Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-168/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 01.11.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1990-cı ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkar, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdə saat 09 radələrindən 05 aprel 2021-ci il tarixə saat 13 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan 0.0667 ha torpaq ərazisində meşə fonduna daxil olmayan köküstə yaş halda 1 (bir) ədəd 450 manat dəyərində diametri 13 santimetr olan alma cinsli ağacı, 1 ədədi 450 manat olmaqla ümumilikdə 900 manat dəyərində 2 ədəd diametri 15 santimetr olan alma cinsli ağacı, 1 ədədi 540 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 2 ədəd diametri 17 santimetr olan alma cinsli ağacı, 1 ədədi 540 manat olmaqla ümumilikdə 2160 manat dəyərində 4 ədəd diametri 18 santimetr olan alma cinsli ağacı, 1 ədədi 540 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 2 ədəd diametri 20 santimetr olan alma cinsli ağacı, 1 ədəd 600 manat dəyərində diametri 21 santimetr olan alma cinsli ağacı, 1 ədəd 600 manat dəyərində diametri 22 santimetr olan alma cinsli ağacı və 1 ədəd 750 manat dəyərində diametri 26 santimetr olan alma cinsli ağacı “Kobra” markalı motorlla mişarla qanunsuz kəsərək ümumilikdə 10 X5 və Təbii Sərvətlər İdarəsinə vahid niyyətlə 7620 manat dəyərində külli miqdarda ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, gündəlik olaraq qazancını kənd təsərrüfatı ilə məşğul olaraq əldə edir. 2013-cü ildə o, X4 şəhəri, Hacıkənd qəsəbəsində yerləşən 0,0667 hektar torpaq sahəsini içərisindəki 582,8 kvadrat metr ölçüsündə qeyri yaşayış əmlak kompleksləri ilə birlikdə almış, əmlak kompleksinə mülkiyyət hüququ ona məxsus olsa da, torpaq sahəsi dövlət mülkiyyətində olmaqda icarə hüququ ilə istifadəsindədir. Həmin torpaq sahəsini qeyri-yaşayış binaları ilə birlikdə istirahət mərkəzi kimi istifadə etmək məqsədi olsa da, şəxsi işlərinin qaydasında getmədiyinə görə o, oranı işlədə bilməmiş və həmin obyekt fəaliyyətsiz qalmışdır. Obyekti alarkən həyətində alma ağacları da olmuşdur. 2021-ci ilin mart ayının əvvəlində o, həmin torpaq sahəsinin həyətində moruq ağacları əkməyi, həmçinin mal-qara saxlayıb sataraq qazanc əldə etməyə qərar vermişdir. Həmin torpaq sahəsinin həyətində çoxlu sayda alma ağacları olmuşdur. Həmin alma ağacları torpağın əkilib becərilməsinə maneçilik törətdiyi üçün onları kəsmək qərarına gəlmişdir. Hələ ondan əvvəl orada olan ağaclardan bir neçəsi kəsilmişdir. Bu məqsədlə 04 aprel 2021-ci il tarixdə saat təxminən 09 radələrindən 05 aprel 2021-ci il saat 13 radələrinədək olan müddət ərzində o, özünə məxsus “Kobra” markalı motorlla mişarla torpaq sahəsində köküstə yaş halda alma cinsində diametrləri 13 sm olan 1 ədəd, 15 sm olan 2 ədəd, 17 sm olan 2 ədəd, olmaqla ümumilikdə 20 ədəd ağacları kəsmiş, kəsilmiş ağacların hamısı torpaq sahəsində qalmışdır. 05 aprel 2021-ci il tarixdə o, kəsdiyi ağacları hissələrə bölərkən təxminən saat 13 radələrində 10 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun torpaq sahəsinə gələrək alma cinsindən olan 14 ədəd köküstə yaş və 6 ədəd köküstə quru halda ağacları qanunsuz olaraq kəsməyini bildirərək ona həmin kəsimi dayandırmağını bildirmişlər. Bundan sonra həmin əməkdaşlar onun iştirakı ilə ağaclara baxış keçirdib müvafiq akt tərtib edərək onun izahatını alıb müvafiq sənədləşməni aparmışlar. O isə öz kəsimini dayadırmış, bundan sonra 13 aprel 2021-ci il tarixdə 10 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gələrək kəsdiyi ağaclara yenidən baxış keçirmişlər.O, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən onun istifadəsində olan dövlət mülkiyyətindəki 0,0000667 ha torpaq sahəsindən 04 aprel 2021-ci il tarixdə saat təxminən 09 radələrindən 05 aprel 2021-ci il saat 13 radələrinədək olan müddət ərzində ümumilikdə 14 ədəd köküstə yaş halda, 6 ədəd köküstə quru halda alma cinsindən olan ağac kəsmişdir.Ağacların yaşları cavan qeyd olunsa da həmin ağaclar yaşlı olmaqla bir neçə il ömrü qalmışdır.Ağacların qiyməti yüksək hesablanmaqla dəyən zərər şişirdilmişdir. Hazırda hərəkətindən peşman olduğunu və həmin sayda yeni cavan ağac əkməklə kəsdiyi ağacları bərpa edəcəyini bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş 10 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2016-cı ildən 10 X5 və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Vəzifəsi 10 X5 və Təbii Sərvətlər İdarəsinin hüquqi məsələlərini tənzimləməkdən ibarətdir. İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq şöbəsinin əməkdaşları idarənin tabeçiliyində olan inzibati ərazilərdə ətraf mühitin mühafizəsinin təmini məqsədilə mütəmadi monitorinqlər həyata keçirmişlər. Həmin qaydalara uyğun olaraq 05 aprel 2021-ci il tarixdə Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun müdiri Şahid2, su hövzələrində bioloji resursların qorunması qrupunun baş mütəxəssisi Şahid3 və mühafizə yegeri Şahid4 Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində monitorinq həyata keçirərəkən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində köküstə yaş halda alma cinsindən olan diametri 13 sm 1 (bir) ədəd, 15 sm 2 (iki) ədəd, 17 sm 2 (iki) ədəd, 18 sm 4 (dörd) ədəd, 20 sm 2 (iki) ədəd, 21 sm 1 (bir) ədəd, 22 sm 1 (bir) ədəd, 26 sm 1 (bir) ədəd, köküstə quru halda isə 13 sm 1 (bir) ədəd, 15 sm 2 (iki) ədəd, 16 sm 2 (iki) ədəd, 23 sm 1 (bir) ədəd olmaqla ümumilikdə 20 (iyirmi) ədəd ağacların kəsilməsi müşahidə edilmiş, bununla bağlı Təqsirləndirilən şəxs iştirakı ilə baxış aktı və 13 saylı müşahidə aktı tərtib edilmişdir. Həmin aktlara əsasən idarə tərəfindən 13 aprel 2021-ci il tarixli 61 saylı sərəncam qəbul edilmiş, həmin sərəncam əsasında şöbənin baş məsləhətçi-müfəttişi Şahid1 və məsləhətçi-müfəttişi Şahid5 tərəfindən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi ərazisində aşkar edilmiş qanunsuz ağac kəsimi ilə bağlı tərtib edilmiş 05.04.2021-ci il tarixli 13 saylı müşahidə aktında qeyd olunanlar yerində araşdırılmışdır. Təqdim edilən sənədlərin təhlili zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətini 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışına əsasən Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində Təqsirləndirilən şəxs 582,8 kvm əmlak kompleksindəki tikililərin xüsusi mülkiyyətinə 0,0667 hektar dövlət mülkiyyətində olan torpaq səhəsinin isə istifadəsinə verildiyi məlum olmuşdur. Bundan sonra idarənin əməkdaşları tərəfindən bununla bağlı akt tərtib edilmiş, həmin akta əlavə edilmiş hesabatla isə təbiətə 7620 manat dəyərində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bundan sonra toplanmış sənədlərin təhlili əsasında Təqsirləndirilən şəxs tərəfindən 14 ədəd kök üstə yaş halda alma cinsli ağacın qanunsuz olaraq məhv olunması nəticəsində Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların götürülməsi qaydası” haqqında qərarının tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, yaşıllıqların götürülməsinə dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri, qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda və ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yol verilir. Yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Araşdırma zamanı Təqsirləndirilən şəxs qeyd olunan alma ağaclarının kəsilməsi üçün müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı olmadığı, o cümlədən yaşıllığın götürülməsi vərəqinin verilmədiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin ağacları qanunsuz olaraq kəsmişdir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olduğundan toplanmış material qanunvericiliyə uyğun müvafiq tədbir görülməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs kəsdiyi alma ağaclarının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmuş, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə sadəcə istifadə hüquq olmuş, kəsilmiş alma ağacları meşə fonduna daxil olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri Hacıkənd qəsəbəsi ərazisində yerləşən istifadəsində olan torpaq sahəsindəki yaşıllıqların götürülməsi ilə bağlı ərizə ilə müraciət etməmiş, bununla bağlı hər hansı bir rəy, qərar və ya yaşıllığın götürülməsi vərəqi verilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan meyvə ağaclarını qanunsuz kəsmiş və təbiətə 7620 manat dəyərində külli miqdarda ziyan vurmuşdur.Həmin ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən 10 X5 və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi- müfəttişi vəzifəsində işləyir. Vəzifəsi idarənin tabeçiliyində olan inzibati ərazilərdə ətraf mühitin mühafizəsinə nəzarətdən ibarətdir. Belə ki, idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq ətraf mühitin mühafizəsinin təmini məqsədilə idarənin tabeçiliyində olan inzibati ərazilərdə monitorinqlər həyata keçirilir və aşkar edilmiş ekoloji pozuntu hallarına qarşı nəzarət tədbirləri görülür. Həmin qaydalara uyğun olaraq 05 aprel 2021-ci il tarixdə sektorun müdiri Şahid2, baş mütəxəssisi Şahid3 və mühafizə yegeri Şahid4 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayunı, Hacıkənd qəsəbəsində ekoloji monitorinq həyata keçirmişlər. Həmin monitorinq zamanı ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində istifadəsində olan torpaq sahəsində köküstə yaş halda alma cinsindən olan diametri 13 sm 1 (bir) ədəd, 15 sm 2 (iki) ədəd, 17 sm 2 (iki) ədəd, 18 sm 4 (dörd) ədəd, 20 sm 2 (iki) ədəd, 21 sm 1 (bir) ədəd, 22 sm 1 (bir) ədəd, 26 sm 1 (bir) ədəd, köküstə quru halda isə 13 sm 1 (bir) ədəd,15 sm 2 (iki) ədəd, 16 sm 2 (iki) ədəd, 23 sm 1 (bir) ədəd olmaqla ümumilikdə 20 (iyirmi) ədəd ağacların kəsilməsi müşahidə edilmiş, bununla bağlı Təqsirləndirilən şəxs iştirakı ilə baxış aktı və 13 saylı müşahidə aktı tərtib edilmişdir. Həmin aktlar idarəyə məruzə edilmiş, idarənin rəhbərliyiŞ tərəfindən 13 aprel 2021-ci il tarixdə 61 saylı sərəncam qəbul edilmişdir. Bundan sonra həmin sərəncam əsasında o, sektorun məsləhətçi-müfəttişi Şahid5 ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi ərazisində aşkar edilmiş qanunsuz ağac kəsimi ilə bağlı tərtib edilmiş 05.04.2021-ci il tarixli 13 saylı müşahidə aktında qeyd olunanlar yerində araşdırmış, araşdırmaŞ zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətini 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışına əsasən Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində Təqsirləndirilən şəxs 582,8 kvm əmlak kompleksindəki tikililərin xüsusi mülkiyyətinə, 0,0667 hektar dövlət mülkiyyətində olan torpaq səhəsinin isə istifadəsinə verildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs istifadəsinə verilmiş, həmin əraziyə baxış keçirilənŞ zaman tərtib edilmiş 05.04.2021-ci il tarixli baxış aktında qeyd olunan faktlar öz əksini tapmışdır. Belə kiŞ, ərazidə alma cinsindən kök üstə yaş halda olmuş diametri 13 sm-dən 1 (bir) ədəd, 15 sm-dən 2 (iki) ədəd, 17 sm-dən 2 (iki) ədəd, 18 sm-dən 4 (dörd) ədəd, 20 sm-dən 2 (iki) ədəd, 21 sm-dən 1 (bir) ədəd, 22 sm-dən 1 (bir) ədəd, 26 sm-dən 1 (bir) ədəd, kök üstə quru halda olmuş diametriŞ 13 sm-dən 1 (bir) ədəd, 15 sm-dən 2 (iki) ədəd 15 sm-dən 2 (iki) ədədŞ 23 sm-dən 1 (bir) ədəd olmaqla cəmi 20 (iyirmi) ədəd ağacın kəsilərək məhv edilmişdir. Bundan sonra bununla bağlı akt tərtib edilmiş, həmin akta əlavə edilmiş hesabatla isə təbiətə 7620 manat dəyərində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, 2000-ci ildən 10 X5 və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun müdiri vəzifəsində işləyir. Vəzifəsi idarənin tabeçiliyində olan inzibati ərazilərdə ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji manitorinqlərin həyata keçirilməsindən ibarətdir. Belə ki, tərəflərindən mütəmadi olaraq ətraf mühitin mühafizəsinin təmini məqsədilə idarənin tabeçiliyində olan inzibati ərazilərdə monitorinqlər həyata keçirilir və aşkar edilmiş ekoloji pozuntu hallarına qarşı nəzarət tədbirləri görülür. Həmin qaydalara uyğun olaraq 05 aprel 2021-ci il tarixdə o, Şahid3 və mühafizə yegeri Şahid4 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayunı, Hacıkənd qəsəbəsində ekoloji monitorinq həyata keçirmişlər. Həmin monitorinq zamanı ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində istifadəsində olan torpaq sahəsində köküstə yaş halda alma cinsindən olan diametri 13 sm 1 (bir) ədəd, 15 sm 2 (iki) ədəd, 17 sm 2 (iki) ədəd, 18 sm 4 (dörd) ədəd, 20 sm 2 (iki) ədəd, 21 sm 1 (bir) ədəd, 22 sm 1 (bir) ədəd, 26 sm 1 (bir) ədəd,Ş köküstə quru halda isə 13 sm 1 (bir) ədəd,15 sm 2 (iki) ədəd, 16 sm 2 (iki) ədəd, 23 sm 1 (bir) ədəd olmaqla ümumilikdə 20 (iyirmi) ədəd ağacların kəsilməsi müşahidə edilmiş, bununla bağlı Təqsirləndirilən şəxs iştirakı ilə baxış aktı və 13 saylı müşahidə aktı tərtib edilmişdir. Həmin aktlar idarəyə məruzə edilmiş, idarənin rəhbərliyi tərəfindən 13 aprel 2021-ci il tarixdə 61 saylı sərəncamŞ qəbul edilmişdir. Bundan sonra həmin sərəncam əsasında Şahid1, sektorunŞ məsləhətçi-müfəttişi Şahid5 itərəfindən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi ərazisində aşkar edilmiş qanunsuz ağac kəsimi ilə bağlı tərtib edilmiş 05.04.2021-ci il tarixli 13 saylı müşahidə aktında qeyd olunanlar yerində araşdırmış, araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətini 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışına əsasən Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində Təqsirləndirilən şəxs 582,8 kvm əmlak kompleksindəki tikililərin xüsusi mülkiyyətinə, 0,0667 hektar dövlət mülkiyyətində olan torpaq səhəsinin isə istifadəsinə verildiyi məlum olmuşdur.Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid4 İbrahim oğlu şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunda ifadə vermişdirlər. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 1993-cü il tarixdən sözügedən ərazidə yaşayır. Bildiyi qədər ümumilikdə 20-yə qədər ağac kəsilmişdir. Onun 10-12 ədədini Sabir kəsmişdir. Kəsəndə görməmiş lakin ekolokgiya idarəsinin əməkdaşları gələndə bilmişdir ki, Sabir ağacları kəsmişdir.Belə ki, ağacların əksəriyyəti 2014-cü ildən əvvəl kəsilmişdir. Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqronumu X8 tərəfindən tərtib olunmuş 11.06.2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəlində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən ərazidə kəsdiyi köküstə yaş halda 1 (bir) ədəd diametri 13 santimetr olan alma cinsli ağac 9 yaşında, 2 ədəd diametri 15 santimetr olan alma cinsli ağaclar 11 yaşında, 2 ədəd diametri 17 santimetr olan alma cinsli ağaclar 12 yaşında, 4 ədəd diametri 18 santimetr olan alma cinsli ağaclar 12 yaşında, 2 ədəd diametri 20 santimetr olan alma cinsli ağaclar 13 yaşında, 1 ədəd diametri 21 santimetr olan alma cinsli ağac 14 yaşında, 1 ədəd diametri 22 santimetr olan alma cinsli ağac 14 yaşında, 1 ədəd diametri 26 santimetr olan alma cinsli ağac 17 yaşında olması müəyyən edilmişdir. ( i.v 128) 10 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı baş məsləhətiçi müfəttiş Şahid1 tərəfindən tərtib edilmiş 13.04.2021-ci il tarixli 69581 saylı akta əlavədən görünür ki, 1 (bir) ədəd diametri 13 santimetr olan alma cinsli ağac 450 manat dəyərində, 2 ədəd diametri 15 santimetr olan alma cinsli ağac 900 manat dəyərində, 2 ədəd diametri 17 santimetr olan alma cinsli ağac 1080 manat dəyərində, 4 ədəd diametri 18 santimetr olan alma cinsli ağac 2160 manat dəyərində, 2 ədəd diametri 20 santimetr olan alma cinsli ağacı 1080 manat dəyərində, 1 ədəd diametri 21 santimetr olan alma cinsli ağac 600 manat dəyərində, 1 ədəd diametri 22 santimetr olan alma cinsli ağac 600 manat dəyərində və 1 ədəd diametri 26 santimetr olan alma cinsli ağac isə 750 manat olmaqla, ümumilikdə 7620 manat dəyərində müəyyən edilmişdir. ( i.v 24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.06.2021-ci il tarixli, 9/2811 nömrəli rəyindən görünür ki, 10 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı baş məsləhətiçi müfəttiş Şahid1 tərəfindən tərtib edilmiş 13.04.2021ci il tarixli 69581 saylı akta əlavədən istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 14 ədəd müxtəlif diametrli, alma cinsli ağaclarının qanunsuz götürülməsinə (kəsilməsinə) görə AR-nın Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 7620 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. ( i.v 94-95) Daşınmaz Əməlak Dövlət Reyestr Xidmətinin 11.12.2013-cü il tarixli, RX ******* seriyalı çıxarışından görünür ki, 0.0667 hektar torpaq ərazisi dövlət mülkiyyətində olmaqla Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. ( i.v 135) BƏSİİ tərəfindən verilmiş 30.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır ( i.v 54) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (116-117) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 1(043)-168/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 09.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.09.2021-ci il tarixdə könüllü olaraq Kəpəz RPİ-nə təslim olmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhər BPİ-in MSY-nə təhvil verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 1(043)-168/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdə saat 09 radələrindən 05 aprel 2021-ci il tarixə saat 13 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan 0.0667 hektar torpaq ərazisində meşə fonduna daxil olmayan köküstə yaş halda 1 (bir) ədəd 450 manat dəyərində diametri 13 santimetr olan alma cinsli ağacı, 1 ədədi 450 manat olmaqla ümumilikdə 900 manat dəyərində 2 ədəd diametri 15 santimetr olan alma cinsli ağacı, 1 ədədi 540 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 2 ədəd diametri 17 santimetr olan alma cinsli ağacı, 1 ədədi 540 manat olmaqla ümumilikdə 2160 manat dəyərində 4 ədəd diametri 18 santimetr olan alma cinsli ağacı, 1 ədədi 540 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 2 ədəd diametri 20 santimetr olan alma cinsli ağacı, 1 ədəd 600 manat dəyərində diametri 21 santimetr olan alma cinsli ağacı, 1 ədəd 600 manat dəyərində diametri 22 santimetr olan alma cinsli ağacı və 1 ədəd 750 manat dəyərində diametri 26 santimetr olan alma cinsli ağacı “Kobra” markalı motorlla mişarla qanunsuz kəsərək ümumilikdə 10 X5 və Təbii Sərvətlər İdarəsinə vahid niyyətlə 7620 manat dəyərində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X3 ifadəsi məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunduğundan məhkəmə həmin şahidin ifadəsini sübut növü kimi qəbul etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs da ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyi, baxış protokolu və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 1 ay 23 gün həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs 50 manat məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş əmlak müsadirəsi yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanaca verilmiş 1 ədəd “Kobra” markalı motorlla mişar hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə zərərçəkmişin tərqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı törədilmiş cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddiasına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, mülki iddia təmin olunmalıdır. Məhkəmə iclasında mülki iddiaçı 10 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs mülki iddianın şişirdilmiş məbləğ olduğundan qəbul etməyərək mülki iddianın əsassız olduğunu göstərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) ay 23 (iyirmi üç) gün həbsdə və ev dustaqlığında olduğu 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanaca verilmiş 1 ədəd “Kobra” markalı motorlla mişar hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Zərərçəkmiş şəxs 10 X5 və Təbii Sərvətlər İdarəsinin mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 7620 (yeddi min altı yüz iyirmi) manat maddi ziyan alınaraq X1 Kod: 210005 VÖEN : **********, M/h : AZ 41 NABZ ********************, S.W.İ.F.T CTREAZ 22, Alan müştəri: 10 X5 və Təbii Sərvətlər İdarəsi, Hesab: AZ90CTRE ********************, VÖEN: ********** Büdcə gəlirlər təsnifat kodu : 142582, Büdcə səviyyəsinin kodu (Fond) 3 hesaba ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu142595,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-168/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-168/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver