Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-165/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Lokomotiv küçəsi ev 27-də qeydiyyatda olan, Gəncə şəhəri Şıxzamanlı qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin may ayında, günü istintaqa dəqiq məlum olmayan tarixdə özü istifadə etmək məqsədi ilə istifadəsində olan Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən qaz fermasını yaxınlığındakı açıq torpaq sahəsində 10 ədəd dibçəkdə qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan xeyli miqdar təşkil edən, yəni, ümumi sayı 10 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Kəpəz RPİ-nin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman açıq həyətyanı sahədə olan 10 ədəd dibçəkdə ayrı-ayrılıqda əkilmiş xeyli miqdar təşkil edən, yəni, ümumi sayı 10 ədəd və ümumi təmiz çəkisi 4,395 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən qaz fermasının yerləşdiyi ərazi əvvəllər “Avia” təmir zavodunun ərazisinə məxsus olmuş, lakin həmin ərazi boşaldıqdan sonra, artıq 30 ilə yaxındır ki, həmin ərazinin təxminən 5-6 hektarına özü nəzarət edir və əkib-becərir. Bundan əlavə həmin yerdə əvvəllər heyvandarlıqla məşğul olsa da, sonradan həmin ərazidə olan yarımçıq tikilini təmir edərək orada özü üçün yaşayış sahəsi və ferma düzəldərək tək yaşamağa və quşçuluqla məşğul olmağa başlamışdır. O, 2008-ci ildə ailə həyatı qursa da, müəyyən səbəblər üzündən 2009-cu ildə boşanmışdır. Ailə həyatından isə uşağı olmamışdır. Təxminən 10 il bundan qabaq bir dəfə məhkum edilmiş və 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Son vaxtlar spirtli içki alüdəçisi olmuşdur ki, həmin spirtli içkidən asılılıqdan qurtarmaq üçün narkotik vasitə olan marixunadan istifadə etməyə başlamışdır. Narkotik vasitəni isə Kür çayının Samux rayonundan keçən hissəsindən yabanı halda bitmiş kolların hissəsini yığaraq əldə etmişdir. Lakin yığdığı yabanı halda bitmiş marixuananın təsiri az olduğundan fikirləşmişdir ki, onların toxumlarından özü əksin və qulluq etsin ki, təsiri bir qədər çox olsun. Kür çayının sahilindən yığdığı marixuananın xeyli sayda toxumunu evində saxlamışdır ki, 2020-ci ilin təxminən may ayının ortalarında həmin toxumları əkmək üçün sellofandan 16 ədəd dibçək düzəldib həmin dibçəkləri kauçuk yeşiyə qoymuşdur. Daha sonra özündə olan həmin toxumları bir-bir seçərək düzəltdiyi dibçəklərdə əkmişdir. Həmin toxumlardan 10 ədədi əkmək üçün yararlı olmuş, qalanını isə çürük olduğundan atmışdır. Bundan sonra kauçuk qutunu istifadəsində olan torpaq sahəsinin bir yerinə qoyaraq əkdiyi toxumları su verərək, digər formada qulluq edərək becərməyə başlamışdır. Əkdiyi həmin toxumlar bir qədər böyümüşdür ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 18 radələrində o, evində olarkən ərazinin polis sahə rəisi fermaya gəlib ərazidə hansısa oğurluğun olması barədə ondan maraqlanıb getmişdir. Lakin həmin vaxt ona heç bir söz deməmişdir. Həmin günü saat 19:00-da polis əməkdaşları hal şahidləri və mütəxəssis aqronom ilə birlikdə istifadəsində olan əraziyə gələrək narkotik tərkibli bitkiləri əkib-əkmədiyini yoxlamaq üçün istifadəsində olan fermanın açıq həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər və o, onlara heç bir etiraz etməmişdir. Baxış zamanı isə həmin sahədən 1 ədəd çətənə kolu və həmin kolun yaxınlığında plastik qutunun içərisində 10 ədəd sintetik dibçəklərdə hər birində 1 ədəd olmaqla qulluq edib becərdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Lakin onun sahədə ayrılıqda bitmiş 1 ədəd çətənə kolundan heç bir məlumatı olmamış və həmin çətənə kolu yabanı halda bitmişdir. Sorğu zamanı o, həmin kolların marixuana kolları olduğunu, öz istifadəsi üçün əkdiyini və qulluq edərək becərmək istədiyini bildirmişdir. Aşkar edilmiş həmin kollar qablaşdırılmış, baxış keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmişdir. Onun narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsindən və narkotik vasitə istifadə etməsindən heç kəsin, o cümlədən qohuməqrabasının xəbərləri olmamışdır. Çünki o, həmin ərazidə tək yaşayır, ailə üzvülərindən isə heç kim onunla əlaqə saxlamır və yanına gəlib-getmir. O, heç vaxt narkotik vasitə olan marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halları nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, 1993-cü ildən X11 işləməklə, 2015-ci ildən Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin 19 saylı inzibati ərazisində xidmət aparır və həmin əraziyə Gəncə şəhəri Şıxzamanlı qəsəbəsi də daxildir ki, həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhər sakini kimi tanıyır və onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Bildiyinə görə artıq uzun müddətdir ki, Təqsirləndirilən şəxs Şıxzamanlı qəsəbəsində sahibsiz binanı təmir edərək orada yaşayır və orada qaz saxlayır, həmçinin həmin ərazidəki sahibsiz torpaqdan istifadə edir. Son vaxtlar Şıxzamanlı qəsəbəsində bir sıra xırda oğurluq halları baş vermişdir ki, xx xxxx 2020-ci il tarixdə həmin əraziyə gedərək sakinlərlə profilaktiki söhbətlər etməyə başlamışdır. Həmin günü saat təxminən 18 radələrində həmçinin Təqsirləndirilən şəxs yaşadığı əraziyə gedərək onunla da profilaktiki söhbətlər aparıb oradan qayıdarkən onun istifadəsində olan açıq torpaq sahəsində bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolunun olduğunu görmüşdür. O, oradan dərhal Kəpəz RPİ-nə gələrək idarə rəhbərliyinə məruzə etmiş və Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı Asəf Musayev, CAŞ-nin əməkdaşı Şahid2, aqranommütəxəssis Qurban Məmmədovla birlikdə əraziyə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinə gəlmişlər. Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinə baxış keçiriləcəyi ilə bağlı xəbərdarlıq etmiş və iki nəfər də hal şahidi dəvət edib Əbülfət Məmmədovun istifadəsində olan həyətyanı sahəyə baxış keçirməyə başlamışlar. Baxış zamanı həmin sahədən 1 ədəd yaşıl halda kəskin iyli çətənə koluna oxşar bitki və həmin çətənə kolunun yaxınlığında plastik qutunun içərsində 16 ədəd sintetik dibçək, həmin dibçəklərdən 10 ədədinin hər birində isə 1 ədəd olmaqla 10 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı mütəxəssisaqronom sahədə əkilmiş 1 ədəd kolun narkotik tərkibli çətənə bitki cinsinin yabanı növünə aid olduğunu, heç bir aqrotexniki qaydada qulluq olunmadığını, lakin dibçəklərdə olan bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu və həmin bitkilərin də narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisindən onun heç bir məlumatının olmadığını, dibçəklərdə olan narkotik tərkibli bitkiləri isə gələcəkdə özü istifadə etmək məqsədi ilə əkdiyini və qulluq edib becərdiyini bildirmişdir. Aşkar olunmuş həmin narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Baxış keçirilən zaman isə şəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri Şıxzamanlı qəsəbəsində olarkən polis əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etdikdən sonra həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə onlar tərəfindən baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişdir. O, heç bir etiraz etməmiş və polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə getmişdir. Orada ondan başqa İlqar adlı şəxs də hal şahidi kimi dəvət olunmuşdur. Baxış keçirilməzdən əvvəl onlara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşlarının və mütəxsəsis-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan Gəncə şəhəri Şıxzamanlı qəsəbəsində yerləşən qaz fermasının açıq həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin sahədən 1 ədəd yaşıl halda kəskin iyli çətənə bitki kolu və həmin çətənə kolunun yaxınlığında plastik qutunun içərisində 16 ədəd sintetik dibçək, həmin dibçəklərdən 10 ədədininin hər birində isə 1 ədəd olmaqla 10 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Baxış zamanı mütəxəssis-aqronom həmin sahədən götürülmüş 1 ədəd kolun narkotik tərkibli çətənə bitki cinsinin yabanı növünə aid olduğunu, heç bir aqrotexniki qaydada qulluq olunmadığını, lakin dibçəklərdə olan bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu və həmin bitkilərin də narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Sorğu zamanı Əbülfət adlı şəxs yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisindən onun heç bir məlumatının olmadığını, dibçəklərdə olan narkotik tərkibli bitkiləri isə gələcəkdə özü istifadə etmək məqsədi ilə əkdiyini və qulluq edib becərdiyini bildirmişdir. Aşkar olunmuş həmin narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Baxış keçirilən zaman isə foto şəkillər çəkilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 Şahid3 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə verib Təqsirləndirilən şəxs istifadəsində olan Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən açıq həyətyanı sahəsinə baxış keçirilən zaman həmin sahədə dibçəklərdə ayrı-ayrılıqda əkilmiş 10 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilməsini göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşı Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o da, şahid Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli, 881 nömrəli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. Aqronom-mütəxəssis X10 tərəfindən tərtib edilərək imzalanmış rəydən görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan açıq bağ sahəsinə baxış keçirilmiş və baxış zamanı həmin sahədə hündürlüyü 105 sm, kütləsi 415 qram olan Çətənə bitki cinsinin (Cannabis ruderalis) yabanı növünə aid bir ədəd bitki kolu aşkarlanmış, bundan əlavə 16 (on altı) ədəd sintetik dibçəklərdən 10 (on) ədədinin hər birində hündürlükləri 5, 6, 7 sm olan əkilmiş çətənə bitkilərinə də rast gəlinmiş və dibçəklərdəki bitkilərə xüsusi qulluq göstərilmişdir. xx xxxx 2020-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokolundan görünür ki, baxış zamanı həmin sahədən 1 ədəd yaşıl halda kəskin iyli çətənə bitki kolu və həmin çətənə kolunun yaxınlığında plastik qutunun içərsində 16 ədəd sintetik dibçəklərdən 10 ədədininin hər birində 1 ədəd olmaqla narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Götürülmüş 1 ədəd çətənə bitki kolu tərəzidə çəkilmiş –çəkisi 415 qram, hündürlüyü 105 sm olmuşdur. Baxış zamanı mütəxəssis-aqronom həmin sahədən götürülmüş 1 ədəd kolun hündürlüyü 105 sm, kütləsi 415 qram ağırlığında olan Çətənə bitki cinsinin yabanı növünə aid olduğunu heç bir aqrotexniki qaydada qulluq olunmadığını və 16 ədəd sintetik dibçəklərdən 10 ədədinin hər birində 1 ədəd olmaqla 5,6,7 sm hündürlüklərdə aqrotexniki qaydada qulluq olunan narkotik tərkibli Çətənə bitkiləri olduğunu bildirmişdir. Götürülmüş hündürlüyü 105 sm, kütləsi 415 qram ağırlığında olan Çətənə bitkisinin yabanı növünə aid 1 ədəd kol və 16 ədəd sintetik dibçəklərdən 10 ədədininin hər birində 1 ədəd olmaqla 5,6,7 sm hündürlüklərdə aqrotexniki qaydada qulluq olunan narkotik tərkibli çətənə bitkiləri zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin 120 iyli möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 16/393 ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Vət. Təqsirləndirilən şəxs Gəncə şəhəri Şıxzamanlı qəsəbəsindəki həyətyanı sahəsindən aşkar olunmuş 16 ədəd dibçəklərdən 10 (on) ədədində əkilmiş çətənə bitkiləri.” adlar və imzalar olan kağız bağlamadakı, bir ədəd kauçuk yeşikdə olan 16 (on altı) ədəd polietilen dibçəklərdən ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 4,395 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri olmaqla, təqdim olunmuş üzərində, “Vət. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Şıxxzamanlı qəsəbəsindəki evin həyətyanı sahəsindən aşkar olunmuş 1 ədəd çətənə kolu.” adlar və imzalar olan kağız bağlamadakı, 1 (bir) ədəd, təmiz çəkisi 386 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətən (kannabis) bitkisidir. Həmçinin rəydən görünür ki, aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş 1 (bir) ədəd təmiz çəkisi 386 qram olan bitki çətənə bitki cinsinin yabanı növüdür. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş 10 (on) ədəd, ümumi təmiz çəkisi 4,395 qram olan bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ekspertiza tədqiqatından 32.40 manat təşkil edir. xx xxxx 2020-ci il tarixli, 895 nömrəli “şübhəli şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan o, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmışdır. xx xxxx 2020-ci il tarixli, 904 nömrəli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Lokomotiv küçəsi, ev 27-də qeydiyyatda olan, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yaşayan Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınmış Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs RF Puskovsk Şəhər Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə RSFSR CM-nin 206 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə AR CM-nin 186 və 214-1-ci maddələri ilə təqsirli bilinib qazancının 20 % faizi tutulmaqla 01 il islah işləri cəzasına, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs AZ CM-nin 76.1 və 76.3.1-ci maddələri ilə rəhbər tutularaq cəzasının çəkilməmiş qalan 03 ay 26 gün hissəsini çəkmədən vaxtından əvvəl şərti azad olunmuşdur. xx xxxx 2020-ci il tarixli, 921 nömrəli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx xxxx 2020-ci il tarixli, 904 nömrəli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvədə saxlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X3 xx xxxx 2020-ci il tarixli, 2337 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli, 2346 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Kəpəz rayon İHB-nın Şıxzamanlı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 705 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Gəncə şəhər Kəpəz rayon İHB-nın Şıxzamanlı qəsəbəsi İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakteriza olunur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzabçəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. xx xxxxxxxx 2020-ci il tarixli, 1021 nömrəli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixdə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tanınması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış,Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 234.1, 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2020ci ilin may ayında əkməsi saxlanılmış, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində bitmiş 1 ədəd narkotik tərkibli bitkisini əkməsi və ona xüsusi qulluq göstərməsi öz təsdiqini tapmadığından həmin 1 ədəd narkotik tərkibli çətənə bitkisini əkməsi xüsusat üzrə ona ittiham elan edilməmiş,cinayətişiüzrə təmiz qalıq çəkisi 4,195 qram təşkil edən 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə onun müdafiəçisi cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş, Cinayət işi üzrə təmiz qalıq çəkisi 385,98 qram təşkil edən 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün xüsusi qaydada məhv edilməsi üçün Gəncə şəhər BPİ-nə təhvil verilmiş, iş üzrə təqsirləndirilən və şahid ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertlərin rəyləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, baxış protokolunu, aqronom-mütəxəssisin rəyini, məhkəmə-bioloji ekspertizasının rəyini, məhkəmə-narkoloji ekspertizasının rəyini, sübutların qiymətləndirilməsi haqqında qərarı, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. X14 Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə(kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarının 19cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, şəxsiyyətini xarakterizə edən halları,cəmiyyətdən təcrid olunmadan da onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 21:00-da növbəti gün səhər saat 08:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.195 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 21:00-dan növbəti gün səhər saat 08:00dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.195 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabından 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-165/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-165/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver