Məhkəmə qərarları › İş №1(043)-171/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-171/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-171/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 24.08.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx xxxxxx 1962-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, təqaüdçü, 2-ci qrup əlil, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analiz verməklə 06.04.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 10.04.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 6cə şəhəri, Nizami prospektində yerləşən H.Əliyev parkına, bundan başqa 06.04.2021-ci il tarixdə yaşadığı ünvan 86:08 dəqiqədən 06:23 radələrinədək Gəncə şəhəri Şəmkir şossesi 1 ünvanında, bundan başqa yaşadığı ünvan 41:29 dəqiqədə Gəncə şəhəri, DOS 102 ünvanda, bundan başqa yaşadığı ünvan 6cə şəhəri, H.Əliyev prospekti 95 ünvanında, bundan başqa yaşadığı ünvan 41:40 radələrindən 12:25 radələrinədək Gəncə şəhəri Xətai prospekti 64 ünvanında, bundan başqa yaşadığı ünvan 88.04.2021-ci il tarixdə saat 07:05 radələrində Gəncə şəhəri, Şəmkir şossesi 01 ünvanında, bundan başqa yaşadığı ünvan 10rdıcıl olaraq ünvan 11vanında, Gəncə şəhəri Şəddadilər küçəsində, saat 07:42 radələrindən 07:48 radələrinədək Gəncə şəhəri, H.Əliyev prospektində, bundan başqa yaşadığı ünvan 10rdıcıl olaraq 20.04.2021-ci il tarixdə 17:29 radələrində Gəncə şəhəri, Dəmiryolu Vağzalında, Gəncə şəhəri, H.Hacıbəyov küçəsində, Gəncə şəhəri, Keçid 3 küçəsindəki 56 saylı qaraj binasında, bundan başqa yaşadığı ünvan 47:33 dəqiqədə isə Samux rayonu istiqamətində gedib yaşadığı evə qayıtmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, İmran Qasımov küçəsi, ev 45 ünvanda ailəsi ilə birlikdə yaşayır. Halhazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Ayaqlarında müəyyən problemlər olduğuna görə hər səhər Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında gəzir. Yaxın qohumu ağır xəstə olduğuna görə onun müalicəsinin Türkiyə Respublikasında aparılması üçün Türkiyəyə getmək üçün COVİD-19 virusu ilə əlaqədar test verərkən analizin nəticəsi pozitiv çıxmışdır. “COVİD-19” virusuna yoluxması ilə bağlı mesaj gəlmiş, həmin mesajın mətnində yaşayış yerini tərk etməməyi, əgər karantin rejimini pozsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi qeyd edilmiş, həmin mesajı alarkən o, evdə olmuş və mesajda qeyd edilən tələblərə əməl edərək evdə qalmış, yəni yaşadığı evi tərk etməmişdir. Həmin gün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən adını xatırlamadığı həkim ona zəng edərək səhhətini soruşmuş, hətta evlərinə tibbi personal gələrək evlərini dezinfeksiya da etmişdir. 20.04.2021- ci il tarixdə isə onun mobil telefonuna “TTS.GOV.AZ”-dan yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilən virusla bağlı özünü təcrid müddəti bitdiyi qeyd edilmişdir. O, “COVİD-19” virusunun onda aşkar olunduğu 06.04.2021 -ci il tarixdən sonra bir dəfə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən parkda səhər saat 08 radələrində yerimək üçün getmiş, bundan başqa heç bir yerə getməmiş, o, həmin gün parka girmək istəyən vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və ona hüquq və vəzifələri izah olunduqdan sonra yaşadığı evə polis müşayiəti ilə qayıtmışdır. Ona 20.04.2021-ci il tarixdə mobil telefonuna “İTS.GOV.AZ”-dan özünütəcrid müddətinin bitməsi ilə bağlı mesaj gəldikdən sonra yaşadığı evi tərk etmiş, həmin müddətə qədər 10.04.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yaşadığı evi tərk etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə Şəhər Baş Polis İdarəsində cinayət axtarış idarəsinin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Ölkədə, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı X5 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə Şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 10.04.2021-ci il tarixdə onlar tərəfindən 06.04.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi ev 45-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhəri, Nizami prospektində yerləşən Heydər Əliyev parkına getdiyi müəyyən edilmişdir. Bundan sonra həmin gün o, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhər Nizami prospektində yerləşən H.Əliyev parkının qarşısına gedən zaman Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi Toyota Prado markalı, ** CV *** qeydiyyat nömrə nişanlı avtomobilindən düşərək park ərazisində gəzişmək üçün getdiyini aşkar etmişlər. Həmin şəxsə yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş, həmin şəxs özünə məxsus avtomobilində və onların müşayiəti ilə yaşadığı evinə yola salınmış, bundan sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ölkədə, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı X5 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə Şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 10.04.2021-ci il tarixdə onlar tərəfindən müəyyən edilmişdir ki, 06.04.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi ev 45-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhəri, Nizami prospektində yerləşən Heydər Əliyev parkına getdiyi müəyyən edilmişdir. Bundan sonra həmin gün o, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhər Nizami prospektində yerləşən H.Əliyev parkının qarşısına gedən zaman Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi Toyota Prado markalı, ** CV *** qeydiyyat nömrə nişanlı avtomobilindən düşərək park ərazisində gəzişmək üçün getdiyini aşkar etmişlər. Həmin şəxsə yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş, həmin şəxs özünə məxsus avtomobilində və onların müşayiəti ilə yaşadığı evinə yola salınmış, bundan sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə “COVİD-19” analizi vermiş və verdiyi analizdə “COVİD-19” virusu aşkar edilmişdir. ( i.v.səh 17-19). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 17.04.2021-ci il tarixli, 2050 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək olan müddət ərzində karantin rejimində olmuşdur. ( i.v.səh 8). “Ambulator xəstənin tibbi karta”sının 1-ci vərəqindən görünür ki, tibbi kitabça 06.04.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1962-ci təvəllüdülü Təqsirləndirilən şəxs adma açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. ( i.v.səh 59-60). “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarışından görünür ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X8 Sindromu (X6 Syndrome Coronavirus - MERS-CoV) ve X4 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fasiləsidir. MERS- CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid- 19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. ( i.v.s 30-52). “DVD” diskə baxış keçirilməsi haqqında 10.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.04.2021 -ci il tarixdə saat 08:00 radələrində Gəncə şəhər Nizami Prospektində yerləşən Heydər Əliyev parkının giriş hissəsində avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş yerdə avtomobilindən düşərək bir neçə metr uzaqlaşdığı, park ərazisinə səhər saatlarında yerimək üçün gəldiyini və həmin vaxt Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən saxlanılır. Saxlanıldıqdan sonra xüsusi geyimdə olan iki nəfər polis əməkdaşı onunla məsafə saxlayaraq COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyinə görə həmin şəxsi saxladıqlarını və həmin şəxsin törətdiyi əməlin qanunsuz olduğunu ona izah edirlər. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə tərk edərək COVİD-19 infeksiyasınm yayılması təhlükəsini yaratdığını xatırladaraq onu xəbərdar edirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə yoluxduğu vaxtdan hal-hazırda polis əməkdaşları tərəfindən saxlanıldığı ana qədər yaşadığı evi tərk etmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Polis əməkdaşlarının müşayiəti ilə özünə məxsus idarə etdiyi “Toyota Prado” markalı, **-CV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşir və yaşadığı ünvana yola salınır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə ünsiyyətdə olması müəyyən edilməmişdir. ( i.v.səh 23). “DVD” diskə baxış keçirilməsi haqqında 12.06.2021-ci il tarixli protokoldan görünür ki, 06.04.2021-ci il tarix üzrə sıralara baxan zaman Təqsirləndirilən şəxs 06:08 dəqiqədən 06:23 radələrinədək Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında olması, 11:29 dəqiqədə Gəncə şəhəri, DOS 102 adlı ərazidə olması, Ondan sonra isə Gəncə şəhəri, H.Əliyev prospekti 95 ünvanında olması, 11:40 radələrindən 12:25 radələrinədək Gəncə şəhəri Xətai prospekti 64 ünvanında olması müəyyən edilmiş, 06.04.2021-ci il tarixdə digər yerdəyişmə barədə məlumatlar öz əksini tapmamışdır. Daha sonra 08.04.2021-ci il tarixdə saat 07:05 radələrində Gəncə şəhəri, Şəmkir şossesi 01 ünvanında olması, daha sonra ardıcıl olaraq ünvan 11vanında, Gəncə şəhəri Şəddadilər küçəsində olması, saat 07:42 radələrindən 07:48 radələrinədək Gəncə şəhəri, H.Əliyev prospektində olması müəyyən edilmişdir. Daha sonra isə 20.04.2021-ci il tarixdə 17: 29 radələrində Gəncə şəhəri, Dəmiryolu Vağzalında, Gəncə şəhəri, H.Hacıbəyov küçəsində, Gəncə şəhəri, Keçid 3 küçəsindəki 56 saylı qaraj binasında, 17:33 dəqiqədə isə Samux rayonu, İnstitut qəsəbəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 03.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.13- 14). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analiz verməklə 06.04.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasmı yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 10.04.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 6cə şəhəri, Nizami prospektində yerləşən H.Əliyev parkına, bundan başqa 06.04.2021-ci il tarixdə yaşadığı ünvan 86:08 dəqiqədən 06:23 radələrinədək Gəncə şəhəri Şəmkir şossesi 1 ünvanında, bundan başqa yaşadığı ünvan 41:29 dəqiqədə Gəncə şəhəri, DOS 102 adlı ərazidə, bundan başqa yaşadığı ünvan 6cə şəhəri, H.Əliyev prospekti 95 ünvanında, bundan başqa yaşadığı ünvan 41:40 radələrindən 12:25 radələrinədək Gəncə şəhəri Xətai prospekti 64 ünvanında, bundan başqa yaşadığı ünvan 88.04.2021ci il tarixdə saat 07:05 radələrində Gəncə şəhəri, Şəmkir şossesi 01 ünvanında, bundan başqa yaşadığı ünvan 10rdıcıl olaraq ünvan 11vanında, Gəncə şəhəri Şəddadilər küçəsində, saat 07:42 radələrindən 07:48 radələrinədək Gəncə şəhəri, H.Əliyev prospektində, bundan başqa yaşadığı ünvan 10rdıcıl olaraq 20.04.2021-ci il tarixdə 17: 29 radələrində Gəncə şəhəri, Dəmiryolu Vağzalında, Gəncə şəhəri, H.Hacıbəyov küçəsində, Gəncə şəhəri, Keçid 3 küçəsindəki 56 saylı qaraj binasında, bundan başqa yaşadığı ünvan 47:33 dəqiqədə isə Samux rayonu istiqamətində gedib yaşadığı evə qayıtmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulan müsadirə edilməli əmlak yoxdur. İş üzrə cinayət hadisələrinin görüntülərini özündə əks etdirən -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İş üzrə cinayət hadisələrinin görüntüsünü özündə əks etdirən -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar