Məhkəmə qərarları › İş №1(043)-165/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-165/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-165/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,461 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 03 aprel 2021-ci il tarixdə saat 22:05 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Abad Ticarət Mərkəzinin qarşısında sərnişin kimi əyləşdiyi tanışı X3 idarə etdiyi Qazel markalı, ** FL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə “Covid-19” pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin rejiminin tələblərini tibbi maskadan istifadə etməməklə pozduğu üçün Gəncə şəhər BPİ-nin PPX-taborunun əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz olaraq daşıyaraq saxladığı psixotrop maddəni məsuliyyətdən yayınmaq üçün tullamaq istəyərkən həmin psixotrop maddə ilə birlikdə saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman saxlanılarkən atmaq istədiyi bir ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,461 qram çəkidə psixotrop maddə olan metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, özünün və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmazdan 1-2 ay əvvəldən narkotik vasitə istifadə etməyə başlamışdır. 03.04.2021-ci il tarixdə saat 22:05 dəqiqədə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə tanışı Şahid3 idarə idarə etdiyi QAZEL markalı ** FL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda oturub gedən zaman həmin küçədə yerləşən “Gəncə Abad Ticarət Mərkəzi”nin qarşısında maskadan istifadə etmədiyi üçün xidmətdə olan polis əməkdaşları avtomobili saxladaraq əvvəlcə özlərini onlara təqdim etmişlər. Sonra isə onun avtomobildən düşməyini tələb etmişlər. O da avtomobildən düşmüş həmin vaxt şalvarının sağ arxa cibində içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükülü olmuşdur. Həmin bükülünü atmaq istəyərkən polis əməkdaşları onun davranışından şübhələndiyi üçün bükülünü cibində saxlamasını demişdirlər. Bundan sonra onu Kəpəz RPİ-yə gətirmişlər. Orada müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları və müdafiəçimin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd Samsung J6 markalı mobil telefon, 5 manat pul, şalvarının sağ arxa cibindən sellefona bükülmüş içərisində ona məxsus psixotrop maddə metamfetamin olan kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş psixotrop maddə olan metamfetamin elektron tərəzisində çəkilmiş, kütlənin ümumi çəkisi 0,61 (sıfır tam yüzdə altmış bir) qram olmuşdur. Aşkar edilmiş kütlə qablaşdırılıb möhürlənib, üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 1 ədəd Samsung J6 markalı mobil telefon, 5 manat pul özünə qaytarılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş o və iştirakçılar protokolun doğruluğunu imzalarla etmişlər. Onun üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamini təxminən 2-3 gün qabaq yəni 01.04.2021-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri Z.Hacıyev küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən "Sovxoz Nizami" adlanan yerin yaxınlığında yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamış, satmaq fikrində olmamış, psixotrop maddə olan metamfetamini əvəzli və ya əvəzsiz olaraq pul müqabilində və ya pay kimi heç kimə verməmişdir. Onun üzərində psixotrop maddə olan metamfetamini saxlamağından Şahid3 və heç kimin xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır, narkotik vasitələrdən daha istifadə etmir, ilk dəfə qəsdən cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis nəfəri vəzifəsində xidmət edir. 03.04.2021-ci il tarixdə saat 22:05 dəqiqədə Gəncə şəhər BPİ-nin PPXT-nun 2-ci bölüyünün polis nəfəri polis serjantı Şahid2 ilə 4695 çağırışlı patrul avtomaşını ilə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində xidmətdə olan zaman həmin küçədə yerləşən “Dubay bazarı” kimi tanınan “Gəncə Abad Ticarət Mərkəzi”nin qarşısında hərəkətdə olan QAZEL markalı tünd qırmızı rəngli ** FL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində sərnişin qismində oturan bir nəfər adı onlara sonradan məlum Təqsirləndirilən şəxs tibbi maskadan istifadə etmədiyini görüb avtomobili saxladaraq həmin şəxsin avtomobildən düşməsini xahiş etmişlər. Həmin vaxt avtomobildən düşən Təqsirləndirilən şəxs əlini şalvarının arxa cibinə ataraq bir ədəd bükülünü yerə atmaq istədiyini görüb ona bükülünü yerə atmamasını deyib həmin bükülünü cibinə qaytarıb qoymasını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Kəpəz RPİnə gətirilmişdir. Təqsirləndirilən şəxs yerə atmaq istədiyi bükülünün içərisində narkotik vasitə olması ehtimal olduğundan onun üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti üzrə raportla Kəpəz RPİ-nə müraciət etmişlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs yerə atmaq istədiyi bükülünün içərisində narkotik maddə olması ehtimal edildiyi üçün müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd Samsung J6 markalı mobil telefon, 5 manat pul, şalvarının sağ arxa cibindən selefona bükülmüş içərisində ağ rəngli, kristal formasında ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş ilk baxışdan psixotrop maddə olan “metamfetamiın”ə oxşar kütlə elektron tərəzisində çəkilmiş, "metamfetamin“ə oxşar kütlənin ümumi çəkisi 0,61 (sıfır tam yüzdə altmış bir) qram olmaqla zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Samsung J6 markalı mobil telefon, 5 manat pul özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən dövriyyəsi qadağan edilmiş və ya sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlayarkən orada polis əməkdaşı Şahid2 və Qazel markalı ** FL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü olmuşlar, Kəpəz rayon Polis İdarəsində isə onun üzərinə şəxsi axtarış keçirilərkən və təqdim edilmiş əşyaya baxış keçirilib götürülərkən polis əməkdaşı Şahid2 və o, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi olmuş, ayrı bir kənar şəxs olmamışdır. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirərkən və ona məxsus olan təqdim edilmiş metamfetaminə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddəni 2-3 gün əvvəl yəni 01.04.2021-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Savxoz Nizami” adlanan yerdən tapmasını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alıb-almaması və ya kimlərəsə də narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması barədə heç bir məlumatı yoxdur, ona görə də bu barədə heç nə deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis nəfəri Şahid2 Arif oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2-3 aya yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır. 03.04.2021-ci il tarixdə saat 22:05 dəqiqədə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində “Dubay bazarı” kimi tanınan ticarət mərkəzinin qarşısından idarə etdiyi QAZEL markalı tünd qırmızı rəngli ** FL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı ünvana gedən zaman həmin vaxt yanında əyləşmiş tanışı Təqsirləndirilən şəxs tibbi maskadan istifadə etmədiyi üçün yoldan keçən polis əməkdaşları avtomobili saxladaraq əvvəlcə özlərini onlara təqdim edib Hümbətin avtomobildən düşməyini xahiş etmişlər, Hümbət də avtomobildən düşmüşdür. Həmin vaxt polis əməkdaşları Hümbətdən şübhələnərək Hümbəti Kəpəz RPİ-yə aparmışdırlar. O da Hümbətin arxasınca İdarəyə getmiş, burada ona məlum olmuşdur ki, Hümbət üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirdiyi üçün tutulmuşdur. O, Hümbətin nə məqsədlə üzərində qanunsuz psixotrop maddə gəzdirməsinin səbəbini bilmir, həmçinin həmin vaxt da onun üzərində psixotrop maddə olmasını bilməmiş, Hümbətin psixotrop maddə aludəçisi olub-olmadığını da bilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni hardan əldə etməsini bilmir, Hümbətin əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alıb-almaması və ya kimlərəsə də narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması barədə heç bir məlumatı yoxdur, ona görə də bu barədə heç nə deyə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 aprel 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 aprel 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən sellofana bükülmüş, içərisində ağ rəngli kəskin spesifik iyli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüş, kütlə elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisinin 0,61 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 04 aprel 2021-ci il tarixli 16/312 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə...” yazıları və imzalar olan kağız paketdəki, bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,461 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin 22 iyun 2021-ci il tarixli 746 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 08.05.2021-ci il tarixli arayışdan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli, 1(088)-158/2012 saylı hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2012-ci il tarixli, 1(104)- 262/2012 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29.10.2012-ci il tarixli qərarı ilə həmin hökm əsas cəza hissəsində dəyişdirilərək ona 06 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 24.05.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən residivin yaranmasına səbəb olmur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməmişdir. Buna görə də məhkəmə cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı orta həddə təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə düçar olması nəzərə alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs müalicə aldığı dövrdə müalicə müəssisəsi onun cəzasını çəkdiyi yer hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin ekspertizadan sonrakı qalığı – 0,411 qram metamfetamin məhv edilməli, 03 aprel 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində şübhəli şəxsin üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22). Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 84 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə aldığı müddətdə müalicə müəssisəsi onun cəzasını çəkdiyi yer hesab edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin ekspertizadan sonrakı qalığı – 0,411 qram metamfetamin məhv edilsin, 03 aprel 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində şübhəli şəxsin üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) köçürülsün. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 84 (səksən dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar