Məhkəmə qərarları › İş №1(043)-164/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-164/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-164/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 06 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, 3-cü dalan, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N ETDİ: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən 01 ədəd H-70237 nömrəli, 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün ov təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silahı və ona aid 02 ədəd ov sursatı olan patronları, həmçinin ümumilikdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 39,694 qram çəkidə narkotik vasitə olan tiryəki qanunsuz olaraq satış məqsədi olmadan əldə edib yaşadığı evdə və üzərində daşıyaraq saxlamış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 06 aprel 2021-ci il tarixdə saat 17-00-da yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsində saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis idarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ arxa cibindən qara rəngli siqaret falqasına bükülü vəziyyətdə içərisində təmiz çəkisi 1,397 qram çəkidə narkotik vasitə olan tiryək, yaşadığı evin yataq otağında olan sandıqçadan isə sellofan paketin içərisində təmiz çəkisi 38,297 qram çəkidə narkotik vasitə olan tiryək və həmin sandıqçanın içərisindən 01 ədəd H-70237 nömrəli, 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün ov təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yaralı olan odlu silah və ona aid 02 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriəndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilməyib ifadəsində göstərdi ki, 2006-cı ildə qonşuları X6 ilə ailə həyatı qurmuş, birgə nigahlarından bir övladları olmuşdur. 2017-ci ildə o, ikinci dəfə tutulduğuna görə rəsmi olaraq boşanmış, oğlu Tuncay anasının himayəsində qalmışdır. O, ilk dəfə narkotik vasitəni qanusuz olaraq saxladığı üçün tutulmuş, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan 2017-ci ildə yenə də narkotik vasitə saxladığına görə və oğurluq etdiyinə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. O, azadlıqdan məhrum etmə ilə bağlı cəzasını 2018-ci ildə çəkib qurtardıqdan sonra cəriməni ödəyə bilmədiyi üçün onun cərimə cəzası Kəpəz Rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Ondan sonra elə bir cinayəti olmamışdır. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir müddət “Azərsu Holdinq”də fəhlə işləmiş, sonra işdən çıxmışdır. O, hazırda atası və anası ilə birlikdə yaşayır, onların təqaüdləri ilə dolanırlar. O, özü 10 ildən çoxdur ki, narkotik vasitənin heroin növündən inyeksiya yolu ilə istifadə etmiş, eyni zamanda narkotik vasitənin tiryək növündən çaya qatmaqla içib qəbul etmişdir. Onun anası Sürəyya Salyan rayonunun Arbatan kəndindəndir, ona görə də o, Salyan rayonununa tez-tez gedib gəlir, uşaqlıq illərinin çox hissəsi də orada keçmişdir. Təxminən 4 ay bundan əvvəl, dəqiq tarixini xatırlmadığı vaxtda o, Salyan rayonuna gedərkən Salyan şəhərində avtovağzal tərəfdə tanımadığı,zahiri görünüşdən narkomana oxşayan İran İslam Respublikasının vətəndaşını görüb onunla söhbət etmiş, həmin şəxs özündə narkotik vasitə olan tiryək olmasını bildirmiş, o, həmin şəxslə danışıb üstündə olan puldan 400 manat tanımadığı həmin şəxsə verərək həmin pulun müqabilində təxminən 30 qram hesabı ilə tiryək almışdır. Onun tiryəki almaqda məqsədi ancaq özünün istifadə etməsi olmuşdur. O, tiryəki alandan sonra gətirib otağında olan sandıqda gizlətmiş, özünün istifadəsi üçün lazım olanda üzərində bir az saxlamışdır. 06 aprel 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə olarkən evlərinə getmək istəyərkən iki nəfər mülki geyimdə şəxslər onu saxlamış, özlərini Kəpəz rayon Polis idarəsinin əməkdaşları kimi təqdim edərək onu Kəpəz rayon Polis İdarəsinə gətirmişlər, orada onun hüquq və vəzifələri izah edilmiş, orada o, vəkillə təmin edilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən sağ arxa cibindən qara rəngli siqaret falqasına bükülüdə saxladığı tiryək aşkar edilmiş, üzərindən başqa bir narkotik vasitə və ya psixotrop maddə, o cümlədən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, həmin kütlə onun və vəkilinin iştirakı ilə aptek tərəzsində çəkilmiş, ümumi çəkisi 1,60 qram olmuşdur. Sonra o, həmin tiryəkdən yaşadığı evdə də olduğunu, evə baxış keçirilməsinə hər hansı bir etirazının olmamasını bildirməklə ərizə vermiş, onun, vəkilinin iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, yataq otağındakı sandıqdan Salyan rayonundan aldığı tiryək aşkar olunub götürülmüşdür. Həmin tiryək də aptek tərəzsində çəkilmiş, 38,35 qram çəkidə olmuşdur. Narkotik vasitə olan tiryək hamısı onun və vəkilinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür Lakin ittihamda qeyd edilən qundağı və lüləsi kəsik vəziyyətdə olan 16 kalibrli ov tüfəngi və həmin tüfəngə aid 02 ədəd patronlar ona məxsus olmamış, yaşadığı evdən belə bir silahsursat aşakar edilməmişdir. Məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin CAŞ-in əməliyyat müvəkkili vəzifəsində iləyir. 06 aprel 2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, 3-cü dalan, ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə və odlu silah gəzdirməklə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, şöbənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs, tərəflərindən əməliyyat müşahidəsinə götürülərək yaşadığı evin yaxınlığında Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində müəyyən edilmiş, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Seymur Quluzdənin ilk olaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Seymuru Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirmiş, bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Kəpəz rayon Pİ-nin Təhqiqat bölməsinə təqdim edilmiş, o, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi nun və onların iştirakı ilə, həmçinin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 çəkilişi ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirməmişdən əvvəl Seymura üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli siqaret falqasına bükülmüş bükülü aşkar edilmiş, həmin bükülüyə baxış keçirmə zamanı bükülüdə narkotik vasitə olan tiryəkin olması məlum olmuş, eyni zamanda Seymurun şalvarının ssağ yan cibindən bir qramlıq boş şpris, bir ədəd boş şüşə qab da aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülüdə olan tiryək aptek tərəzisində tərəflərindən çəkilmiş, bükülü ilə birlikdə çəkisinin 1,60 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryək, bir ədəd boş şpris və bir ədəd boş şüşə qab, qablaşdırılaraq götürülmüş və qablaşdırılaraq onlar və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Seymur, təxminən 3 ay əvvəl narkotik vasitə olan tiryəki 400 manata Salyan rayonunda olarkən tanımadığı iran İslam Respublikasının vətəndaşından almasını və yaşadığı evdə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılıq ərizəsi ilə onun yaşadığı, Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, 3-cü dalan, ev 6 ünvanına baxış keçirmişlər. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs yataq otağındakı sandıqçanın içərisindən bir ədəd lüləsi və qundağı kəsilmiş 16 kalibrli odlu silah və həmin silaha aid 02 ədəd patronlar aşkar edilmiş, həmçinin həmin sadıqçada kəsilmiş sellofan bükülünün də olması məlum olmuş, həmin bükülüyə tərəflərindən baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə olan tiryək olması məlum olmuşdur. Həmin sellofan bükülü tərəflərindən aptek tərəzsində çəkilmiş, bükülü ilə birlikdə 38,35 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evdə digər hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan tiryək, bir ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş odlu silah 02 ədəd patronları ilə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silah-sursatı 2018-ci ildə, dəqiq vaxtını xatırlamadığı vaxtda yaşadığı evə yaxın olan Gəncə çayının kənarından bükülü vəziyyətdə tapmasını bildirmiş, həmçinin evində aşkar edilmiş narkotik vasitə olan tiryək isə üzərində aşkar edilmiş tiryəklə eyni olmasını, həmin narkotik vasitəni də Salyan rayonundan İran İslam Respublikasının tanımadığı vətəndaşından 400 manata almasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X2 və oğlu Seymurla birlikdə yaşayır. Oğlu Seymur bir neçə ildir ki, boşanıbdır, uşağı anasının yanında qalır. Seymur əvvəllər narkotiklə, oğurluqla tutulmuşdur, bir neçə vaxtdır ki, Seymur narkotik vasitədən istifadə edir. Seymur 20 ildir ki, narkotikdən istifadə edir, 10 ildir ki, narkoman kimi qeydiyyatdadır, bir neçə dəfə müalicə etdirsə də heç bir xeyiri olmamışdır. 06 aprel 2021-ci il tarixdə axşam saatlarında ona məlum olmuşdur ki, oğlu Seymuru Kəpəz polisi tutubdur. Daha sonra polis əməkdaşları baxış keçirdikləri evdə yaşayış olmadığından polis əməkdaşlarını görməmişdir. O, Həmin gün evdə olmuşdur. Polis əməkdaşlarının evdən siah aşkar etdiklərindən məlumatı olmamışdır. Polis əməkdaşları ona zəng vurub oğlu Seymurun narkotik və silahla tutulmasını bildirdikdə o, Seymurun narkotik vasitədən istifadə etməsini eşitmiş, amma onda silah olmasını görmədiyini və bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Seymur arada düşəndə Salyan rayonuna gedib-gəlir, ana tərəfi Salayandandır.O, Seymurun otağına heç vaxt girməmiş, sandıqda nə olmasını da bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə xidmət edir. 06 aprel 2021-ci il tarixdə Gəncə şəhəri, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə və odlu silah gəzdirməklə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, şöbənin əməliyyat müvəkkili, polis mayolru Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs, tərəflərindıən əməliyyat müşahidəsinə götürülərək yaşadığı evin yaxınlığında Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində müəyyən edilmiş, özlərini Seymura təqdim etdikdən sonra Seymur Quluzdənin ilk olaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirmişlər, bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Kəpəz rayon Pİ-nin Təhqiqat bölməsinə təqdim edilmiş, Seymur, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi adlı vəkillə təmin edilmiş, onların iştirakı ilə, vəkilin iştirakı ilə həmçinin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 çəkilişi ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Seymura üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa da təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli siqaret falqasına bükülmüş bükülü aşkar edilmiş, həmin bükülüyə baxış keçirmə zamanı bükülüdə narkotik vasitə olan tiryəkin olması məlum olmuş, eyni zamanda Seymurun şalvarının ssağ yan cibindən bir qramlıq boş şpris, bir ədəd boş şüşə qab da aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülüdə olan tiryək aptek tərəzisində tərəflərindən çəkilmiş, bükülü ilə birlikdə çəkisinin 1,60 qram olması məlum olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryək, bir ədəd boş şpris və bir ədəd boş şüşə qab, qablaşdırılaraq götürülmüş, zərfə qoyulmaqla DİNnin 120 saylı möhürü ilə möhürlənmiş, onlar və digər iştirakçılar zərfin üzərinə imza atmaqla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, təxminən 3 ay əvvəl narkotik vasitə olan tiryəki 400 manata Salyan rayonunda olarkən tanımadığı iran İslam Respublikasının vətəndaşından almasını və yaşadığı evdə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılıq ərizəsi ilə Seymurun yaşadığı, Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, 3-cü dalan, ev 6 ünvanına baxış keçirmişlər. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs yataq otağındakı sandıqçanın içərisindən bir ədəd lüləsi və qundağı kəsilmiş 16 kalibrli odlu silah və həmin silaha aid 02 ədəd patronlar aşkar edilmiş, həmçinin həmin sadıqçada kəsilmiş sellofan bükülünün də olması məlum olmuş, həmin bükülüyə tərəfimdən baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə olan tiryək olması məlum olmuş, həmin sellofan bükülü tərəflərindən aptek tərəzisində çəkilmiş, bükülü ilə birlikdə 38,35 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evdə digər hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan tiryək, bir ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş odlu silah 02 ədəd patronları ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar zərfin üzərinə imza atmaqla təsdiq etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silah-sursatı 2018-ci ildə, dəqiq vaxtını xatırlamadığı vaxtda yaşadığı evə yaxın olan Gəncə çayının kənarından bükülü vəziyyətdə tapmasını bildirmiş, həmçinin evində aşkar edilmiş narkotik vasitə olan tiryək isə üzərində aşkar edilmiş tiryəklə eyni olmasını, həmin narkotik vasitəni də Salyan rayonundan İran İslam Respublikasının tanımadığı vətəndaşından 400 manata almasını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 07 aprel 2021-ci il tarixli, 16/325 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə oxşar kütlə” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,731 qram, 0,666 qram ümumi təmiz çəkisi 1,397 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağından sandığın içərisindən aşkar edilmiş tiryəkə oxşar kütlə” yazıları və imzalar olan kağız paketdə, açıq şəkildə təmiz çəkisi 38,297 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir.Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 qramlıq boş şüşə qab və işlənmiş şpiris” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd 1 ml-lik şpirisin və 1 (bir) ədəd üzərinə “Valerianı gkstrat” yazılı şüşə flakonun içərilərində tiryək izləri vardır, tiryək iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı.Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdə olan tiryəklər xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynidir.Tiryək həll olunduğu zaman kimyəvi tərkibini dəyişdiyi üçün qətran şəkilində olan tiryəklər ilə müqaisəli tədqiqatını aparmaq mümkün deyil (i.v.43-46). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 07 aprel 2021-ci il tarixli, 21/244R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 01 ədəd H-70237 nömrəli silah, keçmiş, SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibri İjK madelli, çaxmaqla, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir), texniki cəhətdən sazdır və atəş üçün yaralıdır.Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 15x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üşün nəzərdə tutlmuş, ov sursatıdırlar və atəş üçün yararlıdır. (i.v. 51-57). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli, 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetə qeydiyyata alınması məsləhət görülür (i.v. 158). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 11.06.2021-ci il tarixli, 2476 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə 16.01.2010-cu il tarixdən «Opoidlərdən asılılıq» diaqnozu ilə dispanser qeydiyyatındadır (i.v. 125) Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanserinin 12.06.2021-ci il tarixli, 2052 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur (i.v. 126). “Baxış və götürmə haqqında” 06.04.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu X9 küçəsi, 3-cü dalan, ev 6 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağındakı sandığın içərisindən sellofan bükülüdə içərisində 38,35 qram çəkidə tünd çəhrayı rəngdə narkotik vasitə “tiryəkə”ə oxşar kütlə, həmçinin həmin sandığın içərisindən bir ədəd lüləsi və qundağı kəsilmiş vəziyyətdə 16 kalibrli odlu silah və həmin silaha aid 02 ədəd patron aşkar edilərək götürülmüşdür (i.v. 28-30). 08.04.2021-ci il tarixli “Video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, video diskdə olan 2-ci videoya baxış keçirilərkən məlum olmuşdur ki, həmin video çəkiliş 15 dəqiqə, 49 saniyə müddətinə çəkilmişdir, həmin çəkiliş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanın qarşısına gəlib baxış keçirmə başladığı bildirilir. Baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığı, bu barədə Təqsirləndirilən şəxs razılıq ərizəsi belə verməsi bildirilir. Sonra Təqsirləndirilən şəxs açarla qapını açıb içəri daxil olur, hazırda evdə heç kəsin yaşamadığını bildirir. Təqsirləndirilən şəxs yataq otağına ilk olaraq baxış keçirilir,yataq otağına baxış keçirilərkən Təqsirləndirilən şəxs digər yerləri axtarmağa ehtiyac olmadığını bildirərək yataq otağındakı sandıqçanı açır, oradan ilk olaraq paltarların alt hissəsindən sarı rəngli torbada bir ədəd qundağı kəsilmiş 16 kalibrli odlu silah və 02 ədəd patronlar aşkar edilir, Təqsirləndirilən şəxs həmin silahı çayın kənarından tapmasını bildirilir, sonra sandığın içərisindən bir ədəd iri bükümdə tiryək aşkar edilir, həmin tiryək aptek tərəzsində çəkilir, ümumi çəkisinin 38,35 qram olması məlum olur. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan tiryək, odlu silah və patronlar qablaşdırılır, hər bir iştirakçılar tərəfindən imzalanır, möhürlənərək götürülür. Baxış keçirmə zamanı vəkil Müdafiəçi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan tiryəkin və odlu silahın, patronların ona məxsus olub-olmaması, başqa şəxs tərəfindən qoyulub-qoyulmaması barədə, həmçinin polis tərəfindən təsirə və təzyiqə məruz qalub-şalmaması barədə sual verir, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin, odlu silah və patronların ona məxsus olmasını, silah-sursatı tapmasını, narkotik vasitəni isə Salyan rayonundan tanımadığı şəxsdən almasını bildirir, bununla da yaşayış evinə baxışın başa çatması elan edilir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir (i.v.84-85) İstintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan tiryəkin, eyni zamanda yaşadığı evdə aşkar edilmiş lüləsi və qundağı kəsiz 16 kalibrli odlu silahın 02 ədəd patronları ilə birlikdə Təqsirləndirilən şəxs məxsus olmasını, polisə gətirərkən Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq göstərilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs də Şahid2 düzgün ifadə verməsini deyərək Şahid2 dedilərini təsdiq edərək narkotik vasitə olan tiryəkin və odlu silahın özünə məxsus olmasını bildirmişdir (i.v. 160-161). İstintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan tiryəkin, eyni zamanda yaşadığı evdə aşkar edilmiş lüləsi və qundağı kəsik 16 kalibrli odlu silahın 02 ədəd patronları ilə birlikdə Təqsirləndirilən şəxs məxsus olmasını, polisə gətirərkən Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq göstərilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs də Şahid1 düzgün ifadə verməsini deyərək Şahid1 dediklərini təsdiq edərək narkotik vasitə olan tiryəkin və odlu silahın özünə məxsus olmasını bildirmişdir (i.v. 162-163). Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 11.06.2021-ci il tarixli tələbnamədən görünür ki, o, Gəncə şəhər Nizami Rayonu Məhkəməsinin 28.01.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Kəpəz Rayon məhkəməsinin 04.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 10.09.2018-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə 3000 manat cərimə cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 19.04.19.04.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 121-123). Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.07.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 132-140) Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 04.07.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 3000 manat miqdarında cərimə cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir (i.v. 141-144). “Şübhəli şəxsi tutma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə tutulmuşdur (i.v. 20). Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 4(043)-54/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 06.07.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v. 96-100). Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət olmaqla ictimai təhlükəsizlik əleyhinə olan və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlərdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən 01 ədəd H-70237 nömrəli, 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün ov təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silahı və ona aid 02 ədəd ov sursatı olan patronları, həmçinin ümumilikdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 39,694 qram çəkidə narkotik vasitə olan tiryəki qanunsuz olaraq satış məqsədi olmadan əldə edib yaşadığı evdə və üzərində daşıyaraq saxlamış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 06 aprel 2021-ci il tarixdə saat 17-00 dəqiqədə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsinində saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis idarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ arxa cibindən qara rəngli siqaret falqasına bükülü vəziyyətdə içərisində təmiz çəkisi 1,397 qram çəkidə narkotik vasitə olan tiryək, yaşadığı evin yataq otağında olan sandıqçadan isə sellofan paketin içərisində təmiz çəkisi 38,297 qram çəkidə narkotik vasitə olan tiryək və həmin sandıqçanın içərisindən 01 ədəd H-70237 nömrəli, 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün ov təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yaralı olan odlu silah və ona aid 02 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilməməsini iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyləri, baxış protokolu, maddi sübut və digər sənədlərlə təkzib olunduğundan işin hallarına uyğun olmayan hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06.04.2021-ci il tarixdən hesablanmaqla, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 90 (doxsan) manat pul X3 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş bir ədəd 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün ov təyinatını itirmiş odlu silah və 01 ədəd patron müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş qalıq çəkisi 39,394 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 06 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş bir ədəd 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün ov təyinatını itirmiş odlu silah və 01 ədəd patron müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş qalıq çəkisi 39,394 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün sürəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar