Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-161/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, 15.07.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,076 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 3 ədəd göy rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi 0,272 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd 5 ml-lik birdəfəlik şprisdə 0,007 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib yaşadığı ünvan 2 ünvanda yerləşən evdə, eləcə də 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,085 qram, 2 (iki) ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,048 və 0,076 qram, təmiz ümumi çəkisi 0,209 qram narkotik vasitə olan heroini və 2 ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,047 qram və 0,086 qram təmiz ümumi çəkisi 0,133 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində daşımışdır. 10.05.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri İsrafilbəyov küçəsi, 49 saylı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-yə gətirilmiş və polis idarəsində onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,085 qram, 2 (iki) ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,048 və 0,076 qram, ümumi təmiz çəkisi 0,209 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 2 ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,047 qram və 0,086 qram, ümumi təmiz çəkisi 0,133 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, yaşadığı evə baxış keçirilən zaman 1 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,076 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 3 ədəd göy rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi 0,272 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 1 ədəd 5 ml-lik birdəfəlik şprisdə 0,007 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1992-ci ildən 2020-ci ilə qədər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamışdır. O, 2017-ci ildən narkotik maddə aludəçisidir. 08.05.2021-ci il tarixdə Bakı şəhərinə gedərək orada axşamçağı təsadüfən tanış olduğu “Bandit” ləqəbli şəxsdən ümumilikdə 120 manat pula Bakı şəhəri, Köhnə Yasamal adlanan ərazidə içərisində narkotik vasitə olan heroini 5 ədəd kiçik kağız büküm və içərisində psixotrop maddə metafetamin olan 4 ədəd kiçik büküm alıb Gəncə şəhərinə qayıtmışdır. O özü narkotik maddə aludəçisi olduğu üçün həmin narkotik vasitə və psixotrop maddənin bir qismini evində saxlamış, digər qismini isə üzərində saxlamışdır. 10 may 2021 -ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada yol gedən zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis olduqlarını ona bildirərək özlərini ona təqdim edərək onlarla birlikdə Kəpəz RPİ-yə getməli olduğunu demiş, sonra onu Kəpəz RPİ-nə aparmışlar. Orada vəkilin iştirakı ilə üzərində axtarış keçrilmişdir. Üzərində axtarış aparılan zaman əynində olan olan göy rəngli cins şalvarın sol arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd bankomat kartı, qara rəngli gödəkçənin sağ yan cibindən 1 qutu “Kent” markalı siqaret və 2 ədəd alışqan, sol qoltuq cibindən 1 ədəd içərisində sınmış qol saatı və ona aid olan ehtiyat hissələri, 1 manat kağız pul, 20 qəpik pul və 5 ədəd kağız büküm aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükümlərdən 4 ədədinin içərisində narkotik vasitə olan heroin və 1 ədədinin içərisində psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyulmuş, ona deyilmişdir ki, həmin kütlələr ekspertizaya göndəriləcəkdir. Bundan sonra onun yaşadığı evə onun öz razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında yerləşən paltar şkafında aslımış yaşıl rəngli gödəkçənin sol üst cibindən 3 ədəd kağız büküm aşkar edilmişdir. Həmin kağız bükümlərin birindən narkotik vasitə olan heroin iki ədəd kağız bükümlərdə isə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin gödəkçənin sağ qoltuq cibindən içərisində tünd qəhvəyi rəngli maye olan 1 ədəd şipris aşkar olunmuşdur. Həmin şprisdəki məhlulu özü istifadə etmək üçün hazırlamışdır. Bundan başqa yataq otağında olan digər dolabın içərisində yerləşən hesablayıcı aparatın içərisindən bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Evdən aşkar olunmuş bütün bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Onda aşkar olunan narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üzərində və evində saxlamış və satmaq fikrində olmamışdır. Ona satış məqsədi ilə ittiham verilsə də heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. “Bandit” ləqəbli şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb görüşmüşdür. Bükümlərin sayı çox olsa da ümumi miqdarı azdır və hər dəfə tapa bilmədiyi üçün və qiyməti münasib olduğu üçün bir dəfəyə bir neçə büküm almışdır. Heroini və metamfetamini bir-birinə qarışdıraraq istifadə edir. İlk dəfə cinayət törətməsini, törətdiyi əməlin narkomaniya xəstəliyinə düçar olması ilə bağlı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlaması, narkotik vasitə və psixotrop maddə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10.05.2021-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2-un qarşısında saxlanılaraq Gəncə şəhəri. H.Əliyev prospekti 275 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin gödəkçənin sol qoltuq cibindən 5 ədəd kağız büküm aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükümlərdən 4 ədədinin içərisində kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “heroinə” bənzər kütlə və 1 ədədinin içərisində kəskin spesifik iyli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş ilk baxışdan psixotrop maddə olan metamfetamin” oxşar kütlə elektron tərəzisində çəkilmiş, metamfetamin oxşar kütlənin çəkisi kağız bükümlə birlikdə 0,16 (sıfır tam yüzdə on altı) qram, həmçinin ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi kağız bükümlə birlikdə 0,12 (sıfır tam yüzdə on iki) qram, bundan başqa ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi kağız bükümlə birlikdə 0,13 (sıfır tam yüzdə on üç) qram, bundan başqa ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi kağız bükümlə birlikdə 0,17 (sıfır tam yüzdə on yeddi) qram və bundan başqa ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi kağız bükümlə birlikdə 0,05 (sıfır tam yüzdə beş) qram kağız zərfdə qablaşdırılmış və Az.Respsı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırlmış kütlələrin narkotik vasitə və psixotrop maddə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığıyla yaşadığı baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında yerləşən paltar şkafında asılmış yaşıl rəngli gödəkçənin sol üst cibindən 3 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin kağız bükümlərinin ağzı açılan zaman onlardan bir bükümdə kəskin iyli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər tünd qəhvəyi rəngli kütlə, digər 2 ədəd kağız bükümlərdə isə ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin gödəkçənin sağ qoltuq cibindən içərisində tünd qəhvəyi rəngli maye olan 1 ədəd şpris aşkar olunmuşdur. Bundan başqa yataq otağında olan digər dolabının içərisində yerləşən hesablayıcı aparatın içərisindən bir büküm ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Evdən aşkar olunmuş bütün bükümlər elektron tərəzisində çəkilmiş, 1 ədəd yaşıl rəngli gödəkçənin sol üst cibindən aşkar olunmuş bir büküm çəkisi kağız bükümlə birlikdə 0,19 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir büküm çəkisi kağız bükümlə birlikdə 0,17 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir büküm çəkisi kağız bükümlə birlikdə 0,17 qram narkotik vasitə olan “heroin”ə bənzər kütlə və digər dolabın içərisində olan hesablayıcı aparatın içərisindən aşkar edilmiş çəkisi kağız bükümlə birlikdə 0,48 qram olan psixotrop maddə olan “metamfetaminə” bənzər kütlə zərfdə qablaşdırılaraq zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə edilməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında iştirak etməsi mümkün olmamış Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 15.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğunun olduğu yeri müəyyən edilərək üzərinə şəxsi axtarış keçirilməsi və evə yaşadığı evə baxış keçirilməsindən ötrü əməliyyat qrupu yaradılması və qrupun tərkibinin Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları Şahid1 və Şahid2 ibarət olması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə haqqında” 10.05.2021-ci il tarixli protokoldan, “Baxış keçirilməsi və götürmə haqqında” 10.05.2021-ci il tarixli protokoldan və həmin protokollara əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs oğlu 10.05.2021 -ci il tarixdə saat 14:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçinin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən 1 ədəd kağız bükümdə içində ilk baxışdan psixotrop maddə olan “metamfetaminə oxşar kütlə və 4 ədəd kağız bükümdə içərisində ilk baxışdan narkotik vasitə olan “heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş, həmin kütlələr zərfdə qablaşdırılmış və DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evin yataq otağında yerləşən paltar şkafında asılmış yaşıl rəngli gödəkçənin sol üst cibindən 3 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin kağız bükümlərin ağzı açılan zaman onlardan bir bükümdə kəskin iyli, ilk baxışdan narkotik vasitə olan “heroin”ə bənzər tünd qəhvəyi rəngli kütlə, digər 2 ədəd kağız bükümlərdə isə ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin gödəkçənin sağ qoltuq cibindən içərisində tünd qəhvəyi rəngli maye olan 1 ədəd şpris aşkar olunmuşdur. Bundan başqa yataq otağında olan digər dolabının içərisində yerləşən hesablayıcı aparatın içərisindən bir büküm ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Evdən aşkar olunmuş bütün bükümlər elektron tərəzidə çəkilmiş, 1 ədəd yaşıl rəngli gödəkçənin sol üst cibindən aşkar olunmuş bir büküm çəkisi kağız bükümlə birlikdə 0,19 qram olan psixotrop maddə olan “metamfetamin”ə bənzər kütlə, bir büküm çəkisi kağız bükümlə birlikdə 0,17 qram olan psixotrop maddə olan “metamfetamin”ə bənzər kütlə, bir büküm çəkisi kağız bükümlə birlikdə 0,17 qram narkotik vasitə olan “heroin”ə bənzər kütlə və digər dolabın içərisində olan hesablayıcı aparatın içərisindən aşkar edilmiş çəkisi kağız bükümlə birlikdə 0,48 qram olan psixotrop maddə olan “metamfetaminə” bənzər kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. “Şübhəli şəxsin dindirilməsi haqqında” 11 may 2020-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 12 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun üzərindən və yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitələrheroin və metamfetaminin öz şəxs istifadəsi üçün öz üzərində və evdə saxladığnı demiş, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 11 may 2011-ci il tarixli 16/447 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə olan zərf” yazılar və imzalar olan kağız paketdəki 1 ədəd qəhvəyi rəngli kağız parça bülümündə və 2 ədəd göy rəngli kağız parça bükümlərdəki ayrı-ayrılıqda 0,085 qram, 0,048 qram, 0,076 qram ümumi təmiz çəkisi 0,209 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2 (iki) ədəd göy rəngli kağəız parçası bükümlərində ayrı-ayrılıqda 0,047 qram, 0,086 qram, ümumi təmiz çəkisi 0,133 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs evində aşkar olunmuş kütlələr...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,076 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 3 (üç) ədəd göy rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi 0,272 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 1 (bir) ədəd 5 ml-lik bir dəfəlik şprisdə 0,2 ml həcmində olan məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi – 0,007 qramdır. Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 3 ədəd kağız bükümlərdə olan heroinin təmiz çəkisi bu sahə üzrə ekspert tərəfindən müəyyən edilmiş və məhkəməkimyəvi ekspertin rəyində göstərilən kimi təmiz çəkisi ayrı-ayrılıqda 0,085 qram, 0,048 qram, 0,076 qram, ümumi təmiz çəkisi isə 0,209 qram və 2 ədəd kağız bükümlərdə olan metamfetaminin təmiz çəkisi ayrı- ayrılıqda 0,047 qram, 0,086 qram, ümumi təmiz çəkisi isə 0,133 qram kimi saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,149 qram təşkil edən heroin və ümumi təmiz çəkisi 0,093 qram təşkil edən metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər BPİ-nə məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş 1 ədəd bükümdə heroinin 0,17 qram və 3 (üç) ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminin çəkisi 0,19 qram, 0,17 qram və 0,48 qram kimi qeyd edilmiş, aşkar edilib götürülmüş 1 ədəd kağız bükümlərdə olan heroinin təmiz çəkisi bu sahə üzrə ekspert tərəfindən müəyyən edilmiş və məhkəməkimyəvi ekspertin rəyində göstərilən kimi təmiz çəkisi 0,076 qram və 3 ədəd kağız bükümlərdə olan metamfetaminin təmiz çəkisi ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi isə 0,272 qram Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,056 qram təşkil edən heroin və ümumi təmiz çəkisi 0,212 qram təşkil edən metamfetamin və 1 ədəd videogörüntülərin yer aldığı videodisk iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 0,5 qram olması, külli miqdarın yuxarı həddinin 2 qram, İİ siyahısının 65-ci bəndində psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının 0,15 qram, külli miqdarın yuxarı həddinin 2 qram olması göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən üzərində şəxsi axtarış və götürmə aparılması zamanı 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,085 qram, 2 (iki) ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,048 və 0,076 qram, ümumi təmiz çəkisi 0,209 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 2 ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,047 qram və 0,086 qram, ümumi təmiz çəkisi 0,133 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, yaşadığı evə baxış keçirilən zaman 1 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,076 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 3 ədəd göy rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi 0,272 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 1 ədəd 5 ml-lik birdəfəlik şprisdə 0,007 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə əsaslanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzrərinə və yaşadığı evinə baxış keçirdərkən həmin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız özü istifadə etdiyini bildirmişdir. Eyni zamanda Şahid2 təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi, ittihamın əsasını təşkil edən şahidin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət mövcuddur. Üstəlik təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs kiminləsə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin və metamfetaminin ümumi miqdarı həmin maddələrin şəxsi istehlak miqdarından bir az artıq, bükümlərdəki maddələrin ayrı-ayrılıqda çəkisi isə şəxsi istehlak miqdarından dəfələrlə az olmuşdur. Bu isə təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinin inandırıcılığına dəlalət edir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini və metamfetamini satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və metamfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir. Cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona törətdiyi cinayətə görə məsuliyyət müəyyən edən normanın sanksiyasında alternativ cəza nəzərdə tutulduğu halda azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 10.05.2021-ci il tarixdən 12.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gün həbs müddətinə iki gün cəza müddəti bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi tədbir – yəni narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 0,056 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,212 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (il) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun 10.05.2021-ci il tarixdən 12.05.2021-ci il tarixədək həbsdə olduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriməsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs oğlunun üzərindən və yaşadığı evdən götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 0,149 qram və 0,056 qram narkotik vasitə-heroin və 0,093 qram və 0,212 qram metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-161/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-161/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver