Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-17/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 yaşamış, əvvəllər məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 3 saylı binanın blokunun girişində yüngül dərəcəli sərxoş vəziyyətdə aşkar surətdə ona on dörd yaşına çatmadığı məlum olan xx xxxxxx 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs yaxınlaşaraq guya 3 saylı binanın 3-cü mərtəbəsində yaşayan İlham və ya İbrahim adlı şəxsin qapısını döyüb çağırmasını xahiş etmiş, Zərərçəkmiş şəxs onun xahişini qəbul edərək üzünü çevirib pilləkənlərdən qalxmaq istəyən zaman sağrı nahiyəsindən əli ilə toxunaraq sığallamış, Zərərçəkmiş şəxs arxa nahiyəsinə toxunmaması üçün iti addımlarla hərəkət etmək istəyən zaman arxasınca gedərək 3 saylı binanın 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsinin arasında yerləşən dəhlizində Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əlindən tutub saxlamaqla yenidən sağrı nahiyəsindən əli ilə toxunmuş, cinsiyyət orqanını şalvarından çıxarıb nümayiş etdirməklə Zərərçəkmiş şəxs qucaqlayıb cinsiyyət orqanını əlinə sürtmüş, daha sonra sağrı nahiyəsini əli sıxaraq və boyun nahiyəsindən öpərək əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, arvadı Gülbər Abdullayeva və 2007-ci il təvəllüdlü övladı Cabbar Əkbərov ilə birlikdə yaşayır. Onun xayasının birində yırtıq olduğundan cinsiyyət orqanından tam olaraq istifadə edə bilmir. Aradabir nəşə (qurudulmuş marixuana) çəkmiş, narkotik vasitəni meşədən yabanı halda bitdiyi zaman yığıb qurudaraq istifadə etmişdir. Təxminən 4 ay müddətdir ki, Gəncə şəhəri, Tağı Arani küçəsində tikintisi davam edən çox mərtəbəli binalarda qəlibçi-fəhlə ixtisası üzrə işləmiş, Şahid1 və qızı Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış, həmin şəxslərin üzlərini belə görməmiş, onun həmin şəxslərlə heç bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 17:30 radələrində o, iş yerindən çıxıb “Tufər” adlı marketdən bir ədəd yarım litrlik pivə alıb içdikdən sonra “Dədə Qorqud” küçəsində yerləşən “Tufər” marketin yanından 5 nömrəli marşruta minmişdir. O, marşrutla “Dədə Qorqud” küçəsindən “Nəriman Nərimanov” prospektinə gələrək “Bazar Store” mağazasına çatmamış döngənin yanında yerləşən meyvə tərəvəz mağazasının yanında avtobusdan düşüb yolu qarşı tərəfə keçərək kirayədə yaşadığı ev istiqamətində hərəkət etmişdir. O, həmin döngədə yerləşən zibil qablarına keçib binanın qabağına gəlmiş, binanın qabağında siqaret almaq fikiri olmuş, əlində olan ərzaq məhsullarını geri qaytarmamaq üçün əlindəki torbanı binanın qarşısında velosiped sürən uşağa vermək üçün ona yaxınlaşıb üzündən öpərək əlindəki torbanı aparıb arvadı Gülbərə verməsini xahiş etmişdir. Uşağa evini əli ilə göstərmiş, uşaqdan arvadına siqaret alıb qayıdacağını deməsini bildirmişdir. Uşaq onun əlindəki torbanı alıb gedən zaman iki nəfər yaşlı kişi görmüş, bundan sonra o, döngədə yerləşən uşaq baxçasının qabağı ilə “Bazar Store” mağazası istiqamətində hərəkət edərək yolu qarşı tərəfə keçmişdir. O, “Bazar Store” mağazasının qapısından içəri girən zaman polis əməkdaşları onu saxlamış və polis bölməsinə gətirmişlər. 3 saylı bina onun yaşadığı binadan təxminən 100 metr aralıda yerləşmiş, özü ümumiyyətlə həmin gün binanın qarşısına keçməmiş, Zərərçəkmiş şəxs adlı azyaşlıya ümumiyyətlə yaxın getməmiş, həmin qızı və anasını polis bölməsində ilk dəfə olaraq görmüşdür. Onun həmin şəxslərlə heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə onun üzərində qara rəngli pencək və şalvar, ağ rəngli qısaqol köynək olmuşdur. Həmin gün işlədiyi günlərin pulunu almaq üçün tikintiyə getmiş, burada iş yoldaşları ilə birlikdə olmuşdur. Onun iş yoldaşları da onların həmin gün saat 17 radələrinədək birlikdə olmalarını təsdiq edə bilərlər. Onun törətdiyi deyilən hadisə isə saat 16 radələrində olmuşdur. Buna görə də həmin hadisənin onun tərəfindən törədilməsi mümkün deyildir. Ola bilsin ki, uşaq onu başqa şəxslə dəyişik salmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun, eləcə də öz ailə üzvülərinin Təqsirləndirilən şəxsla heç bir qohumluq, düşmənçilik və ədavəti olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı binanın həyətində velosiped sürməyə görə rəfiqəsini çağırmaq üçün Gəncə şəhəri Ə.Əliyev küçəsi 3-cü binaya gedib yaşadıqları evin qapısını döymüş, babası qapıya çıxaraq rəfiqəsinin yatdığını demişdir. Buna görə də dəhlizdən düşən zaman blokun girəcəyində bir nəfər 50 yaşlarında olan, sarıbəniz, balacaboy kişi onu saxlayaraq İlham və ya İbrahim adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O, həmin şəxsi tanımadığını bildirmiş, həmin kişi isə ondan kim olduğunu, neçə yaşı olduğunu və harada yaşadığını soruşduğu zaman həmin şəxsə 11 yaşı olduğunu və 4-cü binada yaşadığını bildirmişdir. Adını sonradan bildiyi Mehman adlı şəxs adını çəkdiyi şəxsin 3-cü mərtəbədə qaldığını və həmin ünvana qalxaraq həmin şəxsin qapısını döyməyini xahiş etmişdir. O da xahiş etdiyi üçün pilləkənlə yuxarı qalxmaq istəyən zaman Mehman adlı şəxs onun arxa nahiyəsindən əli ilə toxunmuş və arxa nahiyəsini sığallamışdır. O isə ilk öncə Mehmanın hərəkətini başa düşməmiş, bir az cəld hərəkət edərək Mehman adlı şəxsdən onun arxa nahiyəsinə bir də toxunmaması üçün ayrılmaq istəmiş, ancaq Mehman adlı şəxs də onun arxasınca gəlmiş və onu 1-ci mərtəbə ilə 2-ci mərtəbənin arasında saxlayıb qucaqlayaraq beldən aşağı arxa nahiyəsinə əli ilə təkrar toxunmuşdur. Bundan sonra Mehmandan nə etdiyini soruşduqda sonuncu sakit olmasını bildirmiş və o, qorxduğu üçün qışqıra bilməmişdir. Mehmanın şalvarının qarşısı açıq olmuş və cinsiyyət orqanını şalvardan çıxarmışdır. Onun cinsiyyət orqanını görməməsi üçün gözünü yummuş, həmin vaxt Mehman onu qucaqlayaraq boynundan öpmüş və sonuncunun cinsiyyət orqanı onun əlinə dəymişdir. Mehmanın ağzından araq iyi gəlməsinə görə içkili olmasını başa düşmüş, onu buraxmasını tələb etmişdir. Mehmandan aralanaraq yaxın gəlməməsini yoxsa qışqıracağını deməsinə görə sonuncu onu buraxaraq heç kimə bu barədə danışmaması, bu barədə danışdığı halda onu öldürəcəyini demişdir. Bundan sonra o, Mehmanın əlində qaçaraq binanın qarşısına düşmüş, onu arxasınca gəlib binanın qarşısında yaxalayaraq kiməsə bu barədə xəbər etdiyi halda öldürəcəyi ilə bağlı hədələmiş, eləcə də tez-tez gəlib onu öpüb qucaqlayacağını demişdir. Mehmanın ondan əl çəkməsi üçün ona bu barədə heç kimə, heç nə deməyəcəyini deyib evə getmiş və bu barədə anası Günel Quliyevə danışmışdır. Anası isə polisə zəng edib bu barədə məlumat vermişdir. Anasının polisə məlumat verməsindən təxminən on dəqiqə sonra anası ilə bir yerdə həyətə düşmüş, həyətdə Mehman adlı şəxsi axtaran zaman polislər gəlmiş və anası ilə birlikdə polis maşınına minmişlər. Həmin maşınla ətrafı gəzən zaman Mehman adlı şəxsin “Bazar Store” mağazasına girmək istəyən zaman polis işçilərinə Mehman adlı şəxsi göstərib, həmin şəxsin ona qarşı əxlaqsız hərəkətlər etməsini demiş, polis əməkdaşları isə onu saxlamışdılar. Sonradan ad, soyad və ata adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin ona qarşı əxlaqsız hərəkətlər edən zaman ətrafda heç kim olmamış, ona qarşı olan hərəkətləri təxminən iki dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs ona fiziki zor tətbiq etmədən, onu binanın blokunda əlindən tutub saxlamış, əvvəl onun əlindən tutaraq arxa nahiyəsini əli ilə sığallamış, daha sonra öz cinsiyyət orqanını şalvardan çıxardaraq onu qucaqlayan zaman cinsiyyət orqanı onun əlinə dəymişdir. Həmin vaxt Mehman onun boynundan öpmüş, sıx şəkildə qucaqlamış, ancaq xəsarət almamışdır. Mehman ona qarşı etdiyi əxlaqsız hərkətlər barədə kiməsə bildirdiyi halda öldürəcəyi ilə hədələmişdir. Mehmanın əynində qara şalvar, xətli ağ qısaqol köynək və pencək olmuş, həmin vaxt pencəyi əlində tutmuş, əlində başqa heç nə olmamışdır. Təqsirləndirilən şəxs kiminləsə qarışdırması mümkün deyildir. Belə ki, Mehmanın saçının başqalarından fərqli olan ağsarı qarışıq rəngi xüsusi olaraq yadında qalmışdır. Həm də Mehmanı hadisədən dərhal sonra görüb tanımışdır. Həmin vaxt da Mehmanın əynində eyni paltarlar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun və ailəsinin Təqsirləndirilən şəxsla heç bir düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun övladıdır. Sonuncu xx xxx 2020-ci il tarixdə təxminən günorta vaxtında, saat 4-ə qalmış ərəfələrdə qızı Leyla evdən velosiped sürmək üçün çıxmışdır. Evdən çıxandan təxminən 15 dəqiqə sonra Leyla həyəcanlı şəkildə evə gəlmiş, qızının bədəninin titrədiyini görmüş və ondan nə baş verməsini soruşduqda qorxduğu üçün səsi titrəmiş və danışmaqda çətinlik çəkmişdir. Həmin vaxt ondan təkrar soruşan zaman qızı Leyla ağlayaraq ona bir nəfər orta yaşlı kişinin ona qarşı pis hərəkətlər etməsini demişdir. Qızından həmin şəxsin ona nə etdiyini soruşduqda, qızı həmin şəxsin onu İlham və ya İbrahim adlı şəxsi çağırması üçün 3-cü binanın blokuna aparmasını, həmin binada 1-ci və 2-ci mərtəbənin arasında onun arxa nahiyəsindən əli ilə sığalladığını, boynundan və boğazından öpdüyünü, cinsiyyət orqanını şalvardan çölə çıxardaraq onu qucaqlayan zaman həmin vaxt cinsiyyət orqanının əlinə dəyməsini demişdir. Hətta qızı ona həmin şəxsin ağzından araq iyi gəldiyini və qızına kiməsə deyəcəyi halda onu öldürməklə hədələməsini bildirmişdir. Qızından həmin şəxsin xüsusiyyətlərini soruşmuş, qızı isə həmin şəxsin ortayaşlı, arıq bədən quruluşlu, balacaboy, saçının ağ-sarımtıl olduğunu, həmin şəxsin əynində qara rəngli şalvar və pencək, ağ rəngli xətli qısaqol köynək olmasını demişdir. Həmin vaxt qızının əynində 1 ədəd boz rəngli idman gödəkçəsi, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd çəhrayı rəngli uzunqol kofta olmuşdur. O, bir anlıq biabır olmaqdan çəkinərək polisə xəbər etməkdən qorxsa da, qızının başına gələnlərin başqa uşaqların da başına gələ biləcəyinə görə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 qaynar xətt” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra qızı ilə birlikdə binanın qarşısına çıxmış, 3-cü binada yaşayan Şahzadə adlı qonşusuna bir nəfər şəxsin qızını binanın blokuna salıb hədələməsini demişdir. Məqsədi qızının barəsində qonşular arasında şayiələr yayılmaması olmuşdur. Qızını binanın blokuna salıb hədələyən şəxsin xüsusiyyətlərini Şahzadəyə demiş, sonuncu isə həmin xüsusiyyətdə olan şəxsi gördüyü halda ona bu barədə xəbər edəcəyini demişdir. Qızına qarşı əxlaqsız hərəkət edən şəxsi axtarmaq üçün binaların ətrafını gəzərək həmin şəxsi tapmaq istəmişdir. Həmin vaxt Şahzadə adlı qonşusu bir nəfər qara rəngli şalvar və pencək, geyinmiş balacaboy, arıq bədənli, saçı sarımtıl rəngli şəxsin binanın qarşısı ilə tələsik getməsini demişdir. O, da həmin istiqamətə gedən zaman polis avtomobili gəlmiş və polislərə həmin şəxsin getdiyi istiqaməti demişdir. Həmin vaxt onun şikayəti əsasında gələn polis əməkdaşlarının polis avtomobilinə minərək həmin şəxsi axtarmağa başlamışdılarr. Avtomobillə ətrafı gəzən zaman üzü “Bazarstore” mağazasına tərəf tələsik hərəkət edən şəxsi qızı göstərərək, həmin şəxsin ona qarşı əxlaqsız hərəkətlər etməsini demişdir. Qeyd olunan şəxsə nəzər yetirən zaman həmin şəxsin qızının dediyi xüsusiyyətlərə uyğun şəxs olmasını görmüşdür. Hətta qızı ilk dəfə ona həmin adamın saçının ağ və sarı qarışıq olduğunu dedikdə bu ona qəribə gəlmiş, Mehmanı gördükdən sonra doğrudan da onun saçının qızının təsvir etdiyi kimi olmasını müəyyən etmişdir. Polislər tərəfindən adı sonradan ona məlum olan Mehman adlı şəxsin “Bazar Store” mağazasına girmək istəyən zaman saxlanılmışdır. O, polislərin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərsə də, polislər tərəfindən birtəhər avtomobilə mindirilmişdir. Avtomobilə mindirilən zaman Mehman adlı şəxsin ağzından spirtli içki iyi gəlməsinə görə onun spirtli içki içməsini demişdilər. Həmin şəxs Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X1 uzun müddətdir ki, tanımış, Günel ilə qonşu binalarda yaşamışlar. Təqsirləndirilən şəxs qısa müddət əvvəl tanımış, Mehman 36 saylı binada kirayədə yaşamışdır. xx xxx 2020-ci il tarixdə günorta vaxtı, təxminən saat 4 radələrində əvvəllər qonşuluqda yaşadığı Asif adlı şəxslə 32 və 36 saylı binaların arasında olan çinar ağaclarının yanında dayanıb söhbət etmişdir. Həmin vaxt Mehman oların yanlarına gələrək salamlaşmış, sonuncunun hərəkətlərindən və ondan gələn iyidən sərxoş olmasını görmüşdür. Ancaq özü mobil telefonla oynadığı üçün Mehmanın hansı istiqamətdən gəlməsini görməmişdir. Özü, Asif və Mehmanla ümumi olaraq salamlaşmış, sonuncunun əlində qara sellofan torba olmuşdur. Mehman binanın qarşısında oynayan balaca oğlan uşağını çağıraraq həmin torbanı uşağa vermiş və əli ilə yaşadığı evi göstərərək həmin uşaqdan torbanı onların yaşadığı evə aparmasını istəmiş, həmin uşaq isə torbanı götürüb getmişdir. Bundan sonra Mehman heç bir söz demədən çıxıb getmiş, ancaq həmin vaxt mobil telefonla oynadığı üçün onun dəqiq hansı istiqamətə getməsini görməmişdir. Özü, Asiflə birlikdə internet yaxşı tutması üçün 36 saylı binanın 32 saylı binanı görən hissəsinə getmişdir. Təxminən 15 dəqiqə sonra 4 saylı binanın qarşısından səs-küy gəlməyə başlamışdır. Orada olan Günel Zeynalova və ətrafdakı qadınlar yüksək səslə söhbət etdiyini eşitmiş, ancaq hansı məzmunda söhbət etməsini bilməmişdir. Sonradan isə həmin söz-söhbətin Günelin qızı Leylaya qarşı əxlaqsız hərəkətlər edilməsi ilə bağlı olduğunu bilmişdir. Bundan təxminən beş dəqiqə sonra onun yanından polis maşını keçib getmiş, ancaq polis maşını 4 saylı binanın qarşısına yox, arxasına tərəf getmişdir. Polis maşını getdikdən təxminən bir dəqiqə keçməmiş Mehman su maşını ilə 36 saylı binanın arasından çıxıb onunla Asifin yanına gəlmişdir. Sonuncunun hərəkətlərindən onun həyəcanlı vəziyyətdə olmasını başa düşmuş, həmin vaxt Günel qışqıra-qışqıra onların olduqları tərəfə gələn zaman Mehman tələsik gəldiyi istiqamətdən yəni su maşını ilə binanın arasından çıxıb üzü uşaq baxçası istiqamətinə getmişdir. Günel onlardan polislərin hansı tərəfə getməsini soruşmuş, ona polislərin binanın arxasına getməsini demişdir. Təxminən 2 dəqiqə sonra polis avtomobili təkrar qayıdıb 32 və 36 saylı binanın arasında saxlamış, Günel qızı ilə birlikdə polis maşınına minmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Kəpəz RPİ-nin polis bölməsində sahə rəisi vəzifəsində xidmət edir. xx xxx 2020-ci il tarixdə bölmədə növbədə olduğu vaxt saat 16:10-da Gəncə şəhəri, Əziz Əliyev küçəsi ev 4, mənzil 27-də yaşayan Şahid1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək yaşadığı binanın qarşısında naməlum şəxsin 12 yaşlı qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsini bildirmiş, həmin müraciət 1 nömrəli hadisələr kitabında qeydə alınmaqla özü qrupun üzvləri ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman Şahid1 və Zərərçəkmiş şəxs binanın qarşısında olmuşlar. Şahid1 və qızı xidməti avtomobilin yanına gəlmişlər. Sonuncu övladına qarşı əxlaqsız hərəkətlər edən şəxsin üzərində qara rəngli şalvar və pencək, ağ köynək olduğunu, saçının sarımtıl rəngli, boyunun balaca və arıq bədən quruluşlu olduğunu demişdir. Şahid1 qonşulurın deməsinə görə həmin xüsusiyyətlərə oxşar şəxsin onların gəldiyi istiqamətin əksinə doğru hərəkət etməsini demişdir. Şahid1 və qızı Zərərçəkmiş şəxs xidməti avtomobilə əyləşmiş, onlar ətraf əraziləri gəzərək həmin şəxsi müəyyənləşdirmək istəmişlər. Onlar uşaq baxçasının qarşısı ilə hərəkət edərək Nəriman Nərimanov prospektinə çıxmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs əli ilə işarə edərək üzü «BazarStore» mağazası istiqamətində hərəkət edən şəxsin ona qarşı əxlaqsız hərəkətlər edən şəxs olmasını demiş, həqiqətən də həmin şəxsin əynində qara rəngli şalvar və pencək, ağ köynək olmuş, saçı sarımtıl, boyu balaca və arıq bədən quruluşlu olmuş, dərhal xidməti avtomobillə həmin şəxsin arxasınca getmişdlər. Həmin şəxs tələsik addımlarla hərəkət edərək “Bazarstore” mağasına girmək istəyən zaman qapının girəcəyində saxlamışlar, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər, həmin şəxs adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli olduğunu bildirmişdlər. Təqsirləndirilən şəxs isə heç bir əxlaqsız hərəkətlər etmədiyini deyərək polis bölməsinə getməmək üçün müqavimət göstərmişdir. Sonuncunun ağzından gələn iyidən onun sərxoş vəziyyətdə olması məlum olmuşdur. Həmin şəxsi xidməti avtomobilə mindirilərək polis bölməsinə gətirilmiş və polisə müqavimət göstərdiyi üçün tərəfindən barəsində inzibati qaydada tutma protokolu tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “GM CONSTRUCTİON” şirkətində usta briqadir işləmişdir. 2020-ci ilin mart ayından etibarən həmin şirkətdə işləmiş, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından etibarən onun tabeçiliyi altında fəhlə işləmişdir. Mehman saat səhər 8-də işə gəlmiş və axşam saat 6-da işdən çıxmışdır. xx xxx 2020-ci il tarixdə şirkətdə fəhlə sayı ixtisar edildiyi üçün Mehman işdən çıxarılmışdır. Həmin gündən sonra Mehman işə gəlməmiş, sonuncu dəfə Mehmana işdən çıxmamışdan 2-3 gün əvvəl 82,50 manat məbləğində əmək haqqı ödənilmişdir. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun nəzarətində tikinti aparılan əraziyə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində binanın pəncərəsindən aşağıya baxan zaman adı sonradan ona məlum olan Mehman adlı şəxs onun oğlunun üzündən öpərək əlinə sellofan torba vermiş, həmin şəxs oğluna əli ilə istiqamət göstərərək qarşı tərəf binaya getməsini istəmişdir. Onun oğlu torbanı götürüb çıxıb getmiş, bundan sonra həmin şəxsin haraya çıxıb getməsini görməmişdir. Bundan sonra oğlu evə gəlmiş, oğlundan həmin şəxsin onu haraya göndərməsini soruşmuş, oğlu ona torbanı yaşadıqları evə vermək üçün göndərməsini demiş, bundan sonra o, həmin şəxsi görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 bildirdi ki, o, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində inşa edilən sosial evlərin binasında xidmət müqaviləsi əsasında işləmiş və baş usta olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin may ayının əvvəllərində işləmək üçün həmin tikintiyə gəlmiş və qəlibçi fəhlə kimi işləmişdir. Lakin may ayının ortalarında onların pulları gecikdirildiyi üçün işdən çıxmışlar. xx xxx 2020-ci il tarixdə səhər saatlarında o və digər işçilər, o cümlədən Mehman tikintinin aparıldığı əraziyə gələrək işlədikləri günlər üçün onlara əməkhaqqının verilməsini tələb etmişlər. Onlara əməkhaqqının nahar fasiləsindən sonra veriləcəyi deyilmişdir. Onlar günortaya qədər gözləmiş, saat 14 radələrində onlara əməkhaqqının həmin gün verilməyəcəyi deyilmişdir. Bundan sonra bir qədər də gözləyib söhbət edib saat təxminən 15 radələrində dağılışmışlar. Mehmanın oradan aralanıb haraya getdiyi ona məlum deyil. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 bildirmişdir ki, o, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində inşa edilən sosial evlərin binasında fəhlə işləmişdir. Onların ustası X7 olmuşdur. Təqsirləndirilən şəxs ondan sonra tikintiyə fəhlə kimi işləməyə gəlmişdir. Mehmanla qısa müddət ərzində birlikdə işləmişlər. Mehman təxminən may ayının əvvəllərində gəlmişdir. Onların əmək haqqı ödənilmədiyi üçün may ayının otalarında işi dayandırmışlar. xx xxx 2020-ci il tarixdə işlədikləri günlər üçün əmək haqqının ödənilməsi üçün tikintiyə gəlmişlər. Mehman da orada onlarla birlikdə olmuşdur. Əvvəlcə onlara əməkhaqqının nahar fasiləsindən sonra veriləcəyi deyilmişdir. Onlar günortaya qədər gözləmiş, saat 14 radələrində onlara əməkhaqqının həmin gün verilməyəcəyi deyilmişdir. Bundan sonra bir qədər də gözləyib, söhbət edib, saat təxminən 15 radələrində dağılışmışlar. Mehmanın oradan aralanıb haraya getdiyi ona məlum deyil. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X8 digər şahid X4 ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 725/2020 saylı xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:05-də keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarlara baxış keçirilmiş və xx.xx.2020-ci il tarixdə üzərində olan 1 ədəd qara rəngli pencək, 1 ədəd qara rəngli şalvar, 1 ədəd ağ rəngli qısaqol köynək olması müəyyən edilərək götürülmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqında” protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs məxsus, xx.xx.2020-ci il tarixdə hadisə baş verən zaman əynində geyinmiş olduğu 1 ədəd boz rəngli idman gödəkçəsi, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd çəhrayı rəngli uzunqol kofta öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan məlum olur ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 16 radələrində guya Mehman 3 saylı binanın 3-cü mərtəbəsində yaşayan İlham və ya İbrahim adlı şəxsin qapısını döyüb çağırmasını xahiş etmiş, o, arxasını çevirib pilləkənlərdən qalxmaq istəyən zaman arxa nahiyəsindən əli ilə toxunmuş, daha sonra 3 saylı binanın 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsinin arasında yerləşən dəhlizində ona qarşı zor tətbiq etmədən əlindən tutub saxlamış, cinsiyyət orqanını şalvarından çıxarıb nümayiş etdirməklə onu qucaqlayıb arxa nahiyəsini əli sıxmış və boyun nahiyəsindən öpmüşdür. Eləcə də hadisə baş verməmişdən əvvəl onunla söhbət edən Təqsirləndirilən şəxs onun harada yaşaması, necə yaşı olması barədə verdiyi suallar əsasında onun 11 yaşının olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 729 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 614 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməklə, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmaqla, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə-lifli materiallar ekspertizasının xx xxxx 2020-ci il tarixli 16/452 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri olmaqla, tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmiş, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli elastan kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin 01 ədəd gödəkcənin səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd pencəyin və 01 ədəd köynəyin səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 120 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Sonuncunun yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, ona qarşı törədilən qanunazidd hərəkətlərin xarakter və mənasını qismən anlaya bilmişdir, baş vermiş hadisəni “uşağa qarşı edilən çox tərbiyəsiz hərəkət” kimi xarakterizə edir. Ona qarşı törədilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxu psixi emosional halda olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144.3, 145.2, 38-ci maddələri ilə (köhnə redaksiya ilə quldurluq) təqsirli bilinərək 09 il müddətində azadlıqdan məhrum edilmişdir. Bundan sonra Gəncə şəhər Nizami rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 220.2, 145.2.2, 145.2.6, 145.2.7, 149.2, 38, 39-cu maddələri ilə (köhnə redaksiya ilə quldurluq, qanunsuz silah saxlama) təqsirli bilinərək 11 il müddətində azadlıqdan məhrum edilmiş və Əzizbəyov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 3 ay 5 gün müddətində vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Samux rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan, Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(058)-13/2018 saylı hökmü ilə təyin edilmiş cərimə cəzası məhkum cəriməni ödəməkdən qərəzli olaraq yayındığı üçün Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-43/2020 saylı qərarı ilə 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs ictimai işlər cəzasını çəkməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-43/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(058)-13/2018 saylı hökmü ilə təyin edilmiş cərimə cəzası məhkum cəriməni ödəməkdən qərəzli olaraq yayındığı üçün 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 224 saat ictimai işlər cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəsi iki istiqamətdə, onun zərərçəkmiş şəxsi heç vaxt görməməsi və tanımaması, eləcə də hadisə baş verən vaxt iş yoldaşları ilə birlikdə olması və yalnız hadisədən sonra zərərçəkmiş şəxsin yaşadığı binanın həyətinə gəlməsi istiqamətində qurulmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ilk dəfə polis bölməsində görməsi ilə bağlı ifadəsi məhkəmə lifli materiallar ekspertizasının rəyi ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin əynində olan paltarlarda bir-birilərinə aid olan paltarların lifləri aşkar edilmişdir. Digər tərəfdən zərərçəkmiş şəxs hadisədən dərhal sonra Təqsirləndirilən şəxs tanıyaraq polis əməkdaşlarına göstərmiş, Təqsirləndirilən şəxs görməzdən əvvəl onun əlamətlərini dəqiq təsvir etmiş, ifadəsində və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı ona əxlaqsız hərəkət edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin hadisə vaxtı cinayət hadisəsinin törədildiyi yerdə olmaması, iş yerində iş yoldaşları ilə birlikdə olması ilə bağlı dəlilləri isə ilk növbədə onun özünün gətirdiyi şahidlər tərəfindən təkzib olunmuşdur. Müdafiə tərəfinin şahidləri xx xxx 2020-ci il tarixdə saat 15 radələrinə qədər Mehmanla birlikdə olduqlarını, bu saatdan sonra isə dağılışdıqlarını bildirmişlər. Bundan başqa şahid qismində dindirilmiş Şahid2, Təqsirləndirilən şəxs hadisə günü binanın həyətində onlarla salamlaşdığını, Təqsirləndirilən şəxs onların yanından ayrıldıqdan bir az sonra isə binanın həyətində səsküy yarandığını və səs-küyün səbəbinin zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərəkət edilməsinin olmasını bildirmişdir. Qeyd olunanlar təqsirləndirilən şəxsin ifadəsinin həqiqətə uyğun olmadığını bir daha təsdiq edir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3- cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət əməli azyaşlı şəxsə qarşı törədilsə də Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsində həmin əməlin on dörd yaşına çatmamış şəxsə qarşı törədilməsi cinayətin tərkib əlaməti kimi nəzərdə tutulduğundan CM-in 61.3-cü maddəsinə uyğun olaraq bu hal təkrarən ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən onun dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunmasını nəzər alaraq hesab edir ki, təqsirləndirilən şəxsin kriminal həyat tərzinə meylli olması, onun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkün olmadığını təsdiq edir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Təqsirləndirilən şəxsə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 224 saat ictimai işlər cəzası çəkilmədiyindən təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Təqsirləndirilən şəxsə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 224 saat ictimai işlər cəzası azadlıqdan məhrumetmənin bir gününə ictimai işlərin səkkiz saatı hesabı ilə 28 gün azadlıqdan məhrumetməyə bərabər tutulmalı, həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(043)-43/2020 saylı qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə dövründə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli onun həbsə alındığı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı verilmiş ekspert rəyini nəzərə almaqla ona tibbi xarakterli məcburi tədbir, yəni narkomaniyadan məcburi müalicə təyin edilməli və Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd qara rəngli şalvar və 1 ədəd ağ rəngli qısaqol köynək Təqsirləndirilən şəxs, Şahid1 götürülmüş, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd boz rəngli idman gödəkçəsi, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd şəhrayı rəngli uzunqol kofta Şahid1 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş vəkil Müdafiəçi1 hüquqi yardıma 22 saat, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 hüquqi yardıma 70 saat vaxt sərf etmişdir. Buna uyğun olaraq hər iş saatı üçün 6 manat olmaqla dövlət büdcəsi hesabına vəkil Müdafiəçi1 132 manat, vəkil Müdafiəçi2 420 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 7(043)-43/2020 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 224 (iki yüz iyirmi dörd) saat ictimai işlər cəzası azadlıqdan məhrumetmənin bir gününə ictimai işlər cəzasının iki günü hesabı ilə 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkisz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd qara rəngli şalvar və 1 ədəd ağ rəngli qısaqol köynək Təqsirləndirilən şəxs, Şahid1 götürülmüş, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd boz rəngli idman gödəkçəsi, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd şəhrayı rəngli uzunqol kofta Şahid1 qaytarılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd tam, yüzdə səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İbtidai istinaq dövründə Təqsirləndirilən şəxs göstərdiyi 22 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 132 (yüz otuz iki) manat pul Müdafiəçi1; məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 72 saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-17/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-17/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver