunu və zəhləsinin töküldüyünü, qırğınlardan bezdiyini bildirib A-dan verməli olduğu şeyi verməsini istəyir. A isə əminliklə ayın 23-dək gətirib verəcəyinə (nəyin veriləcəyi bilinmir) söz verir. Danışıq zamanı B müraciət edərkən A-nın adını Təqsirləndirilən şəxs olaraq çağırır. Səs yazısı 49 saniyədə bitir. 2-ci səs yazısında B, A-ya, yəni Təqsirləndirilən şəxs saat 6-dan alacaqlıların gəlib qapıya dayandığını bildirib məsələnin indi həll olunmasını tələb edərək neçə gündür ki, A-nın onu aldatdığını bildirir və A-dan məsələni indi həll edib-etməyəcəyini soruşur. A isə “hə” cavabı verməklə məsələnin indi həll olunacağına inandırır. Səs yazısı 19 saniyədə bitir. 3-cü səs yazısında B “nə qədər gözləmək olar, niyə açmırsan telefonu” deyərək etirazını bildirir. A-nın səsi isə zəif eşidilir. A azca gözləməsini bildirib yaxşı olacağını vəd edir. B isə əsəbi halda A-ya yalandan danışmamasını bildirib, başına oyun açdığını, keçən dəfə gətirirəm deyərək nə qədər onu gözlətdiyini irad tutaraq özünün Bakı şəhərində olduğunu qeyd edir. A bir gün də gözləməsini B-dən xahiş edir. B isə o günləri aylarla gözlədiyini bildirib bir gün də gözləməyə razılaşır. Səs yazısı 01 dəqiqə 09 saniyədə baş çatır. 4-cü səs yazısında B “nə oldu ay Təqsirləndirilən şəxs” deyərək A-ya müraciət etməklə ondan zəng gözlədiyini, Gəncə şəhərinə qayıtdığını bildirir. A isə axşam zəng edəcəyini, gözləməsini bildirir. B də Bakı şəhərində A-nı gözlədiyini, Gəncə şəhərinə qayıtdığını deyir. Danışıq zamanı B, A-ya sonuncunun işdə olduğunu, işlədiyindən xəbəri olmasını bildirir. A isə işlədiyini haradan bilməsini B-dən soruşur. B bunu Həmidin dediyini bildirir. Sonda B, A-nın dediyi kimi zəng etməsini gözləməyə razılaşıb sağollaşır. Səs yazısı 58 saniyədə baş çatır. 5-ci səs yazısında B “nə oldu ay Təqsirləndirilən şəxs” deyərək A-ya müraciət etməklə pulu vermək lazım olduğunu bildirir. A isə bu gün ayın neçəsi olmasını B-dən soruşur. B ayın neçəsi olmasının yadında qalmadığını, A-nı gözlədiyini qeyd edir. A isə ayın 29-da səhər saatlarında B ilə görüşəcəyinə söz verir. B, A-ya 3 ildir hər gün eyni sözü dediyini irad bildirir. A and verib yalvararaq pulu verəcəyinə söz verir, vaxt istəyir. B isə ayın 29-dək gözləyəcəyini, lakin artıq yanvar ayından etibarən şikayətçi olacağını bildirir. Səs yazısı 01 dəqiqə 19 saniyədə bitir. 6-cı səs yazısında B-nin Həmid adlı şəxslə telefon danışığı eşidilir. Belə ki, B ayın artıq 29-u olduğunu, A-nın onu aldatdığını bildirir. Həmid isə vəziyyətdən xəbərdar olduğunu, B-nin A-nın barəsində şikayət etməsinə etiraz etmədiyini bildirir, əksinə bunu tövsiyyə edir. Səs yazısı 52 saniyədə bitir. 7-ci səs yazısında B nə üçün ayın 5-də zəng etmədiyini A-dan soruşaraq hər gün uzatdığını, ayın 5-də pulu verəcəyinə söz verdiyini bildirir. A isə məsələnin ayın 8-də həllini tapacağına söz verir. Sonradan mübahisə yaranır. Səs yazısı 1 dəqiqə 43 saniyədə başa çatır. 8-ci səs yazısında B səhər saat 6-da A-ya zəng edəcəyini və saat 9-dək gözləyəcəyini, hazırda A-nın içkili olduğunu bildirir. A isə saat 11-dək gözləməsini B-dən xahiş edir. Lakin B saat 9-dək gözləyəcəyini, A-nın həmişə onu aldatdığını, aldanmağına peşman olduğunu bildirir, indən belə gözləməyəcini, vaxtında bildiyini etsə idi məsələnin artıq həll olunduğunu, indən belə isə bildiyini edəcəyini deyir. A bir daha saat 11-dək gözləməsini B-dən xahiş edərək saat 11-də özü zəng edəcəyini bildirir. Səs yazısı 1 dəqiqədə başa çatır. 9-cu səs yazısında A, B-yə hər şeyin yaxşı olacağını, artıq məsələnin həllinə çalışdığını bildirir. B isə heç nəyin yaxşı olmadığını, hər gün onu aldatdığını bildirib deyilən vaxtda gəlmədiyini irad tutur. A isə narahat olmamasını B-dən xahiş edir. A işinin çox olduğunu bildirib gözləməsini istəyir. B əsəbləşərək heyfslənir, and içərək daha gözləməyəcəyini bildirir. Danışıq zamanı A müraciət edərkən B-nin adını Elçin olaraq çağırır. Səs yazısı 3 dəqiqə 42 saniyədə bitir. Diskə baxış zamanı Mahmudov Təqsirləndirilən şəxs səs yazılarında danışan şəxslərdən A-nın onun özü, B-nin isə Elçin Əsərov olduğunu bildirmişdir. O, həmçinin bildirmişdir ki, danışıqların məzmunundan da göründüyü kimi Elçin ondan pulunu tələb edir, o isə pul tapa bilmədiyinə görə Elçinə pulu verəcəyinə dair vədlər verir. Səs yazılarında olan Həmid adlı şəxs isə onun qardaşıdır. “Üzləşdirmə haqqında” 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Mahmudov Təqsirləndirilən şəxs ifadələri arasında iş üçün əhəmiyyətli ziddiyyətlər olduğundan ziddiyyətləri aradan qaldırmaq məqsədilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1, Mahmudov Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onu Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhəri və ya ətraf rayonlarda yerləşən yerli qurumlarından birinə işə düzəltmək adı ilə aldadıb etibarından sui-istifadə etmək yolu ilə 13000 manat pulunu ələ keçirdiyini, bundan sonra isə həmin pulu qaytarmaq adı ilə guya ki, özünün hərbi xidmət illərinə görə yığılmış təqaüd pulunu almaq üçün 8000 manat pulunu ələ keçirdiyini deyərək ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmə istintaq hərəkəti icra edilərkən Mahmudov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsində Zərərçəkmiş şəxs1la bağlı göstərdiklərini təkzib edərək sonuncunun ümumilikdə 21000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini etiraf etmişdir. “Üzləşdirmə haqqında” 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Mahmudov Təqsirləndirilən şəxs ifadələri arasında iş üçün əhəmiyyətli ziddiyyətlər olduğundan ziddiyyətləri aradan qaldırmaq məqsədilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2, Mahmudov Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onun oğlu Anar Əmirxanlıya xəstəliklə bağlı pensiya düzəltdirmək adı ilə aldadıb etibarından sui-istifadə etmək yolu ilə 5000 manat pulunu ələ keçirdiyini, bundan sonra isə onu Gəncə şəhərində hərbi hissələrdən birinə mülki işçi qismində işə düzəldəcəyi adı ilə aldadıb etibarından sui-istifadə etmək yolu ilə N manat, ümumilikdə isə 10000 manat pulunu dələduzluqla ələ keçirdiyini deyərək ifadəsini təsdiq etmişdir. "xxxx" MMC-in Gəncə Regional Poçt Filialından alınmış cavabdan görünür ki, Zərərçəkmiş şəxs1 19.11.2016-cı il tarixdə 10 manat, 06.08.2016-cı il tarixdə isə 200 manat olmaqla, cəmi iki dəfə poçt vasitəsi ilə təqsirləndirilən şəxs Mahmudov Təqsirləndirilən şəxs ümumilikdə 210 manat pul göndərmiş və həmin pullar sonuncu tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsindən alınmış cavabdan görünür ki, ehtiyatda olan leytenant Mahmudov Təqsirləndirilən şəxs 01.08.1987-ci il tarixdən 28.08.1991-ci il tarixədək kursant kimi, 28.08.1991-ci il tarixdən 13.07.1993-cü il tarixədək zabit kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, 13.07.1993-cü il tarixdən 13.04.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum edildiyi üçün) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Ağdam Qarnizonu Hərbi Tribunalının 08.06.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının köhnə redaksiyada Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi və 243-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Mahmudov Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, onların Mahmudov Təqsirləndirilən şəxs vurduğu zərərlə bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Mahmudov Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 13000 manat, daha sonra isə 8800 manat pul, Zərərçəkmiş şəxs2 isə pensiya təyin etdirmək məqsədi ilə 5000 manat bir dəfə, daha sonra isə özünü işə düzəltmək məqsədi ilə 5000 manat pulunu ələ keçirməsi iş üzrə toplanmış mötəbər sübutlarla təsdiq edilmişdir. Mahmudov Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə məxsus pulları onların iradəsinə zidd olaraq deyil, onlara bir halda pensiya təyin etdirmək, digər hallarda isə işə düzəltmək barədə yalan vədlər verərək zərər çəkmiş şəxslərin könüllü iradələri əsasında ələ keçirmişdir. Bu zaman onun niyyəti nə pensiya təyin etdirmək, nə də işə düzəltmək olmuşdur. İş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, onun niyyəti yalnız özgənin pul vəsaitlərini əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmişdir. Bu zaman o, dələduzluq cinayətinin üsulları kimi aldatma və etibardan sui-istifadə etmə üsullarından istifadə etmişdir. Belə ki, o, xəstəliklə bağlı pensiya təyin etmək, mülki işçi qismində hərbi hissəyə, eləcə də FHN-nə işə götürmək səlahiyyətində olan vəzifəli şəxslərlə hər hansı əlaqəsi olmadığı halda vəd etdiyi öhdəlikləri yerinə yetirmək, yəni pensiya təyin etdirmək və işə düzəltmək niyyətində olmadan zərər çəkmiş şəxslərə yalandan vədlər verib guya ki, qeyd edilən səlahiyyətə malik şəxslərin vasitəsi ilə həmin vədləri yerinə yetirəcəyini bildirməklə zərər çəkmiş şəxsləri aldatmışdır. Eyni zamanda o, zərər çəkmiş şəxslərin biri ilə qohum, digəri ilə qonşu olmaqla onları uzun müddətdir tanımış və Təqsirləndirilən şəxs Mahmudov həmin etibarlı münasibətlərdən suiistifadə edərək hər iki şəxsin pullarını dələduzluqla ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Mahmudov ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilmişdir. Belə ki, o, ifadəsində zərər çəkmiş Zərərçəkmiş şəxs1 aid epizodlar üzrə özünü təqsirli bilərək törətdiyi əməli etiraf etsə də, zərər çəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti törətmədiyini, 2020-ci ilin əvvəllərində ondan 740 manat pulu iki aya qaytarmaq fikri ilə borc kimi aldığını və sonradan 300 manatını qaytardığını, zərər çəkmiş şəxsdən oğluna pensiya təyin etdirmək və özünü işə düzəltmək məqsədi ilə pul almadığını bildirmişdir. Lakin, təqsirləndirilən şəxsin bu ifadəsi iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, zərər çəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də onunla təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolu ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs Mahmudov Zərərçəkmiş şəxs2 oğluna pensiya təyin etdirmək üçün N manat, özünü isə hərbi hissədə mülki işə düzəltmək üçün 5000 manat pul almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mahmudov Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun zərər çəkmiş şəxslərə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsi mümkün deyil. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməsi və zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Mahmudov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Mahmudov Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 15.03.2021-ci il tarixdən 17.03.2021-ci il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-91/2021 saylı, 26.05.2021-ci il tarixli qərarından görünür ki, Mahmudov Təqsirləndirilən şəxs barəsində 1 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 24.05.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Mahmudov Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Mahmudov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mahmudov Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdən 17.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Mahmudov Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Mahmudov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24.05.2021-ci il tarixdən hesablansın. Mahmudov Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.Təqsirləndirilən şəxs BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-160/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-160/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver